Türkiyə müasir dövrdə

Türkiyə müasir dövrdə

 

Türkiyə müasir dövrdə: II Dünya müharibəsindən sonra,1960-cı il dövlət çevrilişi,1971-ci il 12 mart hadisələri,"Türkiyə möcüzəsi".
 
      Türkiyə İkinci Dünya müharibəsindən sonrakı dövrdə

  Müharibədən sonrakı ilk ilk illərdə sosial-iqtisadi vəziyyət.
Müharibədən sonrakı ilk illərdə Türkiyədə ən vacib problem iqtisadiyyatın
sağlamlaşdırılması idi.Çoxsaylı ordunun saxlanması böyük xərc tələb edirdi.Əmək qabiliyyətli əhalinin istehsaldan ayrılıb orduya cəlb olunması da məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdu. Hökümətin büdcə kəsirini ödəmək üçün apardığı emissiya siyasəti inflyasiya , qiymətlərin bahalaşması və xarici ticarət əməliyyatlarının azalmasına gətirib çıxarmışdı. Türrkiyənin ixrac etdiyi kənd təsərrüfatı malları Avropa bazarında rəqabətə dözə bilmirdi. Yeni satış bazarları axtarışı da uğursuzluqla nəticələnirdi.

Türkiyə müasir dövrdə

 

Buna görə də Türkiyə höküməti bir sıra islahatlar keçirmək qərarına gəldi. İslahatlara aiddir:
   1.Əhalinin əmək münasibətlərini qaydaya salmaq üçün Əmək nazirliyi yaradıldı. 2.Bədbəxt hadisələr və qocalığa görə işçilərin sığortası haqqında qanun qəbul edildi. 3. Mətbuat haqqında qanuna dəyişikliklər edildi. 4.Siyasi partiyalar və həmkarlar təşkilatların yaradılmasına icazə verildi. Tezliklə partiyaların sayı 30-a çatdı. Bu partiyaların ən nüfuzlusu Cəlal Bayarın yaratdığı Demokratik partiya idi.
    Kəndlilərin narazılığını aradan qaldırmaq üçün ərzaq vergisi ləğv edildi. 1945-ci ildə Türkiyə Böyük Millət məclisi torpaq qanunu qəbul təsdiq etdi. Bu qanuna görə ehtiyacı olan hər bir kəndliyə torpaq verilməsi nəzərdə tutuldu. Dövlətə və yerli orqanlara məxsus becərilməyən torpaqlar və 500 hektardan artıq olan şəxsi torpq sahələri yenidən bölüşdürülərək kəndlilərə verilməli idi. Torpaq payı alan kəndlilər 20 il müddətində onun dəyərini ödəməli idi.
   Torpaq islahatı 1947-ci ildən həyata keçirilməyə başladı. Şəxsi torpaq sahələrinə toxunulmadı. İslahat aztorpaqlılıq və torpaqsızlıq problemini həll edə bilmədi. Ölkədə ictimai-siyasi hərəkat genişləndi. Türkiyənin hakim dairələri iqtisadiyyatı dirçəltmək məqsədilə "qapalı” iqtisadı siyasətdən imtina etməli oldular. Onlar respublika dövründə ilk dəfə olaraq ölkənin qapılarını xarici kapital üçün açıq elan etdilər. Artıq 1946-cı ildə beşillik inkişaf planı hazırlanarkən iqtisadiyyatın xarici vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.
Ölkəyə ilk xarici kapital axınının başlanğıcını qoyan müqavilə 1945-ci il fevralın 23-də ABŞ-la lendliz haqqında qanundan istifadə üçün bağlanmış saziş idi.Türkiyəyə 10 mln. dollarlıq Amerika kreditinin verilməsi haqqında ikinci saziş isə 1946-cı il fevralın 27-də imzalandı. 
"Trümen doktrinası” , "Marşall planı” və Türkiyə
    ABŞ prezidenti Trümen 1947-ci il martın 12-də Yunanıstana və Türkiyəyə hərbi və iqtisadi yardım göstərilməsi yəklifi ilə Kovqresə müraciət etdi. Bu hadisə  tarixə "Trümen doktrinası” adı ilə daxil olmuşdur.
    1947-ci il iyulun 12-də Ankarada ABŞ-la Türkiyə arasında "Trümen doktrinası” çərçivəsində Türkiyəyə maddi yardım göstərilməsi haqqında müqavilə imzalandı. ABŞ-ın icazəsi olmadan Türkiyə bu yardımın məqsəd və istiqamətini dəyişə bilməzdi.
   

