Tarixi şəxsiyyətlər:N.Nərimanov

Tarixi şəxsiyyətlər:N.Nərimanov

 

Nəriman Nərimanov 



Nəriman Nərimanov-(14.IV.1870-19.III.1925)—görkəmli ictimai-
siyasi və dövlət xadimi, Azərbaycan SSR-nin ilk dövlət və hökümət
başçısı,Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından
biri,SSRİ MİK-nin sədri(1922-1925-ci illərdə).; Yazıçı,publisist. 
İlk təhsilini Tiflis müsəlman rühani məktəbində almışdır. 1890-cı ildə
Qori seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının
Qızılhacılı kəndində müəllim təyin olunmuşdur.1891-ci ildə Bakıya gələr-
ək geniş fəaliyyətə başlamış,1894-cü ildə Bakıda türk-müsəlman əhali
üçün ilk qiraətxanası təşkil etmiş,bir sıra Şərq ölkələrindən,Rusiyadan
qiraətxana üçün ədəbiyyat alaraq qiraətxananı xeyli zənginləşdirmişdir.
1894-cü ildə Nərimanovun "Nadanlıq” pyesi Azərbaycan dilində çap ol-
unmuş,1895-ci il yanvarın 15-də ilk dəfə Bakıda tamaşaya qoyulmuş,
əldə olunan gəlir qiraətxanaya verilmişdir.Bu dövrdə N.Nərimanov
"Dilin bəlası”,yaxud "Şamdan bəy”(1895),”Bahadır və Sona”(1896-1908)
"Nadir şah”(1899) əsərlərini,bir çox publisistik məqalələr,Azərbaycan və
rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır.Azərbaycan dramatur-
giyasında ilk tarixi dram əsəri olan "Nadir şah” pyasi çap olunsa da,ta-
maşaya qoyulmasına yalnız 8 ildən sonra icazə verimişdi.N.Nərimanov-
un ədəbi-publisistik fəaliyyəti türk-müsəlman əhalinin milli oyanışına 
xidmət etmişdir.1896-cı ilin mayında Bakı realnı məktəbində ştatlı mü-
əllim vəzifəsinə təyin olunan Nərimanov 1902-cidə ekstern qaydası ilə
imtahan verərək,Bakı kişi gimnaziyasnı bitirmək naqqında kamal attes-
tatı almış və həmin ildə Odessadakı Novorosiya Universitetinin tibb
fakultəsinə daxil olmuşdur.Odessada oxuyarkan bir qrup tələbə ilə
Baxçasaraya(Krım) gedərək orada tamaşalar vermiş, İsmayıl bəy Qas-
pralı ilə görüşmüşdür.
N.Nərimanov siyasi fəaliyyətə Odessada tələbə hərəkatında baş-lamış,çar höküməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya
qayıtmış,sosial-demokrat "Hümmət” təşkilatına daxil olmuş, həmin
təşkilatın fəaliyyətində yaxından iştirak etmişdir.Bu dövrdə İran inqilab-
çıları ilə sıx əlaqə saxlayaraq İran sosial-demokrat "İctimaiyyun-amiyun”
("Mücahid”)partiyasının əsasını qoyanlardan biri olmuşdur.Nərimanov
1906-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının(RSDFP) proqra-
Mını Azərbaycan dilinə çevirmişdir.1906-cı ildən başlayaraq Nərimanov-
un mətbuatdakı çıxışları mədəni, maarif məsələləri ilə yanaşı ,açıq siyasi məzmun
daşıyır.1906-cı ildə o, Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən birinci
qurultayının təsis komissiyasına sədrlik etmişdir.
N.Nərimanov 1906-cı ildə təhsilini başa vurmaq üçün Odessaya qayıtdı.
1907-1908-ci illərdə "Nadir şah” faciəsi Volqaboyu,Tqrküstan,Cənubi Qafqaz
Şəhərlərində və Tehranda tamaşaya qoyuldu.1908-ci ildə Universiteti bitirib
Bakıya qayıdır və şəhər xəstəxanasında işləyir.1909-cu ilin əvvəlində Tiflisə köçüb
həkim-trapevt işləyən Nərimanov "Mücahid” təşkilatının üzvü olması və İran
inqilabçılarına yardım göstərməsi ilə bağlı martın 1-də həbs edilib ,Metex qalasına
salınmışdır.
1909-cu ilin sentyabrında Nərimanov Həştərxana sürgün edilir və burada oldu-
