Xəmsə-Tarix

Xəmsə-Tarix

Dostlar....Xəmsə verilişinə baxmısınız yaqin ki....Azərbaycanın ilk Milli İntellektual Oyunu olan bu yarışma istənilən fənn üzrə keçirmək mümkündür...Tarix fənni əsasında "Xəmsə" oyununa start verdik...hər gün mövzular və suallar olacaqdır...Bizimlə qalın...tarix.info....


Mən haradayam?
1. Mən Şah I Abbasın yaratdığı Azərbaycan bəylərbəyliyinin mərkəzindəyəm. Burada böyük məğbərə vardır. Orada dəfn olunmuş insanlar arasında Şah İsmayıl Xətai də var.
2. Mən əcnəbi şəhərdəyəm. Burada iki türk dövləti arasında imzalanmış müqaviləyə əsasən Ərdəbil, Xalxal, Qaracadağ, Zəncan və Lənkəran istisna olmaqla bütün Azərbaycan torpaqları osmanlılara verilməsi haqqında sülh imzalandı.
3. Mən səyyahların «ən zəngin xanlıq» adlandırılan xanlıqdayam. Onun ərazisi Azərbaycanın ən böyük xanlıqlarından biridir. Maraqlıdır ki, onun iki paytaxtı var, hər ikisi eyni addadır. Bu 1747-1820-ci illərdə mövcud olmuş xanlıqdır.
4. Mən burada Azərbaycan türkləri ilə yanaşı, Azərbaycan Albaniyasının digər qədim xalqlarından olan ingiloylar, avarlar və saxurlar da qarşılaşdım. Burada idarəetmədə fərqlidir. Müharibə və sülh məsələlərini bölgədə yaşayan həddi-buluğa çatmış hər bir gəncin səsi ilə qəbul edirlər.
5. Mən bu şəhərdə böyük Azərbaycan sərkərdəsinin sui-qəsd nəticəsində öldürülməsinə şahid oldum. Qala-şəhər olan buranın türməsində çoxlu sayda dustaqlar var. Onların arasında ruslarla əlaqələrinə görə həbs olunmuş Gəncəli Cavad və Bakılı Hüseynqulu xan da vardır.

Coğrafiya
1. Xəzər dənizindən Gəncəyə qədər əraziləri əhatə edən bu üsyan zamanı Nadir şaha güclü zərbələr vurulmuşdur.
2. Zəngəzurdan Araz çayına qədər əraziləri əhatə edən bu xanlıq müxtəlif vaxtlarda qonşu dövlətlərdən asılı vəziyyətdə olmuşdur.
3. Bu döyüşdən sonra Səfəvilər dövlətinin sərhədləri Amudəryadan İran körfəzinə kimi çatmışdı.
4. Cəmi bir xanlıqla sərhədi olan Azərbaycan xanlığı hansıdır?
5. XVII əsrin ikinci yarısında Azərbaycan Avropa ölkələri ilə əsasən bu ticarət yolu ilə saxlayırdı.

Dadlı mövzu
1. Bu sülh müqaviləsinin şərtlərinə görə Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərin tərkibinə keçirdi.
2. 1930-cu ildə Hindistanda baş vermiş Vətəndaş İtaətsizlik Kompaniyası tarixə daha çox bu adla daxil olmuşdur.
3. 1838-ci ildə baş vermiş bu döyüşdə Rusiya müstəmləkə qüvvələri Quba üsyançılarını məğlubiyyətə uğratdılar.
4. Şəkər qamışı ilk dəfə bu qədim ölkədə becərilmişdir.
5. Səfəvilərlə Osmanlılar arasında imzalanmış bu sülh müqaviləsinə əsasən Osmanlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməli idi.

Kurikulum anlayışları
1. Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
2. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
3. Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
4. Təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur.
5. Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklər adlanır.

Pəncərədən daş gəlir
1. Tarixdə orta daş dövrü belə adlanır.
2. 1865-ci ildə Simens qardaşları bu şəhərdə kobalt zavodu inşa etmişdilər.
3. 1992-ci ildə Azərbaycan ordusunun Şuçanı mühasirədən çıxarması üçün həyata keçirdiyi hərbi əməliyyat belə adlanırdı.
4. Bu döyüşdə Caqatay hakimi Toğluq Teymur birləşmiş Əmir Hüseyn və Teymurun ordusu üzərində parlaq qələbə qazanmışdılar.
5. 1920-ci il Versal sülhünə əsasən bu ərazi Millətlər Cəmiyyətinin idarəçiliyi altında 15 illik Fransaya verildi.

