"Ən yaxşı yazı "

"Ən yaxşı yazı "

“Ən yaxşı yazı” müsabiqəsinə

Böyük tədqiatlara gedən yol kişik tədqiqatçılar üçün qurulmuş düzgün motivasiyadan başlayır
“Dərrakə çox vaxt yatır, onu oyatmasan həmişə yuxulu olur”
Uilyam Şekspir
Çağdaş dövrümüzün tələbləri həyatımızın əksərsahələrində yeni yanaşmalara ehtiyac doğurur. Bütün zamanlarda olduğu kimi cəmiyyətinçeşidli ehtiyaclarınıqabaqlamaq zərurəti ilk növbədə təhsilin üzərinə düşür. Bu gün qloballaşan dünyada öz milli kimliyimizi qoruyub təsdiq etmək üçün isə bizə ilk növbədə dünya standartlarına cavab verən güclü və mütərəqqi təhsil sisteminin yaradılmasına daha böyük ehtiyac duyulur. Sabahın yetkin və yabançı təsirlərinə davamlı cəmiyyətə sahib olmaq üçün bu gün formalaşan gənc nəslin yetişdirilməsində əsas yük yenə də orta məktəblərin üzərinə düşür. Təsadüfi deyildir ki, dövlət müstəqilliyinin 25 iliyinə qədəm qoyan ölkəmizdə təhsilin prioritet elan olunması zamanın diktəsidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Neft kapitalını insan kapitalına çevirməliyik” cağırışı da günümüzün reallığından doğan həqiqətdir. İndiki zaman kəsiyində icbari təhsilin üzərinə düşən əsas vəzifəşəxsiyyətyönümlü təhsil sistemini daha çox önə çıxarır. Bu gün təhsildə hər bir fənnin reallaşdıracağı əsas standartlar vardır ki, bunlar dövlətin və dövrün tələbidir. Bu sırada tarix fənninin üzərinə qeyd etdiyimiz tələblər çərçivəsində daha böyük məsuliyyət düşür. Belə ki, millətin və dövlətin əsas qarantı olan əsil vətəndaş yetişdirmək vəzifəsi tarix fənninin ən ümdə vəzifəsidir. Digər əsas bir məqam isə beş əsas məzmun xətti – zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət-üzrəreallaşdırılacaq standartlar səriştəli vəmüasir yanaşmalara hazırlıqlı olan müəllimlərdən asılıdır.Dərsin uğurlu alınmasının başlıca xəttini təşkil edən düzgün motivasiyanın qurulması şagirddə düşünmə bacarığından əlavə həm də mühakimə inkişafını nəzərdə tutur.Motivasiyanın qurulmasında məqsəd şagirdi tək bir doğru cavab ətrafında passivləşib qalmamağa, şagirdi müxtəlif məntiqi nəticələri ətrafında düşünməyə sövq edir. Bu bilgiləndirmə prosesindəmüəllimin əsas uğuru şagirdin özünəməxsus mühakimələrini, fərziyyələrini əldə etməsi ilə bağlı olur. Düşünürəm ki, motivasiyanın qurulması zamanı aşağıdakı məqamların nəzərə alınması ciddi zərurətdir:
• şagirdlərin məlumat təcrübəsinə uyğun olmalıdır;
• şagirddə öyrənmək ehtiyacı yaratmalıdır;
• araşdırmaya yol açmalıdır;
• şagirdləri nə edəcəklərini anlamağa yönləndirməlidir;
• lüzumsuz yerə şagirdin vaxtını almamalıdır;
• şagirddə məntiqi düşünmə bacarığını inkişaf etdirməlidir;
• bütün təlim boyu şagirdləri fəallığa təhrik etməlidir;
• şagirdin bir tarixçi kimi düşünməsini təmin edə biləcək şəkildə olmalıdır.
Uğur qazanmaqda önəmli olan isə motivasiyanın özü deyil, şagirdə qazandırılacaq müstəqil şüurdur. Motivasiyanı müxtəlif formalarda: xronoloji sorğu, əsas anlayışın çıxarılması, rebusla, fərqli anlayışlar, müsiqi, karikatura,krossvord, illustrasiya, təsvir, xəritə, sənəd, şəkil, video, eskiz və s. ilə qurmaq mümkündür. Motivasiya elə bir zövq verəcək şəkildə təqdim olunmalıdır ki, araşdırılacaq mövzu şagirdləri sıxıb darıxdırmamalı,əksinə, əyləndirməlidir. Şagirdlərdən ilkin məlumatların alınması, daha sonra müəllim tərəfindən bu məlumatın zənginləşdirilməsi dərsin şagirdin fəaliyyəti üzərində qurulmasıyla qarşılıqlı əməkdaşlığı gücləndirir, öyrənmə fəaliyyətini daha səmərəli edir.Bacarıqlı müəllim düzgün motivasiya qurmaqla şagirdlərin diqqətini problemə daha dərindən yönəltməyə nail olur və eləcə də, mövzudan müəyyən nəticə çıxarmaqla, ümumiləşdirmək və qərar qəbul etmək bacarıqlarını inkişaf etdirməyə müvəffəq ola bilir.
