Çingiz xan

ÇİNGİZ XAN � TARİXİ DƏYİŞƏN SƏRKƏRDƏ

müəllif intellekt
//
7-10-2012, 21:02
//
//
oxunub 3803
 
ÇİNGİZ XAN � TARİXİ DƏYİŞƏN SƏRKƏRDƏ

 

"Demə güclüyəm, özündən daha güclüyə rast gələrsən. Demə hiyləgərəm, özündən daha hiyləgərə rast gələrsən”- Qırğız məsəli

Mərkəzi və Ön Asiya xalqlarının elitasının, hakim təbəqələrinin özəyini min illər boyu türklər, türkdilli xalqların nümayəndələri təşkil etmişlər. Bunun səbəbi nədir? Say çoxluğumu? Əsla. Təkcə Çin və hind xalqlarının sayı yerdə qalan bütün xalqların birlikdə sayından qat-qat artıqdır.
Bəs nəyə görə Çində, Hindistanda, Əfqanıstan və İranda, ərəb ölkələrində əsrlər boyu türklər hökmranlıq etmişlər? Mahir siyasətçi olduqlarına görəmi? Yox. Bu hökmranlıq analarımızın vaxtaşırı doğduqları fövqəlbəşər �ğulların, ərlərin, hərbi dühaların, qüdrətli sərkərdələrin qılıncı, hünəri və zəkası sayəsində mümkün olmuşdur.

Çingiz xan

 

 

 

Axı Mode (Mete) təkcə böyük və qüdrətli səltənət və imperiya yaratmaqla cahanşümul rol oynamayıb. Onun genləri iki, üç yüz il böyük tacları başında saxlaya biləcək ərlərin meydana gəlməsini və qüdrətli estafet kimi oğul və nəvələrinə verilməsini təmin etmişdir. Bir sözlə, türkün keçmiş tarixi və genetik sərvəti ox vıyıltısı və qılınc cingiltiləridir.

ÇİNGİZ XAN � TARİXİ DƏYİŞƏN SƏRKƏRDƏ

 

Türklərə belə parlaq milli qəhramanlıq keçmişi bəxş edənlərdən biri Temuçin-Çingiz xandır. Doğrudur, Temuçin monqol idi, lakin o və yaxın sərkərdələri türk-tatar xalqlarının ümmanında ada kimi idilər. Çünki yalnız türk xalqları evini, ailəsini, hətta vətənini atıb, macəra və qəhramanlıq ardınca getməyə həmişə hazır olur. Ümumiyyətlə, Çingiz xan dövründə Monqolustan və Şərqi Türküstan əsasən, türkdilli xalqların qaynadığı ocaq idi. Onun sevimli arvadlarının ikisi tatar qızı idi. Çingiz xanın Monqolustanın özündə hakimiyyətə gəlməsi dövrünün hadisələri, hədsiz maraqlı olsa da, bizə az məlumdur. Ümumiyyətlə, rus-sovet imperiyası dövründə Çingiz xan tarixi yalnız qara boyalarla təsvir edildiyindən, onun haqqında demək olar ki, heç nə bilmirik.

Monqolların ilk hökmdarı Xabul xan, onun oğlu isə Xutulu xan idi. Xabul xan kimi oğlu da Çin imperiyası ilə aramsız mübarizə aparırdı. Çingiz xanın atası Yesuqey bahadır da Xabul xanın nəvəsi idi. Onların nəsli kiyat borçiginlər tayfasından idi. Onlara yaxın olan tayçit, salçiut, katagin, durben, urut və bir çox başqa qəbilələr də mövcud idi. Bu tayfalar həm bir-birləriylə, həm çinlilərlə, həm də tatarlar, uyğurlar və digər türkdilli xalqlarla çəkişmə və mübarizə şəraitində yaşayırdılar.

