Maraqlı suallar

Maraqlı suallar

Əziz şagirdlər və müəllimlər....tarixi sevənlər! Sizlərə bir neçə maraqlı suallar təqdim edirəm. Düşünürəm ki, marağınıza səbəb olacaq. Cavablarınızı gözləyirəm....Uğurlar olsun!

Maraqlı suallar

1.........................
1899 cu ildə bu məşhur şəxsiyyət hərbi geyimdə və əlində silah burlara əsir düşür.Əslində qanunlara görə burlar onu yerindəcə güllələməli idilər. Ancaq siması nur saçan bu insanı öldürmür lə əsir saxlayırlar.Öz həmyerlisi nin köməyi ilə kömür şaxtasında gizlənərək yük vaqonunda vətənə yola salınır. Məhz bu hadisədən sonra bu məşhur şəxsiyyətin bu məşhur aforizmi yaranır..KİŞİLİK ÖZ VARLIĞINI ŞƏRƏFİNİ AXMAQ ŞƏRAİTİN MƏNGƏNƏSİNDƏN QORUYUB SAXLAMAQ BACARIĞINDAN İBARƏTDİR....
Söhbət kimdən gedir?
Maraqlı suallar

2............................
Nəsəvi deyir ki bu hadisə baş verən il daşları belə yumşaldacaq vədlər verildi.Bu vədlərdən 4 il öncə Çin səddinə baxıb qəhqəhə çəkən hökmdar vəfat etdi. Onun vəfatından 143 il sonra elm xadimlərinə böyük hörmət edən lakin sərt bir xarakter kimi tarixdə qalan məşhur bir şəxsiyyət öz dövlətini yaratdı və 32 il sonra əsir götürdüyü şəxsə dedi ki gör dünyanı kimlər idarə edir bir kor bir topal.Bu sözlər deyiləndən 309 il sonra çəkmələrini Hind okeanında yumaq istəyi ürəyində qalan hökmdarı türklər əsir götürdülər. 151 il sonra çox şeyin dəmir və qanla həll olunacağına inanan bir şəxs baş nazir təyin edildi. 20 il sonra italyanlar rəngli dənizlərdə birinin sahilini ələ keçirdilər. 14 il sonra isə ölkələrinin adından utanaraq sonralar bu adı dəyişdirən xalq tərəfindən 4 hərfindən üçü qalın sait olan döyüşdə məğlub edildilər.
Aldığınız rəqəmlərin cəmindən 11510 çıxanız alınan ildə böyük bir hökmdar türklərə müraciətlə dedi ki mən sizə öylə bir vatan verdim ki əbədiyyən sizindir
Sizə uğurlar.
Maraqlı suallar

3.......................
Avstriya taxtının varisi və Avstriya ordusunun baş komandanı Frans Ferdinandın ölümünün I Dünya müharibəsinin başlanması üçün bəhanə olduğunu hamımız bilirik. Bəs sizcə bu qətli həyata keçirən Mlada Bosna təşkilatının üzvü serb millətçisi Qavrilo Prinsipə nəyə görə ölüm hökmü verilmədi?
Maraqlı suallar

4........................
Bir azca fikirləşsəniz və hesablamaları düzgün aparsanız doğru cavabı taparsınız:
"Dəhşətlər atası"nın yaşadığı ölkənin 22 yaşında hakimiyyətə gəlmiş hökmdarı döyüşdə məğlub olduğu ildən 299 il əvvəl onu məğlub edənlər "Allahın qapısı"nı talamışdılar. Bu talandan 842 il sonra "Əbədi qızıl şəhər"in əsası qoyuldu. Bu hadisədən 214 il keçdi. Massagetlərin məğlub etdiyi hökmdar "Allahın qapısı" nı ələ keçirdi. 27 il sonra isə Allahın sevmədiyi heyvanı ölkələrində saxlamaq istəməyənlər öz dövlətinin ərazisini satraplıqlara bölmüş hökmdarı məğlub etdilər. Cəsədi ələ gəlməyən əsgərlərinə "kenataf" yaradan ölkənin adamları 174 il sonra dünyanın ən məşhur makedoniyalısına məğlub oldular. Bu məğlubiyyətdən 52 il əvvəl "qazlar Romanı xilas etdilər". "Qazlar Romanı xilas edəndən 319 il sonra məşhur şəxslərdən biri belə dedi: "acından ölməkdənsə, qılınc zərbəsindən ölmək yaxşıdır!". 22 il sonra isə Brutun xəyanət etdiyi şəxs "püşk atılmışdır" dedi. Püşkün atılmasından 886 il sonra bir məşhur azərbaycanlı dedi: "bir gün azad yaşamaq 40 il qul kimi yaşamaqdan yaxşıdır".
Yuxarıda 10 ədəd tarixi rəqəm tapmaq lazımdır. Bu rəqəmlərin cəmini (cəmi taparkən eradan əvvəl və bizim era nəzərə alınmamalıdır sadəcə tarixi rəqəmlər toplanmalıdır) 10-a bölsək məşhur döyüşlərdən birinin tarixi alınacaq. Bu döyüşün adını tapın. Cavabı göndərərkən aldığınız bütün tarixi illəri də qeyd etməyi unutmayın. İlk doğru cavab göndərənin adı qalib kimi qeyd olunacaq.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.