Təhsil fəlsəfəniz

 Təhsil fəlsəfəniz


               

 

   Öz təhsil fəlsəfənizi müəyyənləşdirin                         
 

Suallara verilmiş cavablardan uğurlu hesab etdiyiniz variantı seçin. Siz verilmiş variantlardan    düzgün hesab etdiyiniz bir neçəsini də  qeyd edə bilərsiniz.

 

1. Təhsil nə üçün lazımdır?

  1. Varlığın mövcudluğunun səbəbini öyrənmək üçün lazımdır.
  2.  İnkişafı təmin etmək üçün lazımdır.
  3. Bilik və bacarıqlar əldə etmək üçün lazımdır.
  4. Düzgün seçimlər etmək üçün lazımdır.

2. Sizcə "öyrənən” kimdir?

  1. Öyrənən təcrübə aparan insandır.
  2. Öyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır.
  3. Öyrənən düşünən və hiss edən  (idraklı və intuisiyalı) varlıqdır.
  4. Öyrənən bilik və bacarıqların daşıyıcısıdır. O öyrəndiklərini yeri gələndə istifadə  edə bilər.

3. Təhsil insanın ehtiyaclarını necə təmin etməlidir?

  1. Həyatın problemləri ilə üz-üzə qalmaq şəraiti yaratmalıdır: real seçimlər, məhəbbət iztirabı və sevinci, azadlığın problemləri, fəaliyyətin ardıcıllığı ölümün haqq olması və s.
  2. Bütün insanların ehtiyacları baxımından əhəmiyyətli hesab edilən bilik və bacarıqların formalaşmasını təşkil etməlidir.
  3. Öyrənənlərin intellektual ehtiyaclarının ödənilməsini təmin etməlidir.
  4. İnsanların ehtiyacları müxtəlif olduğundan təhsil şagirdlərin fərdi xüsusiyyətlərinin inkişafına istiqamətlənməlidir

4. Təhsil mühiti necə olmalıdır?

  1. Təhsil üçün elə  mühit yaradılmalıdır ki, təlim real həyatda mövcud olan materiallar və ictimai münasibətlərlə  əlaqədə qurulmuş olsun.
  2. Təhsilin mühiti həyatın özü olmalıdır. Burada şagirdlər həyata hazırlanmamalı, həyatın içində öyrənməlidirlər.
  3. Təhsil mühiti öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa, həvəsləndirməlidir. O, öyrənənlərə çoxluğun  düşüncələrindən çıxış etməyi, əcdadların  müəyyən etdiyi normları rəhbər tutmamağı öyrətməməlidir.
  4. Təhsil həyatı tamamilə əks etdirmir, o, uşaqların intellektual imkanlarını inkişaf etdirməli olan və onları gələcəyə hazırlayan  uydurma bir mühitdir.

5. Təhsilin məqsədi nə olmalıdır?

  1. Yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək təhsilin həm əsas xüsusiyyətinə, həm də məqsədinə çevrilməlidir;
  2. Təhsil yalnız mütləq həqiqətə, ümumbəşəriliyə və dəyişməzliyə istiqmətlənməlidir.
  3. Hər bir uşağın fərd olaraq inkişafı təhsilin ən mühüm məqsədi olmalıdır.
  4. Şagirdlərin biliklərinin əsaslarını təmin etməkdən ibarətdir

6. Məktəbin əsas vəzifəsi nə olmalıdır?

  1. Məktəb özlüyündə insanın müxtəlif xüsusiyyətləri, hafizəsinə əhəmiyyət verir və əsas diqəti şüurun inkişafına yönəldir.
  2. Məktəb "hərtərəfli uşaq” üçün   təhsili təmin etməlidir, bütün diqqətini uşağın ehtiyaclarına və maraqlarına yönəltməlidir.
  3. Mətəb real dünyanı başa düşmək üçün şagirdlərə lazım olan bilikləri çatdırmağı qarşıya məqsəd qoymalıdır.
  4. Özünü rellaşdırma səyahətində hər bir şagirdə kömək göstərməlidir.

