Türkiyə iki dünya müharibəsi arasında

Türkiyə iki dünya müharibəsi arasında

 

 

Türkiyə iki dünya müharibəsi arasında.
(Türkiyə I Dünya müharibəsi arasında, milli- azadlıq hərəkatı,Respublika elan edilməsi,M.K.Atatürk) ; Hacıqaqul r-nu kənd tam orta məktəbi; XI ss.
Müəllim:Z.Əliyev.
      

        Birinci Dünya müharibəsinin Türkiyə üçün nəticələri.
   Birinci Dünya müharibəsi Osmanlı imperiyası üçün əsl fəlakətlə nəticə-
ləndi. Müharibədə iştirak  nəticəsində ölkənin bütün iqtisadiyyatı, xüsusən kənd təsərrü-
fatı  xeyli dağılmışdı.Müharibənin sonunda dənli bitkilərin əkin sahəsi 40%  aşağı düşmüş-
dü.Kənd təsərrüfatının daha çox ziyan çəkən sahəsi heyvandarlıq idi. Burada istər iş heyvanlarının , istərsə də məhsul verən heyvanların sayı həddən artıq azalmışdı.
     Kənd təsərrüfatının tənəzzülü şəraitində kənddə təbəqələşmə prosesi də sürətlnmişdi.
Torpaqları əllərindən çıxmış kəndlilərin böyük bir hissəsi muzdurlara çevrilmiş, mülkədar və qolçomaqların sayı artmışdı. Anadolunun mülkədar və qolçomaqları orduya kənd təssərrüfatı  məhsulları sarmaq hesabına xeyli varlanmışdılar.
      Ölkənin onsuz da zəif olan sənayesi də ağır vəziyyətə düşmüşdü.İxracatla əlaqədar olan sənaye sahələri satış bazarlarınının əldən çıxması üzündən məhsul istehsalını xeyli li
      Bundan istifadə edən  milli ticarət burjuaziyası dirçəlməyə və möhkəmlənməyə başlamışdı. Başqa millətdən olan komprador burjuaziyanın mövqeləri isə getdikcə zəifləmişdi
  Müharibənin ağırlığı bütövlükdə əhalinin aşağı təbəüələrinin üzərinə düşmüşdü.Ölkənin daxili bazarında ərzaq və sənaye mallarının qiməti , xüsusilə, ən zəruri malların qiyməti 15-20 dəfə artmışdı. Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün törətdiyi ağır nəticələrindən biri də onun maliyyə vəziyyətinin bərbad hala düşməsi idi. 1918-ci ilin avqustu üçün ölkənin xarici borclarının miqdarı 2,2 milyard dollara çatmışdı.
     Beləliklə, müharibə Osmanlı imperiyasının bütün iqtisadi həyatını
pozmuşdu.Kənd təsərrüfatı ciddi surətdə tənəzzülə uğramışdı.Ölkənin
maliyyəsi ağır vəziyyətə düşmüşdü. Birinci Dünya müharibəsinin Türkiyə üçün olan iqtisadi nəticələri bundan ibarət idi.
     Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün hərbi- siyasi nəticəsi daha ağır olmuşdur.Ölkə müharibədə ağır məğlubiyyətə uğramış, imperiya süqut etmişdi.Türkiyə ərazisinin Avropa dövlətləri-nin qoşunları tərəfindən işğal edilməsi başlanmışdı. Bir sözlə, ölkə 
    Milli-azadlıq hərəkatının başlanması
      Antanta dövlətləri Türkiyəni parçalamaq planını həyata keçirməyə başladılar.
Onlar Türkiyəni bir dövlət kimi tamamilə ləğv etmək niyyətində idilər. Bunu reallaşdıranlar İngiltərə,Fransa, İtaliya və Yunanıstan dövlətləri oldu. Paris sülh konfransının "Dördlər Şurası”, müharibədə "Antanta” tərəfindən çıxış etdiyi üçün Yunanıstana "bəxşiş” olaraq İzmiri və onun rayonlarını tutmağa icazə verdi.
      1919-cu ilin aprel ayına qədər ingilis qoşunları Anadolunun cənub- çərq hissəsini (Kilikiyanı), fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları zonasını işğal etdilər. Yunanıstan Qərbi Anadoluya qoşun çıxartdı və mayın 15-də İzmiri ələ keçirdi.Yunanlar işğal etdikləri ərazilərdə vəhşiliklər törədir, dinc əhalini incidir,kə-ndləri ,evləri dağıdır və yandırırdılar. Osmanlı sultanı VI Mehmet Vahidəddin isə olkənin başı üzərini almış labüd təhlükəyə qarşı heç bir təsirli tədbir görmürdü.
