Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə

 

Rəsulzadə Məhəmməd Əmin- Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cumhuriyyətinin( 1918-1920) banilərindən biri Azərbyacan Milli Şurasının sədri( 1918 28 may; 1918 17 iyun;1918-16 noyabr; 1918-7 dekabr) , jurnalist,publist
 
 Rəsulzadə Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu(31.I. 1884-
Bakı,Novxanı k.– 6.III.1955.Türkiyə,Ankara)= Azərbaycanın gör-
kəmli siyasi və dövlət xadimi,Azərbaycan Xalq Cümhuriyyətinin
(1918-1920) banilərindən biri,Azərbaycan Milli Şurasının  sədri
(1918,28may- 1918, 17 iyun ;1918 16 noyabr-7 dekabr), Azərbay-
can Xalq Cümhuriyyəti Parlamentində «Musavat» və bitərəflər
ftaksiyasının sədri, jurnalist, publisist.
     İlk təhsilini Sultanməcid Qənizadənin 2 saylı rus-tatar məktəbində almış
Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarında inqilabi hərəkata qoşulmuş,
«Müsəlman Gənslik Təşkilatı» adlı gənc azərbaycanlı inqilabçılar dərnəyini
Yaratmı. Və ona başçılıq etmişdir(1902-1903).Təşkilat mətbəə üsulu ilə intibah-
Namələr çap edib əhali arasında yaymışdır.
    1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəz-
din1905-1907-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda
yaranan  milli oyanış , Əlimərdan bəy  Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə , Həsən bəy Zərdabi və b.nın çar Rusiyasının milli  ayrı-seçkilik siyasəti
nə qarşı mübarizısi,  getdikcə genişlənməkdə olan  «Türkləşmək,islamlaşmaq  və
müasirləşmək»(«türk qanlı, islam imanlı ,Avropa qiyafəli») məfkürəsi  Rəsulzadənin
milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir.
    1906-1907-ci illərdə «Təkamül»də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara,
siniflərə, insanlara(fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazllarla çıxış
etmiş və zaman keçdikcə bu siyasi tələblər  «insanlara hürriyyət, millətlərə  istiqlal»
çağırışı kimi formalaşmışdır..
     1905-1907-ci illər rus inqilabının məğlubiyyətindən sonra  rusiyanın təqiblərindən
Rəsulzadə İrana mühacirət  etməyə məcbur oldu. Rəsulzadə  1908-1911-ci  illər İran
inqilabında , Cənubi Azərbaycanda milli- azadlıq hərəkatında fəal iştirak etmiş,
Səttarxan və Bağırxanla görüşmüşdü. Bu müddətdə o, Tehranda  Avropa tipli  ilk
gündəlik  «İrane-nou»(«Yeni İran») aəzetini dərc  etmişdir(1910-1911). Həmin dövrdə
Rəsulzadə , Seyid  Tağızadə ilə birlikdə İran Demokratik  Partiyasını yaratmış və onun
Mərkəzi Komitəsinə üzv seçilmişdir. İran inqilabı yatırıldıqdan sonra (1911) Rəsul-
zadə  S.H. Tağızadə ilə Türkiyəyə  mühacirət etmişdir. Burada  Əli bəy Hüseynzadə
və  Əhməd Ağayevlə sıx  əməkdaşlıq  etmişdir, «Türk ocağı» təşkilatına daxil olmuş,
«Türk yurdu» jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş  məqalələrdə
onların milli-siyasi hüquqlarını müdafiə etmişdir. Rəsulzadə,eyni zamanda, bu
dövrdə türçülük ideyaları ilə daha da dərindən tanış olur.
      

Məhəmməd Əmin Rəsulzadə

 