ÇİNGİZ XAN � TARİXİ DƏYİŞƏN SƏRKƏRDƏ

 

Bir dəfə atası 9 yaşlı Temuçini özü ilə xungirat qəbiləsindən olan Dey-seçenin qızı Borteni adaxlamağa aparmışdı. Oğlunu orda qoyub qayıdanda yolda tatarlar onu tutdular və zəhərləyib öldürdülər. Bu hadisədən sonra Yesuqey bahadırın ulusu dağıldı. Lakin onun böyük oğlu Temuçin yeniyetmə yaşı ötüşən kimi Borteni öz ordugahına gətirib onunla evləndi. Həmin gündən də öz məqsədi uğrunda inadlı mübarizəyə başladı. Bu mübarizə illərlə çəkdi. Hədsiz uğurlar və uğursuzluqlar bir-birini əvəz etdi. Bu mübarizənin tarixini oxuduqca insan bir daha əmin olur ki, böyüklük çox az adama qızıl məcməyidə təqdim olunur. Böyüklüyü ağıl və qılıncla fəth etmək lazımdır. Temuçin çətin anlarda da ustalıqla dünənki düşmənlərinin xidmətindən istifadə edir. Hətta əsir alınıb ayağına gündə vurulanda, sevimli arvadı Borte əsirlikdə olanda belə ruhdan düşmürdü. Bu bitib-tükənməz mübarizə Temuçinin dəmir iradəsi üçün əsl sınaq oldu. O, güclü rəqibləri olan Camuxanı, Van xanı, Tayan xanı və nəhayət, Gucluq xanı məhv edib, monqol qəbilələrini bir bayraq altında toplaşmağa məcbur etdi. Nəhayət, 1206-cı ildə, təxminən 40 yaşında olanda monqol feodalların qurultayı onu bütün monqolların böyük xanı elan edib ona Çingiz xan adını verdi.

O, dövrünün ən qüdrətli və güclü ordusunu yaratdı. Başqa qəbilələrdə orduya rəis ancaq zadəganlardan təyin edildiyi halda Çingiz xan ilk dəfə olaraq sadə insanlardan ən istedadlılarını seçib orduya rəis təyin edirdi. Buna misal olaraq Subutay bahadırı göstərmək olar (O, dövrünün ən böyük sərkərdələrindən sayılır). Bundan sonra tayfa və qəbilələrin saysız at ilxılarının, qoyun sürülərinin ixtiyarı onun əlinə keçdi və 40 yaşlı Çingiz xan bu nizam-intizamlı tufanı dünyanın dörd qurşağına – güneyə, quzeyə, günbatana və gündoğana yönəltdi. O, 20 il müddətinə Anadoludan Ukrayna düzənliklərinə, Cənubi Çin cəngəlliklərindən Sibir ətəklərinə qədər sonsuz əraziləri və böyüklü-kiçikli qırx dövləti tatar-monqol qılıncı önündə diz çökməyə məcbur etdi. İmperiya ardıcılları, ordu başçıları əsasən, tatar, uyğur, karluq və başqa türkdilli xalqların nümayəndələrindən ibarət idi. Monqollar uyğur əlifbasını götürüb "gizli” və "aşkar” adı altında öz qəbilə tarixlərini yazmışdılar. Çingiz xanın oğul və nəvələri isə artıq tamam türkləşmişdilər.

Çingiz xanın fütuhatı şərqi hunların yürüşündən sonra türk sivilizasiyasının mərkəzi Avropa xalqlarının mədəniyyətlərinə ikinci axınını təmin etdi. Bu axın vasitəsilə Avropa missionerləri Şərqə ayaq açdılar. Çin və hind mədəniyyətinin, fəlsəfəsinin, ədəbiyyat və incəsənətinin öyrənilməsinə yol açıldı. Çingiz xan mərdliyi və ləyaqəti qiymətləndirir, könüllü itaət edənləri bağışlayır, onların hakimiyyətlərinə, sərvət və dinlərinə toxunmurdu. Əksinə, müqavimət göstərənlərə, xəyanət edənlərə amansız divan tuturdu. Bu səbəbdən Şimali Azərbaycanın itaət etməyən Beyləqan, Qəbələ kimi şəhərləri viran edilsə də, Güney Azərbaycanın Təbriz və başqa böyük şəhərləri əsla zərər çəkmədi.

