Finkenşteyn müqaviləsi

 

Finkenşteyn müqaviləsi
Qacarlar dövləti ilə Fransa arasında Qacar sülaləsinin ana dilində — Türkcə bağlanmış saziş. 1807-ci il mayın 4-də Fransa ilə Məmaliki-Məhrusəyi Qacariyyə arasında Finkenşteyn müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Fransa Qacariyyəyə hərbi yardım etməli, Qacar ordusunu yenidən qurmalı idi.
Napoleon Finkenşteyn müqaviləsinin imzalanmasından sonra Məmaliki-Məhrusəyi Qacariyyəyə hərbi yardım göstərilməsi üçün tədbirlər görülməyə başladı. Fətəli şaha 1807-ci il 20 aprel məktubunda kavaleriya generalı Qardanın Qacariyyəyə göndərilməsi bildirilirdi. Aprelin 22-də Qacariyyəyə yola salınması nəzərdə tutulan hərbi qüvvənin dairəsi müəyyənləşdirilmişdi. Qardana missiyası ilə əlaqədar verilmiş 10 may təlimatında Qacariyyənin İngiltərə və Rusiya ilə düşmənçilik münasibətlərinin qızışdırılması, Qacar ordusunun yenidən qurulması, 40-50,000-lik qüvvə ilə Hindistana təcavüz planının hazırlanması və s. nəzərdə tutulurdu.
1807-ci ilin iyulunda Fransa ilə Rusiya arasında Tilzit sülh müqaviləsi imzalandıqdan sonra Fransa ilə Qacariyyə arasındakı münasibətlərdə soyuqlaşma başladı. Qardan sonuncu dəfə 1809-cu il fevralın 12-də şahın görüşündə oldu və 16-da Tehranı tərk etdi. Yenidən İngiltərə-Qacariyə yaxınlaşması başlandı.
Rəsmdəkilər: (1) Qacariyyə elçiləri Napoleona təqdim olunarkən, Mirzə Məhəmməd Rza Qəzvini; (2) Əsgər xan Əbdülməliki-Avşar — Məmaliki-Məhrusəyi Qacariyyənin 1808-1810-cu illərdə Fransada elçisi.
Finkenşteyn Müqaviləsinin orijinal Türkcə Qacariyyə mətni:
Fıransa imparatoru və İtalya padişahı cənabları və İran şah-i saadətgah cənabları ittihad əhdnâməsi ilə məhəbbətin bənalarını məsbut etməsinə xâhiş edib, bənaənəleyh rüxsət-i kâmilə ilə rüxsətgüzarlar tə’yin edib, yə’ni:
Fıransa imparatoru və İtalya padşahı tərəfindən devlətin vəziri və sərkâtibi ə’zəm, çələnk-i humayun ilə və Bavir və Bad devlətləri nişanları ilə müşərrəf olan Mösyö Rehük Bernar Mare nâm mə’mur,
Və İran şâh-i sâhibi dəstgah və saadətgah tərəflərindən səfir-i binəzir-i âlicah və rəf’ətgah Mirza Məhəmməd Riza Xan Qəzvin şəhrinin nâziri və Məhəmmədəli Mirza həzrətlərin vəziri və muşar iləyha ruxsətnâmələrini təbdil eylədikdən sonra ədnada məşruh olan maddələri rəbt etmişlər:

Finkenşteyn müqaviləsi

 