M.Ə.Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə veril-
niş əfv-ümumidən sonra Bakıya qayıdır, «Musavat» partiyasının rəhbərliyinə  keçir
(«Müsəlman Demokratik Partiyası-»Musavat» 1911-ci ilin oktyabrında, Rəsulzadə hələ
Türkiyədə mühacirətdə olduğu zaman , Məmmədəli Rəsulzadə,Abbasqulu Kazımzadə
və Tağı Nağıoğlu tərəfindən yaradılmışdı) və milli azadlıq mübarizəsində fəal iştirak
edir.1915-ci ildə «Açıq söz» qəzetini nəşr edir. Azərbaycan dilinin saflığı uğrunda mü-
barizə aparır, «Dirilik»(1914-1916) jurnalında «Milli dirilik» başlığı ilə silsilə məqalələr
dərc etdirir,millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir,
milli istiqlal ideyalarını geniş təbliğ edir. Onun rəhbərlik etdiyi «Musavat» partiyası
milli azadlıq mübarizəsinin önünə keçir.
      Rusiyada Fevral burjua inqilabının (1917) qələbəsindən sonra milli əsarət  altında
olan xalqlara , o cümlədən Azərbaycan  xalqına yeni yaradılacaq demokratik Rusiyada
«Milli – məhəlli (ərazi) muxtariyyət» verilməsi uğrunda mübarizə aparır.Qafqaz müsəl-
manlarının Bakı(1917, aprel) və Rusiya müs əlmanlarının Moskva(1917,may) qurultay-
larında öz mövqeyini uğurla müdafiə edir. Moskva qurultayında onun Azərbaycan
dilində etdiyi çıxışda irəli sürülən «Milli –məhəlli(ərazi) muxtariyyəti» proqramı
Əhməd Salıkovun «milli-mədəni muxtariyyət»  proqramından fərqli olaraq  böyük səs
üstünlüyü ilə(446:291) qəbul olunur.Bu, Rusiyanın  türk xalqları arasında onun nüfuzu-
nu daha da artırdı. Nəticədə  o, Rusiyanın gələcək dövlət idarəçiliyi  formasını müəy-
yən edəcək Müəssislər Məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi.
     

Məhəmməd Əmin Rəsulzadə

 

1917-ci ilin iyununda  «Musavat»la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi  «Türk-
Ədəmi- Mərkəziyyət» partiyası birləşdi.Rəsulzadə  birləşmiş «Türk Ədəmi-Mərkəziyyət
Firqəsi Musavat»ın sədri oldu.1917-ci ilin oktyabrında «Türk Ədəmi-Mərkəziyyət
Firüəsi Musavat»ın  I qurultayında M.Ə.rəsulzadə  partiyanın Mərkəzi Komitəsinin
sədri seçildi.O,qurultaydakı çıxışında partiyanın mübarizə  istiqamətini müəyyən
edərək bildirmişdi:»Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyəti
də hifz edə biməz.İnsanlara hürriyyət, millətlərə istiqlal».
     Lakin Oktyabr çevrilişindən (1917) sonra Rusiyada bolşevik irticası və yeni milli
əsarət dövrü baçlandı.Silah gücünə  keçmiş Rusiya imperiyasının sərhədlərini bırpa
etmək siyasəti  yeridilirdi.
Bakıda  və onun ətrafında  hakimiyyəti ələ keçirən Stepan Şaumyanbolşevik-daşnak
höküməti Azərbaycana  «muxtariyyət « əvəzinə «məzarıstan» vəd etdi və 1918-ci il
martında Bakıda və  ölkənin digər bölgələrində  azərbaycan xalqına qarşı kütləvi
qırğınlar və soyqırım  törətdi.Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə  baş-
çılıq edən «Musavat»ın binası  və  «Açıq söz»ün redaksiyası yandırıldı. Bu  zaman
Rəsulzadə milli azadlıq hərkatının digər görkəmli rəhbərləri ilə  birlikdə Qagqazın
Rusiyadan ayrılaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh
danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə - Zaqafqaziya
parlamentində (seymində) Müsəlman(Azərbaycan) fraksiyası rəyasət heyətinin
sədri kimi çıxışlar edir. Zaqafqaziya seymi dağıldıqda Rəsulzadə Batum konfrans-
inda iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq  Azərbaycan
Milli Şurasini imzalayır(1918-ci il 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən  Osmanlı dövləti
Bakı Sovetinin daşnak –bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri
tərəfindən  soyqımına məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı
göstərir.M.Ə. Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-
ci ilin iyununda baş vermiş  ilk  hökümət böhranının aradan qaldırılmasında mühüm
rol oynamış,istiqlalın qorunub saxlanması  naminə sədri olduğu Milli Şuranın
müvəqqəti olaraq istefasına razılıq vermişdir.O,1918-ci ilin iyununda  Azərbaycan
Xalq Cümhuriyyətinin  İstanbul  beynəlxalq konfransına göndərilən səlahiyyətli
nümayəndə heyətinə (Rəsulzadədən başqa Xəlil bəy Xasməmmədov və Aslan bəy
Səfikürdski daxil idi) sədrlik etmiş,çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın
mənafeyini uğurla müdafiə etmiş, Azərbaycanda hərbi işin təşkili , maliyyə problemi
Ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış,xüsusən  Bakı məsə-
ləsində çevik və prinsipial mövqe tutmuşdur.1918-ci il noyabrın 16-da Azərbaycan
Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin formalaşmasında  mühüm rol oynamışdır.
    

