Haqqı tapdalamaq olmaz....

Haqqı tapdalamaq olmaz....

Salam olsun bütün şərəfli peşənin sahiblərinə....
Əziz həmkarlar! Bu yazını yazmağı özümə borc bilirəm. Bildiyiniz kimi Təhsil Nazirliyi artıq bir neçə ildir ki yeni dərslikləri tendr əsasında nəşiyyatlar arasında müsabiqə elan edir. Əvvəlcədən deyim ki, bunun özü birinci qüsurdur. Tendr müəllimlər arasında keçirilməlidir...ən yaxşı seçilmiş dərsliyin nəşri üçün isə ayrıca nəşriyyatlar arasında çap edilməsi üçün tendr keçirmək olar. Nazirlik bildirir ki, müsabiqə tam şəffav keçirilir.....bunun şəffav olmamasını göstərən bir neçə faktı yazım....
1) Şəffaf olsaydı ilk olaraq qəbul olunmayan dərsliklərin keçməməsi haqqında rəylər dərhal verilərdi
2) Keçməyən dərsliklərin müəlliflərinə apelyasiya hüququ verilərdi
3) Dərslik siyasəti qəbul olunub və orada qeyd olunub ki variativlik var (bu yeri gəlmişkən kurikulumun əsas prinsiplərindən biridir), ancaq bu yalnız sənəddə vardır
4) Ekspertiza bir neçə nəfər seçilmiş müəllim kolleqalarımızdır. Yəni yalnız onların düşüncə və baxışları əsasında dərslik qəbul olunur. İnciməsin ekspertlər, bunu doğru onlarda saya biləcəklərmi.
5) Ekspertlər gərək özləri bir neçə dərslik müəllifləri olsunlar ki, bu sahədə böyük təcrübələri olsun ki, yeni dərsliyi yalnız onların arzuları əsasında qəbul olunmasına hər kəs bəli desin
6) İndi ekspertlər deyəcəklər ki, biz qərəzli olmamışıq təbii ki. Ancaq hörmətli ekspertlər unutmasınlar ki, dərslik yoxlanılması əvvəlcədən hazırlanmış qayda-qanunlar əsasında yoxlanılır (yəni onların baxışlarına görə deyil)
7) Tendr şərtləri var, Standartlar var....qəbul olunmuş dərsliklər bunu yerinə yetiribmi? Mən Ümumi tarixi deyəcəm, çünki bizdə bir qrup müəllimlər Ümumi tarix-10 sinif dərsliyi hazırladıq. Biz qaydalar çərçivəsində yazdıq. Ola bilər ekspertlərin baxışlarına uyğun gəlməsin...amma bunu qayda-qanunlarla sübut edə biləcəklərmi.....
8) Yeni nəşrə hazırlanan 10-cu sinif dərslik, inciməsinlər müəlliflər, hamısını tanıyıram....öz sözünü demiş həmkarlarımdır....ancaq qaydalar var....onlar bu qaydaları kobud sürətdə pozublar....Dərslik yalnız yeni ensiklopedik məlumatlardan ibarətdir.....
9) 10-sinif Ümumi tarix dərsliyinin təlim nəticələri və məzmun standartlarını kobud sürətdə pozmuşdur
10) 10-cu sinif Ümumi tarix dərsliyi ən qədim dövrlərdən 17-ci əsrə qədərki dövrü əhatə etməli olduğu halda, bu dərslik 1800-cü illərə kimi əhatə olunmuşdur.
11) Bu dərslikdə 11-ci sinifə aid edilməli olan mövzular salınmışdır (Yeni dövr fəsli)
1. dərslikdə tarixi hadisələr nəzərdən keçirilib, tarixi proses isə səthi və ya ümumiyyətlə yanaşılmayıb.
2. Dərslik sırf ensiklopedik məlumatlardan ibarətdir. Bu məlumatları onsuz da qismən olsa belə aşağı siniflərdə şagirdlər öyrənib. Burada məntiq nədir? Eyni mövzular, eyni yanaşma.
3. Sosial-iqtisadi və mədəni həyat məkan baxımından qiymətləndirilməyib
4. Geosiyasi dəyişikliklərin cəmiyyətə təsiri təhlil edilməyib....sadəcə sosial-iqtisadi vəziyyət haqqında bir neçə məlumatlar verilib
5. Tarixi şəxsiyyətlərə sanki yenidən qiymət verilir, o da ki eyni tematika sadəcə yeni maraqllı faktlarla zənginləşiblər
6. Ənənəvi və sənaye cəmiyyət arasında əlaqə yaradılmalı halda burada sənaye cəmiyyəti dövrü özü nəzərdən keçirilir.
7. 4.1.1. Standartı nəzərdə tutur: Tarixi şəxsiyyətləri (II Ramzes, Hamurapi, II Kir, I Dara, İsgəndər, Yuli Sezar, Konstantin, Attila, Məhəmməd Peyğəmbər, Böyük Karl, Alp Arslan, Çingiz xan, II Mehmet Fateh, Əmir Teymur, Sultan Süleyman Qanuni, Şah İsmayıl, I Təhmasib, IV İvan) mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir. Buradakı şəxsiyyətlər sırasını gördükləri halda müəlliflər hansı məntiqlə 18 əsr şəxsiyyətlərini geniş işıqlandırmaları sual doğurur. Ayrıca hörmətli ekspertlər belə bir yanaşmaya necə qiymət veriblər maraqlıdır.
8. Ümumiyyətlə 10-cu sinif dərsliyinin konsepsiyasi doğru deyil. Kurikulum standartları sadəcə sənəd üzərində qaldığı göz önündədir. Təhsil Nazirliyinin hazırladığı və Nazirlər Kabinetinin təsdiqlədiyi bir sənəd kobudcasına pozulub lakin tendr nəticəsində bu dərslik qalib olur.
9. Müəlliflər maraqllı məlumatlarla dərslik yazıb. Bu inkar olunmur. Lakin bu cür yanaşma aşağı siniflərdə tələb olunurdu.
10. Dərslikdə müasir dərsliklərin quruluşu, təfəkkürə əsaslanan suallar azlıq təşkil edir. Xəritələr azdır, şəkillər azdır.....Standartların reallaşdırılmasına xidmət edən məqamlar olduqca azdır.
11. Yanaşma ənənəvi dərsliyinin yanaşmasıdır, sadəcə yeni məlumatlarla dərslik yüklənib.
12. Bu dərsliklə yanaşı tenderdə iştirak edən lakin qalib olmayan dərslikləri də ictimai müzakirəyə çıxarılmasına imkan yaradılmasını Təhsil Nazirliyindən rica edirəm.
13. Xalqın gözü tərəzidir
14. Bir sözlə artıq qəbul edilmiş bu dərsliyi tədris etmək məcburiyyətindəyik, ancaq hörmətli ekspertlər gələcəkdə dərslik yoxlayarkən məsləhət edirəm ki qayda qanunlarla, standartlarla və tendr şərtləri ilə əvvəlcədən tanış olsunlar. Standart "kağız parçası" deyil. Təlimlərdə təlimçilər bizə standartın müəllimlər üçün Konstitusiya olduğunu söyləyirdilər. Lakin indi bu Konstitusiyanı ekspert-təlimçilərimiz özləri pozmuşdur.
15. Bu mövzuda Təhsil Nazirliyinin debat təşkil etməsini təklif edirəm.

Bir sözlə təəsüflər olsun ki, bizdə qayda qanunlar çərçivəsində müsabiqə keçirilməsi hələ də reallaşmayıb.....haqqa girmək olmaz.....


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.