7. Məktəbin təlim mühiti necə olmalıdır?

  1. Məktəb şagirdlərin qruplarda düşünməsini təmin edir  ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir.
  2. Məktəb şagirdləri elə gerçək azadlıqla təmin edir ki, bu şəritdə şagirdlər öz həyat həqiqətlərini tapa bilsinlər və müstəqil şəkildə öz seçimlərini edə bilsinlər.
  3. Məktəb şagirdləri "kitablar dünyası” ilə əhatə etməli, intellektual və tənqidi düşünmə şəraitində şəxsiyyətin  tərbiyəsini təşkil etməlidir.
  4. Məktəb şagirdlərin şüurlu şəkildə nizam-intizam qaydalarına riayət etməsi üçün müvafiq atmosfer yaratmalıdır.   Bu məsələlərə şagirdin   münasibətini yoxlamaq  üçün innovativ texnikalardan istifadə etməlidir.

8. Mənimsəməni təmin edən təlim necə baş verməlidir?

  1. Şagirdlər bir neçə alternativ versiyadan birinin seçilməsinə cəlb ediləndə mənimsəməni təmin edən təlim  baş verir.
  2. Şagirdlər problem həllinə əsaslanan layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə  doğru istiqamətləndirilir (konkretdən məcaziyə).
  3. Mənimsəməni təmin edən təlim, şagirdləri daimi  dünya ilə   tanış edən  oxu zamanı baş verir. Bu zaman şagirdlər gələcəkdə tətbiq edəcəkləri nəzəri məsələləri öyrənirlər (məcazidən konkretə).
  4. Mənimsəməni təmin edən təlim o zaman baş verir ki, şagirdlər fənn üzrə biliklərini daha da genişləndirməyə ciddi cəhdlər göstərir.

9. Müəllimin rolu nədən ibarət olmalıdır?

  1. Müəllim şagirdləri ilə düşünülmüş şəkildə davranmalıdır. Onların təlimi insanın maraqlarını ən yüksək səviyyədə əks etdirən yazılara, ədəbiyyata əsaslanmalıdır.
  2. Müəllim şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirərkən və ya araşdırarkən öz prinsiplərini, əhəmiyyət verdiyi dəyərləri və onların əhəmiyyətliliyinin  səbəblərini öyrənənlərə  təqdim etməlidir.
  3. Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir. Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fəənn biliklərinə deyil,   öyrənənlərin  maraqlarına əsaslanır.
  4. Müəllim məsuliyyətli rəhbərdir, yeniyetmələr böyüklərin xüsusiyyətlərini və tələblərini dərk edənə qədər böyüklər dünyası ilə uşaqlar aləmi  arasında əlaqələndirici rolu oynayır.

 

10. Kurikulum hansı məsələləri  əhatə etməlidir?

  1. Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət fənlərinin zamanın sınağından çıxmış  əsas ideyalarını əhatə etməlidir.
  2. Kurikulumda əsas diqqət ona yönəlməlidir ki, şagirdlər  ictimai fənlər, tətbiqi elmlər və peşə texnologiyaları üzrə problemlərin həll edərkən uğurlu üsul və vasitələr  seçə bilsinlər.
  3. Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət, eləcə də fəlsəfə kimi  akademik fənləri əhatə etməlidir.
  4. Kurikulum insanpərvərliyə istiqamətlənməlidir.   İnsanın səciyyəvi cəhətlərinin  və onun ətraf aləmlə ziddiyyətlərinin öyrənilməsinə,  imkan verən  tarix, ədəbiyyat,  incəsənət, fəlsəfə fənlərini əhatə etməlidir.

11. Hansı təlim üsullarına üstünlük verilməlidir?

  1. Layihlər üsuluna üstünlük verilməlidir və bu üsul vasitəsilə şagirdlər problemlərin həll edilməsinə istiqamətlənməlidirlər. 
  2. Mühazirələr, oxu müzakirələr intellektin yüksəldilməsi üçün üstünlük verilən üsullar olmalıdır. 
  3. Nümayişlər bilik və bacarıqları tədrisində əhəmiyyətli hesab edilməlidir. 
  4. Sokrat dialoqu  (suallara əsaslanan mükalimələr zamanı cavabların əldə edilməsi) şagirdin özünütəsdiqi üçün üstünlük verilməli üsuldur.  

