Abbas Mirzə Qacarı

Abbas Mirzə Qacarı

 

Qacarların zadəgan nəsli milli tarixin ayrı-ayrı mərhələlərində Azərbaycana böyük görkəmli şəxslər pleyadası hədiyyə edib ki, onların da arasında çox istedadlı sərkərdələr və məşhur dövlət xadimləri olub.

Tarix Qara Piri bəy Qacar, İmamqulu Qacar kimi sərkərdələr (Hər ikisi XVI yüzillik), İran hökmdarı və Qacarlar dövlətinin banisi Ağa Məhəmməd şah Qacar (1741-1797), həmçinin zamanında rus işğalına qarşı qəhrəmancasına müqavimət göstərən əfsanəvi Gəncə xanı Cavad xan Ziyadxan oğlu Qacarın (1748- 1803) adlarını əbədi olaraq yaddaşına həkk edib.

Heç şübhəsiz ki, siyahıya bu soyadın daha bir layiqli nümayəndəsini - Abbas Mirzə Qacarı (1788-1833) da aid etmək olar. Məlum olduğu kimi, Ağa Məhəmməd şah 1795-ci ildə qanlı müharibədən sonra İranda və Cənubi Azərbaycanda 1747-ci ildən uzanan daxili hərc-mərcliyə son qoya və ölkənin bütövlüyünü bərpa edə bildi. Nəticədə paytaxtı Tehran olan yeni Qacarlar dövləti yarandı.

O şahlıq dövründə Çingizxanın "Yasa”sını əldə rəhbər tutaraq ölkə üçün yeni qanunlar toplusu qəbul etdi. Qacar dövrünü tədqiq edən məşhur Azərbaycan alimi Əminə Pakravan yazır ki, "Qacar qanunvericiliyinə əsasən taxt-taca yalnız valideynləri hakim soyadın əsil nümayəndələri olan insanlar çıxa bilərlər”. Bu baxımdan Abbas Mirzənin tam olaraq bəxti gətirib. Onun anası Asiyabəyim xanım Qacarlar nəsli ilə yaxın qohumluq əlaqələri olan Dəvəli ailəsindən olub.

Asiya xanımın qohumları vaxtikən dövlətin birləşdirilməsi işində Ağa Məhəmməd şaha böyük maddi və hərbi köməklik göstəriblər. Şah isə minnətdarlıq əlaməti olaraq bu ailənin xanım nümayəndəsini özünə gəlin edib.

Abbasın atası taxt-tacın o zamanki varisi və İranın gələcək hakimi Fətəli şah Qacar idi. Ağa Məhəmməd şahın doğma övladı olmayıb, bu səbəbdən o, varislik məsələsinə həssaslıqla yanaşıb. Qardaşı oğlu Fətəli şahı oğulluğa götürən Ağa Məhəmməd Qacarların kişi nəslinin kəsilməməsi üçün onu dərhal Abbas Mirzənin anası - Asiya xanımla evləndirib. O Mazandaranda (Cənubi Azərbaycan) doğulduğundan özündə daimi türk təsiri hiss edib və uşaqlıqdan Ağa Məhəmməd şahın sevimlisinə çevrilib. Şah onu tez-tez hərbi yürüşlər və təlimlərə aparardı. O hərbi işin çətinliklərinə tez alışdı, möhkəmləndi və təcrübə topladı və bu, döyüş meydanında dəfələrlə onun köməyinə gəldi. 1797-ci lildə Ağa Məhəmməd şah Şuşada öz mühafizəçiləri tərəfindən xaincəsinə qətlə yetirildi və taxta Abbas Mirzənin atası Fətəli şah çıxdı.