ÇİNGİZ XAN � TARİXİ DƏYİŞƏN SƏRKƏRDƏ

 

Çingiz xanın fütuhatı Çinin, Orta Asiyanın, Qafqaz və İraqın gələcəkdə vahid dövlət şəklində formalaşmasına, milli dövlətlərin yaranmasına şərait yaratdı. Əlbəttə, xalq kütlələri xüsusilə vergilərdən əzab çəkirdi. Lakin bu əzabın əsas baisləri erməni və yəhudi vergiyığanları, onların imansızlığı və acgözlüyü idi. Bu cəhətdən xüsusilə Çin xalqı qazanmış oldu. Belə ki, çoxlu knyazlıqlara parçalanıb bir-birlərilə didişən Çin vahid və mərkəzləşmiş dövlət forması almasına görə Çingiz xana və Xubilaya minnətdar olmalıdır. Azərbaycanda tatar-monqol dövründə mədəniyyət görünməmiş səviyyəyə çatdı. Qazan xan Təbrizi şərqin ən parlaq və zəngin şəhərinə döndərdi.

Sovet tarixçiləri Rusiyanın tatar-monqol hakimiyyəti illərini maddi və mədəni həyatın tənəzzülü kimi qələmə vermişlər. Əslində isə tatar xanları rusları almanlaşmaqdan xilas etmiş, kiçik Kiyev rusunun gələcəkdə ucsus-bucaqsız imperiyaya çevrilməsi üçün şərait yaratmışdılar. Əlbəttə, Çingiz xan humanist deyildi. Lakin o, qeyd etdiyimiz kimi, bağladığı sazişlərə əməl edir, səbəbsiz qırıb-dağıtmırdı. Xarəzmdə şah Məhəmmədin oğlu Cəlaləddin Mənkiburnu Sind çayı sahilindəki döyüşdə məğlub olanda, əsir düşməmələri üçün arvad-uşağını öz əliylə çaya atıb qərq etdikdən sonra özü atıyla bərabər gur dalğaların qoynuna atılıb dağ sellərini yara-yara üzüb gedərkən, Çingiz xan ona heyranlıqla tamaşa etmiş və igid sərkərdənin təqib edilməsinə icazə verməmişdi.

Həmin döyüşlərdə Cəlaləddinin 7 yaşlı oğlu əsir düşür. Çingiz xan gələcəkdə övladları və nəvələri üçün təhlükə yaradacağından ehtiyat edərək Sultan Cəlaləddinin 7 yaşlı oğlunu edam etdirir. Çingiz xanın fütuhatı xalqların zehnində silinməz iz buraxdı. Bu iz xüsusilə rus dastanlarında milli təəssübkeşlik motivlərinin yaranmasına səbəb oldu. Onun nəvəsi Batı xan babasının zəfər bayrağını Adriatik sahillərinə kimi apardı və nəticədə dünya tarixində bütöv bir fəsil və dövr əmələ gəldi.

Çingiz xan

 

 

 

Əgər Monqolustanda böyük xan Ugedey ölməsəydi, Avropanın taleyi başqa cür olacaqdı. Bütün xanlar və sərkərdələr Monqolustana gedib yeni xan seçdilər. Yeni seçilən xan Ugedeyin oğlu Quyuk xan idi. Beləliklə, monqol qəhramanının oğlu Çingiz xanın dövləti onlarla dövlətin sərhədlərini yox edib onlarla tac daşıyan başları dəyişdi. Onlarla xalqın dilində yeni sözlər, yeni adlar, yeni anlayışlar və həyat tərzi gətirdi. Bu fütuhat dünyanın müxtəlif guşələrinə türk dilli xalqların yeni axınını təmin etdi və onların dillərindəki saysız fel birləşmələrinin yaranmasına səbəb oldu. Bütün bunların tarix və gələcək millətlər üçün xeyirlimi, zərərlimi olduğunu demək çətindir. Necə ki, ümumiyyətlə, nəyin yaxşı, nəyin pis olduğunu ayırd etmək qeyri-mümkündür. Bir şey həqiqətdir ki, xalqların hegemonluq uğrunda gizli və açıq mübarizəsi gedir və hələ çox gedəcək. Bəzi xalqlar bu mübarizədən yorulub çəkilir, bəziləri məğlub olub "əriyir” və sonra haçansa tamam başqa qiyafədə peyda olur.