gu müddətdə Qafqazla əlaqələrini kəsməmiş,ictimai-siyas fəaliyyətini davam etdi-
rərək,yerli mətbuatla əməkdaşlıq etmiş,həkimliklə məşğul olmuşdur.Həştərxan
Xalq Universitetinin sədri kimi Nərimanov quberniya həkimlərinin II qurultayında
"Şurayi-İslam” cəmiyyəti adından çıxış etmış(1911,aprel),Həştərxanda yaçayan
Türk əsirlərinin I qurultayını keçirmişdir.
1913-cü ildə Nəriman Nərimanov Həştərxandan Bakıya qayıtmış və həkimliklə
məşğul olmaqla yanaşı "Nicat” cəmiyyətinin maarif bölməsinin sədri seçilmiş və
"Tənqid gecələri” ədəbi dərnəyinin yaratmışdır.1917-ci il Fevral inqilabından sonra
"Xalq yurdu”, "Ədəb yurdu”, "Xalq evi”, "El yurdu”, "Qənaət” adlı təşkilat və cəm-
iyyətlərdə siyasi mühazirəçi kimi Rusiyadakı inqilabi proseslər haqqında məlumat-
lar vermişdir.
N.Nərimanov 1917-ci ilin martında "Hümmət”(bolşevik) təşkiltı Komitəsinin 
Sədri və RSDF(b)P Bakı Komiətəsinin üzvü seşildi.Bakı Müsılman İctimai Təşkilatlar
Bürosunun tərkibinə Əlimərdan bəy Topçubaşov,Fətəli xan Xoyski,Əbdüləli bəy
Əmircanovla birlikdə daxil idi.O,Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş qurul-
tayında iştirak edərək onun rəyasət heyətinə seçilmişdir(1917,aprel).Həmin dövr-
də qıxğın fəaliyyət göstərən Nərimanov 1917-ci ilin iyununda Müsəlman İctimai
Təşkilatları Komitəsinin xüsusi iclasında məruzə etmiçdir.İyulun 3-də Nərimanovun 
redaktorluğu ilə "Hümmət”qəzeti nəşrə başladı.1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının üzvü seşildi, noyabrında Müəssislər məclisinə namizəd göstərildi.
O,1917-ci ilin dekabrında hərbi əsirlərə yardım göstərilməsi ilə bağlı komissiyanın
Sədri təyin edilmiş,Bakıda türk əsirlərinə böyük qayğı göstərmişdir.
1917-ci ilin payızında bolçeviklər Bakıda hakimiyyəti ələ keçirdiyi dövrdən Nərimanov türk-müsəlman milli qüvvələrinə qarşı Stepan Şaumyanın rəhbərliyi ilə
Həyata keçirilən milli düşmənçilik siyasətinin qarşısını almağa çalışmışdır.1918-ci ilin əvvəlində müsəlman diviziyasının başçısı general Talışinski Nərimanovun təkidi ilə həbsdən azad edilmiş,martda Nərimanovun təşəbbüsü ilə bolşeviklərlə müsa-
vatçılar arasında danışıqlar aparılmışdır.Nərimanov müsəlmanlara qarşı qırğınları
dayandırmaq üçün S.Şaumyana və P.Caparidzeyə məktubla müraciət etmiş,nəti-
cədə müsəlman sosialistlərlə Şaumyan və Caperidzenin birgə müzakirəsi keçirildi. 
1918-ci ililn martın aöırlarında yaradılmış Bakı şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü olan Nərimanov silahlı erməni milli hərbi hissələrinin
ləğv edilməsi haqqında Komitənin göstərişini imzalamışdır.
1918-ci ilin aprelin 25-də Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı
Xalq Komissarları Sovetinin (BXKS) tərkibinə daxiil edildi.Şəhərin sanitar şəraiti ,
şəhər müəssisələrinin,xəstəxanaların,təhsil müəssisələrinin vəziyyəti ilə bağlı
tədbirlər görmüş,onun təklifi və imzası ilə BXKS-in kağız pul nişanları buraxılmış-
dır. İyunda ağır xəstələnərək ,RSDF(b)P Bakı Komitəsinin qərarı ilə müalicə üçün
Nəştərxana göndərilir.Nərimanov BXKS-nin fəaliyyətindən narazı qalmış,1918-ci
Ilin martında müsəlmanlara qarşı vəhşilikləri,sonradan isə bu cinayətlərin qəzalarda eyni dərəcədə davam etdirilməsini qətiyyətlə pisləmişdir.Bu cinayətlər
