"İ" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"İ" hərfi ilə başlayan anlayışlar

İcarə -
əmlak kirayəsi.Bir tərəf  hər hansı əmlakı müəyyənhaqq ödənilməklə digər tərəfə(kirayəçiyə)müvəqqəti istifadə üçün verməyi öhdəsinə götürür.

 

İctimayi əmək bölgüsü – yalnız müəyyən bir peşə ilə məşğul omaq.Qədim və orta əsrlər dövründə əkinçiliyin maldarlıqdan,sənətkarlığın kənd təsərrüfatından ayrılaraq müstəqil təsərrüfat sahəsinə çevrilməsi mənasında işlənir.

İdxalat – daxili bazarda satmaq üçün başqa ölkələrdən əmtəə gəirilməsi.İxracatın əksi.

İxracat – 1)əmtəələrin xarici bazarda satılması üçün ölkədən xaricə aparılması.İdxalatın əksi;2)ümumi və müxtəlif vergi,mükəlləfiyyətlərin məcmusu mənasında işlənən söz(XVII əsrdə Azərbaycanda).

İkona(yunanca) – təsvir,obraz,dini sitayiş obyekti.Pravoslav və katolik dinlərində yayılmışdır.Geniş mənada xrstianlıqda müqəddəslərin təsviri.Erkən xristianıqda ikona ayini yox idi.O,II əsrdə yaranmışdır.İkonalara sitayiş qədim bütpərəstliyin qalığıdır.

İqta(ərabca) – "kəsik”deməkdir.Xidmət əvəzində verilən torpaqlar.Yaxın və Orta Şərq ölkələrində hərbi xidmət müqabilində feallara verilmiş  şərti torpaq mülkiyyəti olan iqta VII əsrin sonlarından XIX əsrin I yarısınadək mövcud olmuşdur.

İlati – elat(bax:elat).Cənubi Azərbaycanda torpaq mülkiyyəti forması.Şah tərəfindən dövlət qarşısında hərbi xidmətə görə oturaq və yarımköçəri həyat sürən ayrı- ayrı tayfalara verilirdi.

İliada – qədim yunan şairi Homer(bax:Homer) tərəfindən yaradılmış dastan.”illiada”İllion şəhərinin(Kiçik Asiyada)adından əmələ gəlmişdir..Yunanlar Troyanı belə adlandırırdılar.Əsərdə Yunanların Troya üzərinə yürüşlərindən bəhs olunur.

İlot(yunanca) – Qədim spartada qullara verilmiş ad.

İltizam(müqaitə) – icarəyə verilmə.Dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-ayrı şəxslərə verilən vergi toplamaq hüququ.İltizam sistemi Azərbaycanda XIX əsrin II yarısınadək mövcud olmuşdur.

İmperator(latınca) – hakimiyyətə malik olma deməkdir.Dövlatin başında duran qeyri-məhdud hökmdar.

İmperiya(latınca) – hakimiyyət,dövlət başçısı monarx,İmperatoru olan dövlət.Bir qayda olaraq,müstəmləkə torpaqlarına malik olur.Məsələn:Osmanlı İmperatorluğu,Britaniya imperiyası,Rusiya imperiyası və s.

İmpressionizm(fransızca) – "təəsürat”deməkdir.XIX əsrin II yarısında Avropa rəssamlığında yaranmış cərəyan,İmpressionistlər dəbdəbəli akademik rəngkarlığa qarşı qətiyyətlə çxı dirdilər.Onların başlıca novatorluğu yaratdıqları obyektə yanaşmaları idi.Çox vaxt impressionistləri məzmunu formaya qurban verməkdə günahlandırırdılar.

İmtiyaz – hüquqi üstünlük.

İndulgensiya(latınca) – "Cənnət qəbzləri”deməkdir.Orta əsrlərə Qərbi Avropada günahlarının bağışlanması haqqında kilsə fərmanı beləadlanırdı.

İnflyasiya – pulun qiymətdən düşməsi.Özünü malların qiymətinin və xidmət haqqının ümumi və qeyri-bərabər artmasında göstərir.

İnhisar(ərəbcə) – məhdudlaşdirma.Fəaliyyətin hər hansı bir sahəsində müstəsna vəziyyət,dövlətin,təşkilatları,firmaların və sairənin müstəsna hüququ.

İnqumasiya – insanın olduğu kimi dəfn olunması.Azərbaycanda Eneolit dövründə geniş yayılmış kremasiya(ölüyandırma)ilə yanaşı inqumasiyada mövcud olmuş və indiyədək davam edir.

İnkvizisiya(latınca) – təhqiqat deməkdir.Kilsə təliminə qarşı çıxanları mühakimə etmək üçün Roma papasının yaratmış olduğu kilsə məhkəməsi.Bu məhkəməXII-XIX əsrlərdə fəaliyyət göstərmişdir.İnkvizisiyanın bir idarə kimi fəaliyyəti papa III innokendinin adı ilə bağlıdır.

"İnsanayaqlılar” – Yunanıstanda qullara verilən ad.

İnzibati amirlik – Hakimiyyətin vahid bir partiyanın əlində  cəmlənməsi və idarə olunması.

İonik sütunlar – qədim yunan memarlarının ucaltdıqları ictimai binaların tikintisində istifadə olunan sütunlar.Bu sütunların yuxarısı qıvrım qoyun buynuzlarına bənzəyirdi.

İrsi hakimiyyət – hakimiyyətin atadan oğula,yaxud yaxın qohuma keçməsi.

İrqlər – müəyyən ərazidə tarixən əmələ gəlmiş,ümumi mənşəyə malik bioloji insan qrupları.İrqlər,əsasən.xarici göünüşə aid irsi əlamətlərin kompleksi ilə fərqlənir.Ən mühüm irqi əlamətlərə - bədəndə tük örtüyünün inkişaf dərəcəsi,dəri.saç və bəbəyin rəngi.başın üzün və onun hissələrinin(burun,dodaq,göz qapağı və s.)forması aiddir.antropoloqlar dünya əhalisini xarici görünüşünə görə 3 böyük irqə ayırırlar:1.avropoid;2.monqoloid;3.ekvatorial.Böyük coğrafi kəşflərə qədər avropoid irqinə mənsubolan xalqlar Avropada,Şimali Afrikada,Yaxın və Orta Şərqdə vəHindistanda yaşayırılar.İndi isə onlar bütün yer kürəsinə yayılmışlar.Monqoloid irqinə mənsub olanlar isə əsasən Şərqi və Cənub-şərqi Asiyada yaşayır.Amerikanın yerli əhalisi olan hindular da monqoloid irqinə aiddir.Ekvatorial irqinə aid olan insanların böyük hissəsi Afrikada yaşayır.Bəzi alimlər dördüncü – avstraloid irqi də ayırırlar.Avstraliya və Okeaniyanın yerli əhalisi,Cənub – ŞərqiAsiyada məskunlaşanların bir qismi bu irqə aid edilirdilər.

İrqçilik – irqlərin və xalqların bərabərsizliyi haqqında müddəalara əsaslanan  elmə zidd konsepsiyaların məcmusu.

İrriqasiya(latınca) – suvarma.İrriqasiya dedikdə,əsasən,süni suvarma baş düşülür.

İstehsal təsərrüfatı – insanların təbiətin yaratdığını təkrar istehsal etməsi.

İşləyib ödəmə - mülkədarların kəndlilərin aztorpaqlı olmasından istifadə edərək torpağın bir hissəsini onlara icarəyə verməsi və əvəzində kəndlinin öz avadanlığı ilə ağa torpaqlarında işləməsi.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.