İki il sonra o rəsmi olaraq taxt-tacın varisi – "Naib-us-sultan” elan olundu və paytaxtı Təbriz olan Azərbaycan vilayətinin canişini vəzifəsinə təyin olundu. Bu təyinat yazılmamış qanunlar və ənənələr ruhunda edilib, çünki Böyük Şah Abbasdan (1587-1629) başlayaraq imperiyanın hökmdarı olmazdan öncə taxt-tac varisinə Azərbaycanın idarəçiliyi etibar olunurdu ki, o da öz növbəində "çarlığın hakimi” fəxri titulunu daşıyırdı. Qacarlar da Səfəvilər kimi türk mənşəli idilər, ona görə də onlar qədim, lakin nişanə qaydasını saxlamalıdır.

1799-cu ildə Abbas Mirzə Təbrizə köçür. Fətəli şah dayısının missiyasını davam etdirməkdə, yəni Səfəvilərin keçmiş torpaqlarını geri qaytarmaqda qərarlı idi.

Bunun üçün birinci Şimali Azərbaycan xanlarının müqavimətini qırmaq tələb olunurdu, daha sonra isə Cənubi Qafqazda öz mövqeyini istənilən yolla möhkəmləndirməyə çalışan Rusiya ilə vuruşmaq lazım idi. Belə ki, Xoy əyalətinin canişini Cəfərqulu xan rusların dəstəyi ilə mərkəzi hakimiyyətə qarşı üsyan qaldırır. Gənc, eyni zamanda təcrübəli sərkərdə Abbas Mirzə dərhal üsyançılarla döyüşə girir və onları darmadağın edir. Üsyana başçılıq edən Cəfərqulu xan qaçmaqla canını qurtarmağa çalışır, lakin Abbas Mirzənin əsgərləri onun Urmiya rayonu ərazisində güllələyərək qətlə yetirirlər. Bu qələbə Abbasa görünməmiş sərkərdə şöhrəti gətirir.

Lakin Abbas bilirdi ki, ölkənin problemlərini, onun kənd təsərrüfatı, elm və hərbi iş sahələrində geriliyini silah yolu ilə həll etmək olmaz. İslahatlar qaçılmaz idi və o tədricən müasirləşdirmə işlərinə başladı. Onun sərəncamı ilə, kəndlilər üçün nəzərdə tutulan vergilər əhəmiyyətli dərəcədə azaldıldı, onlara əlavə olaraq hakimiyyət tərəfindən əhəmiyyətli dərəcədə maddi yardım göstərildi ki, bu da kənddə vəziyyəti bir xeyli yüngülləşdirdi. Abbas Mirzənin təşəbbüsü ilə, Təbrizdə - Azərbaycan vilayətinin paytaxtında İranın və Azərbaycanın tarixində qərb tipli ilk müasir mətbəə açıldı və bu da elm və ədəbiyyatın inkişafına ciddi təkan verdi.

Abbas həyatlarını ona qurban verməyə hazır olan azərbaycanlıların arasında olan nüfuzundan yararlandı. XIX əsrin əvvəlində rusların ortaya çıxması ilə Cənubi Qafqazda vəziyyət kəskinləşir. Çar ordusu tərəfindən Şimali Azərbaycan ərazilərinin işğalı, həmçinin Qacarların qohumu olan Gəncə hakimi Cavad xanın qətlə yetirilməsi Fətəli şahı Rusiyaya qarşı müharibə elan etməyə vadar edir. Birinci Rusiya-İran müharibəsi başlayır və bu savaş 9 il - 1804-1813 -cü illər ərzində davam edir.

Abbas Mirza ilk olaraq şimalda rus imperializminə qarşı mübarizədə öz qardaşlarına yardım etmək istəyini bildirir. Onun rəhbərlik etdiyi əsasən köçəri türk tayfalarından ibarət ordu Azərbaycanla sərhədi keçir və Üçkilsə adlı yerdə ruslarla ilk döyüşə girir. Rusların texniki üstünlüyünə baxmayaraq, azərbaycanlı döyüşçülərin cəsurluğu və igidliyi Uçkilsə ətrafında gedən döyüş zamanı rusları geri çəkilməyə və müdafiə mövqeyində durmağa məcbur edir. Belə ki, qacar atlılarının ildırım sürətli hərəkətləri rus topçularına lazımi mövqeləri tutmağa imkan vermir.

