AFR MÜASİR DÖVRDƏ

AFR MÜASİR DÖVRDƏ

 

AFR müasir dövrdə: Almaniya II dünya müharibəsindən sonra,K. Adenauer, V. Brandt,H. Kol, Almaniyanın birləşdirilməsi

 Almaniya  Federativ  Respublikası müasir dövrdə
   Almaniya II Dünya müharibəsindən sonra
  İkinci dünya müharibəsi Almaniya üçün faciəli nəticələrlə başa çatmışdı. Müharibədə ölkə ərazisi böyük dağınıtılara məruz qalmışdı və xarabazarlığa çevrilmişdi. Sənaye istehsalı müharibədən əvvəlki istehsalın üçdə biri səviyyəsinə enmişdi. Şərqi Prussiyadan, Oder və Neyse çayları boyu ərazidən 9 milyondan çox alman əhalisinin köçürülməsi mənzil problemini daha da ağırlaşdırmışdı. Həyat səviyyəsi aşağı enmişdi. Yanacaq çatışmırdı. Pul qiymətdən düşmüşdü.        Bundan əlavə Almaniya müstəqil dövlət kimi varlığını itirmişdi. Onun ərazisi əvvəl 4 işğal zonasına-sovet(şərq), ingilis(şimal-qərb), fransız( qərb), amerikan(cənub) zonalarına bölünmüşdü. İşğal edilmiş ərazilərdə Almaniyaya dair ümumi məsələləri həll etmək üçün müttəffiq orduların baş komandanlarından ibarət xüsusi Nəzarət Şurası yaradılmışdı.
       Müttəfiqlər Krım və Potsdam konfranslarının qərarlarına müvafiq olaraq Almaniyaya münasibətdə 3  "D” siyasətini keçirməli idilər:
     1).Demilitarizasiya- Almaniya silahlı qüvvəlırinin ləğvi, tərksilah edilməsi;
      2). Denasifikasiya- nasist təşkilatlarının qadağan olunması, faşist qanunlarının ləğvi, hərbi          canilərinin cəzalandırılması;
      3). Demokratikləşdirmə- Almaniyanı  demokratik, sülhsevər dövlətə çevirmək, demokratik partiyaların  bərpa edilməsi.
    Qərb dövlətləri və SSRİ-nin üç "D” siyasətinə müxtəlif mövqedən yanaşmaları və işğaldan öz məqsədləri üçün istifadə etmələri nəticəsində müharibədın sonra Almaniyaya münasibətdə vahid siyasət yeritmək mümkün olmadı.
       Almaniyanın parçalanması. K. Adenauer.
     "Soyuq müharibə”nin başlanması Qərb dövlətlıri və SSRİ-nin Almaniya məsələsi ilə bağlı siyasətlərində öz əksini tapdı. Keçmiş müttəfiqlərin qarşıdurması Almaniyanın parçalanmasını labud edirdi. Qərb dövlətləri işğal etdikləri Almaniyanı gələcəkdə özlərinin etibarlı dayağına çevirməyə, SSRİ isə buraya "sosializm” ixrac etməyə çalışırdı.
      Qərb dövlətləri "sovet təhlükəsi”nin güclənməsindən ehtiyat etdikləri üçün təcili tədbirlər həyata keçirməyə başladılar. Almaniyanın iqtisadi cəhətdən zəiflədilməsi planından imtina edildi. Təzminat alınması dayandırıldı. 1948-ci ilin iyununda keçirilmiş pul islahatı bu yolda həlledici addım oldu. Qiymətdən düşmüş reyxsmarka alman markası ilə əvəz olundu. İnflyasiya dayandırıldı, "qara bazar” aradan çıxdı, istehsal və tikinti artdı, bazar iqtisadiyyatı formalaşdı. 
