“Fürer orkestrinin son melodiyası”

“Fürer orkestrinin son melodiyası”

 

SON DÖVRÜN ƏN MARAQLI ARAŞDIRMA-KİATABI GƏLİR ….
 

Artıq dövrün inkişafı, elmin daha beynəlxalqlaşması, bir çox elmlərdə ki kimi Tarix elmində də, yeni-yeni nəfəslərin, axtarışların meydana gəlməsinə səbəb olur. Bir vaxtlar bizim üçün o qədərdə aktual olmayan Dünya tarixini dövrümüzdə araşdırılması həqiqətəndə təqdirəlayiq bir haldır. Gənc tarixçi-araşdırmaçı Məzahim Mustafazadənin müəllifi olduğu "Fürer orkestrinin son melodiyası” adlı kitab bu günlərdə nəşr edildi. Gələn həftələrdə geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq bu mükəmməl iş Azərbaycan dilində bu vaxta qədər araşdırılmamış İkinci Dünya müharibəsinin yekunu olaraq Qəbul edilmiş Postdam müqaviləsinin şərtinə uyğun olaraq Nasist lideri Adolf Hitlerin (fürerin) ətrafını təşkil edən faşist liderlərinin cəzalandırılmasını nəzərdə tutan "Nürnberq prosesləri” kimi tarixə düşmüş hadisədən bəhs edir. 
Müəlliflə apardığım danışıqda bu kitab haqqında kiçikdə olsa məlumat əldə edə bildim.
- 20 noyabr 1945-ci ildən 1 oktyabr 1946-cı ili qədər dövrü əhatə edən bu proseslərin keçirilməsi ilə tarixdə BEYNƏLXALQ HÜQUQ qavramı meydana gəldi. Əslində bu mövzuya müraciət edən zaman dövrümüzün ən böyük problemi olan Qarabağımızın beynəlxalq hüquq prinsiplərinə əsasən Azərbaycana məxsus olduğu və bu haqda bir çox qətnamələrin qəbul edilməsinə baxmayaraq hələ də öz lazım nəticəsini verməməsi səbəbi ilə dünya hüququnun tarixi araşdırma mənim obyektimə çevrildi.
Ümumilikdə kitabı xarakterizə edən müəllif bildirdi ki: "Fürer orkestrinin son molodiyası” kitabı giriş, üç fəsil, otuz səkkiz bölmədən ibarətdir. I fəsil Nürnberq məhkəməsində iddiham edilən faşist liderləri haqqında, II fəsildə Nürnberq məhkəməsində iddiham edilən böyük Alman-Nasist Təşkilatları haqqında, III Fəsildə isə bu məhkəmədə ilk dəfə nümayiş edilən və haqqında məlumat verilən ölüm-həbs düşərgələri (Kamplar) haqqında geniş araşdırılmalar edilmişdir. Mən qeyd etmək istəyirəm ki, bu kitab həmçinin tarix fakültəsinin tələbələri üçün Ən yüni dövr tarixində dərslik kimi, tarixlə maraqlanan hərbir şəxs üçün isə bir çox sevimli bir kitab olacaq. 
Kitabda tarixi gerçəkliklərin saxtalaşdırılmaması üçün istifadə edilən mənbələr kimi müharibə zamanı bitərəf mövqeydən çıxış edən dünya elminin nümayəndələrinin sayılan-seçilən əsərlərindən istifadə edilmişdir. 

“Fürer orkestrinin son melodiyası”

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 dekabr 2014 18:13
    maraqli melumetdi tesekkur edirem smile

  2. 24 dekabr 2014 18:37
    Tarixi eserleri cox seveirem.MaragLa gozliyirem.Inwallah satiwa buraxiLsin eLde edib oxumagi pLanLawdirDim arTiq..)

    --------------------

  3. 24 dekabr 2014 23:30
    Təşəkkür edirəm :)

  4. 25 dekabr 2014 09:38
    Sebirsizlikle gozleyirik........

    --------------------

  5. 25 dekabr 2014 10:56
    SALAM TESEKKUR EDIREM YAXSI MELUMAT UCUN…….

    --------------------

  6. 25 dekabr 2014 19:24
    İnşallah,yayda alıb oxuyaram.

    --------------------

  7. 25 dekabr 2014 20:44
    inşallah.......

    --------------------

  8. 27 dekabr 2014 14:50
    Tezliklə o kitabı alıb oxumaq istəyirəm...

  9. 31 dekabr 2014 20:45
    İnsallah. Minnetdaram

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.