Aqillərimizin dəfələrlə qeyd etdikləri kimi hər bir işin başlanğıcı çətin görünür. Çətini isə işə başlamaqdır.Elə yeni tədqiq ediləcək mövzular da belədir. Fikrimizcə bu işi asanlaşdırmağın əsas yolu düzgün qurulmuş motivasiya mərhələsindən keçir. Belə ki, düzgün yönləndirmə düzgün tədqiqatın nüvəsini təşkil edir. Arqumentlərimi daha dolğun əsaslandırmaq üçün bir neçə mövzuya qurulan motivasiyanı təqdim etmək istərdim:
“Milli mətbuatımızın banisi” mövzusuna aşağıdakı kimi motivasiya qurmaq olar. Elektron lövhədə ucqar bir dağ kəndinin təsviri verilir. Lakin bu kənddə günəş təbiətdə olduğu kimi dağların arxasından deyil, bir qəzetin səhifələrindən boylanır və şagirdlərə aşağıdakı səpkidə suallar verilir:
- Bu kəndin günəşi haradan boylanır? Ziya nədir? Ziyalı kimdir?
“Azərbaycanın bölüşdürülməsi” mövzusuna başqa bir prizmadan yanaşıram. Elektron lövhədə Xalq şairi Bəxtiyar Vahabzadənin ifasında”Gülüstan” poemasından bir parça səslənir və onun üzərində iş aparılır.
“Qanlı yanvar” mövzusuna da maraqlı bir süjet qururam. Bu dəfə elektron lövhədəbiri qəfəsdə saxlanılan və digəri isə asudə olan quş təsvirləri göstərilir. Suallar da bu təsvirlər üzərində qurulur: - Bu quşlardan hansı xoşbəxtdir? Niyə? Azadlıq nədir? Azadlığı necə əldə etmək olur? Azadlıq tələb edən xalqları əsarətdə saxlamaq üçün imperiyalar hansı iyrənc üsullardan istifadə edirlər?
“Aşşur” mövzusunu milli musiqimizlə bağlayıram. Elektron lövhədəsaz musiqi alətinin ya təsviri, ya da özü göstərilir. Suallar da bu alətin üzərində qurulur:
- Saz ifaçısı necə adlanır? Üç hərfli muğamımız hansıdır? İfadələr lövhəyə yazılır və rebus qurulub cavab alınır: Aşıq+Şur =Aşşur
“Şirvanşahlar dövləti” mövzusunu da maraqlı bənzətmələrlə qururam:
- Meşədə heyvanların şahı hansıdır? Göyçə gölündən qərbdə, Türkiyə ərazisindəki göl necə adlanır? Qədimdə başlarına tac qoyan dövlət başçıları kimlər idi? Dilimizdəki cəm şəkilçilərindən biri? Nəticə də çox maraqlı alınır:Şir + Van + şah +lar = Şirvanşahlar
“Bir kərə yüksələn bayraq” mövzusunu da tarixi yaddaşımızı təzələmək üzərinə keçirirəm.Xan Şuşinskinin ifasında “Şuşanın dağları” mahnısı səsləndirilir və şagirdlərə belə suallarla müraciət edilir:
- Dinlədiyiniz bu mahnı bir zaman qadağan olunub. Sizcə səbəb nə ola bilərdi? Mahnı ilə bu təsvir arasında nə kimi əlaqə görürsünüz?
“Səfəvi-Osmanlı müharibələri” mövzusunda Azərbaycan və Türkiyə bayraqları göstərilir və H.Əliyevin “Bir millət, iki dövlət” ifadəsi nümunə gətirilir.
“Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda da şagirdlərin müstəqil düşünmələrinə qapı açılır. Rəşid Behbudovun ifasında “Lalələr” mahnısı səsləndirilir. Suallarda maraqlı yönləndirilir:
- Yazın əvvəlində Gəncə həyatı(Nuru paşanın gəlişi). Bakının gözü niyə yoldadır(türk ordusunun gəlişini gözləyir), lalələr nəyi əks etdirir(bayrağı)?
Yaxud “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirməklə motivasiya qurmaq olar.
“Neft sənayesi və onunla bağlı sahələr” mövzusunda da maraqlı motivasiya yaradılır. Ekranda qara çıraq təsviri göstərilir. Suallar da bununla bağlı verilir:
- Gördüyünüz hansı əşyanın təsviridir? Bu alətdən harada və nə üçün istifsdə edilirdi? O niyə “qara çıraq” adlanırdı? Bu alət nə vaxt “ölür”? Enerji nədir? Enerjiyə tələbatın artması hansı zərurətdən irəli gəlir?
Beləliklə qoyulan hər bir mövzunun kiçik tədqiqatçısı nə qədər düzgün motivə edilərsə, təbii ki, sonda da oqədər də uğurlu nəticə almaq olar.
Məmmədova Şirincan-Bakı şəhəri, 126№-li tam orta məktəbin tarix müəllimi
Yükləmək ücün qeydiyyatdan keçin!


Məqalə "Ən yaxşı yazı " müsabiqəsində III yerə layiq görülmüşdür.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.