Çingiz xan

 

 

 


Tarix davam edir. O hansı tərəfə gedir, heç kim deyə bilməz. Çünki gələcək hadisələrin planı gözəgörünməz yerdə və gözəgörünməz əldədir. Çingiz xanın qurduğu imperiya Böyük İsgəndərin imperiyasından dörd dəfə, Roma imperiyasından iki dəfə böyük idi. Çingiz xanın həyatı və döyüşləri barədə akademik Ziya Bünyadov "Sultan Cəlaləddin Mənkiburnunun həyatı”, Əlisa Nicat "Dünya sərkərdələri”, Vasili Qriqoryeviç Yan "Çingiz xan” və "Batı” kitablarında geniş məlumat verirlər.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 oktyabr 2012 20:14
    cox ela.melumata gore tesekkur edirem.sagol

  2. 11 oktyabr 2012 08:25
    Indi oyrendiyimiz Dersdir. Elave meumat ucun cox tesekur edirem!
    winked

  3. 14 oktyabr 2012 01:07
    Duzdu Chingiz xan dahi serkerdedir.Ancaq Azerbaycanda olmazin qirgin ve qaretler toretmish monqol tatarlarini turklerle eynileshdirmek neye lazim

  4. 14 oktyabr 2012 01:08
    Erhan Cingiz xan ozu bir tuk idi

  5. 14 oktyabr 2012 09:59
    Hamlet muellim Chingiz xanin turk olmasi haqqinda hec bir melumatim yoxdur.Amma fakt ondadir ki Azerbaycanda bir cox dagintilari qetl ve qaretleri monqollar( monqollarin 1-ci ve 2-ci yurushleri, qizil ordalilarin yuruslerinde) toredibler.Qazan xan islami qebul edende sizin turk dediyiniz o monqollar neylediler?Derhal Qazan xana qarsi cixdilar.Xahis edrem meni duzgun basha dushesiz.Turklerin shanli herb tarixi var amma bunu monqollarla eynilesdirmiyin.Bu hadiseler 700-800 il evvel bash verib.Herden fikirlesirem goresen 500 ilden sonra bizim xalq ermeniler haqqinda nece fikirlesecek

  6. 14 oktyabr 2012 11:36
    Erhan evvela saytimizda bele bir aktual movzuda diskussiya acdiqin ucun. Monqol imperatorluqu ve Cingiz xan menim en sevimli tarixi movzumdur Maqistr distasiya ishimdir hele bakalavrda. Belelikle Erhan Sen ilk ricam her sheyi bir birine qatma Beli monqollar Azerbaycanda daqintilar toredib razi Bes onda Osmanlilarin daqinti toretdiklerini niye demirsen Koroqlu kimlere qarshi mubarize aparib demirsen Yani bu tarixidr Tarixde sehfler olur Esas amma o sehflerden netice cixarmaq bacariqidir Bax Osmanlilar sehflerini duzelde bilib XX esrde Azerbaycana en boyuk destek veren kim olub Hec kim kecmishde olanlari qabardmir cunki lazimda deyil oldu kecdi Yani bizi iki turk dovletini boyuk bir varliq birleshdirir Medeniyyet bedahet ve s. 200 ilden sonra ermenilerle belkede munasibet duzelecek amma bizi onlarda baqlayacaq hec bir medeniyyet olmayacaq hec vaxt cunki ermenilerin bu torpaqlara qelib her sheyi menimsemesi ozlerine uyqun daimidir butun tarix boyu bele olub Yani monqollar bir cox tayfalarin birleshmesi neticesinde formalashib Monqol dovleti yaranana qeder Monqol anlayishi olmayib hetta uzun muddet onlari Avropada bele Rusiyada tatar kimi taniyiblar Tatar ise razi olarsan menimle turklerdir Cingiz ozu turk soylu tayciut tayfasindandir Bir cox o zaman oralarda mesken salan tayfalar turk olub Sadece Cinqiz birleshdikden sonra onlarin parcalanmami ucun onlara Vahid ad verdi Monqol revayete qore qedimde o torpaqlarda yashamyan guclu tayfalara qore Biz Nadir shahi sevirik amma bax onun daqintilarina sen her sheyi gorduyun kimi derhal reaksiya verme fikirlesh ve qorunmeyen hissini oyren Uqurlar fikirlerin olsa buyur !