Türkiyə müasir dövrdə

 

"Marşall planı” əsasınd ABŞ və Türkiyə arasında 1948-ci il iyulun 4-də bağlanan müqavilə ilə ABŞ kapitalının ölkəyə axını daha geniş miqyas aldı. Bu addım Türkiyəni Amerikanın təsir dairəsinə salmaqla yanaşı, ölkədə iqtisadiyyatın liberallaşmasına və azad bazar iqtisadiyyatının inkişafına təkan verdi.
 
50-60-cı illərdə sosial-iqtisadi və siyasi vəziyyət.
 1950-ci il mayın 14-də keçirilmiş seçkilərdə Xalq Cumhuriyyəti partiyası 487 deputat yerindən cəmi 6-9-na yiyələnərək ağır məğlubiyyətə uğradı. 1946-cı ildə  XCP-dən çıxanlar hesabına yaradılmış Demokratik partiya parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəldi. Yeni məclis Cəlal Bayarı respublikanın prezidenti seçdi.Baş nazir isə Adnan Menderes oldu.  Hökümət xüsusi və xarici kapitala geniş imkan yaradaraq etatizm siyasətini məhdudlaşdırdı.
     Demokratik partiya hakimiyyətdə olduğu dövrdə Türkiyənin xarici siyasəti daha çox qərbyönümlü oldu. Türkiyə NATO-ya və "Bağdad paktı”na daxil oldu Ölkənin hərbiləşdirilməsi böyük xərc tələb edirdi. Buna görə də vergilər artırıldı. Büdcə kəsiri dövlət borclarının artırılmasına səbəb oldu. 1960 –cı ildə Türkiyənin xarici borcu 12 milyard lirəyə çatdı. Buna baxmayaraq, şəxsi təşəbbüsün genişləndirilməsi siyasəti sənayenin inkişafına kömək etdi. Elektrik enerjisi, pambıq-parça, şəkər istehsalı, kömür çıxarılması xeyli artdı. 
 

Türkiyə müasir dövrdə

 

ABŞ inhisarlarının köməyi ilə sənaye bankı yaradıldı. Zavod və fabriklərinin tikilməsi üçün kapital böyük imtiyazlar aldı.
    Menderes hökümətinin aqrar siyasəti iri mülkədar təsərrüfatının kapitalist təsərrüfatına çevrilməsinə yönəldilsə də, ölkənin taxıla olan ehtiyacı hələ ödənilmirdi.
    Qadağanlara baxmayaraq İstanbul, Ankara,İzmir və b. şəhərlərdə tətillər baş verirdi. Fəhlələr,gənclər,gənc zabitlər və tələbə-gənclər DP-nin siyasətindən narazılıqlarını bildirirdilər.Buna cavab olaraq hökümət demokratiyanın məhdudlaşdırılması siyasətinə əl atdı. 1960-cı il aprelin 18-də XCP-nin "təxribatçı” fəaliyyətini araşdırmaq üçün parlament komissiyası yaradıldı. Komissiya 3 ay müddətində müxaliftçi partiya, qəzet və jurnalların bağlanması haqqında qanun qəbul etdi. Beləliklə, DP ilə XCP arasında hakimiyyət uğrunda mübarizə başlandı.
 
             1960-cı il dövlət çevrilişi
 

Türkiyə müasir dövrdə

 