     Milli-azadlıq hərəkatına qalxan türk xalqına rəhbərliyi gənc zabit Mustafa Kamal paşa öz üzərinə götürdü.O, Anadolunun müxtəlif vilayətlərində dağınıq şəkildə fəaliyyət göstərən Hüquq Müdafiə cəmiyyətlərini bir yerə toplamağa müvəffəq oldu. 1919-cu ilin iyul-sentyabr aylarında Balıkəsir, Ərzurum və Sivasda bu cəmiyyətlərin konfransları keçirildi. Ərzurum konfransında rəhbər mərkəz- Nümayəndələr Komitəsi təşkil edildi. Mustafa Kamal paşa komitənin sədri seçildi. O, 1919-cu ilin sentyabrın 2-də komitənin üzvləri ilə birlikdə Sivasa gəldi. Burada bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi toplandı. Bu konqresdə seçilən Nümayəndələr Komitəsinin ("Heyəti təmsiliyyə”) tərkibində  artıq Anadolunun,dem-ək olar bütün vilayətləri təmsil olunurdu. Konqres  "Milli hüdudlar içində olan vətən torpağı Bütövdür!” şüarı altında millətin hər cür işğal və müdaxilədən özünü qorumasını, milli ordunun fəaliyyətə gətirələrək milli iradəyə tabe olunmasını qərara aldı.
        Ərzurum və Sivas konqreslərinin seçdiyi 15 nəfərlik Nümayəndələr Komitəsi Osmanlı deputatları Məclisi açılanadək özünü ölkə müqəddaratı üçün yeganə səlahiyyətli orqan elan etdi.
       1919-cu ilin axırlarında Nümayəndələr Komitəsinin tələbi ilə sultan yenidən Məclisi çağırmağa məcbur oldu.Seçkilərdə millət vəkili seçilən Mustafa Kamal İstanbula getməkdən imtina etdi və dekabrın 27-də Ankaraya gəldi. İşğal rejimi şəraitində lazımınca fəaliyyət göstərə bilməsə də , Məclis yanvarın 28-də "Milli And” (Misaqi Milli”) qəbul etdi. Bu sənəddə Mudros barışığı bağlanan andan etibarən Türkiyənin malik olduğu sərhədlər daxilində istiqlaliyyət və ərazi bütövlüyünü elan edilirdi.
      "Milli and”ın qəbul edilməsi işğalçıları ciddi təşvişə saldı. 1920-ci ilin martın 16-da müttəfiq qoşunlar İstanbulda mühasirə vəziyyəti elan etdilər, mühüm hökümət binaları, kazarmalar,poçt,teleqraf, hərbi anbarlar və s. tutuldu, deputatlar palatası qovuldu,bir çox deputatlar həbs edildi.Bu, artıq əsl işğal demək idi. Bu hadisə xalqın qəzəbini coşdurdu. Bütün ölkəni "Rədd olsun işğalçılar!” şüarı ilə mitinq və nümayişlər dalğası bürüdü. Nümayəndələr Komitəsi öz üzərinə müvəqqəti hökümətin funksiyalarını götürərək Ankarada yeni məclisin çağırıldığını elan etdi.
      1920-ci ilin aprelin 23-də ölkənin hər yerindən gələn millət təmsilçilərinin iştirakı ilə Ankarada Türkiyə Böyük Millət Məclisi(TBMM) açıldı. Məclis Mustafa 
       Anadoluda isə hərbi-siyasi vəziyyət çox gərgin və dolaşıq idi. İşğalçılara arxalanan sultan höküməti milli-azadlıq hərakatını boğmağa çalışırdı. TBMM hökümətinə qarşı qiyamlar təşkil edilirdi. İstanbul məhkəməsi Mustafa Kamal barədə edam hökmü çıxartdı, sultan isə bu hökmü təsdiqlədi.
     Türk xalqının qələbəsi. Respublikanın elan edilməsi.
     Lakin artıq xalq ayağa qalxmışdı.Xalq Mustafa Kamal hökümətini qətiyyətlə müdafiə edirdi. Partizanlar və özünümüdafiə dəstələri Maraşı, Urfanı və Antepi işğalçılardan azad etdilər. Məhz əhalisinin dönməzliyi və cəsarəti nəticəsində azad olmuş bu şəhərlər sonradan Qəhrəmanmaraş, Şanlıurfa və Qaziantep adlandırıldl.
       1920-ci il iyunun 22-də müttəfiqlər azadlıq hərakatına qarşı yunan nizami ordusunu yeritdilər.Qərbi Anadolunun xeyli hissəsi və Rumeli, Türkiyənin Avropa hissəsi işğal altına düşdü.
      Müttəfiqlər1920-ci ilin avqustun 10-da sultan hökümətini Sevr müqaviləsini imzalamağa məcbur etdilər.Müqavilənin şərtlərinə görə, Osmanlı imperiyasının ərazisi İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürülürdü. Əslində  Sevr müqaviləsi Türkiyəni faktiki olaraq müstəqil dövlət hüququndan məhrum edirdi.
      

