Fransa müasir dövrdə

Fransa müasir dövrdə

 

Fransa müasir dövrdə: Müvəqqəti rejim, IV Respublika,V Republika,Şarl de Qollun hakimiyyəti, Müasir dövr. Ən yeni tarix:XIs. Hacıqabul r-nu, UDULU kənd tam orta məktəbi, Müəllim Z.Əliyev
 
   Fransa: İkinci Dünya müharibəsindən sonra və müasir dövrdə

  Müvəqqəti rejim
      İkinci Dünya müharibəsinin qurtarması ilə Fransa tarixinin ən ağır dövrlərindən birinə son qoyuldu.Fransa bu müharibədə Birinci dünya müharibəsinə nisbətən az insan tələfatı verməsinə baxmayaraq, çox böyük dağıntılara məruz qalmışdı. Beynalxalq aləmdə onun nüfuzu son dərəcədə sarsılmışdı. O, ABŞ-ın maliyyə köməyindən asılı vəziyyətə düşmüşdü. Hind-Çin nəzarətdən çıxmış, Suriya və Livan müstəqillik qazanmışdılar.
     Fransanın müharibədən sonrakı tarixi 3 dövrə bölünür:
    I.Müvəqqəti rejim= 1944-1946-çı illər;
    II.Dördüncü Respublika= 1946-1958-ci illər;
   III.Beşinci Respublika = 1958-ci ildən sonrakı dövr.
Müvəqqəti rejim dövründə Fransanı ölkənin azadlığı uğrunda mübarizədə görkəmli rol oynamış general Şarl de Qollun(1890-1970) başçılıq etdiyi Müvəqqəti hökümət idarə edirdi.Müvəqqətin hökümətin tərkibi antifaşist mübarizəsinin fəal iştirakçıları olan siyasi partiyaların nümayəndələrindən ibarət idi.
   Müvəqqəti hökümət ölkədə bir sıra social-iqtisadi islahatlar həyata keçirtdi. İqtisadi inkişafın daha yaxşı təmin olunmasının səmərəli yolu kimi milliləşdirmə seçildi. Sahibkarlardan elektrik stansiyaları, kömür şaxtaları, aviasiya və sığorta şirkətləri satın alındı. Xalq Cəbhəsi höküməti dövrünün sosial və əmək qanunvericiliyi , demokratik quruluş bərpa edidi. Müharibə caniləri və faşistlərlə əməkdaşlıq edənlər mühakimə olunaraq cəzalandırıldılar.
    1945-ci ilin oktyabrında Müəssislər  məclisinə seçkilər keçirildi.Bu seçkilər nəticəsində Fransa Kommunist partiyası, Sosialist partiyası və Xalq Respublik hərəkatı-katolik partiyası əsas siyasi qüvvələr kimi çıxış etməyə başladılar. Bu partiyalar Fransada parlament tipli respublika yaratmaq istəyirdilər. Şarl de Qoll isə ABŞ-da olduğu kimi prezidentli respublikası yaratmağı təklif edirdi. Konstitutisiya layihəsi ətrafında gedən bu siysi mübarizə Ş. De Qollun məğlubiyyəti ilə nəticələndi.O, istefa vermək məcburiyyətində qaldı.
 
    Dördüncü respublika. 50-ci illərdə iqtisadi yüksəliş.
 
