“Elektron məktəb”

 “Elektron məktəb”


"Elektron məktəb” nədir?

 

Fənn müəllimlərinin informasiya texnologiyaları sahəsində ixtisas səviyyəsinin artırılması məktəb təhsilinin artırılması üçün mühüm məna daşıyır. Belədir ki, müasir məktəblilər kiçik yaşlarından kompüter ilə işləməyi öyrənirlər. Lakin onların fənn müəllimləri əsasən informasiya texnologiyaları ilə az tanışdılar. Onlar dərsi hazırlayarkən adətən standart metodik materiallardan istifadə edir (kitablar, dərsliklər, jurnallar).

İnformasiya texnologiyaları müəllimə dərsdə istifadə edilən təlim vəsaitlərini müxtəlifləşdirmək imkanını verir: təqdimatlar, testlər, interaktiv tapşırıqlar və s. Nəticədə hər bir dərs daha maraqlı, məzmunlu və cəlbedici olur. İnformasiya texnologiyaların təhsil prosesində tətbiqi şagirdlərin bilik səviyyəsinə nəzarəti daha keyfiyyətli etmək imkanını verir. Bununla yanaşı yoxlama prosesi xeyli asanlaşır. Kompüter proqramı vasitəsilə yoxlama zamanı şagird müəllim onun "sevmədiyi” üçün aşağı qiymət qoyduğunu deyə bilməz. Bunun digər tərəfi də var – qiymət müəllim tərəfindən yox, test proqramı tərəfindən qoyulur. Əgər məktəb dərslərində xüsusi proqram təminatından istifadə edilirsə, gələcəkdə İnternet vasitəsilə valideynlərin uşaqlarının qiymətlərinə nəzarət prosesinin təşkili asanlaşır. Nəticədə valideynlər nəinki uşaqlarının qiymətlərindən, hətta ev tapşırığından xəbərdar olur və beləliklə ev tapşırığının evdə görülməsinə nəzarət artır. Bir sıra səbəblərdən valideynlər hər zaman uşaqlarının təhsilinə nəzarət edə bilmirlər və bir çox hallarda qiymətlər ilə bağlı vəziyyəti dəyişdirməyə artıq gec olduqdan sonra xəbər tuturlar. Proqram imkan yaradır ki, valideynlər uşaqlarının elektron gündəliklərinə məktəb saytı vasitəsilə istənilən zaman baxa bilir, məktəb forumunda cari məsələləri müzakirə edə bilir. Şübhəsiz ki,  elektron əlaqə adi gündəliyi və müəllim ilə canlı ünsiyyəti əvəz etmir, lakin layihənin böyük gələcəyi var. Bu proqram xüsusilə o valideynlərə kömək edəcək ki, onlar çox məşğul olduğundan uşaqlarının təhsilinə lazımi qədər nəzarət edə bilmir və ya o valideynlərə ki, onların uşaqları qəsdən qaiblərini və ya aşağı qiymətlərini gizlədir.

 

E-Tədris layihəsindən əsas faydalananlar Azərbaycanın müəllim və şagirdləridir. Bu layihənin digər iştirakçıları valideynlər, məktəb və ümumiyyətlə tədris sisteminin idarəedici heyəti, qərarları qəbul edən şəxslər və ictimaiyyətdir.

Bu layihə Azərbaycanın təhsil sektorunda aşağıdakı əsas fəaliyyətləri əhatə edir:

•          Pedaqogika – tədris, testləndirmə və qiymətləndirmə, tədris məzmununun idarə edilməsi: e-Tədris proqram təminatı və e-Məzmun, müəllimlər üçün təlim proqramları;

•          Məktəb resurslarının idarə edilməsi – Məktəb İdarəetmə Sistemi proqram təminatı;

•          Milli təhsil sisteminin idarə edilməsi: qərarları qəbul edən şəxslər (Milli Təhsil Məlumat Bazası) və ictimaiyyət (Məktəb Xəritəsi Portalı) üçün dəstək sistemi.

 

Məktəb İdarəetmə Sistemi

Məktəb İdarəetmə Sistemi məktəbin idarəedici heyətinə dəstək, bütün səviyyələrdə qərarların qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, proqnozlaşdırma, monitorinq və nəzarət üçün  kömək alətlərini təqdim etmək məqsədilə xüsusi hazırlanılmış proqram məhsuludur. Ən əsas məqsədlərdən biri yerli, regional və mərkəzi təhsil idarələrinin siyasət aparma imkanlarının mükəmməlləşdirilməsidir.

Məktəb İdarəetmə Sistemi məktəbin idarə edilməsində dəstək təqdim edir:

        Məktəbin idarə edilməsi (tədris dərəcələri, məktəblər, tərkib hissələri üzrə və s.)

