Suvarlar

Suvarlar

 

SUVARLAR.
V əsrin sonlarına qədər başqa türk xalqları kimi suvarlar da Böyük Hun imperatorluğunun tərkibinə daxil idilər. Böyük Hun imperatorluğunun parçalanmasından sonra təşəbbüsü ələ alan avarlar suvarların xeyli hissəsini qərbə doğru sıxışdırdılar. VI əsrin əvvəllərində bulqarlarla birləşən suvarlar Volqa – Don çayları arasındakı ərazilərdə hakim oldular. Qərbi Sibir ərazisində qalan suvarlar isə VII əsrdə Sibir xanlığı adlı dövlət qurmağa nail oldular.
516 – cı ildə Sasanilərlə ittifaq bağlayan Suvar hökmdarı Bələk xan Bizans ordusunu darmadağın edərək, Cənubi Qafqazı ələ keçirdi. Bizans ordularını təqib edən suvarlar Şərqi Anadolunu tutdular. Bizans tarixçisinin yazdığına görə, «suvarlar ən yaxşı müdafiə olunan şəhərləri də , nə iranlılara, nə də bizanslılara məlum olmayan bir üsulla ələ asanlıqla keçirirdilər. Hələ indiyə qədər suvarların istifadə etdikləri döyüş alətləri icad olunmamışdır». Bələk xandan sonra hakimiyyətə gələn arvadı Boğarık xatun 528 – ci ildə Bizans imperatoru Yustinianla (527 - 565) müqavilə bağlayaraq, Sasanilərə qarşı mübarizəni davam etdirməyə başladı. Suvarların rəğbətini qazanmaq istəyən Sasani hökmdarı Xosrov Ənuşirvan(531 - 579) suvarların Azərbaycanda yurd salmalarına razılıq verdi. Azərbaycanlıların soykökündə suvarlar yaxından iştirak etmişlər. Erkən orta əsr Bizans mənbələri Qəbələ şəhərini suvarların iqamətgahı kimi təsvir edirlər. Suvar tayfalarının adı indiki Biləsuvar şəhərinin adında da qorunub saxlanılmışdır. 
Musa Qalankatlının «Ağvan tarixi» əsərində suvarların «oda, suya, Aya, gözlərinə təəcüblü görünən şeylərə, xüsusilə də iri bədənli təsəvvür etdikləri Tanrı xana» inandıqları qeyd olunur. Möhkəm gövdəli palıd ağacları ətrafında Tanrı xana ibadətgahlar düzəldən suvarlar ona atları qurban verir, qurbanlığın qanı ilə bu ağacları sulayır,dərisini və başını isə budaqlardan asırdılar. Səkkizguşəli ulduz şəklində təsvir olnunan Günəş Tanrı xanın simvolu hesab edildiyindən suvarların əksəriyyəti səkkizguşəli boyunbağı taxırdılar. Suvar xanı Alp İlitverin ölkə əhalisinin hamısını xristianlaşdırmaq təşəbbüsü uğursuzluqla nəticələndi.Yalnız Qərbi Azərbaycan ərazisində məskunlaşmış savirlərin bir hissəsi xristianlığı qəbul ededərək get – gedə öz türklüklərini itirməyə başladılar. Erkən orta əsr mənbələri savirlərin bu hissəsini «sevordik» , yəni «qara savirlər» adlandırırlar.
Suvarların kütləvi şəkildə Azərbaycan ərazisinə gəlmələri onların Volqa və Don ərazisində saylarının azalmasına gətirib çıxartdı. Bu bölgədə qalan suvarlar Şərqi Avropanın ən qüdrətli türk dövlətlərindən olan Xəzər xaqanlığının qurulmasında xəzərlərlə, barsillərlə və digər qohum tayfalarla birlikdə yaxından iştirak etdilər. Suvarlar VII əsrin 80 – ci illərində Xəzər xaqanlığının qərb ucunu təşkil edirdilər.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.