    1946-cı ilin oktyabrında Müəssislər məclisinin hazırladığı konstitutisiya layihəsi referendum yolu ilə təsdiq edildi. Həmin ilin dekabrında yeni konstitusiyanın qüvvəyə minməsi ilə Fransa tarixində Dördüncü respublikanın on iki illik tarixi başlandı.
      Yeni konstitusiya mügaribədən sonrakı Avropada ən demokratik konstitusiyalardan biri idi. Ümumi seçki hüququ tətbiq edildi, vətəndaşların adi siyasi hüquqlarına əmək ,sosial təminat və təhsil hüququ əlavə olundu. Fransa parlament respublikası elan edildi. Parlament iki Palatadan- Milli məclisdən və 
Sonralalar Senat adlandırılan Respublika Şurasından ibarət idi. Məhdud səlahiyyətlərə malik olan respublika prezidenti 7 il müddərinə palataların birgə iclasında seçilirdi. Hökümətin fəaliyyəti Milli məclisin nəzarəti altında idi.
     Dördüncü respublika dövründə ölkədə vəziyyət tədriclə normallaşdı. Dağıdılmış sənaye müəssisələrin bərpa edilməsi və islahatların keçirilməsi nəticəsində 1948-ci ildə sənaye istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırıldı.1949-cu ildə kartoçka sistemi ləğv olundu. 50-ci illərdə iqtisadi yüksəliş başladı.Onun sürəti AFR və İtaliyada olduğundan aşağı , İngiltərədə olduğundan isə xeyli yüksək idi. İqtisadiyyatın modernləşdirilməsi sahəsində yeni vəzifələr müəyyənləşdirildi. Planlaşdırma üzrə baş komissar Jann Monnenin adı ilə "Monne planı” kimi məşhur olan planda dövlətin iqtisadi inkişafa fəal müdaxiləsi nəzərdə tutulurdu. Lakin siyasi  qeyri-sabitlik, müstəmləkəçi müharibələr, xarici siyasət məsələlərindəki fikir ayrılıqları sosial-iqtisadi inkişaf planlarını axıradək həyata keçirməyə imkan vermədi.
     50-ci illərdə sosial ziddiyyətlər də xeyli kəskinləşmişdi. Fəhlə hərəkatının genişlənməsi höküməti bir sıra güzəştlərə getməyə məcbur etdi. Kollektiv müqavilələr haqqında qanun qəbul olundu, əmək haqqı artırıldı, təminatlı minimum əmək müəyyənləşdirildi. Kütləvi hal alan kəndli hərəkatı ədalətli tədarük qiymətlərinin tətbiqini və vergilərin azaldılmasını tələb edirdi.
      Ölkədəki siyasi sabitlik də pozuldu. 1947-ci ilin mayında kommunistlər Reno zavodundakı tətili müdafiə etdikləri üçün, həmrəyliyi  pozmaqda günahlandırıldı   və kolasion hökümətin tərkibindən çıxarıldılar. Dördüncü hökümətin əsası yox idi. 12 il ərzində 15 hökümət kabineti dəyişdi.
     1956-cı il parlament seçkilərində sağ partiyalar məğlub oldular. Kommunistlər, sosialistlər və radikallar böyük əksəriyyət qazandılar və sosialist Gi Molle başda olmaqla "Respublika cəbhəsi” adlandırılan hökümət təşkil etdilər.
     Yeni hökümət 1956-cı ildə Tunis və Mərakeşin istiqlaliyyətini tanısada , Əlcəzairdəki müharibəni davam etdirdi. Əlcazirin 9 milyonluq əhalisinin bir milyonunu fransızlar təşkil edirdilər və ən yaxşı torpaqlara sahiblik edirdilər. Əlcəzairin Aralıq dənizi sahili elə idi ki, sankı Fransanın Aralıq dənizinin davamı idi.
Statusuna görə Əlcəzair müstəmləkə yox, dənizarxası departament adlanırdı.
Fransa neftlə zəngin Əlcəzairdən əl çəkmək fikrində deyildi. Əlcəzair xalqının milli-
azadlıq mübarizəsini boğmaq üçün xüsusi amansızlıq göstərilirdi. Fransa höküməti ölkənin müsəlman əhalisinə qarşı əsl soyqırımı siayasəti yeridirdi.
       Belə bir şəraitdə Fransa cəmiyyətində parçalanma baş verdi. Bəziləri müharibəyə son qoymağa çağırır, digərləri isə davam etdirməyi tələb edirdilər. Əlcəzairdə hərbi əməliyyatlar aparan yarım milyonluq ordu hissələri 1958-ci il mayın 13-də qiyam qaldıraraq dövlətə tabe olmaqdan imtina etdilər. Hökümət demokratiyanı qorumaq iqtidarında deyildi. Xilaskar rolunu yenə də Şarl de Qoll oynadı. O, hakimiyyətə dəvət olundu. De Qoll parlamentdən fövqəladə maqsəlahiyyətlər və konstitutisiya hüququ islahatı tələb etdi. 1958-ci il iyunun 1- rdə Milli  məclis de Qollu hökümət başçısı seçdi və ona qanunvericilik hüququ olan 
fövqəladə səlahiyyətlər verdi.
 