      Pul islahatının keçirilməsinə cavab olaraq SSRİ Qərbi Berlini blokadaya aldı. Vəziyyətin təhlükəli olduğunu görən Qərb dövlətləri öz işğal zonalarında alman dövlətini yaratmağa tələsdilər. 1946-cı ilin dekabrında ingilis və amerikan işğal zonaları  , bir ildən sonra isə  Fransa işğal zonası birləşdirildi.  1948-ci ilin aprelində Almaniya Federativ Respublikasının konstitutisiyası hazırlandı. İşğal hakimiyyəti orqanlarının təsdiq etdiyi konstitusiya 1949 – cu il   
   mayın 23-də qüvvəyə mindi. Konstitutusiya Almaniya Federativ Respublikasını(AFR) parlamentli respublika elan etdi. Ölkədə qanunverici ali hakimiyyət ikipalatalı parlamentə (Bundestaqa) məxsus idi. Prezident Veymar konstitutisiyasından fərqli olaraq ümumi seçki ilə yox, Bundestaqın iclasında seçilirdi və məhdud səlahiyyətlərə malik idi. Hökümətin başçısı olan federal kansler seçkilərdə qalib gəlmiş partiyanın liderindən təyin olunur və Bundestaq tərəfindən təsdiq edilirdi. Konstitutusiya Məhkəməsi konstitutusiyaya zidd hesab etdiyi hər hansı bir qanunu ləğv etmək hüququna malik idi. Bonn şəhəri yeni dövlətin paytaxtı elan olundu.
        Bundestaqa ilk seçkilər 1949-cu ilin avqustunda keçirildi. Seçkilərdə Xristian Demokrat İttifaqı (XDİ) – Xristian Sosialist İttifaqı (XSİ) bloku qalib gəldi və Azad Demokratik Partiya(AZDP) ilə koalisiyada hökümət təşkil etdi. AFR-in yaradılması isə rəsmən 1949-cu il sentyabrın 21-də elan olundu. Xristian-Demokrat İttifaqının lideri Konrad Adenauer AFR kansleri oldu. Təcrübəli siyasətçi K. Adenauer 1963-cü ilə kimi bu vəzifədə qaldı. O, AFR-in siyasi cəhətdən möhkəmləndirilməsində, demokratik dövlət kimi formalaşması və inkişafında , iqtisadi tərəqqisində böyük rol oynadı. 
      1949-cu il oktyabrın 7-də sovet işğalı zonasında Almaniya Demokratik Respublikası yaradıldı. Şərqi Berlin onun paytaxtı oldu.
        AFR –də "iqtisadi möcüzə”
    AFR-in beynəlxalq mövqeyinin güclənməsi xeyli dərəcədə onun iqtisadi inkişaf sürəti ilə bağlı idi. Çünki bütün ölkə öz qarşısına iqtisadiyyatı çox tez bir zamanda bərpa etmək vəzifəsini qoymuşdu. ABŞ "Marşall planı” üzrə AFR-ə bol maliyyə yardımı (3,6  milyard dollar) göstərmiş, müəssisələrini yeni texnika ilə təchiz etmək üçün ən müasir avadanlıqlar göndərmişdi. 50-ci illərin ortalarına qədər ordunun və hərbi xərclərin olmaması iqtisadiyyatın inkişafına xeyli vəsait xərcləməyə imkan vermişdi. Həmçinin ucuz işçi qüvvəsindən istifadə də iqtisadiyyatın sürətli inkişafına səbəb olmuşdu. 1950-1964-cü illərdə AFR-də milli məhsulun ümumi dəyəri üçqat artmış və o, müharibədən əvvəlki bütün Almanıyanın istehsal etdiyindən daha çox məhsul istehsal etməyə başlamışdı. Maşınqayırma, elektrik enerjisi istehsalı, kimya və poladtökmə sənayesi daha sürətlə inkişaf etmişdi. Bunu obrazlı olaraq "alman möcüzəsi” adlandırırdılar.
