ABŞ müasir dövrdə.

ABŞ müasir dövrdə.

 

ABŞ müasir dövrdə: ABŞ II Dünya müharibəsindən sonra,Trumenin prezidenrliyi,Eyzenhauer doktrinası,Kennedinin prezidentliyi, "Reyqanomika",Terrorizmə qarşı mübarizə.
Müəllim Z.Əliyev
 
   Amerika Birləşmiş Ştatları:
İkinci Dünya müharibəsindən sonra   və  müasir dövrdə     
   

ABŞ müasir dövrdə.

 

 
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri
     ABŞ İkinci Dünya mühariəbəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. Avropa ölkələrindən fərqli olaraq onun ərazisi döyüş meydanına çevrilməmişdi. Digər müharibə iştirakçılarına nisbətən ABŞ-ın insan tələfatı da az (cəmi 300 min) olmuşdu. Müharibə dövrü müttəfiqlərinə silah, ərzaq verən ABŞ öz sənaye  və kənd təsərrüfatını qorudu,eyni zamanda bir çox ölkələrə borc verən dövlətə çevrildi. Müharibə ABŞ iqtisadiyyatının artmasına kömək edən amil oldu. 1948-ci ildə kapitalizm dünyasında istehsalın 54,6%-i, dünya qızıl ehtiyatının 53,3%-i ABŞ-ın payına düşürdü. Müharibənin sonu üçün bu ölkə bütün kapitalist ölkələri arasında ən çox saylı və güclü orduya malik idi. 1949-cu ildək atom inhisarçısı olan ABŞ özünü bütün kapitalist ölkələrini əhatə edən "azad dünya”nın maraqlarının müdafiəçisi elan etmişdi. ABŞ yeni bazarlara yiyələnmək, kapital ixracını artırmaq, geniş "dollar” imperiyası yaratmaq üçün əlverişli şərait əldə etmişdi.
 

ABŞ müasir dövrdə.

 

  Trumenin prezidentliyi dövründə daxili və xarici siyasət
     1945-ci il aprelin 12-də F.D.Ruzvelt vəfat etdikdən sonra ABŞ-da prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. Trumen daxili siyasətdə çevik tədbirlər həyata keçirdi. O,iqtisadi və sosial sahələrdə F.D. Ruzveltin "Yeni xətt” siyasətini davam etdirdi. Trumen hələ prezident vəzifəsini həyata keçirməyə başlayarkən öz siyasətini "Ədalətli  xətt” adlandırmışdı.1944-1946-cı illərdə bir sıra qanunlar qəbul olundu.”Hüquqlar haqqında əsgər billi” qanununa əsasən ordu sıralarından buraxılanlara təhsil və mənzil tikmək üçün kredit almağa, bizneslə məşğul olmağa imkan yaradan xeyli imtiyazlar verildi. 1946-cı ildə qəbul edilmiş "Məşğulluq haqqında” qanun Trumenə əhalinin tam məşğuliyyətini təmin etməyə yönəlmiş iqtisadi fəaliyyət proqramını həyata keçirməyə kömək etdi. Trumen 1948-ci ildə minumum əmək haqqının artırılması, sosial müdafiə sisteminin genişləndirilməsi və ucuz mənzillər tikilməsi proqramını qəbul etməyə nail oldu. ABŞ-da "firavanlıq dövləti” yarandı.
        Müharibədən sonra,müharibə illərində yaradılmış və dövlətə məxsus olan sənaye müəssisələrinin taleyi məsələsi həll olundu. Belə ki, 17 milyard dollar dəyərində 2800 müəssisə bir neçə il ərzində yarı qiyməti ödənilməklə 250 korporasiyanın mülkiyyətinə çevrildi.Müharibədən sonra iri korporasiyalarla yanaşı, xırda və orta müəssisələrin sayı da əhəmiyyətli dərəcədə artdı.
       Müharibədən sonra sosial və əmək münasibətlərində də kəskinlik baş verdi. Sağ və mühafizəkar qüvvələr hücuma kecdilər. Onlar hələ 30-cu illərdə qəbul edilmiş mütərəqqi sosial qanunlara yenidən baxmağa cəhd göstərdilər. Bu, özünün təzahürünü 1947-ci ildə Konqresdə çoxluq təşkil edən respublikaçıların təkidi ilə qəbul edilmiş Taft-Xartli qanununda tapdı. Bu qanun mahiyyətcə fəhlələrin əleyhinə idi. Onun əsas məqsədi həmkarlar ittifaqlarının fəaliyyətini məhdudlaşdırmaq və ona nəzarət etmək idi. Qanuna əsasən həmkarlar ittifaqları hökümətə öz üzvlərinin sayı və pul məsrəfləri barədə məlumat verməli idilər. Siyası kampaniyaları , həmrəylik tətillərini və piketləri maliyyələşdirmək qadağan edilirdi. Həmkarlar ittifaqları gözlənilən tətil haqqında sahibkarlara və hakimiyyət orqanlarına qabaqcadan xəbər verməyə borclu idilər. Böyük tətil baş verərdisə , prezident onu 80 gün təxirə sala bilərdi.Məhkəmələr tətili dayandırmaq hüququna malik idilər. Dövlət qulluqçularının tətilləri də qadağan edilirdi.