    Beşinci respublika
  1958-ci ilin sentyabrında keçirilən iştirak edən əhalinin 79%-i Şarl de Qollun tərtib etdiyi konstitusiyanı bəyəndi. Həmin konstitusiya əsasında Beşinci respublika yarandı. Yeni konstitusiyaya əsasən Fransa prezident respublikası oldu. Prezident 7 il müddətinə ümumi seçki əsasında seçilirdi. O, dövlət başçısı ,icra hakimiyyətinin başçısı, silahlı qüvvələrin baş komandanı səlaiyyətlırinə malik idi. Prezident parlamentin qəbul etdiyi qanunları təsdiq edir, özü isə parlament tərəfindən təsdiqə ehtiyacı olmayan dekretlər verə bilərdi. Prezident parlamenti buraxmaq , yeni seçkilər təyin etmək, qanunları referendum yolu ilə birbaşa xalqın təsdiqinə vermək hüquqlarına malik idi.
    1958-ci ildə parlament seçkilərində siyasi qüvvələrin yeni nisbəti aşkarlandı. De Qollun yaratdığı "Yeni Respublikanı Müdafiə İttifaqı” partiyası seçkilərdə qalib gəldi və Milli məclisdəki yerlərin əksəriyyətinə sahib oldu. 1958-ci ilin dekabrında
Şarl de Qoll prezident seçildi.
     De Qoll iqtisadi sahədə inhisarları möhkəmləndirmək xəttini əsas götürdü. Məqsəd onlarınABŞ, Qərbi Avropa və Yaponya ilə rəqabət qabiliyyətini gücləndirmək idi. Yeni sənaye sahələri-atom,radioelektronika və b. sahələri yaradıldı. Əsas iqtisadi göstəricilər üzrə Fransa İngiltərəni ötərək dünyada 5-ci yeri tutdu. İqtisadi inkişaf sürətinə görə Fransa bu dövrdə yalnız Yaponiyadan geri qalırdı. 60-cı illərin sonunda artıq dövlətin bütün borcları ödənilmişdi. O, əvvəllərdəki kimi kreditor rolunu oynayırdı. Bu illərdə kənd təsərrüfatının modernləşdirilməsi başa çatdırıldı. Fransız kəndliləri fermerlərə çevrildilər. Bu isə öz növbəsində Fransanın Qərbi Avropada ən iri ərzaq ixracatsına çevrilməsinə səbəb oldu.
     Şarl de QOLL müstəmləkə problemini də müdrikliklə həll etdi. 1960-cı ildə 
Ekvador və Qərbi Afrika müstəmləkələrinə müstəqillik verildi. Əlcazairəlilərə qalib
gəlməyin mümkünsüzlüyünü görən de Qoll , Əlcəzair Milli Azadlıq Cəbhəsi ilə danışıqlara başladı.Bu,ifrat sağların narazılığına səbəb oldu.  Onlar "Gizli ordu təşkilatı” adlı silahlı təşkilat yaratdılar. Bu təşkilat de Qollu devirməyi və faşist
diktaturası qurmağı öz qarşısına məqsəd qoymuşdu.Əlcəzairin müstəqilliyi tərəfdarlarına qarşı terror başlandı. Lakin orduda yeni qiyam qaldırmaq cəhdi baş 
tutmadı.Ölkə əhalisinin əksəriyyətinin müdafiəsinə arxalanan de Qoll işi axıra çatdırdı.1962-ci ildə Əlcazairə istiqlaliyyət verilməsi haqqında müqavilə imzalandı.
      Xarici siyasətdə Şarl de Qoll qarşısına üç əsas vəzifə qoymuşdu:
1.”Böyük Fransa”nı bərpa etmək;
2.Fransanın müstəqilliyini möhkəmləndirmək;
3. ABŞ-ın Avropadakı təsirini zəiflətmək. De Qol bu vəzifələrimüvəfəqiyyətlə yerinə yetirdi.
Fransa nüvə dövlətinə çevrildi, müdafiə qabiliyyətini gücləndirdi.De Qoll SSRİ ilə
Münasibətləri qaydaya saldı, ABŞ-ın Vyetnamdakı müdaxiləsini pislədi, onun Avropa işlərinə qarışmasını zəiflədən tədbirlər həyata keçirdi. 
     Fransanın xarici siyasət sahəsində atdığı müstəqil addımlardan biri də, NATO-da
Üzvlüyünü saxlamaqla onun hərbi təşkilatından çıxması oldu.Şarl de Qollun 10 illik 
illik hakimiyyəti Fransanın iqrisadoyyatını möhkəmlətdi və beynəlxalq nüfuzunu
bərpa etdi.
     Şarl de Qollun istefası
     Artıq 60-cı illərin sonunda Beşinci respublikanın inkişafında böhran əlamətləri görünməyə başladı. Kifayət qədər güclənmiş ölkə biznesi sərt dövlət tənzimlənməsini istəmirdi. Həmkarlar ittifaqları da dövlətin əmək münasibətlərinə hədsiz qəyyumluğundan xilas olmağa can atırdılar. Gənclər dövlətin xarici siyasət xəttindən narazı idilər.
     1968-ci ilin mayında ilk olaraq tələbələr çıxışa başladılar. Onlar təhsil sisteminin əsaslı surətdə yenidən qurulması, təhsilə ayrılan vəsaitin və təqaüdlərin artırılması tələblərini irəli sürürdülər. Polislə toqquşma nəticəsində 3 mindən çox tələbə yaralandı və həbs olundu. Bu hadisə ölkənin bütün həyatını iflic vəziyyətinə salan və bir ay müddətində davam edən ümumi tətilə səbəb oldu.
       Şarl de Qoll vəziyyəti sabitləşdirmək üçün hökümətə bir sıra konkret təkliflər təqdim edən həmkarlar ittifaqlarına güzəştə getdi. Təminatlı əmək haqqı minumumu 15% yüksəldi, əmək haqqının təcili qaydada ümumi artımı orta  hecabla 12%-ə çatdırıldıƏ məzuniyyətlər üç həftətədək uzadıldı, sahibkarlar həmkarlar ittifaqlarının hüquqları ilə razılaşmağa söz verdilər.
       Lakin bunlar Şarl de Qollun nüfuzunu sarsılmaqdan xilas etmədi. O, 1969-cu ildə özünüüidarə orqanlarının yenidən qurulması məsələsi üzrə keçirilən referendumda müvəffəqiyyət qazana bilmədi. Şarl de Qoll istefa verdi və bir daha siyasətə qayıtmadı. 1969-cu il növbədənkənar keçirilən seçkilərdə de qollçu
Jorj Pompidu prezident seçildi.
 