Türkiyə iki dünya müharibəsi arasında

 

TBMM müqaviləni tanımaqdan imtina erdi. Xalqın və vətənin mənafeyini satmış sultan höküməti qanundan kənarda elan olundu. Belə olan halda sultan Sevr müqaviləsini təsdiqləməyə cəsarət etmədi. "Antanta” dövləti avanturaya əl atdı. Daşnaq Ermənistanı Türkiyəyə müharibə elan etdi və Qars,Oltun, Sarıqamış işğal olundu. Lakin vəziyyətə nəzarət edən Mustafa Kamal höküməti qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirdi.
        Kazım Qarabəkir paşanın komandanlığı altında türk qoşunları 1920-ci ililn sentyabrın 28-də hücuma bamladılar. Ertəsi gün Sarəqamış , az sonra Qars azad olundu. Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi imzalamağa məcbur oldu.Gürcüstanın əlində olan Ərdəhan və Artvin vilayətləri də qaytarıldı. Bu qələbələr Kamal hökümətinin ciddi hərbi-siyasi qüvvə olduğunu sübut etdi. Müdafiə naziri Fevzi Çakmaq paşa və Baş qərargah risi İsmət Paşanın səyi ilə güclü ordu yaradılmasına başlanıldı.
      1921-ci ilin 6-10 yanvarında İnönü kəndi yaxınlığında baş vermiş uğurlu döyüş nəticəsində yunanların qərb cəbhəsində sürətli irəliləyişləri dayandırıldı.Döyüşün komandanı İsmət paşaya bu qələbəyə görə "İnönü” ləqəbi verildi. Bu döyüş Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi oldu.
     İngilislərdən kömək almış yunanlar yeni hücumlara hazırlaşır, İnönü məğlubiyyətinin əvəzini çıxmaq istəyirdilər. 1921-ci ilin martın axırında hücuma keçən yunan qoşunları yenə də İnönü kəndi yaxınlığında məğlub oldular. Bu döyüş tarixdə ikinci İnönü döyüşü adlanır.
      Yunan qoşunları ingilislərin təhriki ilə yenidən Sakarya istiqamətində hücuma keçdilər. Türk qoşunları 1921-ci ilin sentyabrın 13-də Sakarya meydan vuruşmasında(23 avqust-13 sentyabr) parlaq qələbə qazandılar. TBMM bu qələbəyə görə Mustafa Kamal paşaya müşir(marşal) rütbəsi və "Qazi” adını verdi. Sakarya zəfəri xalqla ordunun birliyini möhkəmlətdi. Fransa və İtaliya Türkiyə ilə müharibənin davam etdirilməsinin mənasız olduğunu başa düşərək qoşunlarını Anadoludan çıxartdılar.
      Sakaryada məğlub olmuş yunan qoşunları Ayfon- Qarahisar xəttinə tərəf çəkilərək müdafiəyə keçdilər və öz mövqelərini möhkəmləndirməyə başladılar. Yunanlar TBMM hökümətinin çətinliklərini nəzərə alaraq , türklərin hücum edəcəyini mümkün hesab etmirdilər. Buna görə də yunanlar sülh təklifini irəli sürmür, işğal etdilkəri torpaqları əldə saxlayaraq vaxt qazanmaq istəyirdilər.
       TBMM-in son dərəcə gizli aparılan hazırlıq işləri başa çatdı.1922-ci il avqustun 26-da Qocatəpədən böyük türk hücumu başlandı.Az vaxt ərzində Ayfon-Qarahisar xətti yarıldı. 200 minlik yunan ordusu mühasirəyə düşdü.Ayfon alındı.Dumlipinar
Döyüşü yunanlat üçün tam faciə ilə nəticələndi.Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar.
     Anadolunu yunan qoşunlarından təmizləyən türk ordusu 1922-ci il sentyabrın 9- da İzmiri azad etdi. Oktyabrın 11-də "Antanta " dövlətlərivə Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi. Sultan VI Mehmet Vahidəddin Maltaya qaçdı.
      "Antanta” ilə Türkiyə arasında uzun danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi və Türkiyənin müstəqilliyi tanındı. Lozanna müqaviləsinin Türkiyə üçün əhəmiyyəti böyük idi.Türk milli  dövləti öz varlığını hüquqi cəhətdən təsdiq etməyə nail oldu. 1923-cü ilin oktyabrın 29-da TBMM Türkiyəni respublika  elan etdi. Qazi Mustafa Kamal paşa prezident seçildi(1923-1938). Mustafa Kamalın Xalq Partiyasının adı dəyişdirilərək Xalq Cümhuriyyət Partiyası adlandırıldı.
       Kamalçıların islahatları. Etatizm.
      1924-cü il martın 3-də irtica qüvvələrinin yuvasına çevrilmiş xilafət,habelə Şəriət və vəqflər nazirliyi ləğv edildi. Xəlifə və Osmanlı xanədanının bütün üzvləri ölkədən sürgün edildilər və türk vətəndaşlığından məhrum edildilər.
    1924=cü aprelin 20-də TBMM Türkiyə Cümhuriyyətinin Anayasasını   (Konstitusiyasını) qəbul etdi. Anayasa ölkədə burjua qayda-qanunlarını və cümhuriyyət idarə üsulunu təsbit etdi. 
   Anayasanın qəbulu ilə Mustafa Kamal ölkəni Avropaya yaxınlaşdıracaq geniş islahatlar proqramını həyata keçirməyə başladı.Qazinin elan etdiyi altı prinsipə- respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsiplərinə söykənən və ölkəni demokratik inkişaf yoluna çıxaran bu islahatlar Mustafa Kamal inqilabları adı ilə tarixə düşdü.
    

