Test tərtibi

Test tərtibi

Test ingiliscədən tərcümədə “ yoxlama “, “ sınaq “ mənasını verir. İnsanların bilik, bacarıq və vərdişlərinin test üsulu ilə aşkara çıxarılması qaydası Şərqdə hələ VII əsrdə tətbiq olunmuşdur.(1) XIX əsrin sonlarında Frensis Qaltonun, xüsusən də XX əsrin əvvələrində Alfred Binenin tədqiqatları, sonralar intellektin səviyyəsini ölçməyə imkan verən standart testlərin yaranmasına təkan verdi.(2) Mövcud azad sahibkarlıq və rəqabət mühiti keyfiyyətli kadrlara davamlı təlabat yaratdığından, Avropa və Amerikanın qabaqcıl ölkələrində işçilərin bu üsulla seçilməsi qaydası tətbiq olunmağa başladı. Sonralar mütəxəssis hazırlığı ilə məşğul olan təhsil müəsissələri də tələbə seçimində test üsuluna keçdilər. Azərbaycan Respublikasında isə bu üsul təəssüf ki, xeyli gec, XX əsrin sonlarından tətbiq olunmağa başlamışdır. Bunun əsas səbəbi totalitar sovet cəmiyyətində mövcud olan doqmatik təhsil sistemi olmuşdur. Sərt piramidal idarəetmə strukturuna malik bu sistemə funksionerlər daha çox lazım olduğundan, təşəbüskarlıq təhükəli sayılır, qeyri-standart düşüncə “təftişçilik” kimi qiymətləndirilirdi. Respublikamız müstəqillik qazandıqdan sonra ictimai mühit dəyişdi. İslahatlar keçirildi. Bazar iqtisadiyyatının azad sahibkarlıq, rəqabət və sair elementləri həyatımıza daxil olmağa başladı. Yeni şərait təhsilin qarşısında yeni tələblər qoydu. Biliklə yanaşı qabiliyyətlərin də inkişaf etdirilməsi və qiymətləndirilməsi təhsilin prioritetinə çevrildi. Lakin uğurlarla yanaşı, testlərin tərtibi, standartlaşdırılması, təsnifatı və qiymətləndirilməsində bir sıra ciddi qüsurlar təəssüf ki, hələ də mövcuddur. Qeyri-standart, mübahisəli, məzmunu aktual olmayan, əzbərlənmiş bir cümlənin tapılmasını ehtiva edən, bacarıq və vərdişlərin deyil, yalnız hafizənin yoxlanmasına istiqamətlənmiş test tapşırıqlarına bu gün də tez-tez rast gəlinir. Bu, bir tərəfdən sovet təhsil sistemindən qalma stereotiplərlə, digər tərəfdən isə, test tərtib edən müəllimlərimizin bir qisminin test tərtibinin metodikası ilə zəif tanışlığı ilə əlaqədardır. Məhz bu amil məni mühakimənizə təqdim etdiyim yazı ilə qarşınızda çıxış etməyə, test tərtibinin bəzi elmi, pedaqoji və etik prinsipləri ilə bağlı düşüncələrimi sizinlə bölüşməyə vadar etmişdir.
Deyirlər, əsl hüquqi cəmiyyət əxlaqın qanundan üstün tutulduğu yerdə mövcud olur. Test tərtibinin etik prinsiplərinə riayət olunması, onun elmi, pedaqoji prinsipləri qədər əhəmiyyətli olub, testin validliyini təmin edən amillərdəndir. 1. Tərtibçi unutmamalıdır ki, test sanki, bir “tərəzi”dir. O, bilik və qabiliyyətləri yoxlamaq, ölçmək üçündür. Tərəzini “əymək” haram və böyük günah sayıldığı kimi, testi də yoxlamaq üçün deyil, çaşdırmaq, kəsmək üçün tərtib etmək günahdır. Hər bir test onu tərtib edənin təkcə intellektinin deyil, həm də mənəviyyatının güzgüsüdür!
2. Test tərtibçisi test yazarkən unutmamamalıdır ki, demokratik cəmiyyətdə mübahisələr, - “kim güclüdür,o da haqlıdır!” – cəngəllik prinsipi ilə deyil, qanun müstəvisində həll olunur. Bu səbəbdən hüqüq elminin “bel sütununu” təşkil edən təqsirsizlik prezumpsiyası (yəni əksi sübut olunmayan fikir doğrudur!) test tərtibinin ana prinsipi olmalıdır!
3. Bütün zamanlarda tərəqqinin ən böyük düşməni ehkamçılıq olmuşdur. Bu gün məktəblərdə tədricən yeni təlim proqramları (kurrikulum) tətbiq olunur. Şagird rəngarəng informasiya mənbələri ilə işləməyə həvəsləndirilir. Ona təhlil etmək, qiymətləndirmək, və nəticə çıxarmaq vərdişləri aşılanır. Test tərtibçisi bunu nəzərə almalı, yazarkən testin təkcə “düz” deyil, həm də “səhv” cavablarına xüsusi məsuliyyətlə yanaşmalıdır! Təqsirsizlik prezumpsiyasına görə şagird seçdiyi cavabın düz olduğunu isbat etməyə borclu deyildir. Əksinə, tərtibçi həmin cavabın səhv olduğunu elmi şəkildə əsaslandıraraq, isbat etməyi bacarmalıdır.
