Şifahi tarix və onun Respublikada inkişaf problemləri

Şifahi tarix və onun Respublikada inkişaf problemləri

 

Şifahi tarix və onun Respublikada inkişaf problemləri  

Biz saytda Şifahi tarix haqqında danışdıq, Özbəkistana olan səfərimiz barədə Sizə məlumat verdik. Qeyd edim ki, Özbəkistanda bu sahədə geniş iş görülüb. Əvvəl, Almaniya Xalq Universitetləri Assosasiyasi – DVV internasionalın Mərkəzi  Asiya nümayəndəliyinin köməyi ilə bir qrup tarixçı bu işə başlayıb, sonra onlar işi genişləndirib Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutu nəzdində ictimai əsaslarla fəaliyyət göstərən şöbəyə çevriliblər. Hazırda isə Söbə vasitəsilə işi davam etdirirlər.Bakıya geri döndükdən sonra aprel ayının aprel ayının 27 – 28- də  " Şifahi tarix " seminarını təşkil etdik. Bu haqda " Facebook”-da məlumat verilib. Seminar keçırılən ərəfədə həmkarımız, Özbəkistan Tarix İnstitutunun " Yeni və ən yeni tarix "şöbəsinin müdiri Ravşan Nazarov seminarda iştirak etmək üçün Bakıya gəldi və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun rəhbərliyi ilə görüşmək arzusunda olduğunu bildirdi. Biz İnstitutun rəhbərliyinə müraciət edəndə Tarix İnstitutun direktoru Yadub Mahmudov bu görüşü rəgbətlə qarşıladı. Beləliklə, aprel ayının 26 –da görüş təşkil olundu və cox səmimi şəkildə həyata keçirildi. Görüşdə Özbəkistan Akademiyası Tarix İnstitutunun " Yeni və ən yeni tarix " şöbəsinin müdiri Ravşan Nazarov, " Demokratiyanın öyrənilməsi” QHT-nin sədr müavini Babək Məmmədov və Bakı şəhər Xətai rayonu 245 saylı orta məktəbinin tarix müəllimi, 2009-cu "İlin müəllimi” müsabiqəsinin qalibi Nizami Heydərov və Tarix İnstitunun direktoru professor, Milli Məclisin deputatı Yaqub Mahmudov iştirak edirdi.Əvvəl, biz Şifahi tarix barəsində Yaqub müəllimə geniş məlumat verdik. Ravşan Nazarov bu sahədə Özbəkistanda görülən ışlər haqqında danışdı və Yaqub müəllimin suallarını cavablandırdı. Qonaq hətta Akademiyanın binasının əzəmətli  və arxitektura baxımından maraqlı olduğunu qeyd etdi. Yaqub müəllim isə əvvəl İnstitutun gördüyü işlər haqqında məlumat verdi və iki ölkənin Tarix İnstitutlarının əməkdaşlıq perspektivlərindən xeyli söhbət etdi. Yaqub müəllim qeyd etdi ki, əsas vacib məsələlərdən biri türk dövlətlərinin məşhur şəxslərinin ensiklopediyası yaratmaqdır. Özbəkistana geri qayıdan kimi İnstitut rəhbərliyi qarşısında məsələ qaldırın və tezliklə özünüzün məşhur şəxslərinizin siyahısını bizə göndərin. Özü də bu işi gecikdirmək olmaz. Bu hələ bu sahədə görüləcək nəhəng işin başlanğıcıdır. Ravşan müəllim onu maraqla dinlədi və işin doğrudan da türk xalqları üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. 2 saatlıq səmimi şəraitdə keçırılən görüşün sonunda iştirakçılar birgə şəkil çəkdirdilər.  

Şifahi tarix və onun Respublikada inkişaf problemləri

 

Şifahi tarix və onun Respublikada inkişaf problemləri

 

Şifahi tarix və onun Respublikada inkişaf problemləri

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 iyun 2013 20:32
    işlərnizdə uğurlar və səbir arzulayıram. Həmin seminarlarda mən iştirak etmişəm həqiqətən maraqlı kecdi. İnanın seminar 9 saat kecdi biz onu hiss elemədik....uqurlar

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.