 

Test nəticələrinin hesablanması:

Bu testin nəticələri  özünü qiətləndirmə yolu ilə məyyən edilir. Hər sua üzrə seçdiyiniz cavabları dairəyə alın. Sonra aşağıdakı cədvəldə hər sütun  üzrə

 

Təhsil  fəlsəfəni müəyyənləşdir

 

Proqressivizm

Perennializm

Essensializm

Eksistensializm

1

2

3

4

5

6

7

8

9

10

11

B

A

D

B

A

B

A

B

C

B

A

A

C

C

D

B

A

C

C

A

C

B

C

D

B

A

D

C

D

D

D

A

C

D

B

A

C

C

D

B

A

B

D

D

 

 

Bəzi açıqlamalar

Bu proqramlaşdırılmış test tapşırığıdır.  Hər sual dörd  fəlsəfi yanaşma baxımından cavablandırılımışdır: proqressivizm, perennializm, essentializm ekzistentializm. Əgər siz  cavablarınızı qiymətləndirmək istəyirsinizsə,   sual üzrə  iki cavabı doğru hesab etməyinizə baxmayaraq, daha çox üstünlük verdiyiniz  versiyanı seçin. Etdiyiniz seçimlər arasında   hansı təhsil fəlsəfəsinə aid cavablar üstünlük təşkil edirsə, deməli siz həmin fəlsəfəyə aidsiniz.  Məsələn, sizin təhsil seçiminiz: proqressivizm üzrə (9), perrenizlizm (1) essentializm (3),  və eksiztentializm (2)-dirsə, demək  bu test vasitəsilə, sizin  təhsil fəlsəfəniz Proqresivizm olacaqdır(15 xaldan 9-u çoxluq təşkil edir) . Əgər müəyyən etsəniz ki, bu fəlsəfələrdən bir neçəsini, hətta 4-nü   üstün tutursunuzsa, cavablarınızın bu   şəkildə səpələnməsi, təhsil dəyərinə  eklektik (ziddiyyətli) yanaşma forması kimi izah olunur. Dörd mövqedən birinin seçilməsində göstərilən qətiyyətsizlik, əsas bu təhsil sistemi daxilində olmayan digər dəyərlərin və inancların üstün tutulduğunu göstərə bilər.

Fəlsəfədə  tam sisteminin  olması məntiqi ardıcıllığın olması ilə xarakterizə edilir. Verilən  on bir cavabdan  nə qədər çoxunu  eyni sütunda yerləşdirirsinizsə demək təhsil fəlsəfənizdə  o qədər də çox məntiqi ardıcıllığa riayət etmiş olcaqsınız. On bir cavabdan nə qədər az cavab bir sütuna aiddirsə, deməli  sizin cavablarınız  bir-birilə daha çox ziddiyyət təşkil edir və siz eklektizmdə  mövcud  olan problemlə rastlaşırsınız. Bir məsələni yaddan çıxarmaq olmaz ki, məntiqi ardıcıllığın və ya əlaqələndirmənin olmaması, sizin buraya  daxil edilməmiş digər təhsil inanclarına aid olmağınızdan da  irəli gələ bilər.

 

Təhsilə dair  fəlsəfi baxışlar

 

Biliyin təbiətinə  və necə öyrənməyimizə əsas diqqət yetirən 4 təhsil fəlsəfəsi müzakirə edilmişdir. Təhsil fəlsəfəsi nöqteyi nəzərindən təhsilə yanaşmalar bütün  dünyada  istifadə olunur. Bu fəlsəfi cərəyanlara Proqressivizm, Perrenializm, Essensializm və Eksistensializm daxildir. Bu Təhsil fəlsəfələri əsas diqqəti bizim "NƏYİ” tədris etməyin lazım olduğu və kurikulum  üzərində cəmləşdirir.

Hər bir fəlsəfi baxış, kurikulumun xarakterini dəyişdirən fərqli dəyərləri  əks etdirir.

