Əgər....

Əgər....

2015-ci il noyabr ayı məktəblilərin payız tətilləri günləri idi. Xəzər Universiteti ilə Təhsil Nazirliyinin birgə təşkili ilə "Dərsliklərin hazırlanması və Qiymətləndirilməsi" adlı təlim kursu aparılırdı. Xəzər Universitetində aparılan bu təlim yüksək səviyyədə təşkil olunmuşdu. Təlimçi-mütəxxəssislər Türkiyə və Avropa ölkələrindən dəvət olunmuşdu. Tarix və Coğrafiya müəllimləri üçün birgə keçirilən 10 günlük təlimi Türkiyədən, Ankaradan dəvət olunmuş böyük pedaqoq Salih Şahin aparırdı. Halal olsun....bu qədər zaman keçsə də unudulmadı bu insan...əksinə onun təcrübələri bizə növbəti addımlar üçün mayak oldu. Təlimdə Bakının bir sıra aparıcı müəllimləri, o, cümlədən keçmiş Təhsil Problemləri İnstitutundan nümayəndələr dəvət olunmuşdu. Təhsil Nazirliyinin bir başa təqdimatı ilə təlimdə gələcəyin ekspertləri də var idi. DİM tərəfindən də bu təlimdə iştirak üçün nümayəndələr məsləhət edilmişdi. Bu təlimdə iştirak etmək çox istədim...lakin heç cürə dəvət ala bilmirdim....Nəhayət Xəzər Universitetinə etdiyim fərdi müraciət müsbət qarşılandı və mənə də dəvət gəldi. Bu təlimə qədər iki dəfə dərsliklərin hazırlanması tenderinə qoşulmuşdum....lakin hər iki dərslik (7 və 8 Ümumi tarix) ekspertlər tərəfindən qəbul edilməmişdi. Müəllim kollektivi ilə birgə hazırladığımız bu dərsliklər hal-hazırda online ictimaiyyətə təqdim olunub. Artıq müəyyən təcrübəyə malik olmağım 3-cü dəfə tenderə qoşulmaq (çünki bu təlimi Nazirlik edir və onun iştirakçıları yüksək səviyyədə dəyərləndiriləcəkdi....bir başa sifariş olmasa da....) zərurəti yaratdı. Hörmətli Aydın Allahverdiyev və Şəhla Quliyeva ilə 10-cu sinif Ümumi tarix dərsliyini yazmağa başladıq. Təlimdə əldə etdiyimiz bilgi və bacarıqlar....dərsliklər necə olmalıdır...dizayn, mətn, həcm, şrift və s. öyrəndik....Hər gün Nazirlik tərəfindən diqqət mərkəzində saxlanılan bu təlim bizlərdə nəhayət ki, haqqlı ədalətli tendr olacağına inam yaratmışdı. Artıq Nazirliyin siyahısında bu təlimi keçmiş ilklərin sırasında bizim müəlliflər qrupunda 2 müəllim vardı. Böyük inamla tenderə qoşulduq.....Avropa təcrübəsini öyrəndik...kurikulum standartlarımızı araşdırdıq....proqram təlabatlarını qruplaşdırdıq və s. Tenderə az vaxt verilməsinə baxmayaraq dərsliyimizi çatdırdıq.....Təlimdə bizim dərsliyi yoxlayan ekspertlərdə vardı....onlar da artıq .....standartlara əsaslanan dərslik necə olmalıdır..... birlikdə öyrəndik, birlikdə araşdırdıq.....Təlim bitdi tendr bitdi.....Finiş necə oldu? Qalib dərslik standartlara əsaslanmayan bir dərslik oldu.....Kobud sürətdə tender şərtləri pozan dərslik oldu......Maraqlısı da budur ki, onu təlimdən keçmiş ekspertlər qalib seçdi......Qalib dərsliyin müəllifləri arasında bir nəfərdə olsun bu təlimi keçməyən müəllimlər qrupu var idi..... İndi əziz təhsil fədailəri....yandırır bu haqsızlıq məni....düşünürəm düşünürəm....axı nə üçün....Bu təlim keçirildi? Axı nə üçün ..... Yandırır ki, bu təlimi görmüş ekspertlər müasir kurikulum dərsliyi necə olmalıdır....axı siz bunu bildiniz...gördünüz....niyə axı hal-hazırda gülüş meydanına çevrilmiş (antonim kimi də səsləndirmək olar) qalib seçdiyiniz dərsliyə imza atdınız....hər gün müəllimlər özlərinə təhqir bilir belə dərsliklərlə tədris etməyi...çünki bu dərslikdə pedaqoji yanaşma yoxdur...biabırçılıqdır....Nə qədər sizləri çağırdım debata gəlmədiniz...indi özünüz də bu dərsliklərlə tədris aparırsınız...razısınızmı? sizin şagirdlər əziyyət çəkmirmi? Sizə demirlərmi ki ay müəllimə belə dərslik olar?.....İnshallah yeni Təhsil Naziri dərdimizə çevrilmiş dərslik siyasətinə dəstək olar....burada olan inhisara son qoyar....evladlarımızı bu haqsızlıqdan xilas edər....


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.