Məhəmməd Əmin Rəsulzadə

 

!918-ci ilin dekabrın 7-də parlaq nitq söyləmiş və sonra «Musavat» partiyası adından
gənc Cümhuriyyətin dövlət quruluşu , daxili və xarici siyasətinin əsas prinsipləri
barədə bəyannamə ilə çıxış etmişdir. Onun «...müstəqil  Azərbaycanı təmsil edən o üç
boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk  hürriyyəti, islam mədəniyyəti və müasir
Avropa iqtidarı-əhrarınasini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın
üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha  enməyəcəkdir»
sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışlarla qarşılanmışdı.Rəsulzadə
AXC Parlamentində Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların
qəbulunda həlledici rol oynamışdır.M.Ə.rəsulzadə Parlamentdə Bakı Dövlət Universi-
tetinin açılması ətrafında gedən müzakirələrdə qətiyyətlə çıxış etmişdir.Rəsulzadə
Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakultəsində Osmanlı ədəbiy-
yatı tarixindən dərs demişdir.
      M.Ə.Rəsulzadə bu dövrdə Borçalı və Qarabağla bağlı Azərbaycan Xalq Cümhuriy-
yətinə qarşı qaldırılmış ərazi iddialarında  prinsipial mövqe tutmuşdur. Borçalı ilə
bağlı Azərbaycan hökümətini «Qan tökməklə» hədələyən gürcü nümayəndələrinə
«nə etmək olar, əgər məcbur etsələr, qan tökmək olar» deyə qətiyyətlə cavab vermişdir.
O, Qarabağ məsələsində də eyni qətiyyət göstərmişdir:»Bizim fikrimizcə və hökümətin
fkrinə görə Qarabağ məsələsi yoxdur. Necə ki. Bakı məsələsi yoxdur.Buna görə də
Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik»
  

Məhəmməd Əmin Rəsulzadə

 

Rəsulzadə 1919-cu ilin dekabrında keçirilmiş  «Musavat» partiyasının II qurultayında
Partiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat
məruzəsi ilə çıxış etmişdir.Yenidən «Musavat» partiyasının sədri seçilmişdir.
    1920-ci il aprelin 27-də  11-ci Qırmızı Ordunun artıq Bakını ələ keçirmiş olduğu şə-
raitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində  hakimiyyətin bolşeviklərə
təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə  çıxmışdır.
AXS-nin süqutundan sonra  gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişilə Bakıda
«Musavat»ın gizli mərkəzi yaradıldı. Onun özq isə Lahıcda gizləndi.Rəsulzadə  bol-
şeviklərin istilasından sonra AXC-nin dövlət strukturlarının dağıdılması ,repressiyalar,
qanlı qırğınlar dövründə xalqın sovet- bolşevik rejiminə qarşı apardığı şiddətli müba-
rizəni və verdiyi saysız qurbanları görərək bildirirdi:»milli bayrağın torpaqlara deyil,
millətin vicdanına enmiş olduğunu ,hər kəsin bu bayrağı ruhunda,qəlbində və bağrın-
da mühafizə etməkdə olduğuna inandığını» bidirirdi
     M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs  olunmuş, lakin İ.Stalinin göstərişi ilə
həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respub-
likasının Milli İşlər  Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-
Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etdi.
O, AXC-nin süqurundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbay-
canlıların  istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək  məqsədilə Azərbaycan
Milli Mərkəzini(İstanbulda),»Musavat» partiyasının Xarici Bürosunu yaratdı və «Musa-
vat»ın Azərbaycandə fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi.1926-cı ildə
onun fəal iştirakı ilə Parisdə «Prometey» təşkilatı yaradıldı.»Prometey» sovet rejiminə
qarşı müxtəlif xalqlarının nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi.
Rəsulzadə 1931-ci ildə sovet hökümətinin tələbi ilə  Türkiyəni tərk etməli oldu.
1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlandı. 1934-cü ildə
Ə. Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə
əsasən Qafqazda Azərbaycan,Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət
Konfederasiya dövləti-respublika yaratmaq nəzərdə tutulurdu.M.Ə.Rəsulzadə
Ə.Topçubaşovun ölümündən sonra(1934)  siyasi mühacirin istiqlal mübarizəsində
aparıcı rol oynadı.
    