ABŞ müasir dövrdə.

 

   Makkartizm
     Sağ mühafizəkarlığa dönüş 1950-1953-cü illərdə makkartizmdə özünü göstərdi. Senator Cozef  Makkartinin başçılığı ilə sağ dairələrin ölkədə başladığı geniş antikommunist və antisovet kampaniya belə adlanırdı. Bu kampaniya guya SSRİ başda olmaqla dünya kommunizminin ABŞ əleyhinə qəsd təşkil etməsi barədə vahimə yaradılması əsasında aparılırdı. Kommunistlərin və onlara rəğbət bəsləyənlərin hakimiyyətin yuxarı eşalonuna soxulduqları iddia edilirdi. Buna əsasən bir sıra yüksək rütbəli məmurlar, yaradıcı ziyalıların nümayəndələri, görkəmli alimlər və ictimai xadimlər rüsvay olunurdular. Hətta böyük islahatçı olan prezident F.D. Ruzveltin iyirmi illik hakimiyyəti dövrü "satqınlıq dövrü” adlandırılmışdı. Görkəmli kino aktyoru və rejissoru Çarlı Çaplin də ölkəni tərk etməli olmuşdu. Lakin hakim dairələr ABŞ əleyhinə qəsdlər barədə fikirləri ilə həddini aşmış senatorun və onun tərəfdarlarının ölkənin nüfuzuna ziyan gətirildiyini getdikcə daha çox başa düşmüşdülər. 1954-cü ildə ABŞ Senatı ölkənin ali qanunvericilik orqanını təhqir etdiyinə görə və "kommunizm ilə mübarizəyə ayrılmış dövlət vəsaitini qanunsuz xərcləndiyinə görə Makkartini məsuliyyətə cəlb etdi. Dekabrın 2-də Senat səs çoxluğu ilə Makkartini müqəssir etdi.

ABŞ müasir dövrdə.

 

   Müharibədən sonrakı ilk illərdə ABŞ-ın xarici siyasəti
     1952-ci ildə prezident seçkilərində respublikaçıların namizədi Duayt Eyzenhauer qalib gələrək prezident seçildi. Bununla da respublikaçıların Ağ evdə 20 illik fasilə vermiş hakimiyyəti başlandı. Respublikaçılar xarici siyasətdə Sovet İttifaqına qarşı "zor işlətmək” xəttini daha da genişləndirsələr də , 1957-ci ildə SSRİ-də yerin süni pryki buraxıldıqdan sonra elm, incəsənət və mədəniyyət sahəsində onunla əməkdaşlıq etməyin zəruri olduğu fikrinə gəldilər.
    Daxili siyasətdə Eyzenhauer hələ seçkiqabağı proqramında "yeni xətt”in əsas müddəalarını təftiş etmək, dövlətin tənzimedici rolunu azaltmaq, azad rəqabət və azad ticarət prinsiplərini bərpa etmək tezislərindən əl çəkdi. O, iqtisadi və sosial sahədə dövlətin tənzimedici rolunu artırmaq siyasətini davam etdirdi. Bu sahədə bir sıra tədbirlər həyata keçirdi: vergiləri azaltdı, səmərəli bazar və kredit siyasəti yeritməyə başladı. Görülən tədbirlər nəticəsində ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu. Yüksək məşğulluq səviyyəsi və qiymətlərin sabitliyi saxlanıldı. Amerikalılar ilk dəfə olaraq "firavanlıq dövləti”nin bəhrəsini gördülər. Öz xüsusi evləri və mənzilləri olan ailələrin xüsusi çəkisi ikiqat artdı, əhalinin yarısı gəlirinə görə orta təbəqəyə çevrildi. Bütün ölkədə kütləvi istehlakın rəmzi olan ticarət mərkəzləri yarandı.
    