      AFR-də istehsal olunan bütün məhsulun yarıya qədəri dünya bazarına gedirdi. İxracdan əldə olunan gəlirlər AFR-a borcları ödəməyə , nasizm qurbanlarına ödənişlər verməyə və çoxlu qızıl-valyuta ehtiyatları yaratmağa imkan vermişdi. İqtisadi inkişafa uyğun olaraq ölkə əhalisinin rifahı daha da yaxşılaşır, "firavan dövlət” inkişaf edirdi. Əgər 1929-1933-cü illər bıhranı alman demokratiyasını laxlatmışdısa, 50-60-ci illər iqtisadi yüksəlişi onun möhkəmləndirlənməsinə kömək edirdi.
      Xarici siyasətdə birmənalı olaraq ABŞ-a meyllik AFR-in beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdi. 1951-ci ildə onun ərazisində işğal rejimi ləğv edidi. 1955-ci ildə AFR NATO-ya ,1957-ci ildə isə Avropa İqtisadi Birliyiniə daxil oldu. Almaniya ilə Fransanın tarixi barışması baş verdi. Eyni zamanda AFR özünün şərqdəki qonşularını tanımaqdan imtina edir, Almaniya Demokratik Respublikasının tanınmamasına çalışırdı.
     50-60-cı illərdə AFR höküməti ölkədəki siyasi qüvvələrə münasibətdə "Qızıl orta xətt” siyasət yeritdiyini bildirdi. Əslində isə cağ və sol qüvvələrə münasibət eyni deyildi. Sağlar rəğbətləndirilir, sollar isə təqib olunurdu. Konstitutusiya Məhkəməsi AKP-ni təxribatçı elan etmişdi.!956-cı ildə AKP-nin fəaliyyəti qadağan olunmuşdu.
     Sosial-demokratlar hakimiyyətdə. "Böyük və kiçik " koalisiya hökümətləri
     60-cı illərin ortalarında Qərbi Almaniyanın inkişaf sürəti xeyli ləngidi. Artıq qocalmış K. Adenauer istefa verdi. Onu Lüdviq Erxard əbəz etdi. Sonra isə hakimiyyətə yeni qüvvələr- xristian-demokratlala sosial-demokratlar gəldilər. Bu qüvvələrin təşkil etdiyi hökümət "Böyük koalisiya” höküməti adlandırıldı. Fəhlələr arasında nüfuz qazanmış ASDP qəbul etdiyi yeni proqramda marksizmin köhnəldiyini, son məqsədinin demokratik sosializm qurmaq olduğunu elan etdi.
    1969-cu il sentyabr seçkilərində yenə də, səs çoxluğu əldə edən sosial-demokratlar azad demokratlarla ittifaqa girərək "Kiçik koalisiya höküməti”ni təşkil etdilər. Ona sosial-demokratların lideri Villi Brandt başçılıq edirdi. Hökümət daxili siyasətdə bir sıra yeniliklər həyata keçirdi: 1. əmək haqqları və təqaüdlər artırıldı;2. Müəssisələrdə sahibkarlığın özbaşınalığını məhdudlaşdıran istehsalat şuraları yaradıldı; 3.Mənsil kirayəsinin son həddi müəyyənləşdirildi.
    Villi Brandt höküməti AFR-in "Yeni Şərq siyasəti”ni reallaşdırdı. Bu siyasətin mahiyyəti aşağıdakılardan ibarət idi:
    1.”Soyuq müharibə”dən imtina etmək, yaranmış qüvvələr nisbətinə hörmət bəsləmək;
    2.Şərqi Avropanın Hitler təcavüzündən zərər çəkmiş ölkələri,ilk növbədə SSRİ və Polşa ilə münasibətləri normallaşdırmaq;
   3. Almaniya Demokratik Respublikasını tanımaq.
   İrticaçı qüvvələrin kəskin müqavimətinə baxmayaraq, "Yeni Şərq siyasəti” əhalinin əksəriyyəti tərəfindən müdafiə olundu. "Yeni Şərq siyasəti” nəticəsində:
   1.Şərqi Avropadakı müharibədən sonrakı sərhədlər tanındı;
   2. ADR ilə dövlətlərarası münasibətlər yaradıldı;
   3. Qərbi Berlinin statusu haqqında razılığa gəlindi.
  Bütün binlar "Münhen amirliyi” adlandırılan siyasətin sonu demək idi.
