“Dərslik portalı”nda

“Dərslik portalı”nda
8-ci sinif "Ümumi tarix" dərslik komplektinin müzakirəsi 25 fevral 2016-cı il tarixdə, saat 11:00-da ümumtəhsil məktəblərinin 8-ci sinfində istifadədə olan “Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır. Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, həmçinin TQDK-nın Gəncə, Şəki, Lənkəran, Ağcabədi və Göyçay regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulmuşdur. Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. Seminarda Bakı şəhərindən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, Qərb Universiteti nəzdində orta məktəbin müəllimi Faiq Babayev, 72 nömrəli məktəb-liseyin müəllimi Aydın Allahverdiyev, 236 nömrəli tam orta məktəbin müəllimi Səidə Heydərova, Bakı Modern Məktəbinin müəllimi Hamlet Əliyev, müstəqil ekspert Şamil Əmrahov və Zəngilan rayonu 13 nömrəli köçkün tam orta məktəbinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Şəhla Nağıyeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Dərslik komplektinin həmmüəllifləri – Sabir Ağayev və Amənə Kərbəlayeva seminarda iştirak etmiş, səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar. Beləliklə, ümumtəhsil məktəblərinin 8-ci sinfində istifadədə olan “Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. Növbəti seminarda (3 mart 2016-cı il tarixdə, saat 11:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Azərbaycan tarixi” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi aparılacaqdır.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.