DİM tarix fənni üzrə sifariş elan etdi...

DİM tarix fənni üzrə sifariş elan etdi...

DİM tərəfindən keçirilən yekun qiymətləndirmə (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarına daxil olan fənlər üzrə qapalı və açıq tipli, eləcə də mətn və situasiya əsasında test tapşırıqları hazırlamaq istəyən şəxslər yazdıqları mətnləri və test tapşırıqlarını testbanki@dim.gov.az mail ünvanına göndərə bilərlər..
Hazırlanan qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları aşağıdakı tələblərə uyğun olmalıdır:
Test tapşırıqları hazırda orta ümumtəhsil məktəblərində tədris olunan təhsil proqramında (kurikulumda) yer alan və müvafiq fənnin təlim nəticələrində əks olunan bilik və bacarıqların yoxlanılmasına xidmət etməlidir. Çox bəsit və faktoloji bilikləri yoxlayan test tapşırıqları qəbul edilməyəcəkdir;
Test tapşırıqlarının mövzusu qəbul proqramı və dərsliklər çərçivəsindən kənara çıxmamalıdır;
Test tapşırıqları analoqları ilə birlikdə yazılıb təqdim edilməlidir;
Şərt qısa, dəqiq, aydın və birmənalı olmalıdır;
Doğru cavablar dəqiq və birmənalı olmalıdır;
Testlərin həlli böyük həcmli hesablama tələb etməməlidir;
Qapalı tipli test tapşırıqlarında düzgün olmayan cavablar məntiqi cəhətdən əsaslandırılmalı və düzgün cavaba yaxın olmalıdır;
Hər bir tapşırığın şərh hissəsində onun aid olduğu mövzu və bu mövzunun hansı dərslikdə əhatə olunduğu göstərilməlidir;
Test tapşırıqları orijinal olmalı, yəni heç bir nəşrdə təkrar olunmamalıdır.
Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığı və mətnə görə müəlliflərə müqavilə əsasında mövcud tariflərə əsasən əməkhaqqı ödəniləcəkdir.
Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.