  70-ci illərdə AFR sürətlə inkişaf edərək Şərqi Avropa ölkələrinin Qərbdə başlıca iqtisadi tərəfdaşlarına şevrildi və onun beynəlxalq hüfüzu yüksəldi.
  Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, 1974-cü ildə AFR-də də iqtisadi böhran baş verdi, inflyasiya sürətləndi, işsizlərin sayı artdı.Lakin zəhmətkeşlərin maaş və pensiyalarının yüksək olduğu AFR-də böhran başqa ölkələrə nisbətən az çəkdi və xalqın maddi vəziyyətinə ciddi təsir 
göstərmədi. Lakin Villi Brandtın yeritdiyi siyasətə qarşı birləşmiş irtica qüvvələri 1974-cü ilin mayında onun vəzifəsindən uzaqlaşdırılmasına nail oldular. Başlıca səbəb Brandtın əməkdaşlarından birinin ADR kəşfiyyatının agentinin olmasının aşkarlanması oldu. Hökümətə sosial-demokrat Helmut Şmidt başçılıq etməyə başladı. Hökümətin dəyişməsi AFR-in siyasi xəttində əhəmiyyətli dəyişikliyə səbəb olmadı. Şmidt Brandtın siyasi xəttini davam etdirdi.
    1980-ci ilin ikinci yarısından etibarən iqtisadi inkişafın sürəti ləngiməyə başladı, 1981-1982-ci illərdə uzun sürməyən iqtisadi böhranı ilə əvəz olundu. İşsizlərin sayının 2,5 milyon nəfərə çatması,inflyasiya və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi 1982-ci ilin payızında hakim koalisiyanın dağıdılmasına gətirib çıxartdı.
          Almaniyanın birləşməsi
    AZDP  ASDP ilə əməkdaşlıqdan imtina etdi və AZDP  XDİ-XSİ ilə bloka girdi. Bundestaqda çoxluqdan məhrum olan H. Şmidt istefa verməyə məcbur oldu.
    Qüvvələrin yenidən qruplaşması xristian demokratların 13 ildən sonra- 1982-ci  ildə hakimiyyətə gəlmələrinə şərait yaratdı. Xristian-demokrat ittifaqının lideri Helmut Kol federal kansler oldu.Kol höküməti vergiləri və dövlət xərclərini zəiflətmək, rəqabəti stimullaşdırmaq üçün tədbirlər gördü. 1983-cü ildən ölkədə iqtisadi yüksəliş başlandı.
       Helmut Kol həm də Almaniyanın birləşdiririlməsi kimi şərəfli bir vəzifəni yerinə yetirdi. Müharibə qurtardıqdan 40 il sonra parçalanmış Almaniya birləşdirildi. Almaniyanın parçalanmasının rəmzi olan "Berlin hasarı” 1989-cu ildə dağıdıldı.
    1990-cı il sentyabrın 12-də SSRİ, ABŞ, Fransa, Böyük Britaniya, ADR və AFR-in xarici işlər nazirlərinin "iki üstəgəl dörd”(2+4) adlandırılan danışıqlarda Almaniyaya münasibətdə qəti tənzimləmə barədə Müqavilə imzalandı.!990-cı il oktyabrın 3-də Şərqi Almaniya ərazisi üzərində AFR bayrağı qaldırıldı. Dekabrın 2-də Almaniya Bundestaqına keçirilən seçkilərdə əksəriyyət qazanmış XDİ, XSİ və AZDP-dən ibarət koalision hökümət təşkil edildi. Helmut Kol birləşmiş Almaniyanın ilk federal kansleri oldu. 
     Almaniyanın birləşməsi onun mühaibədən sonrakı tarixində  çox mühüm hadisə idi. Lakin bu birləşmə özü ilə xeyli problemlər də meydana çıxartdı.Keçmiş ADR-in planlı iqtisadiyyatını bazar iqtisadiyyatına çevirmək ən mühüm vəzifə idi. Bu məqsədlə hökümət Şərq torpaqlarına kapital qoyuluşunu və sosial xərcləri artırmaq məcburiyyətində qaldı.
