Viktorina

Viktorina

 

Hörmətli tarix həvəskarları! 

Ümid edirəm ki, bu viktorina Sizin diqqətinizi cəlb edəcəkdir. Rəşid Nurməmmədov

1.Məlum olduğu kimi, yapon dilində olan yazı yuxarıdan aşağıya, Avropa dillərində olan yazılar soldan sağa, ərəb dilində olan yazı sağdan sola doğru yazılır. Hansı qədim yazı növündə sətirlərdən biri sağdan sola doğru, növbəti sətir soldan sağa doğru yazılır və bu ardıcıl davam etdirilirdi?

Viktorina

 

2.Qədim Romada hüquqi cəhətdən daha şox uşağı olan ən varlı adam hesab olunurdu. Siz bu vəziyyəti hüquqi baxımdan necə izah edə bilərsiniz?

Viktorina

 

3.Qədim Misir piramidalarının tikintisi zamanı fironlar külli miqdarda sarımsaq və soğan da alırdılar. Tikinti prosesində həmin məhsullardan nə məqsədlə istifadə olunurdu?

Viktorina

 

4.Qay Yuli Sezar e.ə. 45-ci ildə əldə etdiyi qələbə münasibətilə Romada son dəfə öz triumfunu təşkil edir. Lakin bu triumf romalıları sevindirmir, əksinə onları hiddətləndirir. Çoxları belə hesab edir ki, Sezar bu qələbəyə görə fəxr etməməli, əksinə xəcalət çəkməlidir. Onların bu cür düşünmələrinə səbəb nə idi?

Viktorina

 

5.Qeyri-məhdud hakimiyyətə malik hökmdarların hər birinin öz həyat fəlsəfəsi olmuşdur. Məsələn, Fransa kralı XI Lüdoviq "Dövlət –mən özüməm” deyirdi . XV Lüdoviq isə bəyan edirdi ki. "Nə qədər ki, biz sağıq, monarxiya davam gətirəcəkdir, bizdən sonra istəyir batsın”. Bəs hansı hökmdar öz şəxsi möhürünə bu sözləri həkk etdirmişdir: "Mən şagirdəm və müəllimlərə ehtiyacım var”? (Bəzi mülahizələrə görə o, bu sözləri öz üzüyünə həkk etdirmişdir).

Viktorina

 

6.Böyük Fransa inqilabı dövründə xalq şikayət edirdi ki, heç nə görmək olmur, odur ki, tezliklə "birincini” "ikinci” ilə əvəz etdilər. Xalq nədən şikayət edirdi? "Birinci” və "ikinci” deyildikdə, nə nəzərdə tutulurdu?

Viktorina





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 may 2014 17:03
    Mənim  fikirimcə  birinci  sualın cavabı  Orxon-Yenisey  abidələridir.2 cini bele düşünürəm hər bir vətəndaş  hüquqi  cəhətdən  azad  olduğu üçün çox  uşaqların da hər birinin hüquqları var.3 cü sualın cavabı məncə  tikinti zamani çox saylı insanlar arasnda yayila biləcək  xəstəliklərin qarşısini almaq üçün soğan və sarimsaqdan istifadə  olunurdu.4cünün cavabı məncə vətəndaş müharibəsi zamanı  respublikaçilar uzərində  qazandiğı üçün.5cinin cavabı məncə Makedonniyalı İsgəndər.6 cinin cavabı məncə konstitusiyadır

  2. 21 may 2014 18:09
    Sevanə müəllimə cavblarınız məncə də doğrudur,ancaq 5-ci mənim fikrimcə I Pyotr olmalıdır

  3. 22 may 2014 17:02
    maraqli idi.men 2-cini fikirleshirem ki,belke ushaqlarin sayina gore vergi verilir.amma deyesen sehv fikirleshirem

    --------------------

  4. 30 sentyabr 2014 16:46
    6 cavabi konstitusiya, 4. vetendas muharibesinde qelebe, 2.usaqlara gore elave pul verilirdi

  5. 27 oktyabr 2014 19:06
    mence, 5-ci sualin cavabi BIRINCI PYOTR-dir

    --------------------

  6. 3 yanvar 2015 14:49
    təşəkkürlər\\\\\\......

  7. 2 may 2015 14:20
    1.ŞUMER YAZISIDIR

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.