Heyvanlar aləmində
1. Azərbaycanda bu heyvanın əhillişdirilməsini sübut edən abidə Cəlilabadın Əliköməktəpə məskənidir.
2. Bu Azərbaycan dövlətinin yarımmüstəqil bəylik dövründə mərkəzi Diyarbəkir şəhəri olmuşdur.
3. Həlledici məqamda bu heyvanların Ankara döyüşünə salınması ilə Əmir Teymur sultan İldırım Bəyazid üzərində qələbə qazandı.
4. 1996-cı ildə Fransada “Birinci plan Beynalxalq kinofestifalında” “Avropanın ən yaxşı tam metrajlı bədii filmi” adına layiq görülmüş Azərbaycan filmidir .
5. 1940-1941-ci illərdə Almaniyanın havadan zərbələr endirməklə İngiltərəni təslim etmək hərbi əməliyyatı bu adı daşıyırdı.

İLK
1. Bu dövlət Azərbaycan ərazisində yaradılmış ilk türk-müsəlman dövlətidir.
2. Şimali Qafqazda ilk məktəb bu şəhərdə fəaliyyətə başlamışdır.
3. Tarixdə yaradılmış ilk burjua respublikası məhz odur.
4. Sultan titulu daşımış ilk hökmdar məhz odur.
5. Osmanlı imperiyasında türk dilində ilk qəzet 1832-ci ildə nəşr olunmağa başlayan bu qəzedir.

Dəniz döyüşləri
1. Balkan yarımadasının şimal-qərbində baş vermiş bu döyüşdə Antoni və Kleopatranın birləşmiş qüvvələri Oktavian tərəfindən məğlubiyyətə uğradılmışdır
2. 1720-ci ildə Baltik dənizində baş vermiş bu döyüşdə Rus donanması İsveç donanmasını məğlubiyyətə uğratmışdır
3. Birinci Dünya müharibəsinin ən böyük bu dəniz vuruşmasında tərəflərdən heç biri üstünlüyə nail ola bilmədi
4. 1827-ci ildə baş vermiş bu döyüşdə birləşmiş müttəfiq qüvvələr Osmanlı donanmasını məğlubiyyətə uğratmışdır
5. Rusiya-Yaponiya müharibəsində yaponların Rusiya donanması üzərində qələbə qazandığı ən böyük döyüş

Məhəmməd
1. Bu Bakı xanı “nigah diplomatiyası” nəticəsində Quba xanlığının hakimiyyətini qəbul etməyə məcbur olmuşdur.
2. 1757-ci ildə Qarabağ xanlığına hücum etmiş türk tayfasının başçısı odur.
3. O, Dərbənd xanlığının banisidir.
4. Ağakişi bəyi öldürüb Şəki xanlığının taxtına çıxan hölmdar kimdir?
5. Sərkarlar nəslinin bu nümayəndəsi qardaşı Ağası xanla birlikdə Köhnə Şamaxıda müstəqil xanlıq yaratmışdır.

Möcüzələr
1. İkinci Dünya müharibəsində sonra qısa bir zamanda Almaniya iqtisadiyyatının dirçəlişi obrazlı olaraq belə adlanır
2. Bu Albaniya hökmdarı “cadugər, rəmmal və kahinlərin çoxuna xəsarət yetirmək, yaxud qovmaq, ya da qula çevirmək” əmrini vermişdir.
3. 1940-cı ildə birləşmiş ingilis-fransız-belçika hərbi qüvvələrinin Alman mühasirəsindən azad olunması tarixə bu adla daxil olmuşdur.
4. Beynalxalq aləmdə bu dövlət xadimini “iqtisadi möcüzələrin atası" adlandırmışdılar.
5. XIX əsrin realisti Çarlz Dikkensin İngiltərənin sadə adamlarının əğır həyatından bəhs etdiyi əsəri belə adlanır.

Göy cisimləri
1. Albaniyada padşahdan sonra ikinci şəxs o sayılırdı.
2. “Günəşin batdığı yerə qədər torpaqları zəbt edə bilərəm” sözləri bu türk hökmdarı Bizans elçisinə söylədi.
3. Beynalxalq Astronomiya İttifaqının qərarı ilə görkəmli Azərbaycan alimi N.İbrahimovun şərəfinə bu planetin kraterlərindən birinin adını vermişdilər.
4. İngiltərədə mütləqiyyətin dayağını təşkil edən bu dövlət orqanını Uzunmüddətli parlament ləğv etmişdir.
5. XIV əsrin əvvəllərində Azərbaycanda bu rəsədxana fəaliyyətə başladı.


