İtaliya müasir dövrdə

İtaliya müasir dövrdə

 

İtaliya müasir dövrdə: müharibədən sonra sosial-iqtisadi vəziyyət,İtaliya 50-60-cı illərdə , müasir dövrdə
 
        İtaliya müasir dövrdə

   Müharibədən sonra sosial-iqtisadi vəziyyət
   Hələ 1944-cü ildə yaradılmış koalision hökümət təsərrüfatın bərpasına və ölkənin siyasi həyatının demokratikləşdirilməsinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirtdi.Mülkədarların becərmədikləri torpaqlar kəndlilərə verildi. Əmək haqqı zəhmətkeşlərin həyat səviyyəsinə uyğunlaşdırıldı.
   Monarxiya dövlət formasını ləğv etmək məğsədilə 1946-cı il iyunun 2-də referendumu və eyni zamanda Müəssislər məclisinə seçkilər keçirildi. Nəticədə respublika tərəfdarları qaalib gəldilər. İtaliya respublika elan olundu.
   Müəssislər Məclisinə seçkilərdə yerlərin çoxusunu XDP qazandı. Partiyanın lideri Açide Qasperi (1881-1954) hökümətin başçısı oldu.
    Müharibədən qalib gəlmiş dövlətlər 1947-ci ilin fevralında İtaliya ilə sülh müqaviləsi imzaladılar. Həmin müqaviləyə görə İtaliya müstəmləkələrdən məhrum edilirdi. 9 min kvadrat kilometrlik bir ərazi Fransa və Yuqoslaviyaya güzəştə gedildi. İtaliya SSRİ, Yuqoslaviya, Yunanıstan, Albaniya və Həbəşistana təzminat ödəməli oldu. Ölkədə faşist təşkilatlarının yaradılması qadağan olundu. Hərbi qüvvələrin sayı məhdudlaşdırıldı. Cəmiyyətin demokratikləşdirilməsi yolları müəyyənləşdirildi. Bu dövrdə İtaliya iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün xarici kreditlərə böyük ehtiyac hiss edirdi. ABŞ bu krediti verməyə hazır idi. Lakin prezident H.Trumen belə bir tələb irəli sürdü ki, yalnız İtaliya hökümətinin tərkibindən kommunistlər çıxarıldığı təqdirdə ona kredit verilə bilər. Bu tələb yerinə yetirildi. 1947-ci ilin martında kommunistlər hökümətin tərkibindən çıxarıldılar. Sosialistər, bir qrup istisna olmaqla, həmrəylik əlaməti olaraq höküməti tərk etdilər. 1948-ci ildə İtaliya ABŞ-dan "Marşall planı” üzrə iqtisadi yardım aldı.
    1947-ci ildə ölkədəki apaıcı partiyaların – XDP, İKP və İSP-nin iştirakı ilə demokratik konstitutisiya  hazırlandı. Yeni Konstitutusiyaya əsasən hər cür ayrı-seçkilik  qadağan olundu. Qadınlar kişilərlə bərabər  hüquq aldılar, Andlı məhkəmə yaradıldı.Məhkəmə hakimiyyətinin müstəqil olması təsbit olundu. Çoxpartiyalı sistem və proporsional seçki qaydası tətbiq olundu.
   Konstitutusiyaya görə Deputatlar palatasında nisbətən çox yer qazanan partiya höküməti təşkil edirdi. Müxafiq yer almış digər partiyaların nümayəndələri də hökümətin tərkibinə daxil edilirdilər.
   1948-ci ilin aprelində parlamentə yeni seçkilər keçirilirdi. ABŞ-ın verdiyi kredit hesabına ölkədəki iqtisadi çətinliklərin aradan qaldırmaq çüarı ilə seçkilərə gedən XDP böyük müvəffəqiyyət qazandı, 12,7 milyon səs topladı. Bütün sol partiyalar və təşkilatlar Xalq Demokratik Cəbhəsində (XDC) birləşsəlır də , cəmi 8 milyon səs ala bildilər. A.Qasperi yenidən hökümət təşkil etdi. Respublikanın qurulması prosesi başa çatdırıldı.
     

