KURİKULUM DƏRSLİYİ

KURİKULUM DƏRSLİYİ

Əziz oxucular! Hörmətli müəllimlər və şagirdlər! Bu gün sizinlə Aydın Allahverdiyev və Şəhla Quliyeva ilə birgə hazırladığımız Ümumi tarix dərsliyinin pdf formatını paylaşırıq. Biz bu dərsliyi hazırlayan zaman xalqımıza xidmət etmək ilk məqsədimiz olub. Dünya təcrübəsinin öyrənərək, onu analiz edərək, təhsilimizlə müqayisə edərək, Türkiyə, Rusiya, ABŞ və Avropa ölkələrinin dərslik yazmaq təcrübəsindən bəhrələnərək tenderdə iştirak etdik. Gərgin əmək sərf etməyimizə baxmayaraq, fərqli tərtibat və dizayn, öyrədici tapşırıqlar, resurların təqdimatı və s. yeniliklərin varlığına baxmayaraq Təhsil Nazirliyinin ekspertləri bu dərsliyi qəbul etmədi. Artıq bir neçə ildir ki, məktəblilərimiz tendr şərtlərini kobud pozmuş, kifayət qədər elmi səhvləri olan, ictimaiyyət tərəfindən qınaq objektinə çevrilən 8-ci sinif Ümumi tarix dərsliyini keçmək məcburiyyətindədir. Biz bu işdə əsas məqsəd təhsilimizə yenilik gətirmək idi. Kurikulum islahatlarına uyğun iş görmək idi. 3 dərslik hazırladığımıza baxmayaraq Nazirlik heç birini qəbul etməyib. Nə üçün? Əgər həqiqətəndə sizlərdə düşünürsünüzsə ki, bizim bu dərslik hal-hazırki dərslikdən qat-qat zəifdir və ya əksinə RİCA EDİRƏM səsimizə səs verin, buraxmayın tək bizi meydanda .... sizin müdafiənizə ehtiyac var....Əgər yox doğrudanda haqq edən qalib gəlibsə bu halda da fikrinizi yazın, bizə ayıb olsun Nazirliyinin apardığı ədalətli ekspertizasını gözdən salmayın deyin....Ümid edirəm bu işə laqeyd qalmayacaqsıız.....haqq olanın tərəfini tutacaq və müdafiə edəcəksiniz.....

Dərsliyi online oxu


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 sentyabr 2017 22:26
    Salam Hamlet müəllim kitabı
    onlie oxudum çox bəyəndim.Sizə dərin təşəkürümü bildirirəm.İnşallah haqq yerini tutar.Hamlet müəllim müəllimlər üçün metodik vəsaiti hazırlamısınzsa neceə əldə edə bilərəm 8-ci sinif üçün sizdən artıq dərəcdə xahiş edirəm varsa məlumatlandırardınız.

  2. 4 sentyabr 2017 12:06
    Teshekkur edirem Yaxin aylarda metodiki vesaitide sizlerle paylashacayiq

  3. 4 sentyabr 2017 12:44
    Bu derslikle onlayn tanis oldum.Cox beyendim.Muasir ve rengareng uslubdadir.Dizayni gozeldir.Uzun muddetdir shagirdlerde ve muellimlerde dunya tarixine qarsi olan biganeliyi ve maraqsizliqi aradan qaldira biler.

  4. 4 sentyabr 2017 13:13
    Allah razı olsun sizdən Hamlet müellim.Sizin 7-ci sinif dersliyinizide əlde etmişəm cox bəyənmişəm şagirdlərimlə birlikde çox şeylər öyrənmişik.Var olun.Sizin kimi savadlı müəllimlərə çox ehtiyacımız var.

  5. 5 sentyabr 2017 22:49
    Salam Hamlet muwllim. Bu dersliyi satisdan elde etmek olar?

  6. 7 sentyabr 2017 21:22
    bu derslik satishda yoxdur ancaq pdf varianti var.....Nece dushunursuz muallimler movcud derslikden hansi paramaetrlere gore bu derslik geri qalir?