   Alman xalqı tarixin onlara verdiyi bu fürsətdən olduqca səmərəli istifadə etdi. Birləşmiş Almaniyanın tərəqqisi üçün böyük səylər göstərildi və uğurlu nəticələr əldə edildi. Avropada və dünyada yeni geo-siyasi şərait yarandı. 1998-ci ildə hakimiyyətə , seçkilərdə qələbə çalan sosial- demokrat Herhard Şröyder gəldi.
    2005-ci ildə keçirilən seçkilərdə qələbə qazanan Angela Markel federal kansler oldu. O, Almaniya tarixində ilk qadın federal kanslerdir. Hökümət sosial-iqtisadi sahədə islahatlar həyata keçirdi. Birləşmiş  Almaniyanın iqtisadiyyatı sabit və dinamik inkişaf edən bir ölkədir. Bu dövlət dünyada baş verən proseslərdən kənarda qalmır, həm Qərbdə, həm də Şərqdə tarazlaşdırılmış  
siyasət aparır.
    Əlavə oxu materialları
   1.”Berlin hasarı”: ikinci Dünya maharibəsindən sonra ucaldılması Avropada yenidən gərginlik ocağı. "İkinci Çin səddi” şərti adı altında 1958-ci ildən etibarən rəsmi Moskva tərəfindən hazırlanmış bu tikinti layihəsi 1961-ci il avqustun 13-də həyata keçirilmişdi. Bir gecəyə 25 000 fəhlənin cəlb edilməsi ilə Berlin 165,7 km.lik beton hasarla iki hissəyə bölündü. "berlin hasarı”nın tikilməsində məqsəd ADR-də yaşayan almanların AFR-ə qaçmalarının qarşısını almaq idi. Çünki Adr-in yaradlmasından sonra bu divarın çəkilməsinədək dövrdə çoxlu sayda alman Qərbi Almaniyaya qaçmışdı. Almaniyanın parçalanmasının rəmzi olan bu divar 1989-cu ildə söküldü.
   2.Villi Brandt(1913-1992)-İxtisasca jurnalistdir. Nasistlərin hakimiyyəti dövründə İsveçdə mühacirətdə olmuş,alman vətəndaşlığından məhrum edilmişdi. Müharibədən sonra Qərbi Berlin burqmistri olmuşdu. "Təmiz külək” siyasətinin banisidir. O,Almaniya siysətinə açıqlıq və aşkarlıq gətirmişdir. Sosial-demokrat kimi sosializmin azadlığın , ədalətin və bərabərhüquqluğun birləşdirilməsini sinifdən deyil, ümumbəşəri məqsədlərə çatmaqdan ibarət olduğunu əsas götürmüşdür.AFR-in 4-cü Federal Kansleri(1969-1974) , Nobel sülh mukafatı laureatı(1971).
3. Helmut Kol (1930)- AFR-in siyasi və dövlət xadimi. 1946-cı ildə XDİ partiyasına daxil olmuşdur.1966-1973-cü illərdə Reynland-Pfalts torpağında xristian-demokratlar təşkilatına başçılıq etmişdir.1973-cü ildə XDİ federal sədri seçilmişdir.1976-1982-ci illərdə XDİ/XSİ fraksiyasının sədri olmuşdur.1982-1998 AFR-in Federal kansleri olmuşdur.
    Hacıqabul r-nu,UDULU kənd tam orta məktəbi, müəllim Z.Əliyev. 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 fevral 2015 17:15
    Hörmətli Hamlet müəllim, Bu vacib materialın Ana səhifədə nəfis tətibatla dərc etmənizlə əlaqədar Sizə səmiyyətlə təşəkkür edirəm, Sizə və "Tarix.İnfo"ya yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Hörmətlə Zakir müəllim.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.