 1960-cı il aprelin 27-də İstanbul universitetinin tələbələri demokratiyanın məhdudlaşdırılmasına qarşı etiraz mitinqi təşkil etdilər. Səhəri günü çoxminlik tələbə nümayişi baş verdi. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və silah işlətdi. Toqquşma nəticəsində ölənlər və yaralanlar oldu. 
     Dinc nümayişə divan tutulması istanbulda ümumxalq qəzəbinə səbəb oldu. Ankara tələbələri həmrəylik əlaməti olaraq aprelin 29-da Atatürkün hüykəli qarşısında, Qızılay meydanında mitinq keçirdilər. Hökümət hər iki şəhərdə hərbi vəziyyət elan etdi. Lakin çıxışları qarşısını almaq mümkün olmadı. 1960-cı ilin mayın 21-də hərbi məktəbin kursantları da tələbələrlə həmrəylik nümayişinə çıxdılar. Gizli zabitlər qrupu hakimiyyəti devirmək haqqında qərar qəbul etdi. 1960-cı ilin mayın 27-də Ankara və İstanbul qarnizonları hökümət idarələrini ələ keçirərək nazirləri, C. Bayar və A.Menderes başda olmaqla bir sıra məşhur deputatları həbs etdilər.Hərbi çevriliş nəticəsində hakimiyyət  Milli Birlik Komitəsinin əlinə keçdi. Milli Birlik Komitəsinin tədbirlərinə aiddir: 1.1924-cü il konstitutusiyası ləğv olundu; 2.Böyük Millət Məclisi buraxıldı; 3.Siyasi partiyaların fəaliyyəti qadağan edildi; 4. Birinci Respublikaya(1923-1960) son qoyuldu; 5. Müvəqqəti konstitutusiya qəbul olundu; 6.Bu konstitutusiyaya görə, 38 zabit və generaldan ibarət MBK ölkədə qanunverici orqana çevrildi.Ordu generalı Camal Gursel MBK-nın sədri seçildi. O, həm də mayın 28-də yaradılmış müvəqqəti hökümətə başçılıq 
 
edirdi. Hökümətin fəaliyyət proqramında aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulurdu: 1.Vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək; 2.Antidemokratik qanunlar ləğv etmək; 3.Yeni demokratik idarələr yaratmaq; 4.İqtisadi israfçılığa son qoymaq, dövlət planlaşdırma idarəsini yaratmaq; 5. Dünyanın bütün dövlətləri ilə dostluq əlaqələri yaratmaq. 
     

Türkiyə müasir dövrdə

 

1961- ci il yanvarın 6-da işə başlayan Müəssislər məclisi konstitutusiya layihəsini və seçki qanununu hazırlayıb qəbul etməli idi. Mayın 27-də Konstitutusiya qəbul edildi. TBMM-ə keçirilən seçkilərdə Ədalət Partiyası(ƏP) səslərin sayına görə birinci yeri tutdu. Onun Yeni Türkiyə partiyası (YTP) ilə təşkil etdiyi koalision hökümətə köhnə siyasətçi İsmət Ünönü rəhbərlik edirdi.Bu dövr Türkiyə tarixində İkinci Respublika(1961-27 may—1980,12 sentyabr) adlandırılır. 
       Lakin yeni məclis ilk koalision hökümət təxirəsalımaz sosial-iqtisadi problemləri həll edə bilmədi. Siyasi böhran artmaqda idi. 1962-ci il fevralın 22-də kursantların növbəti hərbi çevriliş cəhdi hökümət qüvvələri tərəfindən pozuldu. İ.Ünöni istefa verdi və hökümət dağıldı. İyun ayında ikinci koalision hökümət təşkil edildi. 
       1963-1966-cı illərdə ölkədə fasiləsiz olaraq hökümət böhranları baş verdi.Hökümət kabinetləri bir-birini əvəz edirdi.Yalnız 1966-cı il martın 28-də ordu generalı Cövdət Sunayın prezident seçilməsi ilə ölkədəki siyasi gərginlik bir qədər zəiflədi. 
       1970-ci ilin martında Ədalət partiyasının lideri, görkəmli siyasətçi Süleyman Dəmirəl yeni hökümət təşkil etdi. O, həmkarlar ittifaqı və tətil haqqında qanuna dəyişiklikləri məclisin müzakirəsinə verdi. Bu, ölkədə siyasi gərginlik yaratdı. İyunun 15-16-da İstanbul-İzmir yolunda kütləvi yürüş oldu. Yürüş iştirakçıları hökümətin istefasını tələb edirdilər. Hökümət qüvvələri ilə toqquşmalar zamanı yüzdən çox nümayiş öldürüldü və yaralandı. Həmkarlar ittifaqlarının çağırışı ilə 113 müəssisənin 100 min fəhləsi tətil etdi. Fəhlə hərəkatının geniş miqyas almasından qorxuya düşən hökümət İstanbulda fövqəladə vəziyyət elan etdi.
     