Tikililər
1. E.ə. V əsrdə Afina akropolunda inşa olunmuş “bütün tanrıların evi” adlanan abidə belə adlanırdı.
2. Hindistanın zəngin bitki və heyvanat aləmi, hind xalqının əfsanəvi qəhrəmanlarını təsvir edən bu nadir incəsənət əsəri e.ə. I əsrdə inşa olunmuşdu.
3. E.ə. V əsrdə Afinada inşa olunmuş 6 km-lik bu tikili onu güclü dəniz dövlətinə çevrilməsində mühüm rol oynamışdır.
4. Onu inşa etməklə çinlilər şimaldan gələn hücumların qarşısını alacaqlarına ümid edirdilər.
5. 50 min tamaşaçısı olan bu abidə bizim eranın I əsrində döyüş səhnələri göstərilməsi məqsədilə inşa olunmuşdur.

Mövzu ....ta....
1. Rusiya Krım xanlığını bu ad altında işğal etmişdir.
2. Qafqaz Albaniyasında feodalların mülkiyyətində olan irsi torpaqlar belə adlanırdı.
3. 1804-cü ildə baş vermiş bu döyüşdə Car-Balakən üsyançıları rus qoşunlarını ağır məğlubiyyətə uğratmışdır.
4. 1917-ci ildə baş vermiş bu döyüşdə birləşmiş Almaniya və Avstriya-Macarıstan ordusu İtalyan qoşununu məğluboyyətə uğratdı.
5. ABŞ-ın bu prezidenti “dollar diplomatiyası”nın yaradıcısıdır.

Toy günüdür əl çalın
1. O, Azərbaycan Respublikasının ikinci prezidentidir .
2. Komendant idarə üsulu dövründə Azərbaycan kəndliləri mahal naiblərinə bu adda əlavə vergi ödəməli idi.
3. Dünyada ilk opera yazan qadın Şəfiqə Axundovanın məhşur operası belə adlanır.
4. Şəki hakimliyini ləğv edərək Səfəvi şahı I Təhmasib bura onu başçı təyin etdi.
5. Ispan şairi, musiqiçisi və dramaturqu F.Lorka 1933-cü ildə qələmə aldığı məhşur faciə əsəri belə adlanır.

Kəndimiz
1. XIX əsrdə neft mədənlərinin istismarında bu kəndin kəndlilərinin əməyindən daha çox istifadə olunurdu.
2. Oğuz xaqanlığının mərkəzii bu şəhər olmuşdur.
3. 15 may 1992-ci ildə imzalanmış bu müqavilənin şərtlərinə görə SSRİ-nin hərbi əmlakının bölüşdürüldü.
4. 1809-cu ildə baş vermiş bu döyüşdə Qudoviçin başçılıq etdiyi rus qoşunu İran ordusu tərəfindən ağır məğlubiyyətə uğramışdır.
5. 1837-ci il Quba üsyanına başlamaq haqqında qərar bu kənddə qəbul olunmuşdur.

Ay uzun saç qara göz
1. Nadir şah zülmünə qarşı böyük bir üsyanın rəhbərinə çevrilmiş bu şəxs sonunda məğlub olub gözləri çıxarılmışdır.
2. Saçlarını oğlan qiyafəsində kəsdirib, ölkə əhalisni yadelli işğalçılarına qarşı mübarizəyə qardırdı. Lakin sonunda xəyanət nəticəsində tutularaq bitədçi kimi edam olundu. Söhbət kimdən getdiyini Siz müəyyən edin.
3. İspaniya müstəmləkəçilərinə qarşı mübarizə aparan Niderland partizanları belə adlanırdı.
4. Bu şəhərin düşmən mühasirəsinə qarşı mübarizəsində hətta qadınları uzun saçlarını kəsərək kəndir kimi müdafiə döyüşlərində istifadə etmişdilər.
5. Döyüşlərin birində gözlərini itirməsinə baxmayaraq kor halında belə mahir sərkərdəlik dərsi göstərmiş bu dahini “müthiş kor” adlandırmışdılar.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.