Tarix fənni üzrə elmi-metodiki seminar

Tarix fənni üzrə elmi-metodiki seminar

 

10 dekabr 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi metodiki seminar keçirilmişdir.

Seminar "Dərslik portalı”nda canlı yayımlanmışdır.
Gündəlik məsələ yeni test tapşırığı nümunələrinin elmi-metodiki baxımdan təhlili olmuşdur. 

Seminarda Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, həmçinin "Skype” proqramı vasitəsilə TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri ilə bağlantı qurulmuşdur. İştirakçılar gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.
Müzakirəsi aparılmış test tapşırığı nümunələrinin hər biri mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilmişdir.

Tarix fənni üzrə elmi-metodiki seminar

 


Beləliklə, yeni test tapşırığı nümunələrinin müzakirəsi başa çatmışdır. Test modelləri 2016-cı ildə "Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir. 

Növbəti seminarda (17 dekabr 2015-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyənin müzakirəsi aparılacaqdır.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.