  7. 15 sentyabr 2017 00:07
    Salam hötmətli Hamlet müəllim sözün əsl mənasında Tarixçi Alim men bir tarix müellimi kimi sizinlə fexr edirəm.Hamlet müəllim əgər bir kitab standartlara cavab vermirse o kitabı kitab kimi qəbul etmək olarmı?! heç vaxt.bu bizim gələcək nəsilimizi uçurma doğru aparır.Ey Tarix müəllimləri sizlərə müraciət edirəm bələ səhvlərə göz yummaq olarmı?Hamlet müellim əlindən gələn bütün səyləri göstərdi.Hamlet müəllim sizə öz dərin təşəkkürümü bildirirəm bizi məlumatlandırırınız və sizin sayənizdə mən və tələbələrim çox şey öyrənirik.İnanın sizin sayənizdə mən vətənimiz üçün laiqli savadlı tələbələr yetişdirirəm əhsən sizə.Sizinlə fəxr edirəm hörmtli Hamlet müəllim cox sağolun.Hamlet müəllim sizin yazdığınız 10- cı sinif dərsliyini necə əldə edim artıq dərəcədə sizdən xahiş edirəm........

  8. 26 sentyabr 2017 19:39
    Hörmətli Xanım17.....xoş sözləriniz üçün təşəkkür edirəm Allah sizləri var etsin.....Sizlərin mənəvi dəstəyi bizə güc verir....NAzirlik bizim keçməmək haqqında 10-cu sinif üçün səbəb rəylərini bu günə kimi vermir....Onu aldıqdan sonra biz reaktələri edib PDF kimi olsada burada paylaşacayıq inshallaş.....bir daha təşəkkür eidrəm...

  9. 27 sentyabr 2017 06:03
    Cox sagolun Müəllim.Allah sizdən razi olsun Amin.Allah çəkdiyiniz əziyyəti yerdə qoymaz İnşallah.Tezliklə 10-cı sinif dərsliyinizi gözləyirəm Hörmətli Hamlet müəllim var olun.

  10. 26 oktyabr 2017 18:47
    Mənim fikrimcə müstəqillik dövründən indiyə qədər belə dərslik çap edilməyib.Dərslik həm maraqlı, həm də anlaşılan dildə yazılıb.Digər dərsliklərə baxırıq, mövzuların çoxunda bir cümlə digərini heç tamamlamır,fikir ayrılığı həddindən artıq çoxdur.Sanki tarixdən xəbərsiz kimsə mövzuları köhnə dərsliklərdən qısaldıb çap edib. Belə dəsliklərimizə baxanda hələ də "başqalarının" müəllifi olduğunu düşünməmək olmur.Bu baxımdan Hamlet müəllim, ərsəyə gətirdiyiniz bu dərslik tamlığı ilə,fərqliliyi ilə seçilir və sözün həqiqi mənasında əsl milli dərslikdi.Sizi və digər müəllifləri təbrik edirəm.Məncə hər bir müəllimin stolüstü kitabına çevriləcək.
    Həmişə deyirəm: Hamlet müəllimin adı varsa ,orda mükəmməllik var........

  11. 28 oktyabr 2017 22:51
    Təşəkkür edirəm Mirmeherrem, dəyər verdiyiniz üçün,biz sadəcə vəzifə olaraq xalqımıza qulluq etmək istəyirik. Bu dərslikləri bir azda mükəmməlləşdirməklə ölkəmiz adına şagirdlərin qarşısına çıxara biləcəyimiz həvəs yaratan dərslik ola bilərdi. Bilmirəm nə üçün bu qədər haqsızlığı görməmək mümkün deyil. Nə üçün ekspertlər belə edir. Nə üçün evladlarımızı yaxşı dərsliklərdən məhrum edirlər. İnşallah ümid olmur, həqiqət bir gün mütləq parıldayacaqdır.Nazirliyin böyüklüyünü gözləyirəm, ekspertizaya yenidən baxar dəyərləndirər, artıq söz tapa bilmirəm vallah,bir daha saqolun

  12. 14 noyabr 2017 18:45
    salam allah butun insanlari icinde men siz, ve basqa yaxinlarimiz olmaqla hamiya komek etsin. hec kimi dar yolda qoymasin. sizde ise islerinize ugurlar arzulayiram

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.