MÜQAYİSƏ!

MÜQAYİSƏ!

Salam hörmətli müəllimlər. Bildiyiniz kimi 11-illik kurikulum proqramı ilə hazırlanmış dərslik komplektlərinin hazırlanması prosesi başa çatmışdır. Müstəqil dövlətimiz üçün yeni, inteqrasiya olunmuş, yeni baxışlı, inkişafedici, təfəkkürü oyadan, məntiqi və s. keyfiyyətləri özündə əks etdirən dərsliklər hazırlandı, bitdi. Nədənsə bu müddət ərzində hazırlanmış tarix dərslikləri müəllimlərimiz və şagirdlərimiz tərəfindən bəyənildi deyə bilmirəm. Yadımda qalan bir 5-ci sinif haqqında böyük müzakirə aparılmadı. Digər dərsliklərin hər biri haqqında olmayan fikirlər səsləndi. Təbii ki, dərsliklərin hər bir səhifəsi bərbaddır desek doğru olmaz. Uğurlu tərəfləri vardır. Ancaq ümumi şəkildə dərsliklər kurikulum konsepsiyası gözlənilmədən hazırlandı. 6-cı sinif Azərbaycan tarixində yazıq şagird 3 dövrü öyrənməyə məhkum oldu (İbtidai, Quldarlıq və Feodalizm), 7-8-ci sinif Ümumi tarix haqqında danışmaq belə mümkün deyil. 10-cu sinif Ümumi tarix dərsliyi isə aşağı sinif dərsliklərini təkrar edərək, XIX əsrə qədər dövrü əhatə etdi (hal bu ki qaydalar 17 əsrə qədər tələb edirdi). 11-ci sinif dərslikləri də 10-cu siniflərin davamı olduğu üçün təbii ki bu tərzdə yazıldı və əvvəlki konsepsiya pozuntusu (standartlrın tələblərinə cavab verməyən) yerində saxlandı. Nədən? Bildiyiniz kimi, bizim komanda heyəti Aydın Allahverdiyev, Şəhla Quliyeva və Rüfət Rzayev 10-cu sinif Ümumi tarix dərsliyini işləmiş tenderdə iştirak etmişdir. Bu günə kimi hansı səbəblərə görə bizim dərslik lazımi balı toplamayıb səbəblərini bilmirik. Rəsmi müraciətə baxmayaraq rəylər verilməyib. Artıq keçdi bu məsələ yaqin ki.....7-ci sinif dərsliyimiz keçmədi onu çap edib öz hesabımıza payladıq. 8-ci sinif 7-ci Ümumi tarix dərsliyi kimi bu gündə online olaraq tarix.info saytında oxuculara təqdim olunub. Hər bir şəxs sayta daxil olub yükləyib mövcud rəqib dərsliyi ilə müqayisə edə bilər. Təəsüflər olsun ki rəylər əlimizdə olmadı ki biz 10-cu sinfi də bu şəkildə hazırlayıb ictimaiyyətə təqdim edək. Lakin müəlliflər qrupu olaraq qərara gəldik ki, imkan düşdükcə yüngül redaktələr etməklə (əsasən hərfi səhvlər) 10-cu sinif Ümumi dərsliyimizin bəzi paraqraflarını sizinlə bölüşək. Yadınızdadırsa biz 1 paraqrafı vermişdik, 1-ci paraqrafı: Tarix nədir? Adlı mövzu. İndi isə sizə “İslam intibahı” adlanan 8-ci paraqrafı təqdim edirik. Nəzərə alın ki, bu paraqraf özü 4 fənərciyə (yəni 4 hissəyə) bölünür. Bu o deməkdir bu paraqrafı müəllim 4-6 dərs ərzində tədris edəcəkdi. Ümumiyyətlə dərsliyimiz 11 paraqrafdan olduğu üçün müəllim müxtəlif formada perspektiv qiymətləndirmə hazırlaya bilərdi. Bütün mövzuların adlarını əvvəllər paylaşmışıq. İndi bu mövzunu siz eyni zamanda 10-cu sinif Ümumi tarix dərsliyindəki 10-cu paraqraf olan Ərəblər.İslam dini. Xilafət mövzusu ilə qarşılaşdıraraq baxın.Dərsliklər əlinizdə olduğu üçün sizə daha rahat olacaqdır müqayisə etmək. Bununla belə dərslikləri olmayanlar üçün trims.edu.az saytından skrin etdiyim paraqrafın səhifələrini də təqdim edirəm. Əziz dostlar səmimi olaraq söyləyin. Biz bu paraqrafı bu cür düşünmüşdük. Siz necə fikirləşirsiniz? Standartlara cavab verən ən yaxşısı hansı idi? Ekspertlər bunları yan yana qoyub doğru qiymətləndiribmi? Həqiqətəndə mövcud dərslikdəki paraqraf bizim hazırladığımızdan qat-qat üstündür, ya tərsinə...?
Nəzərə alın ki, mövcud 10-cu sinif dərsliyi azı 4-5 redaktədən keçib, ekspertizadan, yanlışlar düzəldilib və s. Bizim dərsliyi isə heç kim ekspertiza etməyib (bizə rəylər verilməyib yani). Bizim dərsliyin eksperti sizlərsiz. Buyurun aktiv olun 1 saat vaxtınızı buna ayırın. Mövzu həssasdır. Uğurlar olsun. Əvvəlcədən təşəkkür edirik!

MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!
MÜQAYİSƏ!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 sentyabr 2018 11:08
    Salam hörmətli tarix info. Hər bir işin arxasında gərgin bir zəhmət durur və istənilən dərslik müəlliflərin gərgin əməyinin nəticəsidir. Buna görə də müəlliflərin hər birinə uğurlar arzulayıram.
    Bir müəllim kimi dərsliyinizlə tanış oldum. Mövzuda verilmiş sual və tapşırıqların yaradıcı iş, dəyərləndirmə baxımından şagirddə mövzuya maraq aşılaması tədqirəlayiqdir. Xüsusən də xəritə üzərindən verilən tapşırıqlar şagirdin diqqətini mövzuya tam cəmləşdirməyə imkan yaradır. Dövrləşmə məsələn Xəlifələr və Əməvilər dövrü o qədər mükəmməl verilib ki, şagird hətta müəllimin köməyi olmadan belə mövzu haqqında aydın təsəvvür yarada bilər. Vida xütbəsinin və İnsan hüquqları bəyamnəməsinin müqayisəli verilməsi də şagirddə dəyərləndirmə, analiz etmə bacarıqlarını üzə çıxarmaq və ümumən dövrlərin qarşılaşdırılması və qiymətləndirilməsi baxımından müsbət haldır. Xilafətin parçalanması da bir sistem halında nəzərdən keçirilir. Bu da qarışıqlıq yaratmır və həm də Azərbaycan tarixini də bu sistemin tərkib hissəsi kimi əlaqələndirməyə və dəyərləndirməyə imkan yaradır. İllistrasiyalar, sxemlər və xəritələr isə bir sözlə mükəmməldir. Mövzuların dilinin aydın anlaşıqlı olması da çox xoş idi. Belə bir dərsliyin olması həm sevindirir həm də əksinə. Qəbul edilməməsi təəsüf hissi doğurur. Ümidli olaq ki, bəlkə gələcəkdə bu cür dərslikləri məktəblərimizdə görəcəyik.Çünki, tarix bəlkə də fənnlər arasında yeganə fənndir ki şagirddə geniş dünya görüşü fomalaşdırır. Maraq dairəsini genişləndirir. Şagirdlərimizin tarixə azalan marağını yüksəltmək baxımından məhz belə dərsliklər məktəblərdə uşaqlar üçün bir şansdır. Təəsüflənirəm ki, şagirdlərimizin yəni bu il məktəbi bitirəcək 11-cilərin isə bu şansı artıq yoxdur....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.