Türkiyə müasir dövrdə

 

1971-ci il 12 mart hadisələri
    1971 ci il martın 10-da ölkədə daxili siyasi böhranın kəskinləşməsi ilə əlaqədar Ali Hərbi Şura fövqəlada iclas çağırdı. Ali hərbi komandanlığın prezident C. Sunaya ünvanlandırdığı 12 mart memorandumda deyilirdi ki, 
Parlament və hökümətin mövqeyi və fəaliyyəti ölkəni anarxiyaya, qardaş qırğınına sosial-iqtisadi həyəcanlara sürükləyir.Ona görə də hərbçilər dərhal islahat keçirilməsini tələb edirlər. Onlar bilavasitə hakimiyyəti əllərinə almaq fikrində olmayıb, mülkü hökümətin əli ilə antidemokratik tədbirlər həyata keçirmək istəyirdilər.
   

Türkiyə müasir dövrdə

 

Süleyman Dəmirəl höküməti istefa verdi. Prezident XCP-dən deputat Nihat Erimə partiyadan çıxmaq şərtilə hökümət yaratmağı həvalə etdi. Yeni hökümət əvvəlcə ölkədə qayda- qanun yaratdı. Sonra aqrar, milli təhsil, vergi sistemi və s. sahələrdə islahat keçirilməsinə başlanıldı. Aprelin26-da hökümət ölkənin11 vilayətində fövqəladə vəziyyət elan etdi. Buna səbəb fəhlə hərəkatı, kürd problemi və Kipr (Kıbrıs) məsləsinin kəskinləşməsi idi. Ölkədəki siysasi böhranlar bir neçə hökümət kabinetinin istefası ilə nəticələndi. 
     1973-cü il aprelin 6-da Fəxri Korutürk prezident seçildi. Ticarət-sənaye dairələrinin nümayəndəsi Naim Talu on gündən sonra koalision hökümət təşkil etdi. Oktyabrın 14-də yeni hökümət aqrar islahat haqqında qanunu Məclisdən keçirdi. Bu islahat mülkədar torpaqlarının bir hissəsinin əvəzi ödənilməklə alınıb satılmasını nəzərdə tuturdu. Kəndlilər torpağın pulunu 15 il müddətində ödəyə bilərdilər.
      Məclis universitetlər haqqında da qanun qəbul etdi.Qanuna görə . ali təhsil müəssisələri muxtariyyətdən məhrum olunurdular. Təhsil haqqı isə ildə 3000 lirə müyyən olunurdu. Lakin hökümətin qəbul etdiyi antidemokratik qanunlar əhali arasında böyük narazılığa səbəb oldu. Xalq çörək, torpaq, dərman, pulsuz təhsil və s. tələblər ilə küçələrə çıxdı.
       Yunanıstanın enozis yolu ilə Kipri (Kıbrısı) ilhaq etmək siyasəti Türkiyənin kəskin müqavimətinə səbəb oldu.1974-cü il iyulun 20-də Kipr (Kıbrıs) respublikasının müstəqilliyini və türk əhalisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə adaya qoşun çıxartdı. "Kipr(Kıbrıs) Böhranı” Türkiyənin beynəlxalq vəziyyətini xeyli çətinləşdirdi. Yeni hökümət böhranı baş verdi. 1975-ci ilin aprelində Süleyman Dəmirəlin başçılığı ilə "Miliyyətçi Cəbhə” koalison höküməti formalaşdı.
       Yeni hökümətin 1976-cı ilin avqust ayında əmək haqqı, qiymətlər və gəlir vergisi üzrə vahid əmək müqaviləsi idarələrinin yaradılması haqqında təklifi Məclisdən keçirmək cəhdi tətillərlə qarşılandı. Sağ partiyaların koalisiyası 
 
