Müəllim, yoxsa sadəcə peşə?

Müəllim, yoxsa sadəcə peşə?

 

Əziz tarix.info saytında olan müəllimlər ! Əziz Azərbaycan müəllimləri ! Əziz qardaşlar və bacılar! Əziz analar və atalar ! Əziz hal-hazırda yaşla əlaqədar (və ya xəstəliklə əlaqədar) olan müəllimlər! Əziz müəllim olmağa can atan Azərbaycan vətəndaşları! 
Bu gün Müəllimlər günüdür. Müəllimliyin nə dərəcədə məsuliyyətli və dəyərli olmasını o ad uğrunda əziyyət çəkən, onu qəlbən sevən insanlar bilər. Bəzən yolda, bazarda, dükanda və s. yerlərdə müəllim olmayan şəxslərə də müəllim kimi müraciət edirlər. Bəziləri bundan hiddətlənir, bəziləri fikir vermir. Düşünürəm ki, müəllim müraciəti müəllim adının necə yüksək olmasını əyani sübutudur. Doğrudur bu gün Azərbaycan teleməkanında təəsüflər olsun ki, müəllim dəyəri haqqında veriliş yoxdur, film yoxdur (olan filmlər də "Bizim Cəbiş müəllim", "Həm ziyarət həm ticarət" müəllimi dolayı yolla lağa qoyur). Ancaq bu adın fəxrlə yüksək vəzifəlilərimizdən tutmuş aşağı vəzifəliyə kimi adlanması Müəllim adını müqəddəsləşdirir. Bu gün Azərbaycan müəllimi əmək haqqı cəhətdən əziyyət çəkə bilir, dövlətin bir sıra güzəştlərindən istifadə edə bilmir (İpoteka), lakin üzərində çalışan müəllimlərimiz məqsədlərindən geri çəkilmir. Dövlətimizin şərait yaratdığı bəzi imkanlardan istifadə edərək maddi vəziyyətini normallaşdıra bilir (İlin Ən yaxşı müəllim müsabiqəsi, digər müsabiqələr, Repititorluq və s.). Dövlətimiz gəncdir. Hal-hazırda dövlət büdcəmizin çox hissəsi məlum səbəbdən hərbiyə xərclənir. Bu o deməkdir ki, müəllimlərimizdə Vətənimizin birliyi üçün çalışır. İnanıram ki, bir gün Vətənimiz bütün problemlərdən yaxa qurtaracaq və dildə uca tutulan Müəllimlik zirvəsi əməldə də özünü göstərəcək. Əziz müəllimlər bayramınız mübarək olsun!  Biz vəzifəmizi yerinə yetirək, cəmiyyətimizə layiqli vətəndaşlar yetişdirək. Müəllim bütün vəzifələr içərisində ŞAHDIR. Şah yıxılarsa Vətən yıxılar. Dövlətimiz hər il bir sıra müəllimlərimizə fəxri adlar verir, maaşlarını yüksəldir. Damla-damla göl olar. Bir gün bu gölün hər birimiz şahidi olacayıq. Ruh yüksəkliyi ilə davam, xalqımız naminə, Vətənimiz naminə, evladlarımız naminə......Allah müəllimlərimizi bəxtiyar etsin! Yolunuz açıq olsun!
 
 
Bayram haqqında qısa tarixçə:
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 oktyabr 2015 14:14
    Məndə bütün müəllimləri bu gün münasibətilə təbrik edirəm.Bol-bol uğurlar arzu edirəm....

    --------------------

  2. 5 oktyabr 2015 15:57
    bütün müellimleri bayramımız münasibetile tebrik edirem. eziz hemkarlarıma çetin şerefli peşelerinde uğurlar arzu edirem.

  3. 5 oktyabr 2015 17:13
    Azərbaycanın bütün müəllim adına layiq olan müəllimlərini çoxx- çox təbrik edirəm . Müəllim peşəsi çox gözəl peşədir . Çünki bütün xalqın gələcəyi müəllimlərimizdən asılıdır . Cənab Heydər Əliyev necə demişdir : Təhsili olmayan xalqın gələcəyi olmaz !. İnşallah gələcəkdə məndə bu uca zirvəyə yəni müəllim peşəsinə yiyələnmək istəyirəm . Allah bütün arzusunda olanlara qismət eləsin İnşallah . Bir daha təbriklər əziz müəllimlər .

    --------------------

  4. 5 oktyabr 2015 18:26
    Bayramınız mübarək dəyərli müəllimlər.

  5. 8 oktyabr 2015 17:43
    TƏŞƏKKÜRLƏR!

  6. 9 oktyabr 2015 19:26
    bütün müəllimələrimizim bayramı mübarək olsun təşəkkürlər çox sağ olun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.