İosif Vissarionoviç Stalin

İosif   Vissarionoviç  Stalin


İosif   Vissarionoviç  Stalin.

 

                                            ( 1879-1953)

 

SSRİ-nin dövlət və siyasi xadimi. Sovet hökümətinin və Kommunist                       partiyasının rəhbəri (1924-1953). Sovet İttifaqı marşalı (1943) və  generalissimusu (1945).

 

        İosif   Vissarionoviç  Djuqaşvili (Stalin) 1879-cu il dekabrın 21-də gürcü şəhəri olan Qoridə, çəkməçi Vissarionun ailəsində anadan olmuşdur. Onun anası, Ekatrina Geladze, köhnə təhkimçi ailəsindən idi. İosifi 1888-ci ildə yerli ruhani məktəbinə qoyurlar. Ekatrina Djuqaşvili ərinin ölümündən sonra, oğlunu təhsilli etmək üçün, paltar yuyan işləməyə məcbur olur. O, 1894-cü ilin iyununda məktəbi əla oxuyanlar sırasında bitirdi. Elə həmin ilin sentyabrında onu Tiflis provoslav ruhani seminariyasına təyin edirlər. Onun mənəvi inkişafına bu təhsil ocağı, 1899-cu ilin mayına qədər həlledici təsir göstərmişdi. 1892-ci ildə «Mesame dase» («Üçüncü bölmə») adlanan gürcü sosial demokrat təşkilatının sıralarına daxil olmaqla, Djuqaşvilinin həyatında əsaslı dönüh yarandı. Stalin, daha sonra bu tarixi, partiya təcrübəsinin başlanğıcı sayacaq.

      Djuqaşvili  1901-ci ilin noyabrında Rusiya sosial-demokrat fəhlə partiyasının, Tiflis komitəsinin üzvü seçilərək, Batumiyə gedir. O, burada, Aleksandr Kazbeginin «Atasını öldürən» romanından, güclü, az danışan, qorxunc qisasçı olan Kobanın adını özünə təxəllüs götürür.

      Djuqaşvili 1903-cü ildə, qatı dindar olan, sadə gürcü qızı Ekatrina Svanidzeyə evlənir. O, ərinin inqilabi baxışlarını paylaşmırdı. Ekatrina  Yakov adlı uşaq dünyaya gətirərək (1908), bir ildən sonra xəstələnib ölür. Sonralar uşağı Ekatrinanın bacısı götürüb böyüdür.

       Djuqaşvili 1902-1913-cü illər arasında altı dəfə həbsə məruz qalır. O, bir neçə dəfə sürgün olunmasına baxmayaraq, dörd dəfə qaçmağa məvəffəq olmuşdu. 1905-ci ilin dekabrında, RSDRP-nin I konfransı fin şəhəri olan Tammerforsda keçirilirdi. Burada Djuqaşvili V.İ. Leninlə tanış olur.

      Koba, Qafqazda ekspropriasiya (qəsbkarlıq) işlərinə rəhbərlik edərək, inqilabi təşviqatla məşğul olurdu. 1913-cü ilin fevralında, fitnəçi Malinovskinin məlumatına əsasən, onu Peterburqda həbs edərək, Turuxansk vilayətinə sürgün edirlər. O, sürgün illərində özünə Stalin təxəllüsünü götürür. O, fevral inqilabından sonra, 1917-ci il martın 12-də sürgündən qayıdır. O, Leninin köməkliyi ilə  aprel konfransında  MK-yə seçilir. Stalin konfransda milli məsələlərlə bağlı  suallarla çıxış edir. Nəticədə, o, Xalq Komissarları Sovetinin tərkibinə daxil olaraq, milli məsələlər üzrə xalq komissarı təyin olunur. O, daha sonra respublika inqilabi hərbi şurasının üzvü, bir aydan sonra isə, (VSİK) üzvü seçilir.

       

İosif   Vissarionoviç  Stalin
 


Stalin 1919-cu ildə köhnə inqilabçı Sergey Alliluyevin qızı Nadejda Alliluyeva ilə evlənir. Koba bu qadınla 1904-cü ildə tanış olmuşdu. Nadejda Alliluyeva 1918-ci ildə partiyaya daxil olaraq, bir müddət Sarisenidə işləyir. Onların arasında 23 yaş fərq var idi. Aildə Svetlana adlı qız və Vasiliy adlı oğlan doğulur.  Nadejda  Alliluyeva 1932-ci ildə intihar edərək özünü öldürür. Bu hadisə  İosif   Vissarionoviçə   güclü zərbə vurur.