4. Unutmaq olmaz ki, test yoxlama fuksiyası ilə yanaşı, həm də öyrədici və inkisafetdirici funksiya daşıyır. Bunun üçün elmi-pedaqoji baxımdan yaxşı düşünülmüş, sinaqdan cıxarılmış, rəngarəng test modellərinin olması vacibdir. Təəssüf ki, təlim zamanı müəllimlərimiz şagirdlərə fərdi yanaşarkən, məsələnin bu tərəfinə kifayət qədər diqqət
1
yetirmirlər. Təhlil göstərir ki, test əzbərlənmiş “düz cavab”ın tapılması yolu ilə deyil, sualın tələblərini ödəməyən səhv cavabların təcrid edilməsi yolu ilə həll edildikdə özünün yoxlayıcı, öyrədici və inkişafetdirici funksiyasını daha yaxşı yerinə yetirmiş olur.
5. Test sualdan başlanır. Sual düzgün tərtib edilməli, yəni dəqiq və anlaşıqlı olmalı, birmənalı dərk edilməlidir! Pedaqogikada müxtəlif cür yozulan, yaxud əlavə izahat tələb edən suallar səhv suallar sayılır. Məsələn: 1. Məntiqi ardıcıllığı tamamlayın...(hansı?) 2.İstanbul sülhünün şərtlərinə görə...(hansı?) 3. Daha gec baş vermişdir (daha əvəl, yaxud daha sonra?) və s.
6. Test tərtibinin ən çətin və məsuliyyətli məqamını cavabların yazılması təşkil edir. Adətən, bu zaman tərtibçi tərəfindən testin elmi, pedaqoji və etik prinsipləri daha çox pozulur. Bunun qarşısını almaq üçün, nəzərinizə cavab tərtibinin aşağıdakı təqribi modelini təqdim edirəm.(verilmiş %-lər nisbidir.)
A) Sualın tələbləri tam ödənilir (+100%)—bu düz cavabdır.
B) Sualın tələbləri tamamilə ödənilmir (-100%)- bu asan təcrid olunan səhv cavabdır.
C) Sualın tələbləri qismən ödənilir (+25%)- bu zəif bilik və bacarıqlar əsasında təcrid olunan səhv cavabdır.
D) Sualın tələbləri daha çox ödənilir (+50%)- bu daha çox bilik və bacarıqlar əsasında təcrid olunan səhv cavabdır.
E) Sualın tələblərinin əksər hissəsi ödənilir (+75%)- bu dərin bilik, bacarıq və vərdişlər əsasında təcrid olunan səhv cavabdır. Nümunə: Urmiyalı Fətəli xandan fərqli olaraq, qubalı Fətəli xan:
A)) vergi islahatı keçirmişdir (+100%)
B) Bizansla müharibələr aparmışdır (-100%)
C) Qarabağ xanlığına qarşı səlib yürüşündə iştirak etmişdir.(+25%)
D) Şimal-qərbi Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdirmişdir.(+75%)
E) paytaxtı köçürmüşdür. (+50%)
7. Test tərtib edərkən müəllif onun pedaqoji normalara uyğun oxunmasına (burada söz və söz birləşmələrinin məna yükünün vurğulanaraq, düzgün oxunması qaydası nəzərdə tutulur) sərf olunan vaxtı da nəzərə almalıdır. Bu 1 dəqiqədən artıq olmamalıdır. Əslində, şagird testi oxuyub, sonra həllinə başlamalı deyil, testi oxuyub başa çatdıqda, artıq onu həll etmiş olmalıdır. Unutmaq olmaz ki, 125 testin cavablarının tələsmədən karta köçürülməsi üçün şagirdə ən azı 15 dəqiqə vaxt lazımdır. Bu vaxt isə əlavə olaraq ona verilmir.
8. Pedaqoji araşdırmalar göstərir ki, çalışmaları həll etməklə əldə olunan bilik, görmə, eşitmə və ya oxumaq yolu ilə əldə olunan bilikdən daha yaxşı yadda qalır (3). Başqa sözlə, bu yolla əldə olunan bilik hətta, təhtəlşüura təsir etmək gücündə olur. Bu isə testin həm də tərbiyəedici funksiya daşıdığını göstərir. Tərtibçi bu məqamı da nəzərə almalı, test çalışmaları üçün mövzu seçərkən maksimum diqqətli və həssas olmalıdır. Pozitiv sosial təcrübə, milli və ümumbəşəri dəyərlər onların məzmununun ana xəttini təşkil etməlidir. Başqa sözlə test yazarkən, müəllif :
- milli, dini və sosial ədavət təbliğ edən;.
- sosial təcrübə baxımdan faydalı olmayan;
- dərsliklərdə ziddiyyətli və dolaşıq verilən;
- elmi baxımdan mübahisəli sayılan;
- mütilik və məddahlıq tərbiyə edən;
- tariximizin millətimizə başucalığı gətirməyən məqamlarını əks etdirən mövzulara yaxşı olardı ki, toxunmayaydı. Bununla yanaşı,
- tarixi faktları təhrif etməklə, “bəzəkli” testlərin yazılması da yolverilməzdir.
Unutmaq olmaz ki, “ Tarix yazmaq, tarix yaratmaq qədər məsuliyyətli işdir.Bu işdə Yazan Yaradana sadiq qalmazsa, tarix insanları çaşdıran mahiyyət kəsb edəcək, yəni yalana çevriləcəkdir.”

Tam şəkildə oxumaq üçün aşağıdakı faylı yükləyin...
Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 aprel 2017 21:17
    aGQOYUNLU TARIXINNIN 15 ESRIN SONUNA AIDIR

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.