“Elektron hökumət” in üstünlükləri

“Elektron hökumət” in üstünlükləri

 

"Elektron hökumət” sözü bir neçə il bundan öncə ilk dəfə Google axtarış portalında təsadüfən qarşıma çıxdı (www.e-gov.az) . Qısa zamanda sayta nəzər saldım. Bir gənc kimi mən də sevindim ki, ölkəmizdə vətəndaşlara bu cür xidmətlər göstəriləcək. Bu gün artıq portalda 446 təsdiq olunmuş xidmət var, bunlardan 296 sı portala artıq inteqrasiya olunub. Həmçinin dövlət saytlarında elektron xidmətlərin sayı 475 ə çatır. Portalda olan xidmətlər isə 381 dir. "Elektron hökumət” in üstünlüklərindən istifadə etmək üçün ilk növbədə portala daxil olmaq lazımdır. Hazırda portala Elektron hökumət sistemi tərəfindən verilən kod və parolla daxil olmaq da olur. Bundan başqa Elektron İmza kartı ilə, Asan imza ilə də sistemə daxil olmaq mümkündür.  "Elektron hökumət” in ən gözəl devizidir.
 "Vaxta qənaət, Şəffaflıq, Əlverişli və Rahat.
"Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "elektron hökumət” portalı tətbiq edilir.
Hazırda portalda "Mənim xidmətlərim”, "Əks əlaqə”, Məktub yaz”, Əlilliyi olan şəxslər üçün onlayın müraciyyət”, "E-gov Fikir Bankı” kimi serverlər mövcuddur."Elektron hökumət” portalında bir neçə dövlət qurumunun təsdiq etdiyi elektron xidmətlərlə bağlı reqlament, istifadə təlimatı və videyo təlimatlar mövcuddur. Portala giriş edən şəxs sözü edən 3 funksiyadan istifadə etməklə ona lazım olan xidmətdən daha dəqiq yararlanmış olar.
Bu gün beynəlxalq aləmdə olduğu kimi Azərbaycanda da virtual aləmdən, sosial şəbəkələrdən istifadə edənlər sürətlə artır. Bu sahədə "Elektron hökumət” portalının rəsmi "Facebook” səhifəsinə (www.facebook.com/egov.az) əhali arasında maraq günü-gündən artmaqdadır. Hazırda səhifə istifadəçilərnin sayı 145 min nəfəri keçib. Səhifədə "Elektron hökumət” sahəsində görülən işlər, layihələr, marifləndirici məlumatlar, dövlət strukturlarnın göstərdiyi elektron xidmətləri kimi sahələr istifadəçilərin nəzərinə çatdırılır. İstifadəçilər isə öz növbəsində fikir və rəylər bildirir, paylaşımlar edirlər.
Ölkəmizdə "elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Hal-hazırda dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərin Nazirlər Kabinetinin 191 Nli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun təşkili davam edir.
Hər bir dövlət qurumu elektron xidmətlərini "bir pəncərə” prinsipi əsasında istifadəçilərə Portal vasitəsilə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə qurumlar cavabdehdirlər. Qeyd etmək lazımdır ki, vətəndaşlara bu cür xidmətlərin göstərilməsi dünya təcrübəsində dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir. Vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər.
Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul edilir. Vətəndaşlar bu qurum tərəfindən təqdim olunan istənilən e-xidmətə daxil olub lazım olan məlumatları əldə edə bilirlər. Xidmətlər elə təqdim edilir ki, istifadəçi ilə sistem arasında dialoq yaranır. Vətəndaş tərəfindən səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçi üçün səhv sorğu şərtlərini düzəltmək imkanını yaradır. Alınan nəticəni isə vətəndaş öz kompüterində yadda saxlaya və istənilən vaxt həmin məlumatı çap edə bilər.
"Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır.
Yeni e-xidmətlərin həyata keçirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir.
Bu gün yaşadıqımız informasiya əsrndə Azrbaycanda da onlayn xidmətlərlərə təlabat  günü gündən artır. "Elektron hökumət" www.e-gov.az  portalında təqdim olunan xidmətlər və istifadəçilərin sayı artmaqdadır. 2014 cü il sentyabr ayına olan bəzi məlumatları qeyd etmək istərdim. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalı vasitəsi ilə ən çox istifadə olunan 20 elektron xidmətin haqqında məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və "Elektron hökumət" portalının e-xidmətləri ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 5 elektron xidməti yer alıb. Bu xidmətlərə "Telefon nömrəsi üzrə axtarış", "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsi ilə ödənilməsi", "Mobil cihazların IMEI kodunun yoxlanılması", "E-imza" və "AzDataCom internet xidmətinə qoşulma üçün sifariş" xidmətləri daxildir. Sentyabr ayında RYTN-in göstərdiyi elektron xidmətlər arasında ən çox 73 min 388 dəfə "Telefon nömrəsi üzrə axtarış" xidmətindən istifadə olunub. Həmçinin ay ərzində "Elektron hökumət" istifadəçiləri "E-imza" xidmətindən 2 min 991 dəfə yararlanıblar.
