Pedaqoji anlayışlar A və B hərfləri

[/b]

[b]Pedaqoji anlayışlar A və B hərfləri

 

 

A

 

ABİTURİYENT – ali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.

AVTOREFERAT – müəllifin özü tərəfindən yazılan  hər hansı elmi araşdırmanın nəticəsi.

 

ADLI TƏQAÜD - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd.

 

ADYUNKTURA - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması.

 

AĞIL  - insanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada  düşüncə ilə bağlı beyində gedən  əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı. 

 

AçIq tİplİ alİ təhsİl müəssİsəsİ – yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. A.t. t.m.-də qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.

 

AÇIQ TİPLİ TƏHSİL NÖVÜ – təhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək.

 

AKADEMİYA - müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.

 

AKKREDİTASİYA - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur.

 

   ALİ TƏHSİL MÜƏSSİSƏSİ – orta təhsil bazası əsasında  təsərrüfat, elm və mədəniyyətin müxtəlif sahələri üçün ali təhsilli mütəxəsislər yaradır, əksəriyyəti həmçinin, nəzərivə tətbiqi xarakterli elmi-tədqiqat işləri aparır, orta və ali məktəb müəlimlərinin və diplomlu mütəxəssislərin ixtisasartımını həyata keçirir. Ali məktəblərə universitetlər, institutlar, ali kolleclər, konservatoriya aiddir. Təhsil müddəti 4-7 ildir.

 

ALİ TƏHSİL- mütəxəssisin tam orta təhsil bazasında aldığı və uyğun diplomla təsdiq olunan ali təhsil müəssisələrində aldığı ixtisas səviyyəsi

ALİ MƏKTƏBİN ELMİ ŞURASI  - rektorun yanında çağırılan məşvərətçi orqan olub  təhsil müəsissəsinin əsas fəaliyyətini; təlim-tədris işlərinin, elmi tədqiqatların aparılmasını, müəllim- professor heyətinin işi barədə danışılır.A.m.e.ş. seçkili orqan olub, 5 il müddətinə seçilir. E.ş.-ya vaxtından əvvəl seçkilər isə onun üzvlərinin yarısının tələbi ilə keçirilə bilər. Şuranın tərkibinə təhsil müəssisəsinin bütün növ işçiləri seçilə bilər.  Elmi şuraya seçki qaydası müəllimlərin ümumi iclasında keçirilir.

ALQORİTM – əməliyyatların yerinə yetirilmə ardıcıllığını, daha doğrusu, müəyyən sinfə aid olan məsələləri həll etməyə imkan yaradan təlimat. Alqoritmin əsasında müəllim tərəfindən şagirdlər üçün müxtəlif yaddaş məsələləri, öyrənilən hadisə və faktların təhlili sxemləri tərtib edilir.

 

ASPİRANTURA –  (lat. dilindən  Aspiro  cəhd edirəm, yaxınlaşmağa çalışıram), elmi işçilərin hazırlanması forması. Əksər xarici ölkələrdə aspiranturaya uyğun olan hazırlıq universitetlərin daxilində xüsusi mərkəzlərdə həyata keçirilir. Elmi tədqiqat işinin müdafiəsi və ən yüksək elmi dərəcənin (adətən doktor) alınması ilə yekunlaşır.

 

ATTESTAT – təhsil müəssisəsini bitirənə hər hansı rütbənin verilməsini bildirən rəsmi sənəd.

 

ATTESTASİYA –  (lat. dilindən attestatio – şəhadətnamə) - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təlim nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru.

 

AUDİOVİZUAL TƏDRİS VƏSAİTLƏRİ – tədris prosesində çox geniş yayılmış, ekran və səs avadanlıqlarından ibarət olan xüsusi qrup texniki tədris vəsaitləridir. Bu diaproeksiyalar (diafilm və diapozitivlər), epiproeksiyalar (episkoplar vasitəsilə kağızda yazılmış və ya çəkilmiş şəkil, çertyoj və s. ekranda nümayiş olunması), kodproeksiyaları, tədris kinofilmləri, tədris televiziya filmləri, səs ləvazimatı.

 

AXŞAM TƏHSİLİ – təhsillə işi bir arada əlaqələndirən  şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.


 

B

 

 

 

BAZA TƏHSİL – gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir:1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil;

 

2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin  yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil.

 

 

 

BAKALAVR (qədim lat. Baccalaureus), bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi.

 

 

 

BAKALAVRİAT - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını təmin edən ali peşə-ixtisas təhsilinin birinci səviyyəsi.

 

 

 

BAL – təhsil alanların (tələbə) təhsil müvəffəqiyyətinin qiymətləndirilməsi üçün biliklərin  yoxlanmasından sonra müəllim tərəfindən qoyulan şərti rəqəmli qiymət. Bizim ölkəmizdə təhsil alanların (tələbə) müvəffəqiyyəti beşballıq qiymət sistemi ilə qiymətləndirilir: «5», «4», «3», «2», «1».

 

 

 

BİLİK (geniş mənada) – praktikada təsdiq olunmuş reallığın dərki, onun insan təfəkküründə düzgün əksi; anlayış, qanun, prinsip, mühakimə formasında çıxış edir,  empirik olur, təcrübə, praktika, nəzəriyyə və s. formada olur; (ped.)- anlamaq, elmi  faktların yadda saxlanılması, qaydalar,qanunlar, nəzəriyyə.    

 

BİLİK DAİRƏSİ –  insanın maraq və biliklərinin əhatəsi.

 

BƏDƏN TƏRBİYƏSİ  - insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir. 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 avqust 2012 13:51
    A herfi ile olan sozlerin coxunun menasini bilmirdim. Tewekkurler

  2. 16 sentyabr 2012 22:30
    tesekkurler,coxunu bilmirdim

  3. 14 dekabr 2012 22:22
    men basa dusmurem bakalavra nedi maqsturatir nedi hansi birincidir

  4. 25 mart 2013 20:22
    xowma geldi twkkk love winked

    --------------------

  5. 17 oktyabr 2013 20:07
    melumat ucun sagolun.

    --------------------

  6. 6 noyabr 2013 21:43
    Cox tewekkurler :)

  7. 10 noyabr 2013 19:01
    bakalavr birinci magistratura ikincidi menbilen

  8. 15 iyul 2014 22:20
    chox teshekkur edirem sizlere :)

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.