İtaliya müasir dövrdə

 

  
     50-60-cı illərdə siyasi və iqtisadi vəziyyət
   50-ci illərdə ölkədə güclü fəhlə hərəkatı baş verdi. Ölkə ictimaiyyəti İtaliyanın NATO-ya girməsinə və "soyuq müharibə” təbliğatında qızğın iştirakına qarşı etiraz aksiyaları keçirdi. Buna baxmayaraq, 1949-cu ildə paralmentin qərarı ilə İtaliya NATO-ya daxil oldu.
   Çoxdan idi ki, xristian-demokratlar seçki sistemində dəyişiklik etməyə , proporsional seçki sistemini mojaritor seçki sistemi ilə əvəz etməyə can atırdılar.Nəhayət, onlar parlamentdə bunu qanuniləşdirə bildilər. Parlamentin seçki sistemi haqqında qəbul etdiyi yani qanun cəmityyətdə böyük narazılıqla qarşılandı. Xalq onu "föröldaq qanun” adlandırdı. Kütlələrin təsiri ilə XDP bu qanunu həyata keçirə bilmədi. Sonradan isə həmin qanun tamamilə ləğv olundu.
     50-ci illərin ortalarında beynəlxalq aləmdə baş verən hadisələr, Sov.İKP-nin özünü dünya kommunist hərəkatında hakim partiya kimi nümayış etdirməsi, beynəlxalq fəhlə hərəkatında yaranmış böhran, sovet qoşunlarının Macarıstana müdaxiləsi və s. İtaliya sosialistlərinin siyasi baxışlarında dəyişiklik yaratdı. Onlar kommunistlərdən uzaqlaşaraq XDP-yə yaxılaşdılar. Bundan istifadə edən xristian-demokratlar gah sosialistlərlə, gah da sağ təmayüllü partiyalarla blok yaradaraq xeyli müddət parlamentdə yerlərin çoxunu tutdular və hakim partiya kimi hökümətə başçılıq etdilər.
     ABŞ-dan alınmış 1,3 milyatrd dollar həcmində kredit sənayenin modernləşdirilməsinə və istehsalın yüksəldilməsinə kömək etmişdi. Onun nəticəsində 50-ci illərin axırlarında ölkədə ciddi iqtisadi yüksəliş baş verdi. Əmək məhsuldarlığı xeyli artdı. Dünya bazarına çıxarılan sənaye məhsulları sırasında İtaliyanın payı çoxaldı. Elmi-texniki tərəqinin naliyyətlərindən istifadə nəticəsində metallurgiya , avtomobil və kimya sənayesində güclü avtomatlaşdırma aparıldı. Bir sıra yeni sənaye sahələri yarandı. Ancaq ölkənin cənubunda inkişaf ölkənin cənubundan geridə qalırdı.  İşsizlik adamları əldən salmışdı. Adamlar iş dalınca ya ölkənin şimalına köçür, ya da Almaniya, Fransa və İsveçrə kimi dövlətlərə mühacirət edirdilər.
     İtaliyada iqtisadi yüksəliş dövründə də fəhlə hərəkatı sönmək bilmirdi. Aramsız tətillər höküməti bəzi güzəştlərə getməyə məcbur etdi. Əmək haqqı və pensiyaların həcmi artırıldı.Tətil hərəkatına başçılıq edən İKP öz nüfuzunu xeyli yüksəltməyə nail oldu.
  1967-1968-ci illərdə tələbə hərəkatı da gücləndi. Kütləvi çıxışlarda ziyalılar da iştirak edirdilər. Bundan başqa, sağların müqvimətinə bxmayaraq, parlament boşanma haqqında qanun qəbul etdi. Həmin qanun referendum yolu ilə təsdiq olundu.
    60-cı illərin sonlarında Almaniyada olduğu kimi İtaliyada da "sol” və "sağ” ekstremist terrorçu təşkilatlar meydana gəlmişdi. "Sol”çu qruplar ölkədə hakimləri, prokurorları öldürən "Qırmızı briqada”lar yaratmışdılar. "Sağ” neofaşistlər isə sabitliyi pozmaq , höküməti qorxutmaq üçün adanların çox toplaşdığl yerlərdə bombalar partladır,yolları minalayır, demokratik fikirli adamları öldürürdülər. Dövlətin onları zərərsizləşdirmək tədbirləri bir nəticə vermirdi. Təqibdən qaçan tarrorçular gizli fəaliyyətə keçmişdilər.
     Ölkənin cənubunda da vəziyyət sabit deyildi. Siciliya və Neapol vilayətlərində mafioz qruplar fəaliyyət göstərirdilər. Bu qruplar qarət və qətllər törədir,əhalini qorxudur, varlılardan pul qopararaq onlara himayədarlıq edir, hakimlərə və hökümət məmurlarına rüşvət verməklə onları ələ alırdılar.
         