 

ABŞ müasir dövrdə.

 

   Kennedinin prezidentliyi
     1960-cı ilin prezident seçkilərində 43 yaşlı C.F.Kennedi qalib gəldi.Demokratların bu qələbəsi  islahatçılığı canlandırdı. Kennedi "yeni üfüqlər” adlanan islahat proqramı irəli sürdü. ABŞ-ı kosmosdakı tədqiqatlarda aparıcı mövqelərə çıxmaq üçün Kennedi "Apollon” adlı proqram qəbul etdi. Proqramda amerikalı astronavtı Aya çıxarmaq( bu vəzifə 1969-cu ildə yerinə yetirildi) nəzərdə tutulurdu.
      Con Kennedinin siyasi xətti,seçicilərin bir sıra tələblərini yerinə yetirmək üçün çıxış etməsi, vətəndaşlıq qanunlarının qəbul edilməsi və Sovet İttifaqı ilə qarşıdurmanın yumşaldılması mühafizəkarların və irqçilərin müqavimətinə səbən oldu. Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində öldürüldü. "Əsrin cinayəti” adlandırılan bu cinayət Texasın xüsusi xidmət idarələri və neft maqnatları tərəfindən müdafiə olunan sağ qüvvələrin təbliğ etdiyi irqçiliyin və fanatizmin nəticəsi kimi qiymətləndirildi.
     1964-cü ildə növbəti seçkilərdə qələbə qazanan Lindon Conson prezident oldu. O, Kennedinin xəttini davam etdirərək vətəndaş haqları, yoxsulluqla mübarizə sahəsində kompleks islahatlar nəzərdə tutan  "böyük cəmiyyət” proqramını elan etdi və həyata keçirməyə başladı. Lakin Vyetnamda genişlənən müharibə çox vəsait tələb edən sosial proqramını yarıçıq qalmasına səbəb oldu.
Vətəndaş haqları uğrunda mübarizə
50-ci illərdə zənci əhalisinin hüquqları uğrunda hərəkat yeni mərhələyə daxil oldu.Bu hərəkata qeyri-zorakı hərəkətlər taktikasının tətbiqi tərəfdarı olan gənc keşiş Martin Lüter Kinq başçılıq edirdi. Bu taktikadan istifadə olunması hərəkata zənci əhalisinin əhəmiyyətli hissəsinin cəlb olunmasına şərait
 yaradırdı.1955-ci ildə Kinqin təşəbbüsü ilə avtobuslarda irqi-ayrı seçkilik tətbiq edən , yəni "ağlar” və "qaralar” üçün yerlər ayıran Alabama avtobus şirkətinə qarşı baykot təşkil olundu.
      1956-cı ildə Ali Məhkəmə irqi ayrı-seçkiliyin konstitusiyaya zidd olunduğu etiraf etdi. Lakin məhkəmənin qərarı ABŞ-ın cənubundakı ağ dərili əhalisinin kütləvi müqavimətinə səbəb oldu.
      60-cı illərin ortalarında zənci hərəkatında öz hüquqları uğrunda zor yolu ilə mübarizəyə çağıran qruplar da mıvcud idi. Belə qruplar iri şəhərlərin zənci gettolarında kortəbii  toqquşmalara gətirib çıxaran çıxışlar təşkil edirdilər. 1965-ci ildə Los- Ancelosda baş verən kütləvi çıxışları buna misal göstərmək olar. Hətta "kapitalist sistemini devirmək üçün silahlı irqi müharibə” elan edən "Qara bəbirlər” təşkilatı  meydana çıxmışdı. Latın Amerikanın mühafizəkar və irqçi dairələri yatmamışdılar. Onların göndərdiyi qatil tərəfindən 1968-ci il aprelin 4-də zənci hərəkatının başçısı Martin Lüter Kinq qətlə yetirildi. Onun dəfnində 150 min nəfər adam iştirak etmişdi.

 

ABŞ müasir dövrdə.