      Sol qüvvələr hakimiyyət başında.
      Jorj Pompidu xaalqın əhval-ruhiyyəsini nəzərə alaraq iqtisadi həyatın dövlət tənzimlənməsini zəiflətdi, lakin sosial qanunvericiliyi genişləndirdi. ABŞ-la münasibətlər yaxşılaşdırıldı.İngiltərənin AİB-ə daxil olmasına maneçilik törədilmədi. 1974-cü ildə J. Pompidu vəfat etdi,müstəqil namizəd Valeri Jiskar D”Esten prezident seçildi. Respublikanı müdafiə edən Birlik partiyasının lideri 
Jak Şirak baş nazir təyin edidi.
    1974-cü başqa inkişaf etmiş ölkələr kimi, Fransanı da iqtisadi böhran bürüdü. istehsal azaldı, işsizlik, inflyasiya artdı, əhalinin həyat səviyyəsi aşağı düşdü. Fəhlə 
hərəkatı gücləndi. Dəyişiliklərə təşəbbüs edisə də, ciddi nəticələr əldə olunmadı.
      Bu hadisələr sol qüvvələrin hakimiyyətə gəlməsini sürətləndirdi. 1981-ci ildə
Prezident, sonra isə parlament seçkilərində sol qüvvələr qələbə çaldılar. Sosialist partiyasının lideri Fransua Mitteran prezident seçildi. Sol hökümət ölkəni böhrandan çıxarmaq üçün bir sıra tədbirlər həyata keçirdi. Əmək haqqı. Işsizliyə, çoxuşaqlılığa görə yardım artırıldı, Pensiya və təqaüdlər çoxaldıldı; iş həftəsi 39 saata endirildi; 5 həftəlik ödənilən məzuniyyət tətbiq olundu; iqtisadiyyata dövlət müdaxiləsi genişləndirildi; 36 bank və 9 sənaye qrupu( metallurgiya,elektronika, 
kimya, təyyarəqayırma,hərbi və s.) sahələr milliləşdirildi. Bunlar Xalq Cəbhəsi höküməti dövründən sonra Fransada keçirilən ən böyük islahatlar idi.
       Daha da güclənən inflyasiyanın qarşısını almaq üçün hökümət qiymətlər və əmək haqqı üzərində dövlət nəzarəti tətbiq etdi. Bu tədbir də inflyasiyanın qarşısını ala bılmədi. 1984-cü ildə hökümət sərt qənaət rejiminə keçməyə və islahatları dayaandırmağa məcbur oldu. 1986-cı ildə parlament seçkilərində sollar müvəffıqiyyətsizliyə uğradılar. Mitteran Jak Şirakı baş nazir təyin etməyə məcbur oldu.
        Sağ bloku təmsil edən J.Şirak milliləşdirilmiş müəssisələri sahiblərinə qaytarmağa başladı, iri kapitala qoyulan vergiləri ləğv etdi, immiqrasiyanı məhdudlaşdırdı. Biznesin dövlət tənzimlənməsi zəiflədildi.Bütün qüvvələr inflyasiya ilə mübarizəyə yönəldildi. İşsizliyin daha da artmasına gətirib çıxaran bu tədbirlər 1988-ci il prezident seçkilərində Şirakın məğlubiyyətinə səbəb oldu.
 