üçün "1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir” tələbində olsa da,
sosializm ideyalarına inanan Nərimanov Qadqazda sovet hakimiyyətinin qurulma-
sına çalışmışdır.Lakin bu prosesin "sinfi qırğınlar”,vətəndaş müharibəsi,silahlı mü-
barizə yolu ilə deyil,yerli əhalinin milli-tarixi təfəkkürünü,sosial-məişət ənəsini,mə-
nəvi təlabatını,psixiologiyasını nəzərə almaqla,siyasi mübarizə vasitəsi ilə həyata
keçirilməsini qəbul edirdi.1919-cu ilin yanvarında N.Nərimanov Zaqafqaziya mü-
səlmanlarının işləri üzrə komissarlığın sədri seçilmişdir.
N.Nərimanovun "Qafqazın fəthinə baxış” məruzəsi və` "Biz Qafqaza hansı şüarla gedirik?” məqaləsi Qafqazda bolşevik siyasətinin proqrqm sənədləri idi.
1919-cu ilin iyulunda Nərimanov Azərbaycan Xalq Cümhuriyyəti 4-cü hökümət
başçısı N.Yusifbəyliyə məktubla müraciət etdi.Məktubda hökümətin İngiltərəyə
münasibətdə mövüeyi tənüid edilir,Denikin təhlükəsinə qarşı mübarizənin mahiy-
yəti açıqlanır,sovet Rusiyası ilə əlaqələrin əhəmiyyətindən bəhs olunurdu.Ümum-
dünya inqilabına inamın güclü olduğu dövrdə Azərbaycanda da covet hakimiyyəti-
nin qurulmasını labüd sayan Nərimanov höküməti könüllü surətdə hakimiyyətdən
əl çəkməyə çağırırdı.Məktubunu tarixi sənəd kimi dəyərləndirən Nərimanov son-
rakı nəticələr üşün məsuliyyəti hökümətin üzərinə qoyurdu.
N.Nərimanov 1919-cu ilin avqustun 10-da mili azlıqların Moskvada çağırılan 
müşavirəsinə nümayəndə seçilmişdi.1919-cu ilin iyulunda RK(b)P MK-nın çağırı-
şı ilə Həştərxandan Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissar-
lığı Yaxın Şərq şöbəsinin müdiri təyin olundu,bir müddət həm də RSFSR Xalq Milli
İşlər Komissarının müavini işlədi.Həmin dövrdə N.Nərimanov Sovet Rusiyasının
Hökümət başçısı və rəhbəri Vladimir İliç Leninlə tez-tez görüşmüş,Rusiyanın xarici
siyasətində Şərqin xüsusiyyətlərini nəzərə almağı ona tövsiyyə etmişdir.1919-cu il noyabrın 27-də Şərq xalqlarının 2-ci Ümumrusiya qurultayında çıxış etmişdir.
1920-ci ilin fevralında Bakıda gizli keçirilən AK(b)P-nin 1-ci qurultayının fəxri sədri
seçilmişdir.Şərqlə bağlı əsas məsələlərdə Nərimanovun böyük önəm verən Lenin
1920-ci il martın axırlarında Bakının,Azərbaycanın vəziyyəti, Sovet Rusiyasının
Cənubi Qafqaz milli hökümətlərinə münasibəti barədə N.Nərimanovla söhbət et-
mişdi.Nərimanov RK(B)P MK-nın qərarı ilə Şimali Qafqazda sovet hakimiyyətinin
bərpa etmək üçün aprelin 8-də yaradılan Büronun üzvü seçildi.V.İ.Leninin göstərişi
ilə Qafqaza yola düşən Nərimanova Cənubi Qafqaz müsəlmanlarının işləri üzrə
komissarı vəzifəsi tapşırılmışdı.1920-ci il 27 apreldə N.Nərimanov qiyabi olaraq
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin,sonra isə Azərbaycan İctimai Şura
Cümhuriyyəti hökümətinin(Azərbaycan SSR Xalq Komissarları Soveti) sədri seçildi.
N.Nərimanov 1920-ci ilin mayın 16-da Bakıya gəldi və onu təntənə ilə qarşıladılar.Onun gəlişi ərəfəsində Q.Orconikidze və S.Kirov V.Leininə teleqram
göndərərək”bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət” istəmiş, həm də
"Nərimanova belə səlahiyyət verməməyi” tövsiyyə etmişlər.Nərimanovun,baş verən haqsızlıqlara qarşı mübarizəsi Azərbaycan xalqının düşmənləri tərəfindən