Türkiyə iki dünya müharibəsi arasında

 

1924-cü ildə xalq təhsili vahid şəklə salındı və dini məktəblər bağlandı.1926-cı il fərmanı ilə şəriət məhkəmələri ləğv edildi. 1925-1928-ci illərdə Avropa nümunəsində yeni mülki və cinayət məcəllələri qəbul olundu. Mustafa Kamal inqilablarının ən böyük nailiyyətlərindən biri qadınlara kişilərlə bərabər hüquqların verilməsi oldu. Avropa geyimlərinə keçildi, çadra və fəs atıldı. Yeni latın qrafikalı əlifba tətbiq olundu. Anayasadan İslamın dövlət dini olması haqqında müddəanın çıxarılması ilə Türkiyənin dünyəvi dövlətə çevrilməsi prosesi başa çatdı.

     Birinci Dünya müharibəsindəki məğlubiyyət və Türkiyənin Avropa dövlətlərinin işğalına məruz qalması ölkə iqtisadiyyatını ağır vəziyyətə salmışdı. Belə şəraitdə Türkiyə höküməti və hakim Xalq Cümhuriyyəti partiyası Etatizm(fransızca- dövlət deməkdir. Dövlətin iqtisadi, sosial və mədəni sahələrdə rolunun artırılması mənasında işlədilir) siyasəti yeritməyə başladı. Bu siyasət istehsalı artırmaq, ölkəyə vurulmuş yaraları sağaltmaq, proteksionist tədbirlər görmək, mümkün qədər çox valyuta ehtiyatları toplamaq və ölkənin iqtisadi-siyasi həyatında dövlətin rolunu  möhkəmlətmək tədbirlərindən ibarət idi. Etatizm iki dövrə bölünürdü: birinci dövr—1923-1931-ci illər;  ikinci dövr—1932-1939-cu illər. Birinci dövrdə dövlət sənaye və ticarətdə başlıca olaraq milli kapitalı himayə edir, onun geniş fəaliyyətinə şərait yaradırdı. Milli kapitalı cəlb etmək məqsədilə hökümət 1927-ci ildə sənayedə həvəsləndirmə haqqında qanun qəbul etdi. Bu qanuna görə türk iş adamlarına gömrük güzəştləri, fabrik tikmək üçün pulsuz torpaq sahələri almaq hüququ verilir, onlar bir neçə il vergidən azad edilirdilər.
     Beş-altı ilin içində ölkədə çoxlu toxuculuq, xalçaçılıq, əyiricilik fabrikləri, dəyirmanlar, yağ, dəri, sabun və ağac emalı zavodları işə düşdü, şaxtalar, mədənlər açıldı. Təxminən 1000 km. uzunluğunda yeni dəmiryolu xətti çəkildi. 1928-ci Berlin- Bağdad magistralının 1007 kilometrlik Anadolu hissəsi xarici icarədarlardan satın alındı.Hər bir kəndli ailəsinə torpaq sahəsi verilməsi  tezliklə öz səmərəsini verdi.Əkin sahələri genişləndi, taxılın və texniki bitkilərin istehsalı artdı, heyvandarlıq inkişaf etdi.