Ölkəmizdə indiyədək istifadəyə verilən elektron imza sertifikatlarının sayı 24 mini ötüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)  məlumatına görə, cari ilin sentyabr ayına olan statistikaya əsasən, bu günə qədər dövlət qurumlarına 15310 e-imza sertifikatı, fiziki şəxslərə 5493 e-imza sertifikatı, hüquqi şəxslərə isə 3583 e-imza sertifikatı hazırlanaraq təhvil verilib.  E-imza müasir dünyanın tələbidir. Elektron imza  elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. E-imza ilə imzalanmış sənədlər Azərbaycan Respublikasının qanunvericiliynə görə əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. E-imza nın üstünlükləri vaxta qənaət, məxfilik, rahatlıq, tanınma və s. Ümumilikdə 24386 e-imza sertifikatı təhvil verilib və sentyabr ayı ərzində verilən sertifikatların sayı avqust ayı ilə müqayisədə təxminən 1600 ədəd çoxdur. Qeyd edim ki, paytaxtdan kənar regionlarda da e-imza kartından istifadə xeyli artıb. Ayrı-ayrı dövlət qurumları tərəfindən təşkil olunmuş maarifləndirici seminarların bu sahədə müsbət rolu danılmazdır. Bu seminarların başlıca məqsədi vətəndaşlara elektron xidmətlər, eləcə də, elektron imza kartı barədə məlumat vermək və onlara istifadə bacarığını aşılamaqdır.                                                                                                                       Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində vətəndaşlara elektron imzanın verilməsini yüksək səviyyədə təşkil etmək üçün "Qəbul otağı" yaradılıb. Bu otaqlarda hər gün 80-100 e-imza sahiblərinə təhvil verilir.  "Qəbul otağı"nda  e-imzanın verilmə prosedurunun asanlaşdırılması və vaxta qənaət edilməsi məqsədi ilə bir nəfər Bakı şəhəri üzrə, bir nəfər isə rayonlardan gələn şəxslərin müraciətlərini qəbul etmək üçün ayrılıb.  Bundan başqa yarana biləcək problemlərin araşdırılması və onların dərhal həll edilməsi üçün də daha bir əməkdaş çalışır. Fəaliyyətin yüksək səviyyədə qurulması nəticəsində müraciət edən şəxslər vaxt itirmədən qarşılaşdığı çatışmazlıqların tez bir zamanda həllinə nail ola bilirlər. Qeyd edim ki, bundan başqa hər bir rayonun poçt filiallarında e-imza almaq üçün qeydiyyat mərkəzləri yaradılıb. Vətəndaşlar paytaxta gəlmədən də elektron imzanı yaşadıqları ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrindən əldə edə bilərlər. Eyni zamanda e-imzanı əldə etmək üçün onlayn sifariş ( https://www.e-imza.az/ ) vermək mümkündür. Onlayn şəkildə qəbul olunan sifarişlər mərkəzdə hazırlanır və hazır məhsul sifariş verən şəxsin yaşadığı ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrinə göndərilir.Bundan sonra qeydiyyat mərkəzləri tərəfindən sifarişçi ilə əlaqə saxlanılır və e-imza sahibinə təhvil verilir.Ölkədə elektron hökumətin qurulması vətəndaşların işlərini asanlaşdırıb: Elektron hökumət poralında E-imza dan istifadə etməklə nəyinki vaxtımıza qənaət etmiş oluruq həmçinin kağızlar dünyasınada son qoymuş oluruq. Belə ki uzaq məsafələr qət etmədən lazım olan yerlərə, dövlət qurumlanrına hesabatlar , arayışlar və digər sənədləri onlayın şəkildə çatdırmaq mümkündür. "Elektron hökumət" portalında ən çox elektron xidmətlər təqdim edən dövlət qurumlarından ilk üçlükdə  52 elektron xidmət təqdim edən Azərbaycan Respublikası Vergilər Nazirliyi ilk yerdə qərarlaşıb, 34 elektron xidmətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci yerdədir. İlk üçlüyü isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 31 elektron xidmətlə qapayır.
Azərbaycan Respublikasının "Elektron hökumət" quruculuğu sahəsində  gördüyü işlər beynəlxalq aləmdə də diqqətlə izlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyiyinin əmkdaşları Türkiyyədə, Avropada təşkil olunan tədbirlərdə təmsil olunur, dövlətimizin "Elektron hökumət" quruculuğu sahəsində gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verirlər. Bu gün artıq qürurverici haldır ki "Elektron hökumət" quruculuğu sahəsindəki uğurlarımız Albaniya dövlətinin diqqətini cəlb edib. Bu gün artıq Albaniya dövləti Azərbaycan Respublikasının təcrübsindən yararlanmaq istəyir. Artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2020 ci ilədək əhaliyə təqdim olunan xidmətləri "Elektron hökumət” www.e-gov.az portalı vasitəsi ilə həyata keçirməyi planlaşdırır. Ümüd edirəm ki dövlətimizin digər sahələrdə  qazandığı uğurlarla yanaşı "Elektron hökumət" quruculuğunda da istəyinə çatacaq və xalqına, vətəndaşlarına ən yüksək səviyyədə xidmət edəcək.
 
 
Ucar rayon Qarabörk kənd t.o.məktəbin Tarix müəllimi:
Məmmədov Rauf  Yasəf oğlu.
 


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.