Elan....

Elan.... 
Əziz müəllimlər! 
Sizlərə saytımızda baş verəcək bəzi yenilikləri çatdırmaq istərdim. Bildiyiniz kimi saytımızdan bir çoxları istifadə edir. İstifadəçilərin sayı 25722 nəfərdir. Günü-gündən də artmaqda davam edir. Təbii ki, bu inkişafdır bu uğurdur. Lakin bəzi məqamlar üçün istisnalar etmək məcburiyyətindəyik. Belə ki, KSQ və BSQ variantları burada hər istifadəçi üçün açıq verildiyindən şagirdlərdə bundan maksimum istifadə edir və bəhrələnir. Bəzi hallarda müəllimlərimiz buradan əldə etdikləri KSQ-ləri siniflərində keçirdikdə şagirdlər bu suallarla əvvəlcədən tanış olduğundan maksimum nəticə çıxarır. Təbii ki, bunu hər şagird də edə bilmir, yalnız bununla tanış olanlar. Bu səbəbdən saytda bəzi KSQ və BSQ-lər, ümumiyyətlə ola bilsin bəzi materiallar yalnız seçilmiş müəllimlər üçün verilsin. 
 
Seçilmiş müəllimlər kimlər ola bilər?
  1. Saytla daima əməkdaşlıq edən müəllim
  2. Sayta tez-tez xəbər yerləşdirən müəllim
  3. Saytda xüsusi olaraq "Jurnalist" statusu alan müəllim
  4. Saytı daima işlədən, ondan bəhrələnən müəllim
 
Seçilmiş müəllim necə müəyyən ediləcək?
  •  Yalnız bir-başa administratorla əlaqə yaradaraq, müəllim vəzifəsində çalışdığını isbat edən müəllim
 
Bu yenilik saytda 1-2 həftə  ərzində qüvvəyə düşəcək. Bu müddət ərzində sizlərin irad və təkliflərinizi bilmək istərdik......
Uğurlar ! 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 noyabr 2015 20:39
    nolar elemeyin

    KSQ ve BSQlar biz sagirdlere cox lazim olur

  2. 17 noyabr 2015 12:48
    mən daim istifadə edirəm saytın maraqlı və dəyərli məlumatlarından. KSQ və BSQ lərlə bağlı fikrinizlə razıyam çünki elə müəllimlər var ki tamamilə burdakı materiallardan istifadə edirlər. mən çox vaxt çalışıram ki sualları özüm tərtib edim. amma yenə də burdakı materiallardan da istifadə edirəm. yalnız müəllimlərin istifadə etməsinə tərəfdaram. saytda zəhməti olan hər kəsə də çox-çox təşəkkür edirəm...

  3. 17 noyabr 2015 14:56
    Aytən xanım doğru anlaşılmadı deyəsən. Burada verilən materialları tam şəkildə istifadə etmək olar. Bu prosesin əsas məqsədi müəllimlıəri maarifləndirməkdir. Şagirdləridə unutmayacayıq. Onlar üçün ayrıca materiallar tərtib ediləcək. Uğurlar!

  4. 18 noyabr 2015 14:56
    Salam.Mən 9-cu sinifdə oxuyuram.3-cü qrupa hazırlaşıram.Tarix və yaxud da aazərbaycan dili-ədəbiyyat(əsas Tarix) müəllimliyinin ödənişsizinə düşmək üçün ƏN AŞAĞISI neçə bal toplamaq lazımdrır?(xahiş edirəm Lənkəran,Gəncə,BDU və APİ üçün yazın da.)(Sınaqda 404 bal toplamışdım).

  5. 18 noyabr 2015 16:19
    Nuray pulsuza düşmək üçün tam arxayin olmaq üçün 500 bali keçməlisən...Birdəki ballar hər il dəyişir bunu bilmək tam olmur

  6. 18 noyabr 2015 18:25
    Xais edirem ksq 8 ci sinif ücün yükləyəsiniz

  7. 19 noyabr 2015 13:48
    Sitat: administrator
    Nuray pulsuza düşmək üçün tam arxayin olmaq üçün 500 bali keçməlisən...Birdəki ballar hər il dəyişir bunu bilmək tam olmur

    Hamlet müəllim çox sağolun cavabladınız.400-450 arası düşmək olur pulsuza? Bir də mən bu il olimpiadaya gedəcəm tarixdən.

  8. 19 noyabr 2015 21:27
    Hörmətli Hamlet müəllim, mən müəllimlərin burdakı materiallardan tam istifadə etməsinə heç də etiraz etmirəm yalnız şagirdlərin bu suallarla əvvəlcədən tanış olduqlarından maksimum nəticə almasını nəzərdə tuturdum, yəni o barədə sizin fikrinizlə razıyam. əlbəttə ki hamı tam istifadə edə bilər elə mən özüm də burda material yerləşdirməyi və həmkarlarımın istifadəsinə verməyi çox istəyərdim. ayrıca sizin KSQ və BSQ materiallarınız yeni testlər tərtib etməkdə maraqlı ideyaların yaranmasına səbəb olur. buna görə və bizə yaratdığınız imkana görə sizə təşəkkür edirəm.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.