  7. 15 oktyabr 2012 16:14
    Hamlet muellim hec bir sheyi bir-birine qatmiram.Ola bilsin tatarlarla turkler sonraki dovrlerde bir-biri ile qaynayib qarishiblar.Indi ozunuz fikirleshin muasir dovrde demek olar dunyadan tecrid veziyyetde yasayan monqollari turklerle nece eynileshdirmek olar.Men sizin tatarlarla turkleri eyni goturmek fikri ile razi deyilem.Tatar islami qebul etmish turklerle ve bir hissesi de slavyanlarla qarismis monqollara deyilir. Monqollar qabaqlarina cixan erazileri dagidiblar.Eyni muharibeleri aparmish selcuqlarda, osmanlilarda ve diger turk xalqlarinda biz bunu mushahide etmirik.Siz deyirsiz Osmanlilar Azerbaycanda daginti toredibler.Harada ve nece edibler bele melumata rast gelinmir.Eksine Sefeviler Osmanlilarin yolu uzerinde "yandirilmis torpaq" taktikasi ile her sheyi yandirib mehv edibler.Bununla da men hec de Osmanlilara beraet qazandirmiram.Yaxud Koroglunun mubarizesini misal gosterirsiz.Koroglunun sexsiyyeti tam arasdirilmayib.Koroglu dastaninda olan hadiseler Sefevi-Osmanli muharibeleri dovrune uygun gelmir.Osmanlinin sehvinden danisirsiz Osmanlinin 700 illik tarixinde Qafqaz siyaseti eynile davam edir.Sherqin Napoleonu Nadir sah da o dagintilari nahaq yere toretmeyib.Bilirem menim faktlara yanasmam ferqlidir.Amma realligi nezere alib butun bunlardan sizin dediyiniz kimi sehvlerden netice cixarmaq lazimdir.Men de magistraturani bitirmishem.Amma sizden ferqli olaraq bir az siyasi yonumlu yeni ve en yeni tarix uzre tehsil almisam.Size de ugurlar.Helelik

