Yeni vəsait (Ümumi tarix)

Yeni vəsait (Ümumi tarix)

Əziz müəllimlər, abituriyentlər və hazırlıq kurslarının dinləyiciləri! Sizə təqdim olunan yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Ümumi tarixi” və “Azərbaycan tarixi” fənni üzrə tədris vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi icazəsi (qrifti) ilə nəşr edilmiş bu vəsaitlər ortaümumtəhsil məktəbləri üçün tərtib edilmiş “Ümumi tarixi” dərslikləri əsasında hazırlanmışdır. Şagirdlərdə kurikulum proqramının tələblərinə uyğun bilik, bacarıq və vərdişlərin formalaşdırılması üçün vəsaitdə tarixi hadisələr, səbəb-nəticə əlaqələri aydın, sadə və anlaşıqlı üslubda şərh edilmişdir. Bundan əlavə şagirdlərin ümumiləşdirmə aparması və mövzuları daha yaxşı qavraması üçün tarixin müxtəlif dövrlərinə aid şəkil, sxem və cədvəllər, xəritələr və terminlər verilməsi vəsaitdən istifadə edənlərə qısa vaxt ərzində səmərəli bilik və yaxşı nəticə əldə etməyə imkan verəcəkdir.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.