Qars müqaviləsi:1921-ci il 13 oktyabr

Qars müqaviləsi:1921-ci il 13 oktyabr

 

Qars müqaviləsi: 1921-ci il 13 oktyabr.Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında Sovet Rusiyasının iştirakı ilə Qarsda bağlanmış müqavilə.
 
Sülh  müqavilələri
         Qars  müqaviləsi: 1921-ci il 13 oktyabr
     Qars müqaviləsi-Cənubi Qafqazın sovet respublikalari ilə Türkiyə ara-
sında, Sovet Rusiyasının iştirakı ilə 1921-ci il oktyabrın 13-də Qarsda bağlanmış müqavilə.1921-ci il 16 mart Sovet-Türkiyə müqaviləsinə uyğun ola-
raq,Türkiyə və Cənubi Qafqaz sovet respublikaları arasına müqavilə bağlanması üçün
danışıqlar başlandı.Müəyyən müzakirələrdən sonra nümayəndə heyətlərinin Qarsda konfrans çağırmaq qərara alındı.Konfrans 1921-ci il sentyabın 26-da işə başladı.
və oktyabrın 13-dək davam etdi.Azərbaycanı B.Şahtaxtinski(xalq dövlət nəzarəti komissarı),Ermənistanı A. Mravyan(xalq xarıci işlər komissarı) və P.Makinzyan(xalq daxili işlər komissarı),Gürcüstanı Ş.Eliava(xalq hərbi və dəniz qüvvələri komissarı)
və A.Svanidze (xalq xarici işlər komissarı), Türkiyəni Kazım Qarabəkir paşa və Vəli bəy
(Böyük Millət Məclisinin üzvləri), Muxtar bəy(keçmiş ictimai işlər naziri), Məmduh
Şövkət bəy(Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi), Rusiyanı isə vasitəçi kimi Y.Qanetski(Rusiyanın latviyadakı səlahiyyətli nümayəndəsi) təmsil edirdi.Konfrans müzakirələrdən sonra tərəflər arasında müqavilə bağlamağı qərara alındı.Oktyabrın 13-də RSFSR-in iştirakı ilə bir tərəfdən Azərbaycan,Gürcüstan,Ermən-
istan respublikaları, digər tərəfdən Türkiyə arasında müqavilə imzalandı.Qars müqa-
viləsi 20 maddə və 3 əlavədən ibarət idi.
           1-ci maddə 1921-ci il 16 mart Moskva müqaviləsi istisna olmaqla, razılığa gələn tərəflərin tabeliyindəki ərazilərdə öz suveren hüquqlarını həyata keçirən dövlətlər arasında bağlanmış və yuxarıda göstərilən ərazilərə,həmçinin Cənubi Qafqaz respub-
Likalarına aidiyyəti olan,habelə üçüncü dövlətlərlə bağlanmış müqavilələrin ləğv olun-
Duğu və qüvvədən düşdüyü bidirilirdi.
      2-ci maddəyə görə,tərəflər onlardan hər hansı birinə güclə,məcburi qəbul edilən heç bir sülh müqaviləsini və ya digər beynəlxalq aktı tanımamağa razılaşırdılar.Cənubi  
Xalq aktı tanımamağı üzərinə götürürdü.
     3-cü maddədə kapitulyasiya rejiminə hər hansı münasibəti olan bütün funksiya və
Hüquqların öz qüvvəsini itirdiyi və ləğv olunduğu qeyd edilirdi.
     4-cü maddə sərhədlər məsələsinə həsr olunmuşdu.
     Qars müqaviləsinin 5-ci maddəsi Naxçıvana aid idi.Həmin maddədə göstərilirdi ki,
"Türkiyə höküməti ,Sovet Ermənistanı və Azərbaycan hökümətləri Naxçıvan vilayətinin
hazırkı müqavilənin III əlavəsində göstərilən sərhəd daxilində  Azərbaycanın himayəsi
altında muxtar ərazi təşkil etməsinə razıdırlar”
     6-cı maddə ilə Türkiyə Batum şəhərini və limanını Gürcüstana güzəştə gedirdi.
7,8 və 9-cu maddələrdə Türkiyə və Gürcüstan arasındakı sərhəd məsələlərindən, Qara
dəniz və boğazların statusundan bəhs olunurdu
     10-cu maddə ilə "razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin və ya onun ərazisinin bir hissəsində hökümət roluna iddia edən təşkilat və ya qrupların yaranma-
sına və ya olmasına ,həmçinin digər ölkələyə qarşı mübarizə məqsədi güdən qrupların
olmasına yol verməməyi öhdəsinə götürürlər”.
   11,12 və 13-cü maddələr müqaviləyə qoşulan dövlətlərin vətəndaşları ilə bağlı məsələlərə həsr edilmişdi..        
     14-cü maddə ilə Müqavilənin imzalandığı gündən sonra 6 ay ərzində 1918-1920-ci illər müharibələri qaçqınlarına aid xüsusi müahidə bağlanmasını nəzərdə tuturdu.
      15 və 16-cı maddələr Qafqaz cəbhəsindəki hərbi əməliyyatlarından irəli gələn cinayətlərə görə tam əfv-ümumiyə(amnistiya) elan edilməsi,hərbi və mülki əsirlərin
geriqaytarılması haqqında idi.
      17-18-ci maddələr isə razılığa gələn tərəflər arasında kommunikasiya və iqtisadi əlaqələrə
həsr olunmuşdu.
      19-cu maddəyə görə,tərəflər müqavilənin imzalanmasından sonrakı 3 ay ərzində
konsul konvensiyası bağlamağı öhdələrinə götürürdülər.
     Sonuncu- 20-ci maddə müqavilənin ratifikasiya olunmasını nəzərdə tuturdu.Ratifi-
kasiya fərmanları mübadiləsinin  İrəvanda həyata keçirilməsi qeyd olunurdu.Müqavi-
lə onun imzalanmasından sonra dərhal qüvvəyə minən 6,14,15,16,18 və 19 cu maddə-
lər istisna olmaqla,ratifikasiya fərmanlarının mübadilə olunduğu andan qüvvəyə
minməli idi.
      Qars müqaviləsinin ratifikasiya mübadiləsi 1922-ci il sentyabrın 22-də İrəvanda 
olmuşdu.Müqavilənin fəaliyyət müddəti məhdudlaşdırılmamışdır.
Hacıqabul rayonu, UDULU kənd məktəbi,müəllim Z. Əliyev
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 mart 2015 20:58
    Dəyərli Hamlet müəllim, tarixin problematik məsələlərin öyrənməsində müstəsna rolu olan bu məqalənin Ana səhifədə dərc etdiyinizə görə Sizə çox təşəkkür edirəm və Sizə,"tarix.İnfo"ya tarix elminin öyrədilməsi prossesində böyük uğurlar arzu edirəm. Hörmətlə Zakir müəllim.

  2. 12 mart 2015 12:37
    TƏŞƏKKÜRLƏR ÇOX SAQOLUN ZAKİR MÜƏLLİM winked

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.