 

   70-ci illərdə ABŞ-ın daxili və xarici siyasəti
1968-ci il prezident seçkilərində demokratlar məğlub oldular. Respublikaçı Riçard Nikson prezident seçildi. ABŞ-ın siyasi tarıxındə respublikaçılar dövrü başlandı. Onlar 1968-1992-ci illərdə keçirilən 6 prezident seçkisinin 5-ində qalib gəlmişdilər.
    R.Nikson prezidentliyə ölkənin çox ağır sosial-iqtisadi şəraitində başlamışdı. Ölkədə inflyasiya 24%-ə yüksəlmişdi, sənaye istehsalı 12,7 % aşağı düşmüşdü. ABŞ-ı enrji böhranı bürümüşdü. Ölkədə 8,5 milyon işsiz var idi.
     Ölkənin sosial-iqtisadi yüksəlişinə nail olmaq üçün Nikson 1971-ci ildə "yeni iqtisadi siyasət” elan etdi. O, qiymət və əmək haqlarını dondurmağı və bir  sıra sosial proqramları ixtisar etməyi nəzərdə tutan tədbirlər həyata keçirdi. Nikson administrasiyasınıın xidmətlərindən biri Vyetnamda müharibənin dayandırılması oldu.
     Niksonun prezidentliyi dövründə "Uotorgeyt əhvalatı” baş verdi. 1972-ci il seçkiləri zamanı R. Niksonun yenidən prezident seçilməsi kampaniyası ilə bağlı bir qrup şəxs Vaşinqtonda Uotorgeyt otelində xəlvəti dinləmə qurğusu qoyarkən yaxalanmışdı.Bu oteldə demokrat partiyasının qərargahı yerləşirdi. İstintaq yolları Ağ evə aparırdı. Prezidentin bir çox köməkçi və vəkalətli nümayəndələri məhkəmə məsuliyyətinə cəlb edildilər. Vəziyyətin ciddiliyinə görə görə R.Nikson 1974-cü ildə istefa verməyə məcbur oldu. Bu, ABŞ tarıxındı ilk belə hadisə idi.  Niksonun yerini 
Vitse-prezident Cerald Ford tutdu.Respublikaçılar partiyasının nüfuzuna ciddi zərbə vuruldu. 1976-cı ildə növbəti seçkilərində az  tanınmış siyasətçi , Corciya ştatının qubernatoru , demokrat Cimmi Karter qələbə çaldı. Karterin prezidentliyi illərində ABŞ cəmiyyətinin əhval-ruhiyyəsində mühafizəkarlığa döğru dönüş baş verdi. Karteri zəiflikdə,səriştəsizlikdə, mürəkkəb daxili və xarici siyasət problemlərini həll etmək qabiliyyəti olmamaqda təqsirləndirdilər. 1980-ci ildə növbəti prezident seçkilərində respublikaçı Ronald Reyqan qələbə qazandı.

 

ABŞ müasir dövrdə.

 