"milli təmayülçülük”,”millətçilik” siyasəti,sonrallar isə "nərimanovçuluq” adlan-
dırılmışdır.
N.Nərimanov Azərbaycan xalqının milli -mədəni tərəqqisinə,din problemləri-
nə,Azərbaycan dilinə dövlət statusu verilməsinə,milli siyalılara və təhsilə xüsusi
diqqət yetirmiş,bütün bunlara milli dövlət quruculuğunun tərkib hissəəsi kimi
baxmış,milli adət-ənənələri qorumuş,elm,maarif,mədəniyyətin inkişafına qayğı
göstərmişdir.Onun bu fəaliyyəti birmənalı qarşılanmamış,əleyhinə geniş kompani-
yalar aparılmışdır.N.Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və
Dərbənd ərazilərini itirmiş,Zaqatala,Zəngəzur,Naxçıvan, Qarabağ və Bakının taleyi
mürəkkəb olaraq qalırdıı.Onun qətiyyəti sayəsində Naxçıvan,Qarabağ,Zaqatala
Azərbaycanın tərkibində saxlanılmış,Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır.
O, Naxçıvanın Azırbaycandan təcrid olunmaması üçün Mehridən yol almaqdan
ötrü ardıcıl mübarizə aparmış,Zəgəzurun Azərbaycandan ayrılmasının qarşısını
ala bilməmişdir.Azərbaycanı Sovet Rusiyasının müttəfiqi, müstəqil bir respublika
kimi görən Nərimanov qarşılıqlı etimad əsasında mərkəzlə Azərbaycan arasında
siyasi və iqtisadi hüquqların bölgüsü,Bakının milli simasının itirməsinin qarşısını
alınması,milli və dini ənənələrinin qorunması uğrunda ardıcıl mübarizə aparmışdır.
Mərkəzin Azərbaycana qərəzli münasibətini,ruslara,ermənilərə və b. Qeyri millətlərəimtiyazların verilməsini pisləmiş,”kommunist cildinə girmiş daşnakların”
məkrli niyyətlərini ifşa etmişdir. O,Azərbaycan nümayəndəsinin bilavasitə iştirakı
olmadan mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini,
mərkəzi strukturlarda Azərbaycanın tam səlahiyyətli nümayəndələrinin təmsil olunmasını,naft sənayesinin Azərbaycan hökümətinin nəzarətinə verilməsini tələb
etmişdir.Milli ordunun,aviasiyanın,nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş,Bakı-Culfa dəmir yolunun,Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır.
N.Nərimanov Sovet hökümətinin Şərq siyasətini düzgün anlamamaqda ittiham edirdi.”İranda kommunist inqilabını inkişaf etdirmək " tərəfdarlarının tezliklə iflasa
Uğrayacağını əvvəlcədən bildirirdi.Nərimanov Rusiyanın Türkiyə siyasətinə müsbət təsir göstərmişdir.Türkiyədən moskvaya göndərilən nümayəndə heyətinin hamısı
Bakida Nərimanobvan məsləhət aldıqdan sonra oraya gedirdi.Nərimanov Kamal
Atatürkə və türk xalqının istiqlal savaşına dərin rəğbət bəsləmiş,əlindən gələni
əsirgəməmişdir.Kremldəki ermənipərəst qüvvələrin təcrid olunmasında,1921-ci
il Qars müqavələsinin bağlanması və ratifakasiya edilməsində Nərimanov xüsusi
rol oynamışdır.
Nərimanov sovet Rusiyasının Azərbaycanın səlahiyyətlərini tam məhdudlaşdır-
maq siyasətinə qarşı çıxmış,Azərbaycanda baş verən "inqilabi proseslərə” digər bolşeviklərdən fərqli münasibət bəsləmışdir.Bu səbəbdən də AK(b)P-nin 2-ci
qurultayında(1920,oktyabr) ifrat bolşeviklər-V.V.Lominadze,Sarkis,Orcenikidze,
Zemlyanski,Yeqorov və b. tərəfindən kəskin tənqid olunmuşdur.
1921-ci ilin mayında 1-ci Ümumazərbaycan Sovetlər qurultayını,Azərbaycan
MİK-in ilk iclasını açmış,sesiya Nərimanov başda olmaqla Azərbaycan SSR hökümə
