İlk zənginiz mübarək olsun !

İlk zənginiz mübarək olsun !

 

Əziz məktəblilər, əziz müəllimər, əziz birincilər, əziz ilk dəfə müəllim adı ilə məktəbə gedənlər, əziz valideynlər !
Sizləri 15 sentyabr Bilik günü münasibətilə təbrik edirik. Sizə bu yolda can sağlığı, haqq ədalət, etibar və dəstək arzulayırıq ! Allah bizim istədiyimiz məkanda, doğma şəhərlərimizdə, obamızda məktəbə getməyi qismət etdiyi kimi Qarabağda, işğal altında olan bölgələrimizdə hal-hazırda köçkün həyat tərzi keçirən soydaşlarımıza, onların balalarına da bilik bayramını doğma məktəblərində keçirməyi nəsib etsin ! 
Əziz şagirdlər biz inanırıq ki, bütün fənləri eyni qaydada həvəslə oxumayaq, onu dərk edəcəksiniz. Bu yolda tarix fənninə də diqqətinizi əsirgəməyin. Tarix keçmişinizi öyrədəcək, Sizə kimin nəvə-nəticələri olduğunuzu deyəcək, qəhrəman və böyük nüfuz sahibi olan bir məmləkətin keçmişini biləcəksiniz. Buraxılan səhflərimizi görəcəksiniz və onları bir daha təkrarlamayaqcasınız. Kimin düşmən, kimin dost olduğunu biləcəksiniz. 
Tarix sizi keçmişə səyahətə aparacaqdır. Bu səyahətinizi əyani olaraq sizə daima bələdçilik funksiyasını məktəbinizdə müəllimləriniz, virtual məkanda isə Tarix.info olacaq. Tarixi gözünlə gör..........
Yolunuz açıq olsun !
Bu gün həmdə də Bakının erməni-bolşevik ordusundan azad edldiyi gündür. 15 sentyabr 1918-ci ildə Bakı azad edilərək Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtına çevrilmişdir.
 

İlk zənginiz mübarək olsun !

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 sentyabr 2014 07:01
    amin inşallah

    --------------------

  2. 21 sentyabr 2014 08:49
    Menim reyim nie silinibki?

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.