       Stalin Vətndaş müharibəsindən sonra, milli məsələlər üzrə xalq komissarı təyin edilir. O, 1922-ci ilin aprelində Mərkəzi Komitənin Baş katibi seçilir. Stalin tərəfindən yaxşı təşkil olunmuş partiya aparatı, hələ o zaman istənilən müxalifətə qarşı dura bilərdi.

      Müharibədən qabaqkı illərdə, sovet adamlarının ruh yüksəkliyi sayəsində, ölkə bir neçə uğur qazanmışdı. İ. Çörçil (Çerçil) Stalinin ölümündən sonra, haqlı olaraq qeyd etmişdi ki, «o, Rusiyanı xışnan (paya, dayaq) qəbul etdi, ancaq onu nüvə silahıyla qoyub getdi». Eyni zamanda Stalinin rəhbərliyi altında, misli görünməmiş qəddarlığı ilə seçilən kollektivləşmə kompaniyası aparılır.

      Hələ Leninin on il qabaq dediyi sözləri, Stalin 1927-ci ildə sovet strategiyası haqqında eynilə söyləmişdi: «... bizim kapitalist dünyası ilə müharibə aparmağımızdan çox şey asılıdır. Kapitalistlərin bir-biri ilə dalaşmasına qədər....» Stalin xarici siyasətində kapitaşlist dövlətləri arasında ayrıca fərq qoymurdu. Onun Ümumdunya Sülh nəzəriyyəsini yaymaq istyən ölkələrə həqiqi münasibəti, 1928-ci ildə bağlanmış Brian-Kelloq paktından sonra qətiyyətlə deyilmişdi: «Onlar pasifizm ( yalançı sülhpərvərlik) haqqında Avropa dövlətləri öz aralarında sülh münasibətlərindən danışırlar. Brian və Ostin Çemberlin bir-biri ilə əl verib görüşürlər. Bütün bunlar boş şeylərdir. Biz müharibə üçün yeni qüvvələri yerləşdirməyi nəzərdə tütan müqavilələr bağladıqda, bu müqavilələri sülh müqavilələri adlandırıldığını Avropa tarixindən bilirik....»

        Stalin şiddətli mübarizədən, partiyanın XVII qurultayından (1934) sonra, böyük imperiyanın praktik olaraq tək hakiminə çevrildi. Kirovun öldürülməsi, böyük proseslərin təşkili bir siqnal idi. On iki milyondan çoz vətəndaş qulaq və türməyə salındı.

      1933-cü il yanvarın 30-da Hitler Almaniyanın kansleri seçilir. Hitlerin təcavüzkar siyasətinin İngiltərə və Fransa əleyhinə yönəldilməsi  Stalinin gizli məqsədi idi. O, 1920-ci illərin sonu-1930-cu illərin əvvəllrində qərb demokratiyası sayılan –İngiltərə ıə Fransanın Sovet İttifaqının ən böyük düşmənləri olduğunu elan etdi.

     Hitlerin hər gün artan təcavüzkarlığı, Almaniya və Yaponiya arasında komintern əleyhinə (kommunist internasionalı) bağlanmış pakt (1936), Stalini müttəfiqlər axtarmağa vadar edirdi. Stalin qızğınlıqla 1935-1937-ci illərdə Hitler əleyhinə koalisiya yaradılmasına başladı. Bunun sübutu kimi, Fransa ilə qarşılıqlı yardım haqqında pakt bağlayır. Sovet ittifaqının Qərb dövlətləri ilə münasibətində, bir-birilərinə etibarsızlıq hallarına təsadüf edilirdi. Stalin əsaslı olaraq şübhələnirdi ki, demokratik qərb ölkələri, Hitlerin SSRİ-yə keçməsi üçün qızışdırırdı.

      Stalin beynəlxalq xarici siyasətdə, özünü cəld addım ata biləcək,  soyuq mülahizəli adam kimi göstərirdi.  Xüsusilə kapitalist liderlərinin qabiliyyət və güclərini özününkü ilə müqayisədə çoz zəif olduğu üçün fəxr edirdi. Qərb dövlətlərinin «Kollektiv təhlükəsizlik» məsələsinə qətiyyətsiz mövqeləri, Stalinin şübhələrini təsdiqlədi. 1938-ci ilin Münxen hadisələri, Hitler əleyhinə birgə müdafiə cəbhəsi yaratmaq ideyasının uğursuzluğunu təsdiq etdi. Ona görə də, Stalin qərara gəlir ki, Sovet İttifaqı öz təhlükəsizlik problemini qəti olaraq həll etməlidir.

     1939-cu ilin mayın 3-də SSRİ-nin xarici işlər üzrə xalq komissarı Litvinov işdən çıxarıldı, onun yerinə isə Molotov vəzifəyə keçdi. Litvinovun işdən çıxarılması Hitlerə yaxşı təsir göstərdi. Bunu Stalin də bilirdi. Bu elə bir zaman baş verdi ki, fürer Polşaya hücum etmək barəsində düşünürdü və Stalinin razılığı lazım idi.

     Moskvada olan alman səfiri Molotova, Almaniya hökumətinin Sovet İttifaqı ilə danışıqlara hazır olduğunu bildirdi. Stalin mayın 20-də Molotov və Şulenburq vasitəsilə Hitlerə xəbər göndərdi. Almaniya ilə iş qurma təcrübəsindən çıxış edərək, bildirirəm ki, Sovet hökuməti ticarət haqqında yenidən danışıqlar aparmaq üçün «siyasi əsas» yaranarsa, onda öz razılığını verəcək. Artıq Stalinin Hitlerə qarşılıqlı anlaşmaya cəhd edəcəyi heç kimdə şübhə doğurmurdu. Bunu Stalinin qərb dövlətlərinə qarşı olan təmkini, onlarla danışıqlar zamanı şərtlərin qoyulmasında inadkarlığı təsdiq edirdi. Ancaq İngiltərə və Fransa bu şərtləri qəsdən yerinə yetirmirdilər.

      Stalin avqustun 17-də Almaniyanın səfirinə xəbər verir ki, ticarət və kredit haqqında müqavilə bağlanarsa, bu iki dövlət arasında münasibətlərin yaxşılaşmasına səbəb ola bilər. Bu onun mayın 20-də ticarət haqqında müqavilənin bağlanması üçün mütləq «siyasi əsas» olmalıdır bəyanatına tamamilə zidd idi. Bu Stalin üçün xarakterik idi. O, istənilən imkandan istifadə edərək, daha əvvəl edilmiş bəyanatına baxmayaraq, istədiyi kimi öz mövqeyini dəyişdi. Stalin Hitlerin Polşaya hücum edəcəyinə əmin olduqdan sonra, danışıqları uğurla başa vurdu. Çünki, o, bilirdi ki, bu hücum Almaniya ilə Qərb ölkələri arasında müharibəyə səbəb olacaq. Hitler tərəfindən təklif olunmuş əlavə gizli protokol və hücum etməmək paktı Stalinə böyük imtiyazlar verirdi. Bu razılaşmalar Sovet ittifaqını Almaniya tərəfindən hər hansı hücum təhlükəsindən qoruyurdu; Sovet ittifaqının iştirakı olmadan Almaniya ilə Qərb dövlətləri arasında başlayacaq müharibəyə təminat verirdi. Qeyd-şərtsiz mühüm strateji mövqeləri ( Baltikyanı dövlətləri) Sovet İttifaqının mülkiyyətinə keçdi; sonda öz ölkələrini silahlandırmağa başladı.

       Beləliklə, Stalin 1939-cu ilin avqustun 23-də Sovet İttifaqı ilə Almaniya arasında bağlanmış müqavilədən tam razı qalmışdı. Bu Molotov ilə onun Ribbentropun iştirakı ilə bağlanmış müqaviləyə olan diqqətini və onun həyata keçirilməsinə olan qayğısını göstərir.

     Sonrakı həftələrdə Stalin Almaniya nümayəndələri ilə danışıqlarda şəxsən iştirak edirdi. Məhz o, sentyabrın 16-dan 17-nə keçən gecə qraf Şulenburqa bildirdi ki, 4 saat ərzində Qırmızı Ordu Polşa ərazisinə hərəkətə keçəcək. Stalin 1939-cu ilin sentyabrın 25-də Şulenburqnan olan danışığında 1939-cu il avqustun 23-də bağlanmış əlavə gizli protokola dəyişikliklər etməyi təklif etdi. Nəticədə, SSRİ-nin təsir dairəsinə, Latviya və Estoniyadan başqa, həm də Litva da düşəcəkdi. Sərhədlər haqqında danışıqların gedişində məhz Stalin sərhəd xəttini çəkir. Bu xəttə uyğun olaraq da sərhəd komissiyası sərhəddi qoymalı idi.

         Almaniya ilə Sovet İttifaqı arasında (1939-cu ilin  avqustun 23-də) hücum etməmək və müharibəyə başlamaq (1941-ci ilin iyunun 22-də) paktlarının imzalanması gedişində Stalin bir neçə səhv buraxır. Təbii ki, o, Hitler ilə qarşılıqlı anlaşmada Sovet İttifaqı üçün bir çox xeyir (qazanc) əldə etmişdi. O, Polşanın bir hissəsini, Baltikyanı ölkələri, Bessarabiyanı almaqla, öz əhalisini 13 milyona çatdırır. 

İosif   Vissarionoviç  Stalin





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 iyul 2012 23:06
    . ril (eril) Stalinin lmndn sonra, haql olaraq qeyd etmidi ki,

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.