tini təşkil etmişdir.1921-ci ildə Azərbaycan rəhbərliyində(S.M.Kirov,M.dD.Hüseyn-
ov,L.İ.Mirzoyan,Ə.A.Qarayev,R.Ə.Axundov və b.) ona qarşı ixtilaf güclənmişdi.
Nərimanovun yüksək statusla rəhbər vəzifələrə təyinatı ilə müxalif qüvvələr onu
Azərbaycandan uzaqlaşdırmağa nail oldular.1922-ci ilin martında N.Nərimanov
Zafqaziya Sovet Federativ Sosialist Respublikası(ZSFSR) İttifaq Sovetinin sədrlərin-
dən biri oldu.O,Zaqafqaziya partiya təşkilatlarının 1-ci qurultayında(1922,fevral)
RK(b)P Qafqaz Ölkə Komitəsinin,iyunda isə Zaqafzqaziya Ölkə Komitəsi Rəyasət
Heyətinin üzvü,RK(b)P 12-13-cü qurultaylarında MK üzvlüyünə namizəd seçilmiş,
Sovet nümayəndə heyətinin üzvü kimi Genuya konfransında(1922) iştirak etmişdi.
SSRİ-nin 1-ci Sovetlər Qurultayında(1922,dekabr) yaradılmış Mərkəzi İcraiyyə Ko-
mitəsinin ilk sesiyasındaZSFSR_dən SSRİ MİK sədri seçilmiş,SSRİ-nin ilk Konstituti-
siyasını(1924) hazırlanmasında iştirak etmişdir.SSRİ MİK Rəyasət Heyətinin Nəri-
manovun sədrliyi ilə keçən iclasında (1925,13 fevral) Böyük Sovet Ensiklopediyası-
nın nəşri qərara alındı.Şərqşünaslıq Elmi Cəmiyyəti və onun "Novıy Vostok” jurnalı
ilə əməkdaşlıq etmişdir.Moskva Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun
adını daşımışdır.1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyəti-
nin 30 illiyi təntənə ilə qeyd olunmuşdu.Müamalı şəkildə qəflətən vəfat edən
N.Nərimanovun zəhərlənərək öldürülməsi fikri geniş yayılmışdır.Nərimanovun
dəfn günü- martın 23-ü matəm günü kimi elan edilmişdir.N.Nərimanov Moskvada
Qızıl Meydanda Kreml divarı yanında dəfn olunmuşdur.
N.Nərimanov ZSFSR və SSRİ rəhbərliyində çalışdığı dövrdə də Azərbaycanda gedən prosesləri diqqətlə izləmişdir.Azərbaycan neftinin 15%-nin respublikaya çatması,maarif və səhiyyəyə sərf edilməsi uğrunda mübarizə aparmışdır.
Nərimanov Azərbaycan xalqının mənafeyinə zidd siyasəti cəsarətlə ifşa etmiş,
Moskva qarşısında məsələlər qaldırmış,”Şərq məsələsi” və "Azərbaycanda vəziy-yət” bölmələrindən ibarət "Ucqarlarda inqilabımızın tarixinə dair” adlı iri həcmli
məktub-məruzəni Mərkəzi Komitəyə,İ.Stalinə,L.Trotskiyə,K.Radekə göndərmişdir.
Nərimanovun məktubda qeyd etdiyi "bu sənədin işıq üzü görməyə imkanı yoxdur,
Lakin vaxt olacaq ki,tarix bizim qəzanın müqəssirlərini axtaracaqdır” fikri düz çıxdı.
Daha sonra məruzədə göstərilidi:”...hal-hazırda Azərbaycanda daşnak siyasəti tam
gücü ilə həyata keçirilir...Serqo(Orcenikidze) və Stalinin simasında AKP MK biz türk
lərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır”. Tarix bu-
nu bir daha sübut etdi.
N.Nərimanovun vəfatı ilə Azərbaycanda "nərimanovçuluq” cərəyanına qarşı təd
Birlə başlandı.Uzun müddət Azərbaycanda onun adının çəkilməsi yasaq edidi.
1950-ci illərin ortalarından N.Nərimanova "ictimai və siyasi bəraət” verildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində N.Nərimanovun icti-
mai-siyasi fəaliyyəti layiqli qiymətini almış,anadan omasının 100 illiyi təntənə ilə
qeyd olunmuş,Bakıda əzəmətli abidəsi ucaldılmış,Xatirə muzeyi yaradilmışdır.
Ulyanovskdə(1977),Marneulidə(1983) Nərimanova abidə qoyulmuşdur.1982-ci ildə Moskvada yaşadığı binada onun qranitdən barelyef portreti təsvir olunan
xatirə lövhəsi asılmışdır.

