Prezidentinin fərmanının

TQDK Respublika Prezidentinin fərmanının icrası üçün ciddi hazırlıq işləri aparır

 

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ölkə başçısının 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilərək:

– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi; 
– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirilməsi 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir. 
Prezident fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq Dövlət Komissiyasının aparatında: 
– bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmənin yaradılması; 
– üç regional bölmənin yaradılması; 
– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi; 
– TQDK-da yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi;
qərara alınmışdır.

Məlum olduğu kimi Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir. Artıq 20 ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu uğurla həyata keçirən TQDK Respublika Prezidentin Fərmanından irəli gələn dəyişikliklərlə bağlı öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, buraxılış imtahanlarını da qəbul imtahanlarında olduğu kimi mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə geniş tədbirlər planı həyata keçirir.

Buraxılış imtahanları 
Beləliklə, cari ildən etbarən respublikanın bütün şəhər və rayonlarında (Naxçıvan MR istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aprılacaqdır. Komissiya tərtəfindən bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəbərləri, zal nəzarətçilərinin bu imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, eləcə də təşkilati işlərlə bağlı genişmiqyaslı hazırlıq işlərinə başlanmışdır. TQDK sədrinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən buraxılış imtahanları üçün istifadə olunan maddi-te�niki avadanlığın və elektron məlumat bazasının təhvil alınması üçün xüsusi komissiya yaradılmışdır. 
Buraxılış imtahanları 2012-ci ilin iyun ayında bütün şəhər və rayonlarda, imtahan verənlərin 50 km-dən artıq məsafə qət etməmələri təmin olunmaqla keçiriləcəkdir.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan 2 saat müddətində aparılacaqdır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaqdır.

Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar may ayının ortalarınadək "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir. 
Qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilmişdir 
Buraxılış imtahanları ilə bağlı TQDK-nın tədbirlər planında müəyyən dəyişikliklər edilmişdir. Belə ki, qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün iyunun 3-də və 10-da keçirilməsi nəzərdə tutulmuş sınaq imtahanalarnın hələlik təxirə salınır.

Bundan əlavə, qəbul imtahanlarının elan olunmuş keçirilmə ardıcıllığı saxlanılsa da, vaxtları dəyişdirilmişdir. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcəkdir. İyulun 14-də I qrup üzrə, 20-də IV qrup üzrə, 27-də isə II ixtisas qrupu qəbul imtahanlarının aparılması nəzərdə tutulur. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişikliklər olacaqdır. Bununla bağlı əlavə məlumat yaxın vaxtlarda elan ediləcəkdir.

TQDK buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə, onların valideynlərinə müraciət edərək bəzi işbazların onların etibarından istifadə etmələrinə, əsassız vədlər verməsinə inanmamağa çağırır. Qeyd edirik ki, istənilən şəxsin imtahan nəticələrinə müdaxilə etməsi texnoloji cəhətdən mümkün deyildir və belə hərəkətlər dələduzluq kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradacaqdır.

TQDK ictimaiyyətin nəzərinə çatdırır ki, Komissiyanın mövcud qanunvericilik çərçivəsində göstərdiyi fəaliyyət xalqımızın rifahı naminədir. 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 aprel 2012 10:58
    twk xebere gore

  2. 26 noyabr 2013 20:02
    VIDEOsu yoxdu le bildim video var.xeber yenede marqqldir

  3. 4 aprel 2014 17:48
    ewitdiyme gore qruplara fenn artirilib gelenilcuun.cox pis,men cox naraziyam..bu menim wexsi fikrimdi.men 3cu qrup abituriyentiyem ve cografiyani bilmirem.qavriya bilmirem.eger men uniye girmesem yadaki sifrim cixsa kii 100% menim 0-rim cixacax cografiyadan ve buda fenn artiranlarin gunahi olacaxxx..!!!!!!!!!!

    bu xebere aydiyati yoxdu menim werhimin bu xeber 2012ye aiddi deyesen..menn prosta bura yazdiim..

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.