          Fransa müasir dövrdə
        Fransua Mitteran təkra 7 il müddətinə prezident seçildi. Sollar parlament seçkilərində də qələbə qazandılar.Sollar de qollçuların siyasətini davaam etdirdilər. 1993-cü il parlament seçkilərində qələbə çalan sağlar solları tutduqları mövqelərdən tədricən sıxışdırmağa başladılar. Sosialist və kommunist partiyaların böhran keçirməsi 1995-ci ildə Jak Şirakın prezident seçilməsinə şərait yartadı.
Prezident Jak Şirak 1997-ci ildə Milli məclisə yeni seçkilər elan etdi. Onun fikrincə bu seçkilər sağların qələbəsini təmin etməli idi. Lakin belə olmadı. Sol qüvvələr bloku(sosialistlər,kommunistlər. Yaşıllar) seçkilərdə qələbə çalaraq höküməti ələ keçirdilər. Sosialistlərin yeni lideri Lionel Jospen hökümətin başçısı oldu.
   2002-ci il prezident və parlment seçkiləri də Jak Şirakın qələbəsi ilə nəticələndi. O, daxili siyasətdə sosial  dövlət siyasətini davam etdirdi.Minimum əmək haqqı və müavinətlər artırıldı.
     Jak Şirakdan sonra 2007-2012-ci illərdə Nikola Sarkozi  prezident oldu. O, Avropada inteqrasiya prosseslərində Fransanın rolunu gücləndirdi.
       2012-ci ildə ölkə prezidenti Fransua Jerar Jorj Nikola Oland seçildi. F. Oland ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi siyasətini yürütməyə başladı.
 
