“Karib böhranı” və Ucar

“Karib böhranı” və Ucar

 

Saytımıza Ucar rayonunun Təzə Şilyan kənd sakini Emilin göndərdiyi məktubu təqdim edirəm.

1946-1991-ci illər tarixə "Soyuq müharibə” kimi düşmüşdür. İki dünya cəmiyyəti : kapitalizm və sosializm qarşı qarşıya durmuşdu. ABŞ-SSRİ qarşıdurmasında artıq bir neçə hadisələr müharibə həddinə çatmışdı. 1961-ci il Berlin böhranının ardınca Karib böhranı baş verdi. 1962-ci ilin oktyabr günlərində planetimiz nüvə müharibəsinin bir addımlığında idi. Keçmiş SSRİ-də "Karib böhranı", ABŞ-da "Raket böhranı", Kubada isə "Oktyabr böhranı" kimi yadda qalan bu hadisələrə səbəb Karib dənizi hövzəsində yerləşən Kubada nüvə başlıqlı sovet raketlərinin yerləşdirilməsi olub.

1959-cu ilin yanvarında inqilab yolu ilə hakimiyyətə gələn Fidel Kastro Kubada sosializm quruculuğuna başlamışdı. Lakin ABŞ, necə deyərlər, qulağının dibində belə bir rejimin bərqərar olması faktı ilə heç cür barışmaq istəmirdi. Ona görə də 1961-ci ilin yazında Fidel Kastronu devirmək qərara alınır, amma bu plan baş tutmur.  Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Kubaya qarşı yeni plan üzərində işləyir. F.Kastro kömək üçün sovet rəhbərliyinə müraciət edir. 1962-ci ilin iyulunda sovet dövlətinin başçısı Nikita Xruşşovla danışıqlar və "Kubanı təcavüzdən müdafiə etmək barədə" saziş hazırlamaq üçün F.Kastronun qardaşı Raul Kastro Moskvaya gəlir. Avqust ayında saziş layihəsi Fidel Kastroya təqdim edilir. Layihədə söhbət təkcə "Kuba ərazisini müdafiə etmək"dən yox, həm də "hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə sisteminin yaradılması"ndan gedirdi. F.Kastronun xırda qeyd və düzəlişləri də nəzərə alınmaqla sənəd Havanada imzalanır. Müqaviləyə görə, sovet hərbi kontingenti Kuba qoşunları ilə birlikdə bu ölkənin ərazisini xarici təcavüzdən müdafiə etməyi öhdəsinə götürürdü. Müqavilə 5 illiyə bağlanmışdı. Bu barədə rəsmi məlumat verilməsi isə həmin ilin noyabrında N.Xruşşovun Kubaya səfəri günlərinə planlaşdırılırdı. Lakin məlum səbəblər ucbatından səfər baş tutmur. Elə həmin yay günlərində N.Xruşşovun şəxsi göstərişi və F.Kastronun razılığı ilə son dərəcə məxfi şəraitdə sovet raket qurğuları Kubaya daşınır. Əməliyyat o dərəcədə məxfi keçirilir ki, hətta SSRİ-nin ABŞ-dakı səfiri A.Dobrınin və BMT-dəki sovet nümayəndəsi V.Zorin də raketlərdən xəbərsiz olur.  Amerikanların Kuba ərazisindəki sovet raketlərindən xəbər tutduğu gün - oktyabrın 16-da adada artıq general İ.Pliyevin başçılığı ilə 40 mindən çox sovet hərbçisi və 42 nüvə başlıqlı raket var idi. Həmin günlərdə SSRİ-nin 85 gəmisi Kubaya 183 reys etməli olmuşdu. Maraqlısı bu idi ki, Kubaya göndərilən sovet qoşun hissələrinin tərkibində çoxlu sayda milliyətcə azərbaycanlı əsgərlər də vardır. Onlardan biri bizim həmyerlimiz-Ucarlı balası Məmmədov Sərkar İsmayıl oğludur. Sərkar Məmmədov kimdir ? O, 1941-ci ildə Ucar rayonu Təzə Şilyan kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Ucar rayon komisarlığından Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə hərbi xidmətə göndərilmişdir. 2 il, 6 ay hərbi xidmətindən sonra Sərkar Məmmədovu xüsusi təyinatlı hərbi dəstənin heyətinin tərkibinə daxil edirlər. Burada 6 aylıq hərbi təlimlərdən sonra verilmiş Ali komandanlığının əmri əsasında yeni yaradılmış hərbi dəstəyə gizli tapşırıq verilir – Xarici ölkəyə daxil olmaq. Hansı ölkəyə ? – bunu isə heç kimə demirlər, məxfi saxlayırlar. 1962-ci ilin sentyabrın 17-də "Mariya Ulyanova” adlı paraxodla yola çıxırlar. 21 sutka yol getdikdən sonra paraxod Kuba sahillərinə çatır. Kuba əhalisi Sovet əsgərlərini xilaskar kimi qarşılayır. Sovet əsgərlərini Santyaqo şəhərində yerləşdirirlər. Beləliklə Sərkər Məmmədovun burada 9 aylıq günələri başlayır.            