dağılıdı. İstehsal azaldı, müəssislər bağlandı, işsizlik artdı, iqtisadi böhran dərinləşdi.
        "Türkiyə möcüzəsi”
     1979-cu ilin oktyabr ayında keçirilən parlament seçkilərində hakimiyyətə Süleyman Dəmirəlin başçılığı ilə Ədalət partiyası gəldi. Onun başlıca məqsədi ölkədə tuğyan edən terrorizm və anarxiyaya qarşı mübarizə idi. Lakin 1980-cı ilin əvvəllərində ərzaq məhsullarının qiyməətinin bahalaşması ilə əlaqədar ölkəni tətil və nümayişlər bürüdü. Belə bir şəraitdə sentyabrın 12-də generallar Kənan Evrenin başçılığı ilə hərbi çevriliş etdilər. Bu çevriliş nəticəsində İkinci respublikaya son qoyuldu. 
      1983-cü ilin 6 noyabr parlament seçkilərində Ana Vətən Partiyası(AVP) qələbə çaldı. Onun lideri Turqut Özal təkpartiyalı hökümət təşkil etdi. Bu, Türkiyə tarixində Üçüncü respublika(1983-cü ildən bu günədək) adlandırılır. T.Özal Türkiyəni iqtisadi böhrandan çıxarmağa müvəffəq oldu. Onun sosial ədalət, rəqabət və azad bazar mexanizminə əsaslanan iqtisadi proqramında orta təbəqənin sosial müdafiəsinə xüsusi diqqət verilirdi.Bunun üçün 3 qrup tədbirlər sistemi hazırlanmışdı: 1.inflyasiyanı cilovlamaq; 2.orta təbəqənin milli gəlirdən aldığı payı artırmaq; 3. Onların əlavə gəlirini çoxaltmaq.    Beynəlxalq aləmdə T.Özal Türkiyədə baş verən "iqtisadi möcüzələrin atası” adlandırırlar. O, xüsusi müəssisə,kooperativ və şirkətlərdən ibarət olan özəl  bölməni iqtisadi sistemin fəaliyyət göstərməsində əsas vasitə hesab edirdi. Onun fikrincə idxalın liberallaşdırılması bazarın qapılarını xarici mallar üçün geniş açmaqla yanaşı , ölkə daxilində rəqabət mübarizəsi üçün eyni şərait yaratmalı, yerli istehsalçıların məhsullarının istər daxili, istərsə də xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına kömək etməli idi. 
   

Türkiyə müasir dövrdə

 

1989-cu ilin noyabr ayında Turqut  Özal Türkiyə Respublikasının prezidenti seçildi.1991-ci ildən Qafqazda və Mərkəzi Asiyada müstəqil türk dövlətlərin yaradılması Türkiyə xarici siyasəti üçün bir "bölgə dövləti” olmaq yolunda yeni mərhələ açdı.   
        Türkiyə müasir dövrdə
 1993-cü ildə Türqut Özal qəflətən vəfat etdi. Həmin il  prezident seçkiləri keçirildi. Süleyman Dəmirəl prezident seçildi. O, 90-cı illərdə dalbadal iki dəfə Türkiyənin prezidenti oldu. S. Dəmirəl fəal daxili və xarici siyasət yeridirdi. 90-cı illərdə Türkiyə Qafqaz, Mərkəzi Asiya və Rusiya 
 
Federasiyasının türk dövlətləri ilə six siyasi, iqtisadi və mədəni əlaqələri yaradıb inkişaf etdirdi.Əvvəllər olduğu kimi, Türkiyədə son on ildə də tez-tez hökümət kabinetləri dəyişmiş, koalison hökümətlər yaradılmışdır. 2000-ci il mayın 16-da Süleyman Dəmirəlin prezidentlik müddəti başa çatdı. Onu seçkilərdə qələbə qazanmış Əhməd Nejdət Sezər əvəz etdi. 2007-ci ildə Abdulla Gül prezident seçildi. 2003-2014-cü illərdə Türkiyə hökümətinə Ədalət və İnkişaf partiyasının lideri Rəcəb Tayyib Ərdoğan başçılıq etmişdir. Bu illərdə Türkiyə inkişaf edərək dünyanın 20 qüdrətli ölkəsinin cərgəsinə daxil olmuşdur. 2014-cü ildə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan xalqın səsverməsi yolu ilə prezident seçildi.
               

