Seminarda bu gün

Seminarda bu gün

 

05-11-2015 noyabr 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 

Seminar "Dərslik portalı”nda canlı yayımlanmışdır  

Gündəlik məsələ 2015-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri, həmçinin "Skype” proqramı vasitəsilə TQDK-nın Gəncə, Şəki, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri iştirak etmişlər. İştirakçılar gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.


Seminarda müzakirəsi aparılmış 10 (A variantı, 51-60 saylı, B variantı, 51-53, 55, 56, 61, 62, 66, 68, 69 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilmişdir. 

Növbəti seminarda (12 noyabr 2015-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar” şöbəsi tərəfindən qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının Klassik və Müasir test nəzəriyyələrinə əsasən statistik göstəriciləri araşdırılmış və diskriminasiya əmsalı hesablanmışdır. Həmin göstəricilərə görə hazırlanmış material təqdim olunur:
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.