      Beləliklə, Mustafa Kamal inqilabları iqtisadi və sosial həyatda öz bəhrəsini verdi. Milli sənaye yarandı, kənd təsərrüfatı yüksəldi. Türkiyə, türk milləti qədim dövlətçilik ənənələrinə sadiq qaldığını, dövlətini qorumaq iqtidarında olduğunu bütün dünyaya sübut etdi. Bu böyük xidmətlərinə görə 1934-cü ildə TBMM xüsusi fərmanla Mustafa Kamala  Atatürk soyadını verdi.
       20-30-cu illərdə Türkiyənin xarici siyasəti
     1924-1927-ci illərdə Türkiyə dövləti dünyanın bir cıra ölkələri ilə diplomatik münasibətlər yaratdı. 1926-cı ildə Böyük Britaniya ilə Türkiyə-İraq sərhəddinin müəyyən edilməsi, habelə mehriban qonşuluq münasibətləri barədə müqavilə imzalandı. Bu müqavilə ilə Mosul münaqişəsinə son qoyuldu. Müqaviləyə görə Mosul vilayəti İraqın tərlibində qaldı, əvəzində isə Türkiyə kompensasiya aldı.
    Kamal diplomatiyası SSRİ amilindən də məharətlə istifadə etdi.1925-ci ilin dekabrında SSRİ ilədostluq və bitərəflik haqqında müqavilə imzalandı.
     İkinci Dünya müharibəsi ərəfəsində Türkiyə fəal xarici siyasət yeridirdi. Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələr genişləndirildi. 1932-ci ildə Türkiyə Məllətlər Cəmiyyətinə, 1934-cü ildə isə Balkan Antantasına daxil oldu. 1935-ci ildə İtaliyanın Həbəşistana hücumundan narahat olan İngiltərə Türkiyə ilə "Centlemen saziş” adlandırılan müqavilə bağladı. Ərazisinin təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə boğazlara dair Lozanna konvensiyasına yenidən baxılmaq üçün 1936-cı ildə beynəlxalq Montre konfransının çaöırılmasına nail oldu. Burada qəbul edilən yeni konvensiya boğazlar məsələsində Türkiyəyə böyük üstünlüklər verirdi. Boğazlar faktik olaraq Türkiyənin daxili sularına çevrildi. Qara dənizə çıxışı olmayan  ölkələrin hərb gəmilərinə istər müharibə, istərsə də dinc dövrdə boğazlardan keçmək qadağan olunurdu.
    Faşist İtaliyasının Aralıq dənizi hövzəsində təcavüz planları reallaşdıqca və Almaniyanın Balkanlarda təsiri gücləndikcə Türkiyənin mövqeyi Böyük Britaniya və Fransa ilə yaxınlaşırdı.
    1937-ci ildə Türkiyə Əfqanıstan, İran və İraqla hücum etməmək haqqında Sədabad paktı bağladı. Bununla da İkinci Dünya müharibəsində Türkiyənin bitərəfliyinin əsası qoyuldu.
    M.K. Atatürk 1938-ci ildə vəfat etdi. İsmət İnönü Türkiyə Cümhuriyyətinin prezidenti seçildi.
        