Maddə 1
Fıransa imparatoru və İtalya pâdşahı cənabları və İran şâh-i saadətləri mâbeynində sülh və məhəbbət və ittihad inşallah taala müstədam olsun
Maddə 2
Fıransa imparatpru və İtalya pâdşahı cənabları və İran şâhı cənablarının devlətində olan mülklərin hərasətinə kəfildir
Maddə 3
Gürcüstan iqliminin həlalən İran şâhının mülkü olduğunu Fıransa imparatoru və İtalya pâdşahına müşəxxəs və mə’lumdur
Maddə 4
Fıransa imparatoru və İtalya pâdşahı Rusya devlətini Gürcüstandan ixraca və bütün İran xâkından ixrac və tərkinə məcbur eyləmələri üçün və müstəqbəl əhdnâmədə işbu şərtin məxsus təzmini üçün təmamən və küllən cəhd edərəm deyə, təəhhüd eyləyir çünkü bu maddə dâiymən imparator-i muşarileyhə cənablarının devlət işlərində və âli himmətindədir.
Maddə 5
Fıransa imparatoru və İtalya pâdşahı tərəflərindən bir səfiri rüxsətgüzari mütəəyyin İran şâhının dər-i saadətində müqim olsun.
Maddə 6
İran pâdşahı cənablarının piyadə əsakirini və toplarını və qalalarını Firəng mə’rifəti üzrə tə’lim və tərtibinə iştiyaqını bildirib, Fıransa imparatoru və İtalya pâdşah cənabları buna bənaən top-i səfəriyyə və hərbli tüfəng şah tərəfində lâzim olan nə qədər mətlub olursa irsalına təəhhüd eyləyir və bu silahların qiyməti Firəngistan qiymətilə mədfu oluna
Maddə 7
İran devlətinin qalaları Firəng âdəti üzrə təhsin və topxanaları tərtib və piyadə əskərini tə’lim etmək üçün topçu və mühəndis və tə’limçi mö’təbər ofisiyallarından İran padşahı cənablarına nə miqdar munasib görərlərsə irsal etməsinə Fıransa imparatoru və İtalya padşahı təəhhüd edər.
Maddə 8
İran padşahı kəndi tərəfindən İngiltərə ilə hər vəchilə mukatibə və murasiləni qət eyləməsinə və hâlən məzkur tayifəyə səfər açmasına və düşmənlik üzrə hərəkət etməsinə təhəhhüd eyləyib. bənanənəleyh mərsul olan şâhın səfiri rucuuna əmr oluna. İngiliz konpanyası tərəfindən İranda və bəndərlərində muqim olan balyosları və sayir vukəlası iqamətlərindən filhal mərdud ola. və İngiliz malları və mətalarını zəbt etməsinə və ticarətləri bərrən və bəhrən qət etməsinə padşahanə fərman oluna və bu səfərin vəqtində İngiltərə tərəfindən səfarət üçün vəyaxud digər bahanasıyla gələni mərdud ola.
Maddə 9
Filmüstəqbəl əgər Rusya və İngiliz devlətləri İran və Fıransa devlətləri üzərinə ittifaq edərlər isə Fıransa və İran devlətləri dəxi ittifaq və ittihad üzrə olsunlar. İşbu iki devlətlərin birisinin tərəfindən ədavət zuhur edərsə ol birinə rəsmən xəbər və dendiyi gibi düşmən üzərinə hərəkət oluna, o əsnada ə’la maddədə şərh olunan vəchilə əməl oluna.
Maddə 10
İran padşahı Əfqan tâyifəsilə və sâyir Qəndhar tayifələri ilə ittifaq edib və məmləkətlərindən ubur və muşəxxəs olduğunda Hindistanda İngilizlərin yədində olan məmləkətləri təsxir etmək üçün İngiliz üzərinə təmşiyə-yi əsakir oluna.
Maddə 11
Əgər Fıransızların bir donanması İran dəryasında və İran bəndərlərində zuhur edərsə iqtiza üzrə olan təshilat və muavinət və məhəbbət-i kâmilə ilə məqbul olsun
Maddə 12
Hindistandakı İngiliz məmləkətlərinə hucum etmək üçün qaradan bir ləşkər irsal etməsi Fıransa imparatorunun niyyətlərində isə, ittihad üzrə İran padşahı ləşkər-i məzkuru kəndi toprağından uburi versin. vəlakin öylə əsnadə muqəddəmən iki devlətlər mâbeynində məxsus əhdnâmə mərbut olunub və məzkur əhdnâmədə nə rahini mütəvəccih olacaqları və nə vəch ilə zəxayir və mərahilat üçün tədarük görünəcəkləri və nə miqdar İran əskərindən bərabər irsalın İran devlətinə munasib olacaqları bu məzkur əhdnâmədə təfsilən məşruh olsun.
Maddə 13
Bundan ə’lakı maddələrin movcibincə yaxud donanmalara vəyaxud əskərlərə hər şey ki verərlərsə İran əhlinə gibi qiyməti və bahası ilə verilsin
Maddə 14
Bundan ə’la onuncu maddəsində məzkur olan şərtləri Fıransa devlətinə muşəxxəs olsun. Bənaənəleyh nə İngiltərə və nə Rusya devlətlərinə işbu şərtlər heç bir yerdə mərbut olmasın
Maddə 15
Tüccarın umurları üçün və devlətin intifaı üçün ticarətə mütəəlliq bir əhdnâmə Tehranda mərbut olsun.
Maddə 16
İnşallah taala işbu əhdnâmə-yi humayunun rizanâmələri işbu târix dört aydan sonra Tehranda təbdil oluna.
Muhərrən İmparator-i ə’zəmin ordusunda Finkestən nam fi səfər 1222


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 yanvar 2016 20:18
    Cox idi ee oxuya bilmedim nese marqlı bir seydi goresen?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.