İtaliya müasir dövrdə

 

İtaliya müasir dövrdə
    1974-cü ildə İtaliyanı iqtisadi böhran bürüdü. İstehsalın artımı dayandı, qiymətlər artdı, işsizlik çoxaldı, inflyasiya baş alıb getdi. Böhrandan çıxmaq yollar axtarılırdı.İKP , nüfuzundan istifadə edərək bu barədə bəzi təkliglər irəli sürdü. XDP sol cərəyanının rəhbəri Aldo Moro 1978-ci ilin martında kommunistlərlə saziş imzaladı. Sazişə görə iqtidarda olan Nazirlər kabineti hər iki partiya ilə razılaşdırılımış proqram həyata keçirməklə böhrandan çıxa bilərdi.
   Xristian-demokratlarla kommunistlərin bir-birinə yaxınlaşması bəzi qüvvələri təşvişə saldı. Çünki onların koalision dövlət yaratması ehtimalı gerçəkləşə bilərdi. Lakin saziş imzalanan gün "Qırmızı  briqadalar”ın terrorçu dəstəsi A.Moronu oğurladı. Yalnız may ayında onun cəsədi Romanın mərkəzində, avtomildə tapıldı. Terrorçular Moronu işgəncə ilə qətlə yetirmişdilər.
    Aldo Moronun öldürülməsindən sonra saziş baş tutmadı. İki partiya bir-birindən uzaqlaşdı. Kommunistlərin nüfuzu isə aşağı düşdü.
   1978-1985-ci illərdə sosialist Aleksandro Pertini(1896-1990) İtaliya prezidenti oldu. O, prezident hakimiyyətini güclü siyasi qüvvəyə çevirdi. Onun prezidentliyi müddətində XDP-nin hökümətə şəriksiz başçılıq etməsi pozuldu. Hərdən bir sosialistlər və başqa partiyaların nümayəndələri də hökümətə başçılıq etmişdilər.
     1992-ci ildə İtaliyada "Təmiz əllər” adını almış irimiqyaslı kampaniya həyata keçirildi. Bunun nəticəsində hakimiyyətin yuxarı eşalonunda və iri siyasi partiyaların rəhbərliyində kütləvi korrupsiya faktları aşkarlandı.İstintaq siyahılarında 20 min adamın, o cümlədən keçmiş baş nazirlərin,  nazirlərin, parlament deputatlarının, partiya rəhbərlərinin adları var idi.   Bu məhkəmə prosesi iri siyasi partiyaların nüfuzdan düşmələrinə səbəb oldu.
    1994-cü ilin martında keçirilən parlament seçkilərində əsas siyasi pariyalar mğlubiyyətə uğradılar. Milyonçu S. Berluskoninin "İrəli,İtaliya” ,federalist U. Bossinin "Şimal Liqası”, neofaşistlərin və sol millətçi qüvvələrin "Milli alyans” qruplaşması seçkilərdə qalib gəldilər.  S.Berliskoni başda olmaqla ittifaqda koalision hökümət təşkil etdi. 1998-ci ilədək iki hökümət kabineti dəyişmişdi. 1998-ci il parlament seçkilərində Demokratik Sol qüvvələr partiyası (DSQP) qalib gəldi.Onların lideri masimo de Alema höküməti formalaşdırdı.
   2001-ci ildə keçirilən parlament seçkilərində sağ partiyaların bloku qələbə qazandı. Silvio Berluskoni başda olmaqla yeni hökümət quruldu. O, 2006-cı ildə hakimiyyətdən getsə də, 2008-ciil-2011-ci illərdə yenidən baş nazir oldu. Ondan sonra 2013-cü ilədək ba. Nazir vəzifəsində     Mario Monti işlədi. 2013-2014-cü illərdə baş nazir seçilən Enriko Letta sosial-iqtisadi sahədə inkişaf üçün müəyyən addımlar atdı.
    İtaliya sənayecə yüksək inkişaf etmiş ölkələrdən biridir. Avropa inteqrasiya proseslərində fəal  iştirak edir.
     Hacıqabul rayonu, UDULU kənd tam orta məktəbi, müəllim Zakir Əliyev.
 
 
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 fevral 2015 13:45
    Dəyərli Hamlet müəllim, Bu mühüm məqalənin nəfis şəkildə dərc etmənizlə əlaqədər olaraq Sizə öz səmimi tə.əkkürümü bidirirəm və Sizə, "Tarix.İnfo"ya yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.