  8. 15 oktyabr 2012 19:24
    Hormetli Erhan ! Ola bilsin deyil deqiqdir Tatar turkdillidir indiki dovrde de tatarlar Rusiyada var. Men rica edirem bu haqda bir bashqa tarixciden sorush ucuncu teref kimi fikrimizi aydinlashdirmaya ehtiyac var.
    Ikinci mesele Osmanlilar - men demedim ki Osmanlilar pisdir fikrimi deqiq bil rica Onlar bizim qardashlardir bashqa cure de olamaz sadece dovr baximindan sehfler baximindan bu olub. Sen yani yandirilmish torpaq siyasetini Sefevilerle baqlayirsan ve bele anlashildi ki osmanlilar daqitmayib Sefeviler daqidib. Osmanlilar hucum etmeseydi bele sheye ehtiyac olardimi? Tebrizi ele keciren Selim orani nece qaret etdiyini unutmayaq ! Ve ya Suleyman ! Koroqlu ola bilsin revayetdir Amma 17 esrin evvellerinde Azerbaycanda osmanli zulmune qarshi bash veren usyanlardami revayetdir yoxsa 1726-1729-cu illerde Qarabaqda Zenqezurda olan usyanlar yalanmi Bu faktlardir Erhan Sen razilashmaya bilersen tebii ki senin baxishin ferqli ola biler Amma her shey o monqollardan basjhladi Ve Cinqiz xan kimi shexsiyyeti turklukden silmek bize yarashmaz Babeki unudaq onda Islama qarshi olub. Olmaz tebii ki her sheye o dovrun telebleri kimi baxaq. Esas sehfden indi netice cixarmaqdir bu tarixi kecmishi unutdurmaq deyil Olduqu kimi deyek amma ne ucun olubu doqru anladaq Macarlar Hunlarin nesillerindendir Bolqaristan turk mensheli bulqarlardir Amma nosun sonradan bir turk dunyasi kimi yox oldular Alban xristianlari Mebedleri ermeni qriqoriyan kilsesi kimi qeleme verildi O qeder haqsiz fikirleri hele yazmaq olarmi Indiki monqollari o dovrki monqollarla umumiioleshdirmek doqru deyil Cunki o dovrdeki monqollar 3-4 yere parcalandi bunu unutmayaq bir hissesi buddist indikiler ve cinde olanlar bir hissesi musulmanlar Hulakiler Qizil odu Caqataylar Indi bax islami qebul edenlerin ve mesken saldiqlari yerlerin hansinda yashayanlara monqol deyilir Onlarin hamisi turklerdir Monqol ise qaldi Monqolustanda. Novbe senindir Erhan de qelsin lezzet edir debat amma bize 3-cu teref lazimdir qerek onu tapaq Oxuyanlarda maraq varsa buyursun qatilsin bizim sohbete!

  9. 16 oktyabr 2012 09:10
    Hamlet muellim burda deyesen bir anlasilmazliq yaranib bizim aramizda.Eyni faktlari biz ferqli formada teqdim edirik.Ilk once tatar ve ya monqol adi ile baglidir.Beli men raziyam indiki tatarlar turkdillidir.Amma bu ad monqollarin gelisine qeder harda melum idi?Menim bildiyim qeder monqollarin Orta Asiya Sibir Serqi Avropa Qafqaz ve Ural eteklerine kocunden sonra onlardan evvel mesken salmis oguzlar xezerler peceneqler qipcaqlar ve diger turk tayfalari ile qaynayib qarisiblar.Yeni yaranmis xalq tatar adlanmaga baslandi.Yeni islami qebul etmis ve turklesmis monqollarla yerli turklerin nesillerin qarisigi.Beli Monqolustandaki monqollar bir nece yere parcalandi.Amma bu yene monqollarin turk olmasi fikrini subut etmir.Diqqetinize onu da catdirim ki Stalinin bizi Azerbaycanli adlandirdigi ana qeder bizleri de tatar adlandirirdilar.Ikincisi de Hamlet muellim onu qebul edin ki hec bir xalqin yurusu monqol yurusleri qeder dagidici olmayib.
    Tarixi bize teqdim etdikleri kimi yox oldugu kimi gormek lazimdir.Bize indi Babeki islama qarsi mubarize aparmis bir sexsiyyet kimi teqdim edirler.Amma heqiqetde bu bele olmayib axi?Bunu o vaxtki ereb tarixcileri yazirlar.Islama qarsi vurusan sexsin esl adi Hesen(sielerin Ikinci imaminin adi) ola bilermi?
    Qaldi ki sizin 3-ci terefin olmasi fikrine Azebycanda indiki dovrde elmle maraqlanan cox azdir.

  10. 16 oktyabr 2012 22:29
    Erhan muallim mesle aydin oldu mene deyesen Siz deyirsizki tatar anlayishi monqol yurushlerinden sonra yaranib He Siz bidene rica edirem monqollar haqqinda bir rus saytlarinda maraqlanin Ve baxin qorun hec monqol dovleti yaranana qeder monqol adli TAYFA OLUBMU? Amma tatar adli tayfa olub ozde turk mensheli Cinle serhedde vurushqan turdilli tayfa ozde cox mehshur Bu tereflere tatat ifadesi cox cox sonralar qeldi Ashaqida yazdiqlariniz meselesi ile baqli olaraq onu deyim ki Babeke nece qiymet verdiyim menim ele saytimda revaTler bolmesinde Babekden mektub almisham adli musiqili meqale vermishem onun sozlerini ozum yazmisham rica qulaq asarsan