Nəticədə topçuların dəstəyindən məhrum olan rus piyadaları köməksiz kütləyə çevrildi və onların məhv edilməsi qacar atlıları üçün xüsusi bir problem olmadı. Qazandığı uğurdan istifadə edən Abbas Mirzə ölkədə güclü mərkəzi hakimiyyətin olmamasından yararlanaraq özbaşınalıq edən Məhəmməd xanın hakimi olduğu İrəvan xanlığı (Hazırki İrəvan) üzərində nəzarəti və Azərbaycanın qanuni huququnu bərpa edir.

O Abbas Mirzənin yaxınlaşdığından xəbər tutaraq yerli əhali arasında belə bir xəbər yaydı ki, guya Abbas üzərindən qələbə çalan ruslar İrəvana gəlir və oranı çapıb-talamaq istəyirlər. Nəticədə çoxlu sayda irəvanlı əmlakı ilə Türkiyə ərazisinə keçir. İrəvan xanı bununla təkcə canını qurtarmaq deyil, həm də öz mülkünü İrəvan qalasından kənara çıxartmaq istəyirdi. Boşaldılmış İrvan ruslar üçün asan qənimətə çevrildi, Abbas Mirzə tərəfindən bircə həmlə ona şəhər üzərində qanuni hakimiyyəti bərpa etməyə imkan verdi.

İrəvan xanının bu davranışı ruslarla müharibədə Abbas üçün yeganə "arxadan zərbə” olmadı. Ardınca Şamaxı xanı Mustafa rusların düşərgəsinə keçir ki, bu da qacarların ordusunun vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Digər tərəfdən Tehranda saraydaxili intriqalar Fətəli şahı bir müddət doğma oğlunun doğruluğuna şübhə etməyə vadar edir. Bir çox əyanlar şahı əsgərlər üzəringə güclü psixoloji üstünlüyü olan Abbas Mirzənin tezliklə taxt-taca qəsb edəcəyinə inandırmağa çalışırlar. Fətəli şah oğlu ilə görüşən zaman onu tutduğu vəzifədən uzaqlaşdırmaq barədə qərar qəbul etdiyini bildirir.

Abbasın cavabı konkret olur: "Ata, yaxşısı budur, ölümümə fərman verin, çünki Azərbaycanla vidalaşmaq mənim üçün ölümə bərabərdir”. Tarixçilər yazırlar ki, bu cavab şaha o qədər təsir edir ki, o ömrünün son günlərinədək bir daha bu mövzuya qayıtmadı. Abbas Mirzə intriqalara məhəl qoymayaraq döyüşürdü. Onun hərbi istedadı, həmçinin azərbaycanlı döyüşçülərin cəsurluğu sayəsində rus qoşunlarının Cənubi Azərbaycan ərazisinə desant çıxarmaq kimi iri əməliyyatı iflasa uğradı. Abbas Mirzəyə qarşı hərbi əməliyyatlar zamanı uğursuz sui-qəsd təşkil olundu.

Bunda məqsəd cəsur sərkərdəni Azərbaycandan əl çəkməyə məcbur etmək idi. Lakin, o, həqiqi döyüşçü kimi sonadək mübarizə apardı və yalnış texniki gerilik, həmçinin bəzi Azərbaycan xanlarının xaincəsinə satqınlıqları Qacarların Rusiya ilə müharibədə məğlubiyyətinə gətirib çıxardı.

1813-cü ildə taleyin hökmü ilə Abbas uğrunda 9 il qan tökdüyü Vətəninin ölüm hökmünə imza atmaq məcburiyyətində qaldı. Gülüstan sülh müqaviləsinə görə, İrəvan və Naxçıvan istisna olmaqla bütün Şimali Azərbaycan ərazisi ruslara tabe oldu. Ruslarla müharibədən sonra əldə olunan nəticə, onları Təbrizdə barıt və odlu silah istehsalı üzrə fabrik açmağa vadar etdi. Çünki məhz odlu silahın çatışmazlığı Rusiya ilə müharibənin uğursuzluqla nəticələnməsinə gətirib çıxardı. İran ordusunda yeni hərbi etikanın da tətbiqi Abbas Mirzənin adı ilə bağlıdır.