 

Proqressivizm

 

Proqressivizm tərəfdarları hesab edirlər ki, təhsil  məzmuna böyük əhəmiyyət verməlidir.  Eləcə də diqqət mərkəzində daha çox uşaq olmalıdır. Bu təhsil fəlsəfəsinin tərəfdarları  hesab edirlər ki, şagirdlər  ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar. Təcrübə zamanı yaranan suallara cavab axtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir.  Bu passiv olmayan, fəal təlimdir. Öyrənən özünün fərdi təcrübəsində  fiziki və mədəni kontekstdən  məna çıxarır və problemi həll edir. Yaradıcı müəllimlər şagirdlər üçün elə bir təcrübə mühiti yaradırlar ki, şagirdlər təcrübə keçə-keçə öyrənirlər. Kurikulumun  məzmununa  şagirdlərin maraq və sualları əsasında tərtib edilir. Elmi metoddan proqressivist pedaqoqlar istifadə edirlər ki, şagirdlər müəyyən məsələ və hadisələri sistematik və  qısa müddətə öyrənirlər.Əsas diqqət bu prosesin necə aparılması üzərində cəmləşir. Proqressiv təhsil fəlsəfəsi Amerikada 1920-ci ilin ortalarından başlayaraq, 1950-ci ilin ortalarına qədər yaradılmışdır. Con Dyu onun əsas tərəfdarlarından idi. Bu təhsil fəlsəfəsinin əsas prinsipi ondan ibarət idi ki, məktəblərdə azadlıq və demokratiyanı təcrübədən keçirməklə, vətəndaşların həyatlarını yaxşılaşdırmalıdır. Qərar verərkən fikirlərin paylaşması, şagird-müəllim münasibətlərinin planlaşdırılması, şagirdlərin seçdikləri mövzular bu fəlsəfi cərəyanın aspektlərini əhatə edir. Kitablar  səlahiyyətdən daha çox vasitələrdir.

 

 

Perennializm

 

Adları çəkilən fəlsəfi baxışlardan  ən  konservativ, ənənəvi və yaxud sabit, dəyişməz fəlsəfə -perennializm fəlsəfəsidir. Bu fəlsəfəni Təhsilin  klassik tərifindən əldə etmək çətindir. Perennializm tərəfdarları belə hesab edirlər ki, təhsil də insan təbiəti kimi dəyişilməzdir. İnsanların ən fərqləndirici xüsusiyyətləri  insanların  səbəblərdən nəticə çıxarmaq qabiliyyətləri kimi, təhsildə də inkişaf edən rasionallıq üzərində fikirlərini cəmləşdirirlər. Perennialistlərə görə, təhsil həyat üçün hazırlıq deməkdir və şagirdlərə strukturlu təhsil vasitəsilə dünyanın quruluşu öyrədilməlidir.

Perennialistlərə görə,  real aləm səbəblər dünyasıdır. Bu cür inam və baxış bizə təhsil və bəzən də dini qanunlar vasitəsilə məlum olur.Xeyirxahlıq (İlahi) anlayışına rasionallığın özündə də rast gəlmək olar.Perennialistlər daha çox yüksək nizamlı təlim və davranışa nəzarət vasitəsilə öyrənilən fənn və nəzəriyyələrə meyl göstərirlər.Perrenialistlər üçün məktəb əsasən  əbədi inamları tədris etməklə səbəbləri axtarıb tapmaq üçün mövcuddur.Müəlim izah edir və deyir.Şagird isə passiv resipientdir (qəbul edəndir).Buna görə də həqiqət  əbədidir. Məktəb mühitində baş verən bütün dəyişikliklər səthidir.

Perrenialistlərə hesab edir ki,  təhsilin məqsədi şagirdləri sivilizasiyanın  böyük ideyaları haqqında məlumatla təmin etməkdən ibarətdir. Onlar hesab edilər ki, bu ideyalar istənilən dövrdə problemlərin həlli üçün böyük potensiala malikdir. Əsas diqqət  daimi ideyaları, sabit, əbədi olan həqiqətləri axtarmaq, daima müəyyən  və mühüm səviyyədə  olan təbii və bəşəri  dünyalar kimi tədris etməyə istiqamətlənməlidir. Bu dəyişilməz prinsipləri tədris etmək tənqidi xarakter daşıyır. Insanlar düşüncəli varlıqlar olduğundan, onların  şüurları inkişaf etdirilməlidir. Beləliklə, intelektin tərbiyələndirilməsi təhsildə ən yüksək prioritetlərdəndir.Tələbyönümlü kurikulum uzunmüddətli nizam-intizam daxilində şagirdin inkişafını məhdudlaşdırmaqla mədəni savadlılığa üstünlük verir. Bəşəriyyətin əldə etdiyi ən yüksək nəaliyyətlər-ədəbiyyat və incəsənət işləri, təbiət elmlərinin prinsipləri və ya qanunları vurğulanır. Bu təhsil fəlsəfəsinin tərəfdarları  1963-cü ildə  "Böyük Kitablar” proqramını işləyib hazırlayan Robert Maynard Huçin və sonradan  qərb  mədəniyyətinə dair 100 böyük kitaba əsaslanan  və kurikulumu hazırlayan  Mortimer Adler idi.