  11. 19 oktyabr 2012 00:47
    Bilirem Hamlet muellim sizin dediyiniz o saytlara da baxmisam.Lakin menim fikrim deyismezdir

  12. 25 oktyabr 2012 16:41
    Hormetli Hamlet ve Erhan mwellim meqaleni oxudum ve sizin mwbahisenizin menasini texmini derk etdim. Evvela meqale haqqinda:cox dushundurucu ve tarixi hadiselere baxishlarina gore ferqlidir.Bir nov analiz edici meqaledir.Duzu son zamanlar az-az rast geldiyim meqalelerden biridir.Buna gore Erhan beye teshekkur edirem.Ikincisi mubahisenizin mahiyyetine munasibet:Sehvleriniz 1) Tarixi hadiselere bu gunun movqeyinden yanashmayin(o dovrun xususiyyetini yaddan cixarmayin)1)Tarixi hadiselere artiq formalashmish fikirlerle (kimlerinse ve yaxud meqsedli yazilmihs kitablarin tesiri altinda)yanashmayin.Onda mubahiseni indi qurtardiginiz kimi qurtaraqsiniz.Yeni here oz fikrinde qalacaqdir.Bu yaxinda eshitdim ki,Rusiya tarixcileri artiq oz tarixlerini er.ev.V esre aparib cixariblar.Indi de qedim hunlari ozelleshdirirler.Men onlari basha dushurem.Daha demeyecekler ki,bu boyda dovletin xalqinin tarixi IX-X esrden bashlayir.Yeni onlar bednam qonshularimiz kimi yalani heqiqet kimi qeleme verirler.Hec bu ishden utanmirlar da.Bes niye biz tarixi heqiqetin ustunde bir-birimiz ile mubahise apaririq.Qaldi zorakiliga,kim deye biler ki,fironlar,selibciler,ABSH-i ishgal eden ingilisler,ispanlar,avropalilar az vehshilikler edibler.Bes niye biz onlarin vehshiliyinden yox medeniyyetinden danishiriq.Bu gunki kimi:sherqde olan hadiseni "islam terrorizmi",Qerbde olan hadiseni:mes:SHim.Irlandiya meselesini Erazi mubahisesi adlandiririq.Tarix haqqinda maraqlanan her bir xalqin numayendesine deyirem :tarix haqqinda en deqiq melumat veren dildir.Rusa deyirem,senin dilinin 40%-den coxu menim sozlerimdir.Ermeninin dilinin cox hissesi,gurcu,cin,avtopa dilerinde,koreya,fars ve diger dillerde de bizim sozlere rast gelmek olur.Ushaqliqda hind filmlerinde "muhabbat"sozune rast gelende teecublenirdim.Indi teecublenmirem.Men fexr edirem ki,boyuk bir xalqin nuayendesiyem.Bir daha deyirem,butun tarixi saxtalashdirmalara baxmayaraq, Siz boyuk bir xalqin numayendesisiniz. Deyesen Siz artiq 3-cu terefi tapdiniz.Qazavatiniz mubarek!

  13. 5 noyabr 2012 20:59
    O CEDVEL NE CEDVELDI KI ORDA MAKEDONIYALI ISKENDER YOXDU

  14. 26 dekabr 2012 23:15
    Nizami muellim men ruslar ve ingilisler kimi ucuncu bir eqoist millet tanimiram

  15. 16 noyabr 2013 20:00
    ne mubahisedi.mende qosulum.ayyy hormetdsizlkik eldim

  16. 19 noyabr 2013 21:34
    men bileni cingiz xan turk serkedesi olub ve monqol dovletinin esasini qoyub beli turk serkerdesi olmagna baxmaayaraq monqol yuruwlerinde iwtirak ederek azerbaycan erazilerine ciiddi ziyanlar vurub ve bu hakda neye gore bele mubahise duwduki?

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.