Sınaq Qiymətləndirilməsi

Sınaq Qiymətləndirilməsi

Sınaq Qiymətləndirilməsinə aid nümunəvi testlər

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcəkdir.

Bu məqsədlə Bakının 12 rayonunda müəllimlərlə görüşlər keçirilmiş, suallar cavablandırılmışdır.

Müəllimlərlə görüşlərdəki istəkləri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İdarənin rəsmi "Facebook” səhifəsinə daxil olan çoxsaylı sualları nəzərə alaraq Sınaq Qiymətləndirilməsini əhatə edən fənlər üzrə bir neçə nümunə təqdim edirik.

Qeyd: Tezliklə fiziki tərbiyə, təsviri incəsənət və rəsmxətt ixtisasları üzrə suallar da əlavə ediləcəkdir.

Azərbaycan dili və ədəbiyyat

Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir?
Mən meydan əriyəm, sən də bir kişi.
Mərdliklə seçilir hər mərdin işi.

A) isim, say
B) isim, sifət
C) say, sifət
D) sifət, zərf
E) zərf, isim

Süjet və kompozisiya ilə bağlı doğru fikirləri seçin.
1. Kompozisiya süjetə daxildir.
2. Epiloq və proloq süjetdən kənardır.
3. Lirik şeirlərdə süjet olmur.
4. Lirik ricət yer və məkanın təsviridir.
5. Ekspozisiya bədii müqəddimədir.

A) 2,3,5 B) 1,4 C) 1,3,4 D) 1,2,5 E) 4,5

Azərbaycan dili (rus bölməsi)

"Sən ellər toyusan, ellər bayramı” – cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

A) şəxs şəkilçisi D) cəm şəkilçisi
B) hal şəkilçisi E) zaman şəkilçisi
C) mənsubiyyət şəkilçisi

Hansı cümlədə frazeoloji birləşmə "mürgüləmək” mənasını verir?

A) Eşitdiyi dəhşətli xəbərdən gözləri qaraldı, beyni dumanlandı.
B) Ən maraqlısı da bu idi ki, camaatın gözünə kül üfürürdü.
C) Yüz dəfə demişəm ki, mənasız söhbətlərə görə gözünün suyunu axıtma!
D) Bir anlıq yorgunluqdan sim kimi gərilmiş bədənini rahatlamaq, gözlərinin acısını almaq istəyirdi.
E) Ananın gözləri yol çəkirdi.

Tarix

Ərəb dövlətinin köçürmə siyasətində məqsədi:
1) dövlətdən təqaüd alanları köçürməklə xəzinəni təqaüd xərcindən azad etmək;
2) işgal edilmiş ölkələrdə ərəblərin hakimiyyətini gücləndirmək;
3) Ərəbistanda yaranmış əhali sıxlığını azaltmaq;
4) aztorpaqlı ərəb kəndlilərini başqa ölkələr hesabına torpaqla təmin etmək.

A) 2 , 3 B) 2, 4 C) 1, 2 D) 3 , 4 E) 1 , 3 

Цель переселенческой политики арабского государства:
1) освободить казну от выплаты пособий, переселив получав


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 may 2014 16:20
    cox tesekkur edirem. cavablari nece oyrene bilerem

  2. 3 iyun 2014 13:04
    Cetiiin suallardii

  3. 5 iyun 2014 13:24
    Metodika,pedaqoji texnologiya ,kommunikativ suallardan daha cox yaza bilersizmi

  4. 6 iyun 2014 23:59
    zəhmət olmasa cavabları yazin.....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.