 

Essensializm

 

Essensialistlər hesab edirlər ki,  biliklər şagirdlərə sistemli və  nizamlı qaydada ötürülməlidir.  Bu konservativ yanaşmada əsasən, məktəbin tədris edəcəyi standartların  intelektual və mənəvi baxımından xüsusiyyətləri vurğulanır. Kurikulum əsas, habelə, akademik bilikləri və bacarıqları əhatə edir. Bu təhsil fəlsəfəsi müəyyən mənada perrenializmə yaxın olmasına baxmayaraq, essensialistlər də bu ideyanın tərəfdarıdırlar ki, kurikulum  dəyişdirilə bilər. Təhsil  praktik xarakter daşımalı və şagirdləri  cəmiyyətin  dəyərli üzvü olmağa hazırlanmalıdır. Təhsil eyni zamanda əsas diqqəti  faktlara və şagirdlərin oxu, yazı, danışıq, hesablama bacarıqlara yönəltməlidir. Məktəblər siyasət hazırlamamalı  və siyasətə təsir göstərməməlidirlər. Şagirdlərə gərgin işləmək, idarəçilik və nizam-intizama riayət etmək  öyrədilməlidir. Müəllimlər şagirdlərə yoldaşları ilə münasibətdə səbirli olmağa köməklik etməlidirlər. Bu cür yanaşma 1920 və 30-cu illərdə  üstünlük təşkil edən proqressivist  yanaşmaya müəyyən təsir göstərmişdir. Vilyam  Baqley,  1934-cü ildə jurnalda  formalaşdırdığı proqressiv yanaşmalarla məşğul olmağa başlamışdır. Essensializmin digər tərəfdarlarına misal olaraq, Ceyms D.Koerner (1959), H.G. Rikover (1959), Paul Koperman (1978) və Teodor Sizerin (1985) adlarını çəkmək olar.

 

 

Eksistensializm

  

Eksistensialistərin dünya haqqında fikirləri  subyektiv xarakter daşıyır. Onlar düşünürlər ki, həqiqət xeyirxahlıqdır və nəyin doğru olduğunu yalnız insan özü müəyyən edir. Eksistensialistlər hesab edilər ki, dünya həqiqətdir, həqiqət isə insan məsələyə yanaşmasından asılıdır. Yəni hər insanın öz həqiqəti ola bilər. Onlar hesab edirlər ki,  xeyirxahlıq  azadlıqdan irəli gəlir. 

Eksistensialistər hesab edirlər ki, məktəb şagirdlərə   onların özlərinitanımağa və cəmiyyətdə öz yerlərini  müəyyən etməyə köməklik  göstərilən bir yerdir. Məktəbdə tədris olunan fənlər  incəsənətin, etikanın, fəlsəfənin şərhlərini təmin etməlidir.  Müəllim-şagird münasibətləri əsasən şagirdlərə fərdi təlim yollarında köməklik göstərməkdən ibarət olmalıdır. Məktəb mühitində baş verən dəyişiklik həm təbii, həm də mühüm  hadisə kimi qəbul edilməlidir. Məktəbdən kənar  və fərdi şəkildə müəyyən edilmiş kurikulumun istifadə edilməsi mümkündür.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 dekabr 2011 22:27
    Maraqlidi.

  2. 15 dekabr 2011 10:25
    mellim maraqli melumatdir eziyyet cekenlere tewekkurler

  3. 15 dekabr 2011 23:49
    Fuad muellim her defe Sizden maraqli bir movzu haqqinda yazi gozleyirem.Bu o demekdir ki,her defe Sizi yeniden keshv edirem.Bu terif deyil,heqiqetdir.Movzu baresinde Sizle polemikaya girishmek olar.Filosoflardan ferqli olaraq menim de tehsil haqqinda oz fikirlerim var.Teesuf ki, ne vaxt,ne bu sehife buna imkan vermir.Sagliq olsun,gorusherik,sohbet ederik.Qaldirdiginiz problem cox maraqlidir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.