"X" hərfi ilə başlayan anlayışlar

[/b]

"X" hərfi ilə başlayan anlayışlar[/b]

Xalça – [/b]müxtəlif rəng çalarlı naxış elementləri və təsvirlərlə bəzədilən bədii toxuculuq məmulatı.Dəyə,çadır,alaçıq və yaşayış evlərinin divar bəzəklərində,döşəməsində istifadə edilir.Xalça estetik əhəmiyyət kəsb etməklə yanaşı, otağın daxilində istiliyi saxlayır,ətraf mühitin səs-küyünün qarşısını alır.

 

 

Xalq – 1)bir ölkənin bütün əhalisi ; 2)insan birkiyinin tarixi formalarındanbiri.Etnik inkişaf vaxtından qəbili və tayfa birliyinin davamı. Xalq ahid ərazi,dil,din,adət-ənənə və mədəniyyət birləşdirir.

Xalq təsərrüfatı – müəyyən ölkənin tarixən yaranmış istehsal sahələri məcmusu.

Xalq tribunu – Qədim Romada plebeylərdən seçilən vəzəfəli şəxs.Xalq tribunu plebeylərin hüquqlarını müdafiə edir və onlaın xeyrinə qanunlar həyata keçirirdilər.Xalq tribununun öldürlməsi Qədim Romada ən ağır cinayət hesab edilirdi.

"Xalqların böyük köçü” – Böyük Hun imperatorluğunun dağılmasından sonra hun tayfalarının,alanların,qotların və s. xalqların Mərkəzi və Qərbi Avropaya köç etməsi.”Xalqların böyk köçü” eramızım VI əsrinə qədər davam etmişdır.VI əsrdə slavyanların Bizans imperiyası ərazisinə məskunlaşması ilə başa çatmışdır.”xalqların böyük köçü”ndə türklər böyük rol oynamışlar.

Xaraq – Sasanilərin dövründə məhsulun 1\3-dən yarısına qədərini təşkil edən torpaq vergisi.

Xərəzm – "Günəş ölkəsi”deməkdir.Özbəkistanda tarixi vilayət.

Xərəzmşahlar dövləi – Eftalitlər dövlətinin süqutundan sonra Mərkəzi Asiyada yaranmış dövlət(VI əsr).Bu dövlətin ərazisi Aral qolunun cənubundan başlayaraq Amudəryanın şomal sahillərinədək geniş bir sahəni əhatə eirdi.Varlığına Monqollar son qoymuşlar.

Xartiya(ingiliscə) – bəzən çox mühüm məsələləri özündə əks etdirən sənədləri,eləcə də konstitusiyanı belə adlandırırdılar.

Xartal – Hindistanda Britaniya müstəmləkə əsarətinə qarşı itaətsizlik kompaniyası.

Xədif – Misirdə canişindən yüksəkdə duran vəzifə.

Xəlfə-mollaxanada nizam-intizamı qorumaq üçün molanın təyin etdiyi sinif  başçısı.

Xəlifə-(ərəbcə)-müavin, varis,xələf.Məhəmməd peyğəmbərin ölümündən  sonra (632) dövləti idarə edən şəxs belə adlanırdı.

Xəmsə(ərəbcə) – beşlik.Şərq ,o cümlədən,Azərbaycan ədəbiyyatında bir müəllifin beş böyük poemasının məcmusu.İlk”xəmsə”ni Nizami Gəncəvi yaratmışdır.("Sirlər xəzinəsi”, "Xosrov və şirin”, "Leyli və Məcnun”, "Yeddi gözəl”,”İsgəndərnamə”).

Xərac(ərəbcə) – orta əsrlərdə İsla ölkələrində müsəlman əhalisindən alınan əsas torpaq vergisi.”Mal”,”malcəhət”,”bəhrə” terminlərinin sinonimidir.

Xəttatlıq – aydın və yaraşıqlı yazmaq sənəti.

Xırman – taxcılın döyülüb təmizləndiyi yer.

Xilafət - əsasını VII əsrin əvvəllərində Məhəmməd peyğəmbərin yaratdığı dövlət təşkil edən feodal ərəb – müsəlman dövlətinin tarix ədəbiyyatında adı.

Xostak – Albaniyada xidmət müqabilində müvəqqəti istifadə üçün verilən torpaq sahibliyi.

Xolokost – Nasist Almaniyasında yəhudilərin tamamilə məhv edilməsinə yönəldilmiş dövlət siyasəti.

Xronologiya(yunanca) – qədim təqvimlərdən istifadə etmək,onları müasir təqvimə çevirib,tarixi hadisələrin ardıcıllığını müəyyənləşdirməklə məşğul olan elm sahəsi.

Xüms – Xilafətdə daşıa bilən əmlakdan alinan vergi.

Xürrəmi(qədim pəhləvi dilində) - əbədi od və günəş deməkdir.

Xürrəmilər hərəkatı – Azərbaycanda və bəzi qonşu ölkələrdə Xilafətə qarşı geniş xalq azadlıq hərəkatı(VIII-IXəsrlər).Xürrəmilər cəmiyyətdəki ədalətsizliyin kökünü sosial mülki bərabərsizlikdə görürdülər,onlar maddi nemətləri insanlar arasında bərabər bölüşdümək istəyirdilər.Xürrəmilərə 816-cı ildən Babək başçılıq etməyə başladı.Babəkə qədər xürrəmilər 778 və 808-ci illərdə üsyan qaldırmışdılar.808-ci ildə baş vermiş üsyana Cavidan başçılıq edirdi.Xürrəmilər hərəkatı 837-ci ildə yatırıldı və838-cı ildə Babək eam edildi.Hərəkat məğlub olsa da,onun təsiri nəticəsində Xilafət əsaslı şəkildə sarsıldı,əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 aprel 2014 21:48
    (x) herfini oxumaq maraqlidi ama sualim var- niye (a) herfiyle olan yoxdur?!

  2. 30 iyul 2014 16:50
    twkler.maragli gelir nbu melumatdar mene)))

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.