          Əlavə didaktik materiallar
1.    Şarl de Qoll(22 noyabr 1890-9 noyabr 1970)- fransız generalı,dövlət xadimi. İkinci Dünya müharibəsi zamanı müqavimət hərəkatının rəhbəri, Fransada beşinci respublikasının banisi və ilk prezidenti(1959-1969), 1944-1946-cı illərdə Fransa respublikasında Müvəqqəti hökümətin sədri, 1958-1959-cu illərdə V Respublikanın baş naziri.
    2.Fransua Mitteran(1916-1996)- Zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olmuşdur. Siyasətə 1940-cı ildə gəlmişdir. O, baş serjant 
Rütbəsində müharibə zamanı yaralanaraq əsir düşmüşdü. Həbs düşərgəsindən üçüncü dəfə qaçaraq Fransaya gəlmiş və Müqavimət hərəkatına qoşulmuşdu. O, tezliklə hərbi əsirlərin və deportasiya edilmişlərin gizli Milli hərəkatına rəhbərlik etmişdi.Fransa azad olduqdan sonra "Demokratik və sosialist Müqavimət ittifaqı partiyası”nın rəhbəri olmuşdu. Dördüncü respublika dövründə 11 hökümətdə ikinci dərəcəli vəzifələr tutmuşdur. 1981-1995-ci illərdə Fransanın prezidenti olmuşdur.
3.Jak Şirak(1932)- Varlı aviatikinti şirkətinin direktoru ailıəsində anadan olmuşdur. Ölkənin ən nüfuzlu təhsil müəssisələrində oxumuşdur, matros və ofisiant işləmiş, tələbə çıxışlarında iştirak etmiş və vətəndaş müharibəsi dövründə Əlcəzairdə olmuşdur.Qollist partiyasının "gənc canavarlar”qanadına başçılıq etmişdir. Jorj Pompidunun yaxın ətrafina daxil olan Jak Şirak orada "Budozer” ləqəbini almışdır. 1995-2007-ci illərdə Fransanın prezidenti olmuşdur. 
4.Nikola Sarkozi(1955)- Fransa respublikasının 23-cü prezidenti (2007-2012) olmuşdur. Antitürk siyasəti ilə fərqlənmiş və Türrkiyənin Avropa Birliyinə qəbul edilməsinin əleyhdarı olmuş, irqi ayrı-seçkilik siyasəti ilə seçilmişdir.
   Hacıqabul r-nu,UDULU kənd tam orta məktəbi, müəllim Z. Əliyev
   

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 yanvar 2015 15:08
    Tesekkurler Zakir muellim

    --------------------

  2. 28 yanvar 2015 15:55
    Çox sağolun!

  3. 28 yanvar 2015 19:18
    Dəyərli Hamlet müəllim, bu aktual mövzunun Ana Səhifədə dərc etməniz görə Sizə dərindən minnətdarlığımı bildirirəm. Allah Sizin bu xeiyxah işlərinizin əvəzini versin və ZƏHMƏTİNİZİ HALAL EDİN ! Hörəmətlə Zakir müəllim.

    Bütün rəy bildirən yoldaşlara səmimi razılığımı ifadə edirəm. Çox sağ olun!

  4. 29 yanvar 2015 13:17
    Melisa xanım, dəyərli fikirlərinizə görə Sizə öz təşəkkürümü bildirirəm. Siz Bu layyihədə fəal iştirak etməniz məni çox sevindirir ki, bizim gənc müəllim və tələbələr tarixin bu və ya digər məsələlərini,problemlərini həm öyrənir, həm də bu layyihə vasitəsi ilə özlərinin material və xəbərləri ilə geniş publika qarşısında çıxış edirlər. Buradan Sizə və həm də Hamlet müəllimə şəxsən öz razılığımı bildirirəm. Sizə yaradıcılıq uğurları arzu edirəm!

  5. 30 yanvar 2015 16:54
    Tesekkurler,Zakir muellim.Melisayla raziyam.Siz ve sizin kimi deyerli muellimlerimiz sayesinde elde etdiyimiz bilikler cox qiymetlidir(bizim ucun). feel

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.