Breyn-Rinqin tarix suallarından..........

Breyn-Rinqin tarix suallarından..........

 

E.ə. 48-ci il sentyabrın 29-da senturion Septimi Vətəndaş müharibəsinin iştirakçılarından olan məşhur romalı dövlət xadimini qətlə yetirdi. Sual müəllifinin fikrincə, qeyd olunan tarixi XIX əsrin 30-cu illərində yaradılmış əsərin adı ilə adlandırmaq olar. 

Necə?             

Cavab: Pompeyin son günü            

Şərh: Septimi e.ə. 48-ci ildə Qney Pompeyi qətlə yetirmişdi.  



Bir məqalədə 1960-cı il prezident seçkiləri zamanı namizəd Nikson`un bütün ştatlara səfər etməsi faktı qeyd olunur. Eyni zamanda bildirilir ki, onun rəqibi Kennedi daha çox əhalisi olan bir neçə ştatda olsa da, seçkilərdə qələbə qazanmışdı. Bu məqalədə qeyd olunan italyan soyadını deyin.

Cavab: ParetoŞərh:

Məqalə məşhur "Pareto prinsipi”ndən bəhs edir.  


Homer onu "Orionun köpəyi”, qədim çinlilər isə "səmavi canavar” adlandırırdılar. Biz onu necə adlandırırıq?

Cavab: SiriusŞərh: Ulduzun latınca adı – Canicula "kiçik it” mənasını verir.  Təxminən 40 il əvvəl Mərkəzi Amerika müştərək bazarı adlı regional layihənin süquta uğramasının səbəbini iki sözlə ifadə edin.

Cavab: Futbol müharibəsi  



Bu ifadənin paradoksallığını göstərmək üçün Tanrı-Müəllim Mariya Küriyə onun sinonimi kimi "istismar olunanların tiraniyası” söz birləşməsini təklif edir. Bu ifadəni cavab kartınızayazın.

Cavab: Proletariatın diktaturası.   



Bu sual paketə son anda – redaktorun digər müəlliflərdən sual almadığı şəraitdə daxil edilmişdir. Paraqvayın eks-prezidenti hərbçi Alfredo Stressner`in "səssiz” ölümü haqqında yazılan məqalə Nobel laureatının əsəri ilə eyni adı daşıyır. Hansı əsər?Cavab: "Polkovnikə məktub yoxdur”  Qeydlərə qulaq asın.içib qurtaran biri piyaləni yerinə qoyub başını danışana tərəf çevirir...digəri barmaqlarını bir birinə keçirib və donmuş qaşlarla yoldaşına tərəf dönür...digəri açıq əllərlə ovucunu göstərir və çiynini çəkir və təəccübdən ağzı açılır...digəri danışanı görmək üçün gözlərini əli ilə bağlayaraq irəli əyilir...Bu qeydlərin kimə aid olduğunu deyin.

Cavab: Leonardo da Vinçi

Şərh: Bu qeydlər əsasında məşhur "Sirli axşam” əsəri yaradılmışdır.  



 Avropada e.ə. VII əsrdən məlum olan bu canlını Aristofan komediyalarının birində "Midiya quşu” adlandırır. Siz isə onu bir sözlə adlandırın.

Cavab: Toyuq

Şərh: İlk cümlə geniş yayılmış "əvvəl hansı olub: toyuq, yoxsa yumurta?” mübahisəsinə allüziyadır. Aristofanın "Quşlar” komediyası çox məşhurdur.  


Nyu York Universitetinin incəsənət və ədəbiyyat professorunun bunu etməyə nə vaxtı , nə də istedadı var idi. Sadəcə 2 mühəndis - Jozef Henri və Alfred Veyl ona mis məftildən olan çarxın məsafədən siqnallarla idarə olunması və yaranmış elektroimpulsları ötürməyi bacaran apparatdan danışmışdılar. Bu ixtiranı iki sözlə ifadə edin.

Cavab: Morze əlifbası  


Sual çox qısadır. Hansı tarixi vilayət şimaldan Arkadiya, qərbdən Messeniya ilə həmsərhəd idi?

Cavab: Lakonika

Şərh: lakonik sual


Bir əyləncə saytında 3 müxtəlif pişiyi xarici görünüşlərinə görə 3 məşhur siyasətçiyə bənzədiblər. 

Breyn-Rinqin tarix suallarından..........

 

Breyn-Rinqin tarix suallarından..........

 

Breyn-Rinqin tarix suallarından..........

 


1. Birinci şəkildəki pişik kimə oxşadılıb?  

2. İkinci şəkildəki pişik kimə oxşadılıb?               

3. Üçüncü şəkildəki pişik kimə oxşadılıb?   


Cavablar: 1)Stalin 2)Lenin 3)Hitler   



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 may 2013 15:16
    aaaaaaaaaaaaaaaydaaaaaaaaaaaaaaa men heckese oxwada bilmedim axiiiiiiiii siz diyin de xaiw ederdim ki mene maraqli geldiyeeeeeeeeeeeeee kimlerdiki??????????????????????????????????????????????????diye bilersinizzzzzz zehmet deyilse

    --------------------

  2. 5 iyun 2013 20:17
    Sonuncusu cox maraqlidir.

  3. 9 avqust 2013 15:57
    axirinci hitlerdi o birileri bilmirem

  4. 16 noyabr 2013 19:15
    hi hi hi.hazirlayana tesekuler

  5. 22 yanvar 2014 22:58
    axirinci mencede hitlerdi,2inci stalindi,1inci de qorbocovdu

  6. 30 yanvar 2014 18:13
    ADMINASTIR SIZ BU SAYTI ACDIGINIZ UCUC SIZE TESEKKUR EDIREM AMMA MELUMATLARINIKZ MARAQLIDIR COX DAGOLUN SISE MINATDARRIG EDIREM feel winked tongue


  7. 21 may 2014 18:53
    axirinci sual cox maraqlidi.men hec cavablara baxmamis tanidim...

    --------------------

  8. 16 sentyabr 2014 13:30
    Bagiwlayin,m'nim buradaki piwiklerden coox xowum geldi. winked

  9. 20 sentyabr 2014 07:11
    Çox maraqlı idi .çox sağ olun,pişiklerdeki doğrudanda oxşayır winked

    --------------------

  10. 9 noyabr 2014 20:23
    Cox xosuma geldi! smile lol

    Sitat: SEBIS
    aaaaaaaaaaaaaaaydaaaaaaaaaaaaaaa men heckese oxwada bilmedim axiiiiiiiii siz diyin de xaiw ederdim ki mene maraqli geldiyeeeeeeeeeeeeee kimlerdiki??????????????????????????????????????????????????diye bilersinizzzzzz zehmet deyilse


    Asagida cavablar yazilib:1)Stalin, 2)Lenin, 3)Hitler

  11. 19 dekabr 2015 15:11
    superdieeee lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.