“Vətənim Azərbaycan”

“Vətənim Azərbaycan”

26 ildir ki, müstəqilliyini qazanmış Azərbaycan Respublikasının torpaqlarının işğal altında olmasını, qloballaşmanın sürətlə getdiyi bir zamanda milli-mənəvi dəyərlərimizin məhv olma təhlükəsini və s. məqamları nəzərə alaraq daim gənc nəslə vətənpərvərlik ruhu aşılmağa böyük ehtiyac olduğu təsdiqlənir. Dövlət qurumlarının, QHT-lərin, medianın və s. bu istiqamətdə apardığı təbliğat bu gün üçün qənaətbəxşdir. Amma bu istiqamətdə nə qədər çox iş görülsə yenə də azdır. Bu səbəbdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmış şəkildə, “Müasir İnkişaf” İctimai Birliyinin və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzinin təşkilati, www.dialoq.info saytının və Dialoq TV-nin informasiya dəstəyi ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin qiraətlə deyilməsi mövzusunda Bakı şəhərindəki orta məktəb şagirdləri arasında müsabiqə təşkil edilir.

Müsabiqənin əhatə dairəsi: 2017-2018-ci illər üzrə ilk müsabiqə əsasən Bakı şəhərindəki orta məktəbləri əhatə edəcək. Bakı şəhərindəki orta məktəblərin bütün şagirdləri (yaşından asılı olmayaraq) bu müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin mərhələləri: Müsabiqə üç mərhələdən ibarətdir.

Birinci mərhələ 10 iyul 2017-ci il – 1 aprel 2018-ci il tarixinə qədər olan dövrü əhatə edir. Bu müddət ərzində şagirdlər mövzuya uyğun seçilmiş şeirlərdən birini bədii qiraətlə söyləyib, onu videolentə alıb Təşkilat Komitəsinə təqdim etməlidirlər.
İkinci mərhələ 2 aprel 2018-ci il – 14 may 2018-ci il tarixinə qədər olan dövrü əhatə edir. Bu müddətdə Təşkilat Komitəsinə təqdim olunmuş videolar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
Üçüncü mərhələ 15 may 2018-ci il – 20 may 2018-ci il tarixlərini əhatə edir. Bu mərhələdə Münsiflər Heyətinin elan etdiyi qaliblərin və digər iştirakçıların mükafatlandırılması olacaq.
Mükafarlar: Təşkilat Komitəsinin qərarına görə 1-ci yerin qalibinə videokamera, 2-ci yerin qalibinə planşet, 3-cü yerin qalibinə fotokamera hədiyyə olunacaq. Eyni zamanda ilk 10 yerin qalibinə Fəxri Fərman, kitab və digər həvəsləndirici hədiyyələr də təqdim ediləcək.

Texniki qaydalar və tələblər:

Müsabiqədə şagirdlər yalnız 1 şeirlə iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün çəkilmiş videonu youtube.com saytında yerləşdirmək və həmin videoya keçid ünvanını (hiper linki) aşağıda təqdim olunan email ünvanına göndərmək lazımdır.
İştirakçılar videoya keçidi iştirak üçün tələb edilən məlumatları (ad, soyad, ata adı, təvəllüd, oxuduğu məktəbin nömrəsi, özünün və valideyinin əlaqə telefonu) əlavə etməklə müsabiqənin elektron poçt ünvanına göndərməlidirlər.
İştirakçılar üçün tövsiyələr:

Seçilmiş şeri çox səlis şəkildə əzbərləmək və video çəkiliş üçün dəfələrlə məşq etmək lazımdır.
Video çəkiliş zamanı arxa fonun düzgün seçilməsi, daha dəqiq çəkiliş aparan kamera və ya mobil telefondan istifadə edilməlidir.
Tövsiyə olunur ki, bir neçə çəkiliş edib sonda ən uğurlu olan müsabiqəyə təqdim edilsin.
Çəkilmiş videonun youtube.com portalında necə yükləndiyini bilmək üçün isə https://www.youtube.com/watch?v=oiBI9vYTXag və ya https://www.youtube.com/watch?v=bdDFOVLhnx8 linklərini izləmək tövsiyyə olunur.
Münsiflər Heyəti:

Akademik Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili (Münasiflər Heyətinin sədri)
Nurəddin Mehdixanlı – Xalq Artisti
Asif Rüstəmli – Azərbaycan Yazıçılar Birliyinin C.Cabbarlı komissiyasının sədri, professor, filologiya elmləri doktoru
Səidə Abbasova – BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrsının müdiri, dosent, fəlsəfə doktoru
İlqar İlkin – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “Birlik” jurnalının baş redaktoru
Zöhrə Əsgərova – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər və İdman Nazirliyinin əməkdaşı
Əlaqə:

(012) 408-33-44

(012) 555-55-91

(070) 736-11-44

(050) 218-12-77

(055) 718-66-19

Watsapp: (055) 555-31-00

musabiqe2017@gmail.com

www.dialoq.info

Qeyd: Müsabiqəyə marağın artması, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin tamam olmasını nəzərə alan Təşkilat Komitəsi müsabiqənin müddətini uzatmışdır.



Təşkilat Komitəsinin tövsiyə etdiyi şeirlərin siyahısı:
1. Əhməd Cavad – “Can, can, can Azərbaycan”
2. Əhməd Cavad –“Susmaram”
3. Əhməd Cavad – “Çırpınırdı Qara dəniz”
4. Almas İldırım – “Azərbaycan, mənim taxtım, tacım oy” (Əsir Azərbaycan)
5. Mikayıl Muşfiq – “Ana dedim”
6. Cəfər Cabbarlı – “Ana”
7. Cəfər Cabbarlı – “Azərbaycan bayrağına”
8. Abbas Səhhət – “Vətənim”
9. Əli Kərim –“Qaytar ana borcunu”
10. Məmməd Araz –“Ayağa dur Azərbaycan”
11. Məmməd Araz – “Azərbaycan – dünyam mənim”
12. Məmməd Araz – “Ana torpaq”
13. Bəxtiyar Vahabzadə – “Bayraq”
14. Bəxtiyar Vahabzadə – “Ana Dili”
15. Bəxtiyar Vahabzadə – “Biz Vətən üçün doğuluruq”
16. Səməd Vurğun –“Şuşa”
17. Səməd Vurğun –“Azərbaycan”
18. Məhəmmədhüseyn Şəhriyar – “Azərbaycan”
19. Xəlil Rza Ulutürk – “Ana dilim”
20. Xəlil Rza Ulutürk – “Azərbaycan Türkcəsi”
21. Xəlil Rza Ulutürk – “Dədə Heydər – Atatürk”
22. Nəriman Həsənzadə- “Azərbaycan”
23. Nüsrət Kəsəmənli –“Ağlaya bilmirəm,Ana”
24. Zəlimxan Yaqub –“Layla, Xocalım, layla”
25. Zəlimxan Yaqub – “Dur ayağa, məmləkətim!”
26. Məmməd Aslan – “Ağla qərənfil, ağla”
27. Ramiz Qusarçaylı – Azərbaycan bayrağı
Qeyd: Təşkilat Komitəsi tərəfindən tərtib edilən bu siyahı Azərbaycandakı bütün vətənpərvər ruhlu şeirləri əhatə etməyə bilər. Gedişatda siyahıdakı şeirlər arta bilər.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.