Tarix+Xəmsə

 Tarix+Xəmsə


Dövlətlərin ilkin adları

 

1)      1955 – ci ildədək Şərqi Pakistan adlanan dövləti biz indi bu adla tanıyırıq. (Banqladeş)

2)      Cənubi Amerikanın məhz bu plantativ dövləti 1819 – ci ilədək Yeni Qranada adlanırdı. (Kolumbiya)

3)      1966 – cı ildə Portuqal Qvineyası adını dəyişərək məhz belə adlanmağa başladı. (Qvineya Bissau)

4)      1975 – ci ildə 3 dövlət adını dəyişib. Daqomeya – Benin, Beçuanalend isə Botsvana oldu. Bəs bu ilə qədər Britan Hondurası kimi tanınan ərazi necə adlandırıldı. (Beliz)

5)      Sakit okeandakı 440 kv.km əhatə edən Cilbert adalarının 1971 – ci ildə müstəqillik qazandıqdan sonra adı məhz belə oldu. (Kiribati)

 

 

Tarixi döyüşlər

1)      1904 – cü ildə baş verən bu döyüşlə Yaponlar torpedo gəmiləri hesabına Rus qoşunları üzərində böyük dəniz qələbəsi qazandılar. (Port Artur döyüşü)

2)      1879 – cu ildə ingilislər İsanduala döyüşü ilə ingilislər məhz bu xalqın Kralı Setavayonu məğlub etdilər. (Zulu)

3)      300 Spartalı filmində ekranlaşdırılmış Yunan – İran qoşunları arasındakı döyüş məhz bu keçiddə baş verir. (Fermopil)

4)      İngilis tarixində Qızıl Güllər müharibəsinin sonuncu döyüşü 1487 – ci ildə baş vermiş  məhz bu hesab olunur. (Stouk döyüşü)

5)      1781 – ci ildə ABŞ müstəqillik müharibəsi dövründə baş vermiş Yorktaun döyüşündə Amerikan qoşunlarına rəhbərlik ona tapşırılmışdı. (Corc Vaşinqton)

 

 

Musiqili tarix

1)      1810 – cu ildə Varşavada doğulmuş bu bəstəkar Jorj Sandın Fransanın Nohan şəhərindəki evində vəfat etmişdi. (Frederik Şopen)

2)      Napolidən olan bu İtalyan sopranosu hələ uşaq ikən kastrasiyaya məruz qalmışdı. (Karlo Broşçi və ya Farinelli)

3)      Məşhur Stradivari ailəsi İtaliyanın məhz bu şəhərindəndirlər. (Kremona)

4)      Bu bəstəkar öz əsərlərində Saksofondan ilk istifadə etmiş insan kimi tarixə düşüb. (Adolf Saksın dostu olmuş Hektor Berlioz)

5)      Beverli Hillsdəki evinin önündə Tozaağacları(Beryoza) əkdirmişdi. (Sergey Raxmaninov)

 

 

 

Tarixi  şəxsiyyətləri

1)      Bethoven məhz bu şəxsə özünün sayca üçüncü Qəhrəmanlıq Simfoniyasını həsr etsə də, sonradan fikrini dəyişmişdir. (Napoleon Bonapart)

2)      Qupta sülaləsinin yaradıcısı məhz o hesab olunur. (Çandraqupta I)

3)      Məhz bu Çin İmperatoru Leqalizmi rəsmi dövlət quruluşu etmişdi. Leqalizmə görə insanlar zülmlərə məruz qalaraq qaydalara əməl etməyə öyrədilirdi. (Tsin Şi Huandi)

4)      Məhz bu monarx Portuqaliyada və XIX əsrdə Braziliyada uzun müddət hakimlik etmiş Brazanqa sülaləsinin əsasını qoymuşdur. (I Alfons)

5)      Azərbaycan tarixinin ən şanlı səhifələrində imzası olan bu tarixi şəxsiyyət 1954-cü ildə, İstanbulda çıxan "Dünya" qəzetində "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. ( M.Ə.Rəsulzadənin)

 

 

 

 

Tarixi dəyişən güllər

1)      1455 – ci ildə Lankasterlərlə Yorklar arasında başlayan İngilis vətəndaş müharibəsi tarixdə bu adla məşhurdur. (Qızıl Güllər müharibəsi)

2)      Məhz bu çiçək ink mədəniyyətində Günəşi simvolizə edirdi. (Günəbaxan)

3)      Məhz bu fransızın ləqəbi Kapral(Onbaşı) Bənövşə olmuşdur. (Napoleon Bonapart)

4)      Ohayo ştatında doğulan və ABŞ prezidenti olmuş bu şəxsin öldürülməsindən sonra Ohayo gerbində onun sevdiyi qırmızı qərənfil yerləşdirildi. (Uilyam MakKinli)

5)      Bu gül bəzi alman və fransız qoşun hissələrinin gerbində olmaqla bərabər, həm də rəşadətə görə  İsveçrə generallarına verilən ordenlərdə öz əksini tapır. (Edelveys)




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 fevral 2012 23:27
    Ela qeweng suallardi...

  2. 3 fevral 2012 15:53
    salam Muallime Hansi bayraq anlamadim daha doqrusu yada sala bilmedim zehmet olmasa deyin konkret neyi bilmek isterdiniz

  3. 3 fevral 2012 16:03
    aydindi muallime inshallah sayta vererem mende cap halinda haziri yoxdur amma bele cox varimdi kompyutere kocurub sayta qoyacam inshallah Size teshekkur furset olaraq bele boyuk maraqiniza gore indi bir cox muallimler virtual alemden xebei yoxdur Amma Siz mashallah boyuk heves gosterirsiniz Demek olarki saytin butun sehifelerini qozden kecirmisiniz/ Uqurlar!

  4. 3 fevral 2012 23:58
    azamatali salam ve birde tez hirslenme qerek burda olasan ki cavab yazasan men yoxdum burda Birde ki siz veren yazini qerek redakte edim shekil tapim duzeldim ve sayta verim o ise hemishe vaxt olmur amma yene de men onu sabah sayta verecem narahat olma sen eziyyet cekib material hazirlamisan hele ish olarmi zehmetine teshekkur edirem!

  5. 4 fevral 2012 11:26
    mene qolulan sekili deyisdirmek olar ozum isdediyi sekili qoyun birde ki, men bilirem ki, www.google.az da nizami gencevinin sekilini tapin bir az da cavab tez yazin urayim boom eliyib partlayir helelik

  6. 4 fevral 2012 11:37
    Azamatali uqurlar sene

  7. 4 fevral 2012 11:55
    birinid yazram

  8. 10 iyun 2012 22:10
    oynuyanlara ugurlar

  9. 12 iyul 2012 16:13
    administrator,
    administrator,
    administrator,

  10. 15 noyabr 2012 00:46
    despine bu sehifeni beyenir

  11. 3 yanvar 2013 18:07
    basqa basqa movzular olsa daha yaxsi olartek tarix yox hem de cox

  12. 17 aprel 2013 20:48
    maraqli suallardi smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.