Hacıqabul r-nu UDULU kənd tam orta məktəbi: müəllim Z. Əliyev



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 iyun 2014 12:08
    Çox sağ olun,məqaləyə görə.Amma menim bildiyim o idiki,İrəvanin Ermənistana verilməsində Nərimanov da iştirak etmişdi.Əgər sehv xatırlamıramsa,bu dərsi keçdiyimiz vaxtı,muəllimlə muzakirəmiz olmuşdu,yəni İrəvani nece verərlər mövzusunda.Muəllimimiz dedmişdi o vaxtki veziyyət ele gətirib.Amma bir yazıçı kimi əsərlərindən xoşum gəlir.İki gun bundan qabaq "Bahadır və Sona"əsərini oxudum və mənə çox təsir etdi.

    --------------------

  2. 13 iyun 2014 16:12
    Hörmətli Lamiyyə xanim . 1918-ci ilin mayın28-də- Zaqafqaziya Seymi dağılandan 2gün sonra Tiflisdə AXC və Ermənistan dövlətləri yarandı.Mayın 29-da AXC Milli şurasının iclasının qərarı ilə İrəvan ermənilərə güzəşt edildi.İclasda Fətəli xan Xoyski məruzə edərək bildirib ki,Azərbaycan və Ermənistan federasiyaları sərhədlər məsələsini müzakirə etmişlər.Xoyski Erməni federasiyasının yaradılması üçün siyasi mərkəz lazım olduğunu və İrəvanı erməni- lərə güzəştə getməyi təklif edib.X.Xasməmmədov,M.Y.Cəfərov,Ə.Şeyxülislamov M.Məhərrəmov bu məsələ barədə çıxış edərək İrəvan- ın ermənilərə güzəştini tarixi zərurət kimi,ancaq bədbəxtlik adlandırıblar.Bu məsələ səsvermə nəticəsində Şuranın 28 üzvündən 16-sıİrəvanın ermənilərə güzəşt edilməsi lehinə,1 nəfər əleyhinə 3 nəfər bitərəf qalmışdır(protokolda belə göstəri- lib).Beləliklə,Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir.Bu,böyük tarixi səhv qərar idi.Lakin gənc AXC-nin dünyada taninması üçün iri dövlətlərin güclü təzyiqi nəticəsində zorla qəbul etdirilmiş qərar idi. N.Nərimanov isə bu saman Bakı Xalq Komissarlari Sovetinin şəhər təsərrüfatı komissarı idi.Bunu da bilmək lazımdır ki,AXC1918-ci il 28 mayında Tiflisdə yaranması elan edilib,bu zaman Bakıda və ətraf yerlərdə Bakı XKS-nin hakimiyyəti var idi. Əslində Azərbaycanda " hakimiyyətlilik yaranmışdı. Nərimanov 1920-ci il aprelin 28-də Azərbaycan SSR XKS-nin sədri seçilmişdi. Hörmətlə Zakir müəllim.

  3. 14 iyun 2014 10:30
    Çox sağ olun açıqlamaya  görə.Amma insan fikirləşəndə dəhşətə gəlirki,öz torpaqlarımızı öz əlimizlə duşmənə pay vermişik.Görəsən onlar "Torpaqdan pay olmaz"sözunun mahiyyətini bilməyiblər?Birdəki Emənistan federasiyasi uçun siyasi mərkəzin lazimlığını bizimkilər niyə fikirləşir?

    --------------------

  4. 15 iyun 2014 16:53
    Melumat ucun cox sagolun .deyerli ve lazmli melumatdir

    --------------------

  5. 23 iyun 2014 12:53
    torpagdan pay olmaz sozunun yerine o vaxdi yeqin canimizdan pay olmaz menasini anlayiblar ona gore torpagi veriblerki cannari sag qalsin.!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.