Türkiyə müasir dövrdə

 

Türkiyə müasir dövrdə

 

Türkiyə müasir dövrdə

 

Türkiyə müasir dövrdə

 

Əlavə didaktik materiallar:
        Cəlal Bayar (16 may 1883-22 avqust 1986):
      Türkiyə Respublikasının 3-cü prezidenti (1950-1960) və 4-cü baş naziri       (1937-1939).
        İsmət Ünönü (24 sentyabr 1884-25 dekabr 1973):
     Türrkiyə Respublikasının 2-ci prezidenti(11 noyabr 1938- 22 may 1950) və  I-ci (1 noyabr 1923- 22 noyabr 1924) , 3-cü (4 mart 1925- 25 oktyabr 1937) və 13-cü baş naziri (20 noyabr 1961-20 fevral 1965).  I və II Ünönü döyüşlərində göstərdiyi xidmətlərinə görə 1934-cü ildə "Soyad qanunu” qəbul etdikdən sonra M.K. Atatürk tərəfindən Mustafa İsmət Paşaya "Ünönü” soyadı verilmişdir.
        Turqut Özal (13 oktyabr 1927- 17 aprel 1993):
    Türkiyənin 8-ci Prezidenti (9noyabr 1989-17 apral 1993).
     27-ci baş naziri (13 dekabr 1983- 31 oktyabr 1989).
      Süleyman Dəmirəl (1924):
1965-1971; 1971-1977; 1977-1978; 1979-1980; 1991-1993-cü illərdə Türkiyənin baş naziri olmuşdur. 16 may 1993-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin 9-cu Prezidenti seçilmişdi(1993-2000).
 
  Haciqabul rayonu, UDULU kənd tam orta məktəbi: müəllim Z.Əliyev
 
 
 

[attachment=471]

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 dekabr 2014 20:57
    Hamlet müəllim, bu xəbər-dərsin yenidən nəfis şəkildə işlənilib Ana səhifədə dərc etdiyinizə görə dərindən Sizə təşəkkür edirəm,Sizə milli təhsilimizin inkişafı və gənclərimizin bir Vətəndaş kimi yetişməsində yeni uğurlar arzu edirəm.

  2. 24 dekabr 2014 23:01
    Zakir Məllim, bunnan əvvəlki xəbərnizi də çox bəyənmişdim. Bunu da çox bəyəndim. Sözün əsl mənasında əziiyyət çəkilən işdi. Sağlam əsəb tələb edir sayta belə uzun məqalə hazırlamağ.Şəxsən mən çox stress keçirirəm xəbər yazanda.Əsəbləşirəm.Sizə tükənməz səbr - həvəs , can sağlığı arzu edirəm. Tarix.info -nun 1 günü belə Sizsiz olmasın. Amin. smile

    --------------------

  3. 24 dekabr 2014 23:19
    Hörmətli Melisa xanım, çox sağ olun.Böyük həssasiyyat və diqqət göstərdiniz. Bu məni çox cevindirdi. Mən həmişə buna çalışmışam ki, şagirdlərimiz və gənclərimiz TARİXİMİZ haqqında geniş tarixi bilik əldə etsinlər. Bunun üçün bütün var gücüm və potensial imkanımdan istifadə etməyə çalışıram. Sabah Hacıqabul RTŞ-də "Azərbaycan tarixi" VII s. üçün dərsliyi haqqında məruzə ilə çıxış edəcəyəm. Hətta mənim üçün Sizin kimi gənc ziyalımızın dəyər verməyi hər şeydən qiymətlidir. Bir daha çox sağ olun. Buradan Hamlet müəllimə də təşəkkür edirəm ki, sadə bir kənd müəllimi üçün şərait yaradır. Şox sağ olun.

  4. 24 dekabr 2014 23:51
    Sabah ki iwinizde Size ugur arzu edirem.Sizin sayenizde tarix inkiwaf edir.o barede naahat olmayin.Allah sizi hemiwe var elesin. ) Amin Mellim.
    Birdeki Size meaj yazmiwdim,catib o mesaj Size?

    --------------------

  5. 25 dekabr 2014 19:42
    Çox sağ olun,Zakir müəllim məqalə üçün.Sözlərinizi oxudum.Kaşki sizin kimi peşəsini sevən müəllimlər,hər məktəbdə olsun.Sizə birinci can sağlığı,sonra bol-bol uğurlar arzu edirəm!!!!

    --------------------

  6. 25 dekabr 2014 20:43
    Hörmətli Melisa və Lamiyyə xanım, səmimi rəy və fikirlərinizə görə Sizin hər ikinizə ürəkdən təşəkkürümü bildirirəm, təhsilnizi daha da artırmaq və ali məktəbdə təhsilinizi davam etdirməyi arzu edirəm. Allah Sizin zəhmətinizin bəhrəsini versin. Bir daha sağ olun.

  7. 27 dekabr 2014 18:12
    Maraqlıdır...
    Təşəkkürlər!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.