Təhsil Nazirliyi yeni müsabiqə elan edir.

Təhsil Nazirliyi yeni müsabiqə elan edir.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yeni müsabiqə elan edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir. Bu müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək.
 
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.
 
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.
 
Təlimlərin müddəti:
Təlimlər 2014-cü ilin 21 yanvar – 21 aprel (3 ay) tarixlərini əhatə edəcək.
Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək.
Təlimlərin günün müxtəlif vaxtlarında (səhər və günorta) keçirilməsi planlaşdırılır.
 
Təlimdə əhatə ediləcək mövzular:
Təhsildə keyfiyyətin idarəedilməsiTəhsil hüququ. Peşə etikasıKompüter və təlim texnologiyalarıTəhsildə statistika və təhlilTəhsildə liderlik və təşkilatçılıqPsixologiya və fərdi inkişafKurikulum: Nəzəriyyə və tətbiqTəhsildə maliyyənin idarəolunmasıMəktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili 
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısa müddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə müzakirələr də təşkil ediləcək.
 
Müsabiqədə iştirak üçün minimum tələblər:
Ali pedaqoji təhsil5 (beş) il pedaqoji iş təcrübəsi 
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
Liderlik bacarığıYüksək motivasiyalılıqSəmərəli qərar qəbul etmə bacarığıNəticəyönümlülükİKT-dən istifadə bacarığı 
Müraciət qaydaları:
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ 1) dolduraraqtelim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
 
Müraciət üçün son tarix: 15 dekabr 2013-сü il
 
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az və telim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.
 
Yekun qiymətləndirmə:         
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı” təqdim olunacaq. "Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.
 Mənbə: Təhsil Nazirliyi




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 noyabr 2013 19:47
    MUELIMLER AIDDIR,..EN COX ISTIFADE EDEN SAGIRDLERIDI.AMMA MUELIMLERE AIDIDIR

  2. 26 noyabr 2013 19:53
    love love tongue tongue tongue angry angry angry laughing laughing fellow fellow fellow feel feel feel feel feel :fe SIMDIUMel:COXK UZULD

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.