“Karib böhranı” və Ucar

 

ABŞ dövlətinin burada SSRİ-nin əsgərlərinin olmasından xəbər tutmaması üçün əsgərlərə mülki formalar paylanır. Sonra isə əsgərlər mülki əhaliyə qarışaraq burada məlumatlat toplamağa başladı. Əhaliyə hərbi təlimlər keçirdilər. ABŞ dövləti istiqamətində Sovet raketlərinin yerləşdirilməsi Kubalılara böyük sevinc bəxş etmişdi. Əsgərlərdə ruh yüksəkliyini artırmaq üçün onlarla şəxsən Fidel Kastro və onun qardaşı Raul Kastro görüşür, onları mübarizəyə çağırırdı. Dünya Üçüncü Dünya müharibəsi astanasında olduğu bir vaxtda Sərkər Məmmədov vətənindən çox-çox uzaqda vətən həsrətini çəkirdi. O, sadə Kubalılara Azərbaycandan danışırdı, onun mətbəxindən adət-ən-ənəsindən söhbət edirdi.            
Qarşıdurmanın müharibə həddinə çatmasına baxmayaraq, ABŞ prezidenti Kennedi və SSRİ-nin I-katibi Xruşşov məsələni sülh yolu ilə başa çatdırılmasına nail oldular. Artıq Kubada olan sovet əsgərləri də hissə-hissə ölkəyə dönməyə başladılar. 1962-ci ilin sonunda Sərkər Məmmədovda Leninqrada döndü.            
Dünya bu hadisələrə şahid olduğu zamanda Sərkər Məmmədovun ailəsi də bütün dünya vətəndaşları kimi radio və televiziya vasitəsilə Kubada gedən hadisələrdən xəbər tuturdu. Lakin onun nə atasının, nədə ki anasının heç ağlına gəlməzdi ki, onların evladı da bu müharibə ocağının tən ortasındaydı. Sovet ordusunda hərbi xidmət iki il müddətindəydi. Bu vaxt bitməsinə baxmayaraq Sərkər hələ də doğma Ucara qayıtmamışdır. Oğullarından nigaran olan valideynlər demək olar ki, bütün əlləri çatdıqları yerə məlumat vermişlər, lakin heç bir xəbər ala bilməmişdilər. Sərkərlə bir vaxtlarda əsgərliyə yollanan kəndin gəncləri çoxdan evə dönmüşdülər, ancaq Sərkər yox. Sərkərin atası son ümid kimi Leninqrada yollanır, onun əsgərlik xidməti keçirən hərbi hissəyə. Lakin burada da ona heç bir xəbər vermədilər. 4 il müddəti keçir, Sərkər isə hələ də geri qayıtmamışdır. Bütün qonum-qonşu hətta başsalığı üçün Sərkərin evinə gəlirdilər. Sərkərin ölümünə artıq inananlar çox idi, yalnız bir nəfərdən başqa : anası Axsinə xanım. Axsinə xanım heç cürə oğlunun itkin düşməsi ilə barışmır, onun heç ölüyünü belə ağlına gətirmirdi. Qəlbinin dərinliyində Sərkərin yaşadığını, onun geri qayıdacağını səbirsizliklə gözləyirdi. Qıldığı hər namazda Allahdan onun geri qayıtması yalvarır, oxuduğu Quran surələrində Allahdan özünə səbr diləyirdi.            
Və möcüzə baş verdi !
1962-ci ilin mayın 6-da Sərkər doğma Ucarına, kəndi Təzə Şilyana dönür. İndi Əziz oxucular təsəvvür edin həmin anı, ananın sevinc göz yaşlarını, qohum əqrəbanı, dostları-tanışları.........Bütün kənd qəhrəman həmyerlisi ilə görüşə gəlirdi, ondan Karib böhranının baş verməsinin səbəbini, okeanın o tayında həyat haqqında və s. kimi məsələlər haqqında məlumat alırdılar. Ailənin sevinci o qədər böyük idi ki, hər gün, hər gecə yeyib içmək məclisləri düzülürdü.            

Bu hələ son deyil ! Sevinənlər arasında Sərkərin əsgərliyə yollanılmadan nişanlandığı qızda vardı. Sərkərin dönüşündən düz bir həftə sonra valideynlər bu cütlüyü evləndirdilər. Kənddə bir toy quruldu ki, aşıq Fəxrəddin bir oxudu ki, səsi düz okeanın o tayına – Kubaya qədər yayıldı.            

Əziz tarix.info saytının oxucuları  - doğrudanda həyat çox qəribədir, kimi güldürür, kimisə ağladır. Həyatı bu iki hiss olmadan da təsəvvür etmək mümkün deyil. Lakin biz o Axsinə xanımın oxuduğu Qurana, etdiyi bütün dualara qoşularaq Qarabağda itkin düşmüş Azərbaycanlılarımıza, onların ailələrinə də belə bir sevinc bəxş olunsun ümidi ilə Sizinlə ayrılırıq. Allah hər bir kəsin son ümidini güldürsün ! 

“Karib böhranı” və Ucar

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 iyun 2014 07:10
    Allah her kesin umudlerini dogrultsun

    --------------------

  2. 9 iyun 2014 21:12
    Mektuba gore sagol,Emil.Allah(c.c) hamimizin o cumleden senin de, menim de umidlerimi dogrultsun.Ucar rayonunun Teze Silyan kendine salamlar.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.