          Sinif otaqları  / virtual tədris məkanlarının idarə edilməsi

          Nəticələrin idarə edilməsi

         Qiymətlər, qaiblər, nəticələr, fəaliyyət, işin qiymətləndirilməsi

         Tədris planından kənar fəaliyyətlər, müsabiqələr və mükafatlandırma

          İnsan resurslarının idarə edilməsi

         Təşkili sxem: müəllimlər, şagirdlər, sinif rəhbərləri və köməkçi heyət

         Şagird və müəllimlər haqqında məlumat: şəxsi məlumat, ixtisas, cari və keçmiş fəaliyyət

          Cədvəlin tərtibi (cədvəl qaydaları və yaradılması, hər müəllim/şagird üzrə ətraflı cədvəl)

         Tədris planının idarə edilməsi

          Ümumi məktəbin fəaliyyət göstəriciləri

Bu sistem qiymətləri ən populyar olan MS Excel cədvəl prosessoruna ixrac edə bilir və hər bir şagird üçün müəyyən müddət üzrə qiymətlər ilə cədvəli çap etmək imkanını verir. Proqram qiymətlərin saxlama təhlükəsizliyini təmin edir. Statistika sistemi həm şagird, sinif üzrə, həm də məktəb üzrə müxtəlif hesabatların tərtib edilməsində məktəb rəhbərliyinə kömək edir. Sistem daxili hesabatların tərtib sisteminə malikdir.

 

Məlumat Mərkəzi Proqramı

Məlumat Mərkəzi Proqramı Azərbaycan məktəbləri haqqında analitik, kompleksli, statistik məlumat və hər məktəb üçün fəaliyyət göstəriciləri təqdim edir. İctimai məlumat və hesabat portalı həmçinin təhsil layihələrində əməkdaşlıq və iştirak haqqında faydalı məlumat və məktəblərin portalları/veb-saytlarına linklər təqdim edir. Məlumat Mərkəzi Proqramı Azərbaycanın milli təhsil məlumat bazası üçün təhsil sistemi haqqında statistik məlumat üçün veb əsasında interfeys ilə ictimai və mühafizə edilmiş hesabatlaşma sistemidir:

•          Milli səviyyədə

•          Rayon səviyyəsində

•          Məktəb səviyyəsində

Məktəblər haqqında məlumat Məktəb İdarəetmə Sistemindən birbaşa toplanıla bilər, proqram əl ilə məlumatı yeniləmək ehtiyacını aradan qaldırır. Məlumat Mərkəzi Portalının məqsədi xüsusi məktəb haqqında məlumat axtararkən link rolunu oynamaqdan ibarətdir. 

 

Digər informasiya mənbələri ilə inteqrasiya:

•          Şagirdlərin qiymətləri haqqında bildiriş sahəsi

•          Müəllimlər birliyi saytı

•          İmtahan resursları saytı

Məktəb Xəritəsi Proqramı təhsil sahəsində təkliflər, təhsilin keyfiyyəti və mövcud təhsil resursları kimi dərin məsələlər daxil olmaqla Azərbaycanın təhsilinin təşkili, strukturu və statusu haqqında məlumatın mənbəyidir.

 

Tədris idarəetmə və interaktiv dərslər Sistemi

Bu proqram interaktiv multimedia materiallar, interaktiv bələdçilər, çalışmalar, imitasiyalar, testlər kimi müxtəlif təhsil məzmunu üçün idarəetmə və təqdimetmə dəstəyini təklif edir.

Bu proqram beynəlxalq açıq standartları və ən yeni təhsil meyarlarına əsaslanır və aşağıdakılardan ibarət modullu struktura malikdir:

•          Virtual sinif otağı – sinxron tədris üçün optimallaşdırılmış sistemdir, müəllim tədris prosesini yaratmaq, koordinasiya etmək, uyğunlaşdırmaq və nəzarət etmək imkanına malik olmaqla onlayn dərsi tamamilə idarə edir.

•          Virtual kitabxana – sistem elektron kitabxanaya malikdir ki, onun əsas məqsədi bütün təhsil məzmununun standart vahid formatda saxlanılması və idarə edilməsidir.

•          Testləndirmə və qiymətləndirmə – elektron testləndirmə və qiymətləndirmə üzrə dəstək sistemidir.

Bu sistem təlimçi tərəfindən aparılan təlim və ya müstəqil təlim keçirilməsi üçün istifadə edilə bilər, bütün tədris iştirakçıları üçün vahid mərkəz təqdim edir.