Məhəmməd Əmin Rəsulzadə

 

Məhəmməd Əmin Rəsulzadə

 

1936-cı ildə Varşavada  «Musavat» ın  qurultay səlahiyyətli  konfransı keçirildi.
İsveçrəyə, İsveçrədən  İngiltərəyə, nəhayət Rumıniyaya keçdi. 1942-ci ildə Azərbaycanın
müstəqilliyinə nail olmaq üçün Almaniyanın Xarici İşlər  Nazirliyi və Şərq Nazirliyi ilə
danışıqlara girdi. Lakin danışıqlat uğursuz nəticələndi. M. Ə. Rəsulzadə  Berlində
«Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək,
qafqasiyalı millətlərin dostluqları və siyasətdə bir yerdə yaşamaları üçün çalışmaq və
Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək» məqsədilə Milli Azərbaycan Komitəsi
yaratdı.Almaniya tərəfindən Azəərbaycanın müstəqilliyinin tanınması məsələsində
müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə  1942-ci ilin sonlarında Almaniyanı
tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan
Rəsulzadənin yaratdığı «Azərbaycan Demokratik Birliyi» cəmiyyəti azərbaycanlıların
faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı «Tükiyə-Azərbaycan»
cəmiyyəti isə əsirlrin Türkiyəyə aparılmasına kömək göstərdi.
    1947-ci ildə Türkiyəyə qayıdan M.Ə.Rəsulzadə  burada  Azərbaycan Kültür dərnəyini
(1949-cu il,1 fevral) . 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz  Kon-
fransında iştirak etdi. Konfransın qərarına əsasən, Azərbaycan,gürcüstan və şimali Qaf-
qazın təsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına
gedərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibəti
ilə 1953-cü ilin mayın 28-də «Amerikanın səsi» radiosu ilə Azərbaycan xalqına müraciət
etdi.
      M.Ə.Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli
nümayəndələrindən biridir. Onun 1903-1920-ci illərdə  təkcə Azərbaycanın dövri mət-
buatında 1200-dən artıq  müxtəlif janrda yazıları dərc olunmuşdur.O, ədəbi – publisistik
fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının  tarixi
və ədəbiyyatı ilə bağlı  çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə «Yeni Qafqaziya»
(1923),»AzəriTÜRk»(1928), «Odlu yurd»(1929), «Qurtuluş»(1934), «Musavat bülleteni»
(1936), «Azərbaycan»(1952) jurnallarını, «İstiqlal»(1932) qəzetini nəşr etdirmişdir.
     M.Ə.Rəsulzadə ömrünün sonunadəkAzərbaycanın  dövlət müstəqiliyinin  bərpa
olunması uğrunda fədakarcasına  istiqlal mübarizəsini davam etdirmişdir.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə vəfat etmişdir və Ankaranın Əsri qəbristanın-
da dəfn edilmişdir.
      

Məhəmməd Əmin Rəsulzadə

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  M.Ə.Rəsulzadənin xidmət-
lərini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyinin geniş şəkildə qeyd edilməsi haqqında
sərəncam vermiş və bununla əlaqədar respublikada   silsilə tədbirlər  həyata kecirilmiş-
dirvə ədəbiyyatı ilə bağlı  çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə «Yeni Qafqaziya»
(1923),»AzəriTÜRk»(1928), «Odlu yurd»(1929), «Qurtuluş»(1934), «Musavat bülleteni»
(1936), «Azərbaycan»(1952) jurnallarını, «İstiqlal»(1932) qəzetini nəşr etdirmişdir.
     M.Ə.Rəsulzadə ömrünün sonunadəkAzərbaycanın  dövlət müstəqiliyinin  bərpa
olunması uğrunda fədakarcasına  istiqlal mübarizəsini davam etdirmişdir.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə vəfat etmişdir və Ankaranın Əsri qəbristanın-
da dəfn edilmişdir.
       