    "Reyqanomika”
    ABŞ-ın müharibədən sonrakı tarixində yeni dönüş prezident  Peyqanın adı ilə bağlıdır. O, "mühafizəkar inqilab” adlandırılan  xətt irəli sürdü. Reyqan hələ F. Ruzvelt vaxtından demokrat prezidentlərin qəbul etdikləri dövlətin iqtisadiyyatı tənzim etməsi, sosial kompromislərə yol verilməsi taktikasından imtina edərək, bazar iqtisadiyyatı şəraitində sahibkarlığı canlandırmaq yolu ilə istehsalı yüksəltmək xəttini götürdü. Bunun üçün gəlir vergiləri azaldıldı, təhsil, səhiyyə, pensiya təminatı və s. ayrılan sosial xərclər ixtisar olundu(1981-1984-cü illərdə onların miqdarı 53,4%-dən 48,9%-ə endirilmişdi). Bütövlükdə bu proqram  "Reyqanomika” adını almışdı.
     "Reyqanomika” proqramının həyata keçirilməsi sayəsində iqtisadi böhran dayandırıldı, inflyasiya və işsizlik aşaöı salındı, gəlir vergisi azaldıldı, iqtisadiyyatın yüksəliş səviyyəsi sürətləndi, tətil hərəkatının qarşısı alındı. Bütün bunlar Reyqanın 1984-cü il prezident seçkilərində qələbəsini təmin etdi.
     Bütün mühafizəkarlar kimi, Reyqan da dünyada ABŞ-ın hərbi mövqeyini gücləndirmək siyasətini yeridirdi. Onun höküməti ABŞ-ın strateji silahları yeniləşdirmək, sonra isə "ulduzlar müharibəsi” proqramı adlandırılan "strateji müdafiə təşəbbüsü”(SMT) vəzifəsini irəli sürdü. Dövlət büdcəsində hərbi xərclərin miqdarı 1980-ci ildəki 23%-dən 1985-ci ildə 27%-ə qalxdı.
      Reyqan əvvəllər "Şər imperiyası”  adlandırıldığı  SSRİ ilə qarşıdurmanı yumşaltmaq sahəsində də ciddi addımlar atdı. O, 1985-1988-ci illərdə  SSRİ rəhbərliyi ilə yüksək səviyyədə bir sıra görüşlər keçirdi. Bu görüşlərin başlıca nəticəsi orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavlənin qüvvəyə minməsi oldu. Bu, tarixdə nüvə ehtiyatının bir hissəsinin məhv etməsi haqqında ilk saziş oldu.
    Reyqandan sonra ABŞ  prezidenti 1988-ci il prezident seçkilərində qələbə çalmış, R,Reyqan dövründə vitse-prezident olmuş Corc Buş oldu. O,Reyqanın xəttini davam etdirdi. Onun prezidentlik dövrü dünya miqyasında böyük hadisə olan "soyuq müharibə”yə son qoyulmasına təsadüf edir.
     1992-ci il prezident seçkilərində demokratların lideri Bill Klinton qalib gəldi. Demokratlara "Reyqanomika”dan 10% işsizlikvə 300 milyard dollarlıq büdcə kəsiri miras qalmışdı. 1980-1990-cı illərdə ABŞ əhalisinin kasıb hissəsinin real gəlirlərinin səviyyəsi aşağı düşmüşdü. Bill Klinton "Reyqanomika”nı kəskin tənqid etdi və "üçüncü yol” siyasətini təklif etdi. Bu siyasət Ruzveltin "Yeni xətt”inin və 60-cı illər liberalizminin təcrübəsini özündə əks etdirirdi.
     Dövlət siyasətinin əsas diqqətti sosial təminatın, səhiyyənin , təhsilin inkişafına yönəldi. Bu siyasət Klintonun 1996-cı il seçkilərində qələbəsini təmin etdi. 8 il müddətində iqtisadi  inkişaf əhəmiyyətli dərəcədə artdı. Xüsusi bölmədə 14 milyon   
      Lakin daim yeniliklər gözləyən amerikalılar öz səslərini 2000-ci ilin prezident seçkilərində respublikaçı , əvvəlki prezident C.Buşun oğlu Corc Buşa verməyi üstün tutdular. Hakimiyyətə respublikaçılar gəldi.



ABŞ müasir dövrdə.

 

     ABŞ müasir dövrdə
      2001-ci il sentyabrın 11-də Nyu-Yorkda dünya ticarət mərkəzinin 110 mərtəbəli Əkiz qülləsi terrorçular  tərəfindən ələ keçirilmiş təyyarələrlə dağıdıldı, Pentaqon vuruldu.  Bundan sonra Buş beynəlxalq terrorizmə qarşı mübarizəyə başladı. Əfqanıstana hücum edildi. Kimyəvi silah axtarışı altında 2003-cü ildə İrqda Səddam Hüseyn  rejimi devrildi.
     2008-ci ildə keçirilən prezident seçkilərində demokratların nümayəndəsi Barak Hüseyn Obama qələbə qazandı. O, ABŞ tarixində ilk qara dərili və valideynlərindən biri – atası müsəlman olan prezidentdir. 44-cü prezident olan Obamanın hakimiyyəti illərində ölkəni maliyyə böhranı bürüdü. Onun səhiyyə islahatları ciddi müqavimətə rast gəldi. 
     Obama xarici siyasətdə Buşun fəaliyyətini tənqid etdi. ABŞ qoşunları İraqı tərk etdi. 2012-ci ildə Obama yenidən prezidenr seçildi. Bir çox büdcə proqramları ixtisar edildi.
Hazırda ABŞ dünyanın fövqəl dövləti, dünya iqtisadiyyatının üç (ABŞ, Avropa, Yaponiya) güc mərkəzlərindən biridir.Müasir ABŞ iqtisadi inkişafın yüksək səviyyəsinə çatmış , güclü elmi-texniki potensiala malik ən qüvvətli ölkədir. O, öz sərəncamında böyük  raket-nüvə silahı olan və beynəlxalq təsirin müxtəlif vasitələrinə malik dövlətdir.İqtisadi inkişafın ABŞ modelindən bir sıra inkişaf etmiş ölkələr,sonralar isə yeni sənaye ölkələri nümunə kimi istifadə etmişlər. ABŞ  həmçinin dünya təsərrüfat əlaqələrinin qurulmasında generator rolunu oynayır.
   

ABŞ müasir dövrdə.