Elektron məzmun

İnteraktiv dərsləri daha açıq və çevik yeni tədris üsulunu təqdim edir. 2005-ci ildə WSIS (World Summit for Information Society) çərçivəsində təşkil edilmiş "World Summit Award” müsabiqəsində – "E-Məzmunda dünyanın ən yaxşısı” adına layiq görülmüş interaktiv dərslər tam və artırıla bilən alət təqdim edir. Bu dərslər vasitəsilə müəllim uşaqlarda dərslərə həvəsi artıraraq və müxtəlif tədris sistemləri birləşdirərək ənənəvi tədris prosesini tamamlaya bilər.

Təkrarən istifadə edilə bilən tədris obyektlərində hazırlanılmış e-məzmun Azərbaycan və rus dilləri üçün lokallaşdırılmışdır. Lokallaşdırmaya tərcümə və Azərbaycanın milli tədris planına uyğunlaşdırılma daxildir.

 

İnteqrasiya edilmiş elektron tədris həllərinin üstünlükləri

E-Tədris və təhsil idarəetmə həllərinin Azərbaycanın milli təhsil sistemi üçün faydaları aşağıdakılardır:

•          Qərarları qəbul edən şəxslərin lazımi məlumatı və alətləri olacaq ki, onlara resursların bölüşdürülməsi üzrə qaydaları qəbul etmək, siyasəti aparmaqda kömək edəcək.

•          Məktəbin idarə edilməsi daha şəffaf olacaq. İctimaiyyətə maraqlı müxtəlif məlumatlar açıq olacaq: təhsil siyasətləri və resursları, təhsil nəticələri və effektivliyi, ayrı-ayrı məktəblər haqqında məlumat.

•          Bütün müəllimlər sinif otağında əlavə resurs kimi xüsusilə hazırlanılmış proqram təminatı alətlərindən istifadə etmək imkanına malikdir. Müəllimlər dərslərini planlaşdıra və təşkil edə biləcək və dərs planlarının hazırlanılması və tədris edilməsində dəstək alacaqlar.

•          Ən novator müəllimlər tədris resursları dəyişdirə və ya yeni resursları yarada bilər ki, bu da şagirdlərinə daha çox fayda verəcək və onların müəllimlik xüsusiyyətlərinə cavab verəcək. Müəllimlər İKT-dan testləndirmə və qiymətləndirmə üçün istifadə edə biləcək Şagirdlər isə daha yaxşı özlərini qiymətləndirə biləcək.

•          Hər əlaqələndirilən müəllim, şagird və ailə onun məktəbi və ya evindən İnternetə qoşulacaq və geniş regional, milli və ya beynəlxalq ictimaiyyətə qoşulacaq.

•          Daha geniş resurs çeşidi həm müəllimlərə, həm də şagirdlərə açıq olacaq. Resurslara xüsusi multimedia tədris məzmununa yönəldilmiş televiziya yayım mənbələrindən rəqəmsal materiallar və tədris planına müvafiq məzmunun onlayn kitabxanalara abunə daxildir. 

•          Uşaqlar həm məktəb daxilində, həm məktəbdən kənar tədris resurslarından daha asan istifadə edə biləcək. Bu həmçinin valideynlərə uşaqlarına kömək etmək və təhsil proseslərində daha çox iştirak etmək imkanını verəcək.

•          Jurnal məlumatlarının elektron formata köçürülməsi nəticəsində saxlanılmasının təhlükəsizliyinin təmini.

•          Məktəb rəhbərliyi tərəfindən hesabatları tərtib etmək məcburiyyətini aradan qaldırır, rəhbərlik yalnız maşına bu hesabatları tərtib etməkdə kömək edir.

•          Şagirdlərə yoxlama işindən əvvəl testlərdən keçmək imkanını verir.

 

Perspektivlər

 

Təhsil Nazirliyinin təhsilin idarə edilməsinə və hətta təlim-tədrisə kömək edəcək kompüterlərdən istifadə üsullarına dair güclü uzun-müddətli strategiyası vardır:

•          Yerli, rayon və milli səviyyədə idarələrə idarəetmə dəstəyi təqdim etmək;

•          Əhalinin, xüsusilə məktəb məzunları arasında, İT üzrə biliyi artırmaq;

•          Ümumiyyətlə təhsil sahəsinə dəstək göstərmək (İT sinifdə və sinifdən kənar müəllim üçün alternativ yox, tamamlayıcı alətdir).

 

Elektron məktəb hər kəsə lazımdır: məktəb rəhbərliyinə, müəllimlərə, şagirdlərə və valideynlərə. Təhsil prosesinin keyfiyyətinin artırılması, onun daha maraqlı və şəffaf edilməsi orta təhsili yeni keyfiyyət səviyyəsini çıxarmaq imkanını verəcək. Bu isə nəticədə kadrların ixtisasına müsbət təsir göstərəcək.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 noyabr 2013 00:19
    bizim mekteb de beledir.ancaq kompnan isleyirik/esasen de tarix dersinde elektron derslerden cox istifade edirik

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.