"G" hərfi ilə başlayan anlayışlar

"G" hərfi ilə başlayan anlayışlar

Genosid –
hər hansı milli.etnik,irqi və dini qruputam qırmaq qəsdi ilə edilən hərəkət.

Gerb – 1)bir feodal nəslini başqasından ayıran nişan;2)dövlətin rəmzlərindən biri.

Gerusiya(yunanca) – Spartada ağsaqqallar şurası.

Gezit – can vergisi.Sasanilərin hakimiyyəti dövründə 20 yaşından 50 yaşınadək bütün əhali bu vergini ödəyirdi.

Gestapo(almanca) – Almaniya nasistlərinin yaratdıqları dövlət gozli polisi.

Getto – 1)Almaniya nasistlərinin  yahudlərin yaşaması üçün yaratdıqları həbs düşərgəsi;2)ABŞ-da əvvəllər qaradərili əhalinin yaşaması üçün  xüsusi məhəllə.

Gəngərli tayfası – türksoylu tayfa.Naxçıvanda V əsrdə məskunlaşıblar.Bu tayfanın nümayəndələri Naxçıvan xanlığının əsasınl qoymuşlar.

Gildiya(almanca) – Qərbi avropada tacirlərin birliyi

Giləklər – Oğuzların şimal qonşuları.

Gilyotin – başı bədəndən ayıran edam maşını.1792-ci ildə Fransada həkim J.Gilyotin təklifi əsasında yaradılmışdı.

Gövhər ağa – Qarabağ xanı İbrahim xanın qızı(təqr.XIX əsr) İbrahimxəlil xanın 1769-cu ildə Şuşada tikdirdiyi Cümə məscidini 1865\66-cı ildə təmir etdirmişdi.Əmlakınıhəmin məscidə vəqf etmiş,vəqf gəliri hesabına Şuşada dar üş-şəfa və mədrəsə açdırmışdı.

Göz(ispanca) – “dilənçi”mənasındasdır.İspanlar Niderlandın yerli əhalisini həqarətlə belə adlandırırdılar.Niderland partizanları inqilab illərində bu adı fəxrlə daşıırdılar.

Gürgan(türkcə) - gözəl deməkdir.Əmir Teymur Çox vaxt adının sonuna bu sözü əlavə edirdi.

Güclü ailə - Çində iri xüsusi torpaq sahibliyi.

Güləbətin – 1)tel halına salnmış qızılı,gümüşü sap;2)eyniadlı sap ilə ağır parça üzərində tikliş növü.Geyim və əşyaların bəzədilməsində istifadəolunur.

Gülərgin – Oğuz dövlətində yabqunun(bax:yabqu)naibi və ya vəkili,yüksək vəzəfəli məmur.

Gümrü – Qərbi Azərbaycanda mövcud olan Azərbaycan şəhəri.Rusiya işğalı və sovet rejimi dövründə əhalisi soyqırıma və represiyalara məruz qalaraq erməniləşdirilmişdir.

Günəmuzdçular – torpağı və daimi işi olmayan.yalnız gördükləri işə görə haqq alan adamlar.

“Günəş oğlu” – Qədim Misirdə fironu(bax;firon)müqəddəsləşdirib bu cür adlandırırdılar.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 iyun 2014 11:40
    gumru doyuwu olub.gurgan sozunnense xowum gelir

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.