O, öz srəncamı ilə hərbi əsirlər üzərində istənilən təhqir formasını qadağan etmişdi, eyni zamanda hərbi mütəxəssislər, həmçinin hərbi döyüşlər zamanı əsir düşən təcrübəli zabitlərin dövlət xidmətinə cəlb edilməsi ənənəsinin əsasını qoyub. Tarixçilər Abbas Mirzənin Rusiya-İran müharibəsi zamanı könüllü olaraq İran ərazisinə keçmiş çar ordusunun polşalı zabitlərilə necə şəxsən görüşdüyündən yazırlar. Azərbaycan canişini onlara ehtiram göstərirdi və İran ordusnun öyrədilməsi və müasirləşdirilməsinə cəlb edirdi. Lakin, bütün hazırlıqlara və fədakarcasına səylərə baxmayaraq Abbas Mirzənin Azərbaycan torpaqlarını rus əsarətindən azad etmək üçün göstərdiyi iknci cəhd gözlənilən nəticəni vermədi.

İkinci Rusiya-İran müharibəsi də məğlubiyyətlə nəticələndi, Qacarlar əlavə olaraq Naxçıvan və İrəvandan da məhrum oldular. Buna baxmayaraq İranda hamı inanırdı ki, Abbas Mirzə Şimali Azərbaycanın geri qaytarılması uğrunda səylərindən əl çəkməyəcək. Bu onun üçün namus məsələsi idi və bunun üçün həm diplomatik, həm də hərbi cəbhələrdə mübarizə aparırdı. Qacar ordusu sürətli templə müasirləşməkdə davam edirdi, Qərblə müvafiq danışıqlar aparılırdı. Deyilənlərə görə, avropalı elçilər Abbasın nüfuzunu və diplomatik istedadını o qədər yüksək qiymətləndirirdilər ki, şahın özü ilə deyil, yalnız onunla danışıqlar aparmağa üstünlük verirdilər.

Abbas bir uzaqgörən siyasətçi kimi başa düşürdü ki, Qərb texnikası və Avropa təhsili olmadan ölkəni müasirləşdirmək onun üçün çətin olacaq. O bu məqsədlə iki tarixi qərar qəbul etdi. Məhz onun təşəbbüsü il Azərbaycan və İran tarixində ilk dəfə olaraq bir qrup gənc təhsil almaq üçün xəzinə hesabına Avropaya göndərildi. Bununla yanaşı, müasir texnologiyaların tətbiq edilməsi üçün ölkəyə hərbi və elmi mütəxəssislər dəvət olundu. Bir çox tarixçilər razılaşırlar ki, bu iki qərar həmvətənlərinin Abbas Mirzəni əbədi olaraq xatırlaması üçün kifaytdir. Uzun sürən müharibələr, daima gərginlik zaman ötdükcə Abbasın səhhətinə mənfi təsir göstrməyə başladı.

1833-cü ilin oktyabr ayının əvvəlində o qaraciyərində güclü ağrıların olmasından şikayətlənməyə başladı, oktyabrın 25-də qaraciyərindən tutan kəskin ağrı nəticəsində Azərbaycan xalqının böyük oğlu həyatının əsas məqsədini rallaşdırmağa macal tapmamış gözlərini əbədi olaraq yumur. Onun xatirəsi doğma vətən sözünü hər şeydən üstün tutan həqiqi azərbaycanlıların qəlbində həmişə yaşayır. Tale ona İran və Azərbaycan hökmdarı olmağı nəsib etmədi, lakin o sübut etdi ki, çar olmadan da vətənə layiqli xidmət etmək olar.

Abbas Mirzə Qacarı

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 yanvar 2014 15:32
    marqldir.tesekuler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.