 

   
Əlavə didaktik materiallar:
Harri Trümen(1884-1972): Fermer ailəsində doğulmuşdur.ABŞ-ın dövlət xadimi, Demokratlar Partiyasının lideri Trümen 1934-cü ildə senetor seçilmişdir.O, Ruzveltin "yeni xətt” kursunun tərəfdarı olmuşdur. ABŞ-ın 33-cü prezidenti(1945-1953), "Soyuq müharibə” konsepsiyasının müəllifidir.
Eyzenhauer Duayt David(1890-1969):ABŞ-ın 34-cü prezidenti. İkinci Dünya müharibəsində Avropada müttəfiq qoşunlarının baş komandanı olmuşdur.1952-ci ildə prezident seçilmişdir. Onun prezidentliyi dövründə (1952-1960) ABŞ-ın Yaxın və Orta Şərqdə maraqlarının artmasına yönəldilmiş "Eyzenhauer doktrinası” qəbul edilmişdir.
 
Kennedi Con Fitscerald (1917-1963): ABŞ-ın 35-ci prezidenti.Demokratlar Partiyasının lideri, ABŞ tarixində ilk katolik prezident. Harvard universitetini bitirmişdir.İkinci Dünya müharibəsi dövründə könüllü olaraq  donanmada xidmət etməyə getmiş, Sakit Okeanda hərbi əməliyyatlarda iştirak etmişdir . 1947-ci ildə Konqresə üzv seçilmişdir.1960-cı il prezident seçkilərində qələbə çalıb ABŞ prezidenti olmuşdur.1963-cü il noyabrın 22-də Dallasda öldürülmüşdür. C. Kennedinin dövründə (20 yanvar 1961-22 noyabr 1963) "Appollon proqramı” qəbul edilmiş, "Karib böhranı” baş vermiş, "Berlin divarı” tikilmiş  və "soyuq müharibə” kəskinləşmişdi. Vyetnamda genişlənən müharibə  "Böyük cəmiyyət” proqramını yarımçıq qoymuşdur.
 
Riçard Nikson(1913-1994): ABŞ-ın 37-ci prezidenti(1969-1974),36-cı vitse-prezidenti(1953-1961). Niksonun dövrü Çinlə əlaqələrin yaxşılaşdırılması, SSRİ ilə strateji silahların məhdudlaşdırılması haqqında müqavilə imzalanması,Vyetnam müharibəsinə son qoyulması ilə xarakterizə olunur.
 
     Hacıqabul r-nu, UDULU kənd tam orta məktəbi, müəllim Z.Əliyev.
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 yanvar 2015 17:49
    tesekkur edirem

  2. 6 yanvar 2015 18:05
    Dəyərli Hamlet müəllim, bu aktual mövzunun belə bir dizayn və tərtibatda dərc etmənizlə əlaqədar Sizə və əməyi keçən hər bir kəsə dərindən öz səmimi təşəkkürümü bildirirəm.və Sizə ,"Tarix.İnfo"ya yeni yaradıcılıq zirvələri arzulayıram.Zəhmətinizi halal edin! Bir daha sağ olun! Hörmətlə Zakir müəllim.

  3. 6 yanvar 2015 19:59
    təşəkkürlər xəbər üçün

  4. 7 yanvar 2015 09:50
    Həmişə demişəm yenədə deyirəm:hörmətli Zakir müəllim saytımıza rəng qatırsız.......Təşəkkürlər.......

    --------------------

  5. 7 yanvar 2015 10:42
    Təşəkkürlər!!!

    --------------------

  6. 7 yanvar 2015 10:54
    Hörmətl Şəlalə, Nuray, Leyla,Lamiyə və Melisa xanımllar, rəylərinizə görə Sizin hər birinizə ayrı-ayrılıqda səmimi təşəkkürümü bildirirəm. Melis xanım Sizin fikirlərinizlə razıyam. Bir daha sağ olun!

  7. 7 yanvar 2015 12:18
    Sitat: Zakir.muellim
    Hörmətl Şəlalə, Nuray, Leyla,Lamiyə və Melisa xanımllar, rəylərinizə görə Sizin hər birinizə ayrı-ayrılıqda səmimi təşəkkürümü bildirirəm. Melis xanım Sizin fikirlərinizlə razıyam. Bir daha sağ olun!

    smile

    --------------------

  8. 7 yanvar 2015 13:18
    sizde sagolun ZAKİR muellim smile

  9. 7 yanvar 2015 16:16
    Təşəkkürlər!

  10. 9 yanvar 2015 13:28
    Cox sag olun,Zakir muellim. love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.