 

Müstafa  Kamal  Atatürk -(1881- 1938)
   M.K. Atatürk- Türkiyənin siyasi və dövlət xadimi. Türkiyə Cümhuriyyətinin yaradıcısı. Gəncliyində "GəncTürklərə” qoşulmuşdu.Sürətlə hərbi rütbələr qazanmışdı. 1911-ci ildə Liviyada döyüşmüş, 1912-ci il Balkan müharibəsində iştirak etmişdir. Birinci Dünya müharibəsi zamanı Hallipolis əməliyyatında şəxsi igidlik göstərmişdir. Türk xalqının milli istiqlaliyyət müharibəsinə başçılıq etmişdir. Türkiyənin ilk Prezidenti (1923-1938) olmuşdur. Dünyəvi dövlətin, türk milli ideologiyasının əsasını qoymuşdur.
  
Haciqabul r-nu, UDULU kənd tam orta məktəbi, müəllim Z.Əliyev
 
 
 
   Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 noyabr 2014 20:43
    Hamlet müəllim, bu vacib tarixi materialın nəfis şəkildə dərc edilməsinə görə Sizə dərindən təşəkkür edirəm, yeni uğurlar arzu edirəm. Dərin hörmətlə Zakir müəllim.

  2. 1 dekabr 2014 11:08
    Bilmədiklərim çox idi.Çox sağ olun

    --------------------

  3. 2 dekabr 2014 12:40
    Cox saqolun Zakir muellim. Ela alinib.TESEKKURLER! smile

    --------------------

  4. 2 dekabr 2014 14:03
    turkun bayragi nece qururlu gorunur Allahhaqqi.
    Zakir Mellimm,minnetdraam.bu movzulari keciriy maragli movzulardi.)Allah razi olsun,tekrar oldu.)

    --------------------

  5. 2 dekabr 2014 16:57
    Zakir muellim,cox yaxsi meqaledir.cox sag olun.saytdaki xeberleriniz olduqca yaxsi melumatlari eks etdirir.tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.