Məhəmməd Əmin Rəsulzadə

 



Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 sentyabr 2014 15:53
    Hörmətli Hamlet müəllim,salam. Ən əvvəl saytın bərpa və restavrasiyası münasıbəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm.Sayt əvvəlkinə nisbətən daha gözəl tərtib edilmiş ,dizayn cəhətdən daha da yaraşıqlı olmuş, vizual cəhətdən daha çox görünüşlü təqdim olunur, proqpam əməliyyatları aparmaq daha da asan və əlverişlidir. Səsli təqdimatlar və musiqi nümunələri xoş əhvali-ruhiyyə yaradır.Bütün bunlara görə çox sağ olun. Sayta Və sizin yaradıcılıq işlırinizə uğurlar arzu edirik.Bununla yanaşı bu gün mənim təqdimatlarımı bərpa işlərindən sonra ilk dəfə nəfis və tətibatlı şəkildə dərc etdiyinizə görə öz dərin və səmimi təşəkkürümü bildirirəm.Zəhmətiniz halal edin. Allah bunun bədəlini ödəsin. Hörmətlə Zakir müəllim.

  2. 27 sentyabr 2014 16:01
    Zakir müəllim biz sizə təşəkkür edirik ki, bizimləsiz. Xalqımızın və xüsusəndə şagirdlərimizin maarifləndirilməsində xidmətiniz əvəzolunmazdır. Fürsərdən istifadə edərək onuda qeyd edim ki, sizin yazilar birden bire verilmese 1-2 gunden bir verilecek. Yəni bütün yazılarınız inşallah nəşr ediləcəkdir. Bir daha sağolun !

  3. 27 sentyabr 2014 19:40
    Zakir Mellim xow gorduy Sizi.Necevaxdi sayTda yeriniz gorsenirdi.Zakir Mellim,M.E.ResuLzade kimi wexsiyetimiz hakkinda dersliklerde demek oLarki,meLumaT ''0'' heddindedir.Respublika qurucusu oLan bu wexsiyet hakkinda tebligatci iwler apariLmir.Cox (-) haLdi.indi bura yeri deiL.Sosial mekandi.Herweyi acig daniwmag da oLmur.Ama biz de biliriy hansi seebeblerden dersliklerde yer almadigini.Cox tesufki..Cox sagoLun.maragLa oxudum..

    --------------------

  4. 28 sentyabr 2014 07:45
    Sondan 2-ci şəkildəki kimi,doğrudanda Azərbaycan xalqının onlara hər zaman ehtiyacı olacaq.Çox sağ olun

    --------------------

  5. 6 oktyabr 2014 21:32
    Tesekkurler,Zakir muellim.Heqiqeten de dersliklerde M.E.Resulzade ile bagli melumatlar yox derecesindedir.Bu movzuda yazi yayimlanmasina da boyuk ehtiyac vardi.Emeyinize gore sag olun.

  6. 1 noyabr 2014 17:30
    tewekkur ZAKIR MUELLIM size minnetdaram menim bu melumata ehtiyacim vardi cox sagolun

  7. 8 noyabr 2014 21:01
    Zakir müəllim cox sagolun

  8. 26 may 2015 15:44
    Azərbaycan Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan müstəqillik qazanmışdır. Belə bir gündə Azərbaycan Cumhuriyyətinin ilk dövlət başçısı, Azərbaycan türk xalqının əsil qurtarıcısı, hər zaman heykəlləri vətənpərvər ürəklərdə ucalan dahi şəxsiyyət, dəyərli dovlət xadimi, türkçü, Şərqdə və bütün Türk dünyasında ilk demokratik cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəni unutmaq olmaz. Odur ki, Azərvaycan vətəndaşının ən azı Azərbaycan adlı dövlətin var olmasını bu gün üçün real edən Rəsulzadə dühasını bir daha xatırlamasını özünün bir şərəf borcu kimi qəbul etməlidir.

    Təbii ki, Rəsulzadə irsinə bu gün yetərincə dəyər verə bilməmişik. Bunun əsas günahkarlarından biri isə bizik.Bəxtiyar Vahabzadənin Rəsulzadənin xatirəsinə yazdığı misralar

    Borclu ikən Vətən sənə, xalq sənə
    Hər şey döndü tərsinə.
    Bu torpaqdan verəmmədik
    Bir məzarlıq yer sənə...

  9. 24 sentyabr 2015 10:44
    salam Zakir müəllim məqaləyə gorə təsəkkür edirem.
    Rəsulzadə tarixdi həmişə yaşayacaq

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.