Qiymətləndirmə meyarları

Qiymətləndirmə meyarları

Hörmətli həmkarlar, əziz valideyinlər və uşaqlar! Artıq yeni dərs ili başlanmışdır. Bu münasibətlə sizi təbrik edir, zirvəyə aparan bu çətin yolda hər birinizə can sağlığı və uğurlar diləyirik!
Bildiyiniz kimi, elmin və texnikanın sürətli inkişafı yaşadığımız dünyada da əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Bu gün xalqlar arasında əlaqələr əvvəlki dövrlərlə müqayisədə xeyli intensiv xarakter almış, onların iqtisadi, siyasi və mədəni inteqrasiyası güclənmişdir. Belə bir mühitdə yaşaya bilmək üçün biz də yeniləşməli, müasir dünyanın tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməliyik. XXI əsrdə ölkəmizdə təhsilin paradiqmasının dəyişməsi də məhz bu səbəbdən baş vermiş, biliyə can atan hafizə məktəbindən, bacarıqlar formalaşdıran təfəkkür məktəbinə keçid başlanmışdır. Artıq yeni proqramlarla təhsil alan şagirdlər fərqli imtahan modeli ilə qiymətləndirilərək, ümumi orta təhsil pilləsini başa vurmuşlar. İki ildən sonra isə onlar yeni qiymətləndirmə meyarları əsasında buraxılış və qəbul imtahanları verəcəklər. Bütün bunları nəzərə alaraq, mən və dostlarım bir sıra keyfiyyətlərinə görə Respublikamızda ilk olan bu vəsaiti hazırlamaq qərarına gəldik. Vəsaiti hazırlayarkən milli-mənəvi dəyərlərimizi, şagirdin yaş xüsusiyyətlərini, məzmun standartlarını və DİM-nin tələblərini nəzərə almağa çalışmış, qabaqcıl dünya təcrübəsinə söykənərək, tapşırıqlarda əsas diqqəti biliyin deyil, bacarıqların ölçülməsinə yönəltmişik. Eyni zamanda, buna müvafiq qiymətləndirmə meyarlarını da hazırlamışıq. Düşünürük ki, gördüyümüz iş Sizə və şagirdlərinizə faydalı olacaq, onların tələb yönlü yetişməsinə yardım edəcəkdir. Onu da nəzərinizə çatdıraq ki, vəsaitin birinci hissəsi artıq çap edilib mühakimənizə verilmiş, ikincisi başa çatdırılmış, müəllimlər üçün nəzərdə tutulan üçüncü hissəsi isə bitmək üzrədir.
Əziz həmkarlar və valideyinlər! Bütün dövrlərdə Müəllim təhsilin “bel sütunu”nu təşkil etmişdir. Ona layiq olduğu dəyəri verən cəmiyyətlərin nəsibi isə həmişə tərəqqi olmuşdur. Biz də cəmiyyətimizə faydalı olmaq və müəllim dostlarımızın işini asanlaşdırmaq məqsədilə, vəsaitin üçüncü hissənin bəzi fraqmentlərini paylaşmaq qəraına gəldik. Ümidvarıq ki, xoşunuza gələcək. Rəy və təkliflərinizi gözləyir və bunun üçün əvvəlcədən təşəkkür edirik!

Hörmətlə:
Müəlliflər: Aydın Allahverdiyev, Leyla Bayramova, Hamlet Əliyev

Bir variant:
Qiymətləndirmə meyarları
Qiymətləndirmə meyarları

Qiymətləndirmə meyarları

Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.