Bosna böhranı

Bosna böhranı

XX  əsrin əvvəlləri müxtəlif böhran-larla səciyələnir. 1908-ci  ildə  yeni  beynəlxalq böhran yarandı. XX əsrin əvvəllərindən başlayaraq Avstriya maliyyə kapitalı Balkanlarda işğalçılıq siyasətinin yeridilməsini, Salonikə gedən yolu - Egey dənizinə çıxışı tutmağı tələb etməyə başladı. Əvvəllər Avstriya-Macarıstan meylli olan serb hökuməti onun siyasətinə kömək edirdi. Serbistan iqtisadi cəhətdən də Avstriya-Macarıstandan asılı vəziyyətdə idi. Lakin 1903-cü ildə Serbistanda baş verən dövlət çevrilişindən sonra Balkanlarda vəziyyət kəskin şəkidə dəyişdi. Serb hökuməti etnik yaxınlığı əsas götürərək, rusiyapərəst xətt yeritməyə başladı. Ölkədə Avstriya-Macarıstanın iqtisadi ağalığından qurtulmaq uğrunda hərəkat gücləndi. Avstriya-Serbistan kömrük müharibəsi baş verdi. Rusiya eyni zamanda cənubi slavyan əhalisini Tür-kiyənin əleyhinə qiyamçılığa və terrorçuluğa qaldırdı. Belə şəraitdə Avstriya-Macarıstan hakim dairələri Balkanlarda hərəkatı yatırtmaq üçün radikal addımlar atdılar. İlk addım kimi Avstriya-Macarıstan Osmanlı imperiyasının ərazisi sayılan Bosna və Hersoqovinanı özünə birləşdirdiyini elan etdi. Bu ərazilərin birləşdirilməsi serb hökumətinin narazılığına səbəb oldu. Rus hökuməti Serbistanı müdafiə etdi.

 

1909-cu ilin martında Avstriya-Macarıstan səfərbərlik elan edərək qoşunlarını Serbistan ilə sərhəddə yığdı. Öz müttəfiqini müdafiə edən Almaniya münaqişəyə qoşuldu. Kansler Bülöv 1909-cu il martın 21-də Sankt-Peterburqa ultimatum göndərdi. O, ultimatumda Bosna və Hersoqovinanın Avstriya-Macarıstana birləşdirilməsinin tanınmasını Rusiyadan kəskin şəkildə tələb etdi. Tələb yerinə yetirilmədikdə Almaniya müharibəyə başlayacağı ilə hədələdi. 1904-1905-ci illər rus-yapon müharibəsindən sonra özünə gələ bilməyən Rusiya Serbistana kömək etməyə hazır deyildi. İngiltərə və Fransa da Rusiyanı müdafiə etmədi. Belə olduqda Rusiya və Serbistan diplomatik-siyasi məğlubiyyətə uğradılar. Lakin Serbistan Balkanlarda türklərin və başqa millətlərin yaşadıqları əraziləri işğal etmək, Rusiya isə ona kömək göstərmək,  Bosfor və Dardanel boğazlarına sahib olmaq istəklərindən əl çəkmədi.

Yaranmış belə şəraiti görən Rusiya öz silahı qüvvələrini bərpa etmək işinə girişdi. Rusiyada böyük hərbi proqram qəbul edildi. Bu proqram ordunun sayının artırılmasını, maddi təc-hizatının gücləndirilməsini, strateji dəmir yollarının tikilməsini, rus-yapon müharibəsi zamanı, demək olar ki, tamamilə itirilmiş hərbi-dəniz donanmasının bərpa etdirilməsini nəzərdə tuturdu. Proqram 1917-ci ildə başa çatdırılmalı idi.

Bosna və Hersoqovinanı özünə birləşdirən Avstriya-Macarıstan isə bununla kifayətlənmək istəmirdi. O, Salonik istiqamətində ərazilər ələ keçirməyə çalışırdı. Avstriya-Macarıstanın bu hərəkətləri Almaniya tərəfindən rəğbətlə qarşılansa da onun Türkiyə ilə iqtisadi və siyasi cəhətdən yaxınlaşması cəhdlərindən narahat idi.

Bosna böhranı Rusiyanın Avstriya-Macarıstanla və Almaniya ilə ziddiyyətlərini daha da kəskinləşdirdi.

 

Beynəlxalq Münasibətlər Tarixi

 (XX əsr. I hissə. 1900-1945-ci illər)[/b]

 Tarix    elmləri    doktoru,  professor [/b]

Musa Qasımovun ümumi redaktəsi ilə

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 avqust 2013 14:28
    hele catmamisam maraqlidi

  2. 16 noyabr 2013 21:15
    neye catmamisan.yene yalan deyir.allaaha nad olsun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.