8-ci sinif "Ümumi tarix" dərslik komplektinin müzakirəsi

8-ci sinif "Ümumi tarix" dərslik komplektinin müzakirəsi

 

18 fevral 2016-cı il tarixdə, saat 11:00-da ümumtəhsil məktəblərinin 8-ci sinfində istifadədə olan "Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Seminar "Dərslik portalı”nda canlı yayımlanmışdır.
Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, həmçinin TQDK-nın Gəncə, Şəki, Lənkəran, Ağcabədi və Göyçay regional bölmələri ilə "Skype” proqramı vasitəsilə bağlantı qurulmuşdur. 

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. 

Seminarda Bakı şəhərindən 245 nömrəli tam orta məktəbin müəllimi Hüseyn İbrahimov, 288 nömrəli tam orta məktəbin müəllimi Sabir Kazımov, 72 nömrəli məktəb-liseyin müəllimi Aydın Allahverdiyev, 194 nömrəli tam orta məktəbin müəllimi Cahangir Ramazanov, müstəqil ekspert Şamil Əmrahov, 47 nömrəli tam orta məktəbin müəllimi Məlahət Məmmədova və 193 nömrəli tam orta məktəbin müəllimi Vahid Nağıyev gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər.
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 fevral 2016 21:51